Məhkəmə qərarları › İş №2-1(102)-1824/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1824/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1824/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) 01.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2-1(103)-1165/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 22.12.1962-ci il təvəllüdlü iddiaçı, əmək kitabçasına əsasən, xx.xx.1986-cı il tarixdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına “sanitar həkim” vəzifəsinə təyin olunmuş, xx.xx.1995-ci il tarixdə İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci il tarixdə direktor vəzifəsindən azad olunaraq “sanitar həkim” vəzifəsinə təyin olunmuş, xx.xx.1999-cu il tarixdə “həkim-bakterioloq” vəzifəsinə keçirilmiş və xx.xx.2008-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2015-ci il tarixdə Respublika Taun Əleyhinə Stan siyaya “həkim-mikrobioloq” vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə biotəhlükəsizlik səviyyəsi – 3 laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən Xüsusi Təhlükəli X1ndə (əvvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) “həkim-mikrobioloq”, xx.xx.2021-ci il tarixdən isə biotəhlükəsizlik səviyyəsi – 3 laboratoriyasının müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXİV (“Səhiyyə və sosial təminat idarələri”) bölməsinin 22600000-1754a (“tauna qarşı idarələrdə məşğul olan işçilər”) şifrəs i Xüsusi Təhlükəli X1nin işçilərinə şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsinə əsasən Xüsusi Təhlükəli X1nin işçilərinin iş müddəti ikiqat ölçüdə hesablanır.

3. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, onun güzəştli iş stajı 12 il 6 aydan (7 il 3 ay 25 gün (xx.xx.2015-xx.xx.2016-ci il, xx.xx.2017xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2021xx.xx.2023, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə ə mək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, qanunvericilikdə taun əleyhinə müəssisələrdə xidmət müddəti həmin müəssisələrdə azı 12 il 6 ay çalışmış kişilərə güzəştli iş stajı kimi nəzərə alınmaqla daha erkən pensiya hüququ verir. Bu cür hüququn yaranmadığı, yəni həmin müəssisələrdə 12 il 6 aydan az iş müddəti olduqda isə mövcud iş müddəti ikiqat ölçüdə hesablanaraq ümumi sığorta stajına əlavə edilməklə güzəşt tətbiq olunur. Həmin güzəştin eyni zamanda həm ümumi, həm də güzəştli iş stajlarının hesablanması zamanı nəzərə alınması qanunla müəyyən edilmiş bir güzəştin təkrarən tətbiqinə şərait yaratmış olar.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının mikrobioloji laboratoriyada gördüyü işlərin xarakteristikası və funksiyaları barədə məlumat Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təqdim olunmuşdur. İddiaçı xx.xx.1997-xx.xx.2008-ci il tarixlərdə Mərkəzdə “mikrobioloq” vəzifəsində çalışmış və gündəlik olaraq, brusellyozun seroloji, içməli suyun sanitar-bakterioloji müayinəsi və kəskin bağırsaq infeksiyaları törədicilərinin təyininə görə mikrobioloji müayinələri icra etmişdir. “Yoluxucu xəstəliklərin profilaktikasına dair sanitariya-epidemioloji tələblər” 3.3686-21 nömrəli Sanitariya Qaydaları və Normalarının 1 nömrəli əlavəsində göstərilən mikroorqanizmlərin patogenliyi təsnifatına görə brus ellyoz 2-ci təhlükəlilik qrupuna aid olunur. Laboratoriyada çalışan işçilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının tətbiq edilməsi məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci (“Ümumi peşələr”) bölməsində (“1-2-ci sinif təhlükəli mikroorqanizmlərlə işləri bilavasitə yerinə yetirən işçilər”) öz əksini tapmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı iddia ərizəsinə əlavə etdiyi sənədlərlə öz təsdiqini tapır. Cavabdehin imtinası qanunsuz və əsassızdır.

9. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-1758/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşından, yəni xx.xx.2022-ci il tarixdə n güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşı olmuş və onun həmin tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Hazırkı mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh tərəfindən mübahisələndirilən iş stajı iddiaçının xx.xx.1997-xx.xx.2008-ci il tarixlərdə Mərkəzdə “mikrobioloq” vəzif əsində işlədiyi müddət ilə bağlıdır. Eyni zamanda, cavabdeh iddiaçının xx.xx.2015-ci il tarixdən Xüsusi Təhlükəli X1ndə (əvvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) “həkimmikrobioloq”, xx.xx.2021-ci il tarixdən isə biotəhlükəsizlik səviyyəsi – 3 laboratoriyasının müdiri vəzifəsində işlədiyi müddətin də güzəştli iş stajı kimi ikiqat ölçüdə nəzərə alınmasının mümkün olmadığını bildirir.

12. İddiaçının xx.xx.1997-xx.xx.2008-ci il tarixlərdə Mərkəzdə “mikrobioloq” vəzifəsində işlədiyi müddətə münasibətdə qeyd edilməlidir ki, həmin dövrün güzəştli iş stajına aid olduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş məktub ilə təsdiq olunmuşdur. Belə ki, məhkəmə icraatı zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.1997-xx.xx.2008-ci il tarixlərdə Mərkəzdə “mikrobioloq ” vəzifəsində çalışarkən gündəlik olaraq, brusellyozun seroloji, içməli suyun sanitar-bakterioloji müayinəsi və kəskin bağırsaq infeksiyaları törədicilərinin təyininə görə mikrobioloji müayinələri icra etmişdir. Göründüyü kimi, iddiaçının “mikrobioloq” vəzifəsində işlədiyi müddətdə təhlükəlilik qrupuna aid edilən mikroorqanizmlər ilə işləməsi müəyyən olunur. Nəzərə alınmalıdır ki, “Yoluxucu xəstəliklərin profilaktikasına dair sanitariya-epidemioloji tələblər” 3.3686-21 nömrəli Sanitariya Qaydaları və Normalarının 1 nömrəli əlavəsində göstərilən mikroorqanizmlərin patogenliyi təsnifatına görə brusellyoz 2-ci təhlükəlilik qrupuna aid olunur. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1997-xx.xx.2008-ci il tarixlərdə Mərkəzdə “mikrobioloq” vəzifəsində işlədiyi müddətin güzəştli əmək pensiyası hüququna imkan verən vəzifəyə aid olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildiyindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 18.7-ci bəndinin (“Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin və 1-3-cü qrup mikroorqanizmlər olan işdə, bioloji müəssisələrdə, istehsalat laboratoriyalarında, sexlərdə, bölmələrdə, sahələrdə və ayrı-ayrı qurğularda alınan baytarlıq-bioloji, kimya-əczaçılıq preparatlarının və bitkilərin bioloji müdafiə vasitələrinin istehsalı”) b) yarımbəndində “mikrobioloqlar” güzəştli pensiya hüququ verən vəzifə olduğundan, ən əsası isə iddiaçının həmin müddətdə işlədiyi brusellyoz mikroorqanizmlərin 2-ci təhlükəlilik qrupuna aid olması müəyyən olunduğundan, həmin dövr iddiaçının güzəştli iş stajına daxil edilməlidir.

13. İddiaçının xx.xx.2015-ci il tarixdən Xüsusi Təhlükəli X1ndə (əvvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) “həkim-mikrobioloq”, xx.xx.2021ci il tarixdən isə biotəhlükəsizlik səviyyəsi – 3 laboratoriyasının müdiri vəzifəsində işlədiyi müddəti cavabdeh ikiqat ölçüdə onun ümumi iş stajına daxil etdiyi halda, güzəştli iş stajına ikiqat ölçüdə daxil etməmişdir. Şəxsin işlədiyi müddətin güzəştli əsaslarla sığorta stajına daxil edilməsi məsələsinə qiymət verilərkən, həmin dövrün ümumi və ya güzəştli iş stajına daxil olunması ilə bağlı fərqləndirmənin aparılması düzgün olmazdı. Belə ki, ümum i və güzəştli iş stajı ilə bağlı anlayışlar vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsi yarandığı zaman istifadə olunur. Güzəştli iş stajının ümumi iş stajından fərqi isə yalnız onunla bağlıdır ki, güzəştli iş stajı ümumi iş stajında da olduğu kimi şəxsin əmək fəaliyyətini icra etdiyi dövrü nəzərdə tutur ki, bu zaman onun həmin dövrdə icra etdiyi vəzifə bilavasitə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə (peşə) hesab olunsun. Digər tərəfdən, şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən vəzifələrdə işlədiyi müddət ikiqat ölçüdə onun güzəştli iş stajına da daxil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Günel Abbasov /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Cahangir Yusifov) 18 fevral 2025ci il tarixli, 2-1(103)-1165/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayd a və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 ya şına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə;

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, pe şələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

18. Dərmanların, bioloji preparatların və materialların istehsalı 18.7. Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin və 1-3-cü qrup mikroorqanizmlər olan işdə, bioloji müəssisələrdə, istehsalat laboratoriyalarında, sexlərdə, bölmələrdə, sahələrdə və ayrı-ayrı qurğularda alınan baytarlıq-bioloji, kimya-əczaçılıq preparatlarının və bitkilərin bioloji müdafiə vasitələrinin istehsalı b) mütəxəssislər: böyük mikrobioloqlar, mikrobioloqlar

35. Ümumi peşələr 1-2-ci sinif təhlükəli mikroorqanizmlərlə işləri bilavasitə yerinə yetirən işçilər

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasə n əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qə rara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin d əlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunveri ciliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istin ad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanun çuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

33. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçı nın xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

35. Yuxarıda istinad edilən, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələ rin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.

36. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

37. Belə ki, iddiaçının işlədiyi vəzifələrin (“həkim-mikrobioloq” və “biotəhlükəsizlik səviyyəsi – 3 laboratoriyasının müdiri”) və sahənin yuxarıda istinad olunan normada və müvafiq Siyahının 35-ci bəndində nəzərdə tutulmuş sahəyə və peşəyə uyğun olduğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisələr tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

38. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

39. İddiaçının xx.xx.2015-ci il tarixdən Xüsusi Təhlükəli X1ndə (ə vvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) “həkim-mikrobioloq”, xx.xx.2021ci il tarixdən isə biotəhlükəsizlik səviyyəsi – 3 laboratoriyasının müdiri vəzifələrində işlədiyi müddətin onun güzəştli iş stajına ikiqat ölçüdə daxil edilməli olmamasına dair cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən, taun əleyhinə müəssisələrdə iş müddəti əmək pensiyası hüququ verən sığorta stajına, yəni ümumi sığorta stajına ikiqat ölçüdə daxil edilir. Belə hallarda şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından qanunvericiliklə tələb olunan xüsusi (güzəştli) iş stajı sığorta stajının tərkib hissəsi kimi qiymətləndirilməli və nəzərə alınmalıdır. Başqa sözlə ikiqa t hesablama qaydası stajın növü deyil, şəxsin işlədiyi fəaliyyət sahəsinin və (və ya) peşənin xüsusiyyətləri nəzərə alınaraq tətbiq olunur. Yalnız bundan sonra sığorta stajına hesablanmış hansı iş müddətinin güzəştli pensiya hüququ verən fəaliyyət sahəsinə və ya peşəyə aid iş müddəti olduğu müəyyən edilir. Bu baxımdan ikiqat ölçüdə sığorta stajı kimi hesablanan həmin əmək fəaliyyəti müddəti eyni zamanda ikiqat ölçüdə güzəştli iş stajı kimi də nəzərə alınmalıdır.

40. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusi yasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

42. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 21(103)-1165/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar