Məhkəmə qərarları › İş №2-1(102)-1824/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1824/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1824/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “məzuniyyət pulunun, əmək haqqının ödənilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1315/2023 nömrəli, 26 aprel 2023-cü il tarixl i qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 iyul 1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası X2nda xidməti ərzində məzuniyyət pulu, 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edil məsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1960-cu il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 31 iyul 1985-ci il tarixli 676 saylı əmri ilə xidmətə qəbul edilmiş, 25 noyabr 2019-cu il tarixli Ə3706 saylı əmrlə daxili işlər orqanından təqaüdə çıxmışdır. Dəfələrlə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, İ Qarabağ Müharibəsi veteranıdır. 15 fevral 1993-cü il tarixdən 25 noyabr 2019-cu il tarixədək Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsində məsul növbətçi vəzifəsində xidmətdə olmuşdur. İddiaçının xidmət illəri təqvim hesablan masına görə 34 il 03 ay 26 gün; imtiyazlı hesablanma ilə 41 il 03 ay 26 gün müəyyən edilmişdir. O, xidmət müddəti ərzində “Azərbaycan Respublikası X2nda Xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsində nəzərdə tutulan əsas məzuniyyət hüququndan istifadə etməmişdir. Lakin 31 iyul 1985-ci il tarixdən 2006-cı il tarixədək Azərbaycan Respublikası X2nda xidmət müddəti ərzində istifadə edilməmiş əsas məzuniyyətə görə pul kompensasiyası “Azərbaycan Respublikası X2nda Xidmətkeçmə haqqında Əsasnamə”nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmamışdır və iddiaçıya ödənilməmişdir. Halbuki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təy in edilməsi Qaydaları”nın 1 saylı əlavəsinin 13-cü bəndinə əsasən, X2nın əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. 2012-ci il tarixdən 2019-cu il tarixədək dövrdə iddiaçının 45 gün məzuniyyət almaq hüququ olduğu halda ona cəmi 30 gün məzuniyyət verilmişdir. Lakin həmin dövrdə o, tərəfindən istifadə olunmamış məzuniyyət günlər i üçün ona kompensasiya hesablanmamışdır və ödənilməmişdir. 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə iş vaxtından artıq vaxtda mütəmadi olaraq işə cəlb olunmuşdur və daimi 33-cü polis bölməsində növbətçi kimi işləmişdir. İddiaçı ilə birlikdə polis bölməsində növbətçi kimi iki nəfər çalışmışdır və beləliklə, iddiaçı hər iki gündən bir 24 saatlıq növbədə olmuşdur. Halbuki, bir sutka ərzində növbədə olan polis işçisinə 3 sutka istirahət verilməli idi. Bu minvalla hər ay iddiaçı 3 sutka normadan artıq işə cəlb olunmuşdur. Bu əsasla 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə o, iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqıma əlavə hesablanmamış və ona ödənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 0 aprel 2000-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1 saylı əlavəsinin 9-cu bəndinə əsasən, X2 əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Lakin ona 31 iyul 1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək həmin müavinətlər hesablanmamışdır və verilməmişdir. Bundan başqa, onun 35 il ərzində polis orqanında qüsursuz xidmət göstərməsinə baxmayaraq, ona mükafat ödənilməmişdir. Qeyd edilənlərlə əlaqədar o, ərizə ilə 09 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşl ər Nazirliyinə müraciət etmiş, lakin hazırki günədək onun müraciəti nazirlik tərəfindən cavablandırılmamışdır. 2020-ci ildə də o, eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, həmin müraciətə 0xx/xx-53528-4220 saylı xx.xx.2020-ci il tarixli məktubla DİN-in Baş Kadrlar İdarəsinin Rəis müavini Rüfət Həsənov cavab vermişdir. Qeyd edilən məktubda yazılmışdır ki, “Bildiririk ki, Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 2004-cü il tarixli 185 nömrəli qərarına əsasən X2 əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə aylıq əmək haqqı məbləğində müavinəti verilir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 048-380-1220 nömrəli məktubuna əsasən yuxarıda qeyd olunan qərarın qüvvəyə mindiyi 2004-cü ildən sizə məzuniyyət, 2011-ci ildən isə təqdim etdiyiniz sənədlərə əsasən xəstəlik müavinətləri ödənilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, məzuniyyət günlərinin sayından asılı olmayaraq polis əməkdaşlarına məzuniyyətə çıxarkən yuxarıda qeyd olunan Qərarla müəyyən olunmuş qaydada məzuniyyət müavinəti ödənilir. İş vaxtından əlavə saatlarda xidmətə cəlb edilməyi ilə əlaqədar bildirir ki, bu barədə müvafiq əmr və əlavə iş saatlarında işləməyini təsdiq edən sənədlər olmadığından həmin iş saatlarında işlədiyinə görə ona əlavə ödənişin verilməsi mümkün deyildir.” Cavabdehin həmin məktubunda əks olunan c avabı əsassız imtina kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh ümumi qaydalar haqqında ona məlumat verir, lakin konkret olaraq ona hansı tarixlərdə nə qədər müavinət, kompensasiya ödənilməsi haqqında məlumatları bildirmir. Onun artıq iş saatlarında işə cəlb edilməsi onun işlədiyi dövrdə 33-cü polis bölməsində dörd növbətçi əvəzinə üç növbətçinin növbə ilə çalışması faktı təsdiq edir. Cavabdehin guya bu barədə Onda sənədlərin olmaması barədə bəhanəsi əsassızdır. Bundan başqa, müalicə məqsədilə polis işçisinə ödənilən müavinət üçün polis işçisi tərəfindən sənədlərin təqdim edilməsi öhdəliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh əsassız olaraq qeyd edir ki, guya yalnız təqdim edilən sənədlər əsasında həmin müavinəti guya ödəyib. Lakin, yenə də hansı tarixlərdə, hansı dövrlər üç ün qeyd edilən müavinəti ödəməsi barədə konkret məlumatları iddiaçıya təqdim etməmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2947/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim G.A.Sevdimalıyeva) iddia “xx.xx.1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası X2nda xidməti ərzində məzuniyyət pulu, xx.xx.1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın ödənilməsi” hissələrində mümkün sayılmamışdır.

4. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-29 47/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarı ilə iddia “01 yanvar 2011-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının ödənilməsi” hissəsində rədd edilmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1315/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və V.Ə.Baxışova) qərardaddan verilən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılm ışdır.

7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ona X2nda çalışarkən ödənilməyən, hazırda tələb etdiyi xx.xx.1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası X2nda xidməti ərzində məzuniyyət pulu, xx.xx.1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqı, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə pulunun ödənilmədiyini elə işlədiyi dövrdə, yəni xx.xx.2011-ci ilədək bilmişdir.

8. İddiaçı kassasiya şikayəti verərək, q ərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası bu hissədə iddiaçının 2011-ci ilin 30 iyun tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq fəslinə istinad edərək, iddiaçının pozulmuş hüquqlarının müdafiəsi imkanlarından istifadə etmədiyini, müddəti ötürdüyü qeyd etmişdir. Bildirir ki, iddiaçıya işlədiyi dövrdə məzuniyyətə çıxmadığı üçün ona həmin məzuniyyət pulları ödənilməmiş, müalicə pulunun verilməsi ilə bağlı ərizələr yazmamış, lakin həmin müalicə pulları epikriz sənədlərini təqdim etdiyi zaman ona ödənilirdi, normadan artıq i şləməsini, buna görə əlavə pul ödənilməməsini isə hələ işlədiyi dövrdə də bilirdi, lakin elə güman edirdi ki, həmin normadan artıq işləməsi ilə bağlı əmək haqqı ona son haqq-hesab aparılanda veriləcəkdir.

10. İddiaçıya 2006-cı il tarixədək Azərbaycan Respublikası X2nda xidmət müddəti ərzində istifadə edilməmiş əsas məzuniyyətə görə pul kompensasiyası “Azərbaycan Respublikası X2nda Xidmətkeçmə haqqında Əsasnamə”nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmamışdır, lakin ödənilməmişdir. Əsas məzuniyyətə görə pul kompensasiyası və normadan artıq işləməsinə görə əlavə əmək haqqı iddiaçının qeyriəmlak hüququdur və bu hüququnun müdafiəsi haqqında tələbinə iddia müddəti tətbiq edilməməli idi.

11. Qərardadda qeyd olunmuşdur ki, “İddiaçı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cüPo lis Bölməsinin məsul növbətçisi vəzifəsində işlədiyi müddətdə “X2nın operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”a uyğun olaraq ona gün ərzində yemək və istirahət üçün 6 saat fasilə verilmişdir. İddiaçı tutduğu vəzifəyə uyğun əmək haqqı almış və onun xidmət müddəti ərzində iş rejimindən narazı olması ilə əlaqədar Daxili İşlər Nazirliyinə hər hansı müraciəti daxil olmamışdır.”

12. Bildirir ki, “X2 X1 Kodeksi” nın 19-cu maddəsinə əsasən, “Yuxarı vəzifəli şəxslərin qərar və hərəkətlərini müzakirə və şərh etməməli, xidməti fəaliyyətlə əlaqədar olan məlumatların yayılmasına yol verməməlidir. Subordinasiya qaydalarını gözləməli, şikayət halları istisna olmaqla, DİN-in rəhbərliyinə yalnız birbaşa rəisləri vasitəsi ilə müraciət etməlidir.”

13. İddiaçı xidmətdə olduğu müddətdə po lis orqanının hərəkətindən şikayət verilməsini düzgün qərar hesab etməmiş, güman etmişdir ki, xidmətdən təqaüdə çıxdığı zaman son haqq-hesab ödənilərkən qeyd edilən əlavələr hesablanacaqdır, bu səbəbdən cavabdehə heç bir ərizə və ya şikayətlə müraciət etməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılma sını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

16. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqq ında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya insta nsiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzib ati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edil mişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müddətin bərpası və iddianın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün z əruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

25. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahi yyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə ic raatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

28. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olun mur.

29. İlk öncə qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı “xx.xx.1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası X2nda xidməti ərzində məzuniyyət pulu, xx.xx.1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın ödənilməsi” ilə bağlı olmuşdur.

30. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallara əsasən müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin məsul növbətçisi vəzifəsində işlədiyi müddətdə “X2nın operativ növ bətçi hissələrinin işinin təşkilinə dair Təlimat”a uyğun olaraq ona gün ərzində yemək və istirahət üçün 6 saat fasilə verilmişdir. İddiaçı tutduğu vəzifəyə uyğun əmək haqqı almış və onun xidmət müddəti ərzində iş rejimindən narazı olması ilə əlaqədar Daxili İşlər Nazirliyinə hər hansı müraciəti daxil olmamışdır.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ona X2nda çalışarkən ödənilməyən, hazırda tələb etdiyi xx.xx.1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikas ı X2nda xidməti ərzində məzuniyyət pulu, xx.xx.1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqı, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə pulunun ödənilmədiyini elə işlədiyi dövrdə, yəni xx.xx.2011-ci ilədək bilmişdir.

32. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdır. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

33. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əgər hüquqlarının xx.xx.2019-cu il tarixdə daxili işlər orqanından təqaüdə çıxarkən pozulduğunu bildirərsə (halbuki onun tərəfindən belə dəlil onun tərəfindən irəli sürülməmiş, əksinə, ona məzuniyyət, müalicə və əmək normasından artıq işlədiyi müddətə görə əmək haqqının ödənilmədiyini işlədiyi dövrdə bildiyini qeyd edir), həmin tarixdən (xx.xx.2019-dan) sonra da vaxtında məhkəmədə iddia qaldırmadığı müəyyən olunur. Belə ki, iddiaçı hazırkı iddia ilə məhkəmədə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verild iyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

35. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1315/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar