Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1825/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (üçüncü şəxslər Həmzəyev Faiq Əhət oğlu və “X3 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi) qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil2, Cavabdeh nümayəndəsi Nümayəndə1, üçüncü şəxsin vəkili X1, üçüncü şəxs “X3 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (üçüncü şəxslər üçüncü şəxs və “X3 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi) qarşı «Bakı şəhəri Cavabdeh başçısının 19 iyun 1993-cü il tarixli 1206 nömrəli sərəncamının ləğv edilməsi barədə» tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2597/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxsin verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 22.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Suraxanı RİHB-nin 19.06.1993-cü il tarixli 1206 saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxsə 1000 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı Azərbayc an Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı (üçüncü şəxslər üçüncü şəxs və “X3 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının 19 iyun 1993-cü il tarixli 1206 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, neft-qaz əməliyyatlarının aparılması məqsədilə Dövlət Neft Şirkətinin daimi istifadəsinə Suraxanı rayonu ərazisində torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsindən Dövlət Neft Şirkəti fəaliyyət göstərərək neft-qaz əməliyyatlarını həyata keçirmişdir. Suraxanı RİHB-nin 19.06.1993-cü il tarixli 1206 saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxsə 1000 kv.m torpaq sa həsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş topoqrafik planına əsasən ərazi Dövlət Neft Şirkətinin balansındadır və üçüncü şəxs həmin torpaq sahəsində qanunsuz istifadə edir. İddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3 və 180-ci maddələrinə, Azərbacan Respublikası Torpaq Məcəlləsinin 46 və 111cı maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 6-cı maddəsinə, «Texniki təhlükəsizlik haqqında» Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 nömrəli 10 may 2001-ci il tarixli qərarına istinad edilmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-202/2017 saylı 08 fevral 2017-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının 02 may 2017-ci il tarixli 2-1(103)-1195/2017 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-202/2017 saylı 08 fevral 2017-ci il tarixli qərardadı ləğv edilmiş, müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş məhkəməyə geri qaytarılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-27/2018 saylı, 21 may 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Cavabdeh başçısının üçüncü şəxsə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında 19.06.1993-cü il tarixli 1206 saylı sərəncamı ləğv edilmiş, torpaq sahələrinin inventarlaşdırılmasına dair 60,0 manat ekspertiza xərcininBakı şəhəri Cavabdehndən tutularaq Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh və üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2597/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxs apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-27/2018 saylı, 21 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2597/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxsə 1000 kv.m torpaq sahəsi həmin dövrdə buna səlahiyyəti olan Cavabdeh tərəfindən 19 iyun 1993-cü il tarixli, 1206 saylı sərəncam əsasında ayrılmışdır. İddiaçı həmin ərazidə 1992-ci ildən fəaliyyət göstərir. Göründüyü kimi, 1992-ci ildən sonra 1993cü ildən üçüncü şəxsə Cavabdeh tərəfindən torpaq sahəsinin ayrılması iddiaçıya məlum olmuş, lakin həmin vaxtdan 1 ay müddətində sərəncam məhkəmə qaydasında mübahisələndirməmişdir. İPM qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan MPM-nin 24-1 fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin, vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərdən şikayət) və 01 se ntyabr 2000-ci ildən qüvvəyə minmiş MPM-nin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqanlar və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. İddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə edilmədiyi halda, 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanun a görə də mübahisələndirilə bilməzlər. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.1, 48.2, 65.5, 67.3, 67.4, 68-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci və 29.4-cü maddələrinə, İPM-nin 9092-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2597/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən, iddia müddətinin tətbiqinə dair ərizə verilmiş, lakin heç bir instansiya məhkəməsi buna hüquqi münasibət bildirməmişdir. İddia ərizəsindən də göründüyü kimi, mübahisəli sərəncam 19 iyun 1993-cü ildə qəbul edilmişdir. Bu zaman nə 01 yanvar 2011-ci ildə qüvvəyə minmiş «İnzibati icraat haqqında» Qanunun, nə də 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllə mövcud olmamışdır. Həmin dövrdə 1964-cü il 11 sentyabr tarixində qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları qüvvədə olmuşdur. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdi. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən, hazırki iddia tələbləri üzrə iddiaçı iddia müddətini 25 il müddətinə ötürmüşdür. Bundan başqa, 1993-cü ildə Dövlət Neft Şirkəti mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. Torpaq dövlətin mülkiyyə tində olduğundan, səlahiyyətli qurum olan Cavabdeh həmin torpaq sahəsini müvafiq sərəncamla ayırmışdır. Üçüncü şəxs İPM-nin 12.1, 15.1, 28.1, 29.1, 91-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2597/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1, üçüncü şəxs “X3 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə2 vəkilsiz təmsil olunduqlarından işə onların izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad i kollegiyasının 2-1(103)-2597/2018, 25 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2597/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2597/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Belə ki, mübahisə olunan qərar Bakı şəhəri Cavabdeh başçıs ının 19 iyun 1993-cü il tarixli 1206 nömrəli sərəncamıdır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırma q səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı (üçüncü şəxslər və “X3 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başç ısının 19 iyun 1993-cü il tarixli 1206 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə gör ə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnını n və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə). Eyni norma 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Mülki Prosessual Məcəllədə də əksini tapmışdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı qərar 1993-cü ildə verilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı həmin vaxtdan cavabdehin qəbul etdiyi qəra rı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çət in və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məh kəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvv əlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, iddiaçı tərəfindən iddia müddəti buraxıldığına görə iddianın mümkün sayılmamalıdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndiri lir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilsin. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2597/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh başçısının 19 iyun 1993-cü il tarixli 1206 nömrəli sərəncamının ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmasın.
Məhkəmə qərarları › İş №2-1(102)-1825/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1825/2019
22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver