Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1825/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması; əmək kitabçasındakı məlumatların mötəbərliyi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il, FİN: xxxxxxx) cavabdeh DSMF publ ik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1229/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək onun xx.xx.1979 – xx.xx.1985-ci il tarixədək aldığı təhsil, xx.xx.1985 – xx.xx.1993-cü il, xx.xx.1993 – xx.xx.2002-ci illər ərzində isə işlədiyi iş stajının sığorta stajına daxil edilməsini xahiş etmişdir.
3. Cavabdehin **********9 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir k i, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-ci il tarixədək hərbi xidmət illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 8 il 8 ay olduğu halda, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində Kəlbəcər rayonu X2 işə daxil olma, işdən çıxma əmrləri olmadığı və möhürlə təsdiq edilmədiyi üçün (1985-1993-cü illər) sözügedən müəssisədə olan əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildiririk ki, xx.xx.2006-cı il tarixədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) v ətəndaşın müraciəti əsasında həyata keçirilməli və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən hesablanmalıdır. Buna baxmayaraq, iddiaçı tərəfindən inzibati orqana əyani təhsil haqqında arayış təqdim edilməmişdir.
4. Eyni zamanda, iddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasının surəti və "xxxx" ASC tərəfindən verilmiş arayış ziddiyyət müəyyən edilmişdir. Belə ki, inzibati icraat materiallarına əlavə edilmiş arayışa əsasən iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək fasiləsiz iş stajı ilə 3-cü dərəcəli betonçu vəzifəsində çalışmışdır. Lakin təqdim edilmiş əmək kitabçasında iddiaçının xx.xx.2002-ci il tarixdə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti Xüsusi Tamam la işləri idarəsi tərəfindən möhürlə təsdiqlənmiş və xx.xx.2002-ci il tarixli əmrlə 3-cü dərəcəli fəhlə qəbul edilməsi ilə bağlı qeyd aparılmışdır. Beləliklə, iddiaçının müraciətinə uyğun olaraq, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23.993,25 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (307,79 manat) dəyişiklik olmamışdır. Beləliklə, iddiaçının 1985-1993-cü illərdəki əmək fəaliyyəti dövründə əmək haqqı (aylar üzrə) alması barədə faktı təsdiqləyən mötəbər sübutların olmaması, habelə əmək kitabçası ilə arayış arasında ziddiyyətin olması səbəbindən belə nəticəyə gəlmək mümkündür ki, iddiaçının müvafiq dövrlərdə sığortaolu nan kimi qeydiyyatı olmadığından müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı (MDSS) ödəməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçı məhkəməyə iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini, iddia tələbinin isə “Xanlar adına Kolxozda 1985- 1993-cü illər, daha sonra 1993-2002-ci il tarixdə Qaraçuxur İdarəsində işlədiyi illərin, həmçinin əyani təhsil aldığı müddətin də nə zərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
7. İddiaçı məhkəməyə yenidən iddia tələbinə dəqiqləşmə verərək xx.xx.1979 – xx.xx.1985-ci il, xx.xx.1985 – xx.xx.1993-cü il, xx.xx.1993 – xx.xx.2002-ci illərin iş stajında nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin etməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. İddiaçının qənaətinə görə onun xx.xx.1979 – xx.xx.1985-ci il, xx.xx.1985 – xx.xx.1993-cü il, xx.xx.1993 – xx.xx.2002-ci tarixədək işləməsi əmək kitabçası ilə təsdiq olunduğundan, həmin dövrlər pensiyanın hesablanması zamanı nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:
9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq cavabdeh inzibati orqan tərəfindən **********9 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-ci il tarixədək hərbi xidmət ill əri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 8 il 8 ay olduğu halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır.
10. Eyni zamanda, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində Kəlbəcər rayonu X2 işə daxil olma, işdən çıxma əmrləri olmadığı və möhürlə təsdiq edilmədiyi üçün (1985-1993-cü illər) sözügedən müəssisədə olan əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. xx.xx.2006-cı il tarixədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməli və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən hesablanmalıdır. Buna baxmayaraq iddiaçı tərəfindən inzibati orqana əyani təhsil haqqında arayış təqdim edilməmişdir. Eyni zamanda, iddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasının surəti və "xxxx" ASC tərəfindən verilmiş arayış arasında ziddiyyət müəyyən edilmişdir. Belə ki, inzibati icraat materiallarına əlavə edilmiş arayışa əsasən iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək fasiləsiz iş stajı ilə 3-cü dərəcəli betonçu vəzifəsində çalışmışdır. Lakin təqdim edilmiş əmək kitabçasında iddiaçının xx.xx.2002-ci il tarixdə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti Xüsusi Tamamla işləri idarəsi tərəfindən möhürlə təsdiqlənmiş və xx.xx.200 2-ci il tarixli əmrlə 3-cü dərəcəli fəhlə qəbul edilməsi ilə bağlı qeyd aparılmışdır.
11. Beləliklə, iddiaçının müraciətinə uyğun olaraq, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23.993,25 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (307,79 manat) dəyişiklik olmamışdır. Beləliklə, iddiaçının 1985-1993-cü illərdəki əmək fəaliyyəti dövründə əmək haqqı (aylar üzrə) alması barədə faktı təsdiqləyən mötəbər sübutların olmaması, habelə əmək kitabçası ilə arayış arasında ziddiyyətin olması səbəbindən belə nəticəyə gəlmək mümkündür ki, iddiaçının müvafiq dövrlərdə sığortaolunan kimi qeydiyyatı olmadığından müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı (MDSS) ödəməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7376/2023 saylı qərarı ilə iddia təmin edilmiş, xx.xx.1979 – xx.xx.1985-ci il, xx.xx.1985 – xx.xx.1993-cü il, xx.xx.1993 – xx.xx.2002-ci illərin iş stajında nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş); 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum m əbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.
14. İddiaçıya 65 yaşı tamam olduğu, yəni xx.xx.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Tərəflər arasında mübahisənin yaranmasının əsası iddiaçının ümumi sığorta stajına daxil edilməyən xx.xx.1979 – xx.xx.1985-ci il, xx.xx.1985 – xx.xx.1993-cü il, xx.xx.1993 – xx.xx.2002-ci il tarixləri əhatə edən dövrlər təşkil edir. Məhkəmə göstərilən illərin sığorta stajına daxil edilməsi ilə bağlı hər bir dövrə ayrı-ayrılıqda münasibət bildirir. Təhsil illəri:
15. İş materiallarında olan əmək kitabçasının, diplomun və sorğuya cavab məktubuna əlavə olunan əmrlərin surətindən g örünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “zootexniya” ixtisasının əyani təhsil formasında təhsil almış və təhsili bitirdiyinə görə ona HB № 964260 seriyalı, 228382 qeydiyyat nömrəli adi diplom verilmişdir. Göründüyü kimi iddiaçının “zootexniya” ixtisası üzrə aldığı təhsilin təhsil formasının “əyani” olduğu müvafiq olaraq aidiyyəti ali təhsil müəssisəsinin arayışı və müvafiq əmrlər ilə təsdiq edilmişdir. Bu səbəbdən iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək aldığı təhsil müddətini iş stajına daxil edilməlidir. Kəlbəcər rayonu Aqrar Sənayesində işlədiyi illər (xx.xx.1985 – xx.xx.1993-cü il)
16. İstər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunv ericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır.
17. İddiaçının əmək kitabçasının surətinə nəzər yetirdikdə görünür ki, o, 1985 – 1993-cü illərdə Kəlbəcər rayon X2 zoomühəndis üzrə əmək fəaliyyətini icra etmişdir.
18. Cavabdeh inzibati orqanın istinadlarına görə iddiaçının Kəlbəcər rayon X2 işlədiyi zoomühəndis üzrə əmək fəaliyyətini əks etdirən əmrlərin (işə daxilolma və işdən çıxma) tarixləri və nömrələri əks olunmadığından, həmin dövrün sığorta stajına daxil edilməsini istisna edir.
19. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmır və bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının müddəaları ilə əsaslandırır. Belə ki, Qaydaların: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş X1 yerli qurumları tərəfindən aparılır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yarat madan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
20. Göründüyü kimi, normativ hüquqi aktların tələblərinə görə əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək, işdən çıxma barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır.
21. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, məhkəmə öz xidməti vəzifəsinə uy ğun olaraq müvafiq araşdırma aparmış, lakin iddiaçının Kəlbəcər rayon X2 işlədiyi müddət ilə bağlı məlumat (sənədlərin işğal zonasında qalması əsası ilə) əldə edə bilməmişdir.
22. İddiaçının işlədiyi Kəlbəcər rayon X3 ilə bağlı arxiv sənədlərinin olmaması və əmək haqqı cədvəllərinin aşkar olunmaması (işğal zonasında qalması) iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığınd an bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı).
23. İnzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.”
24. Hazırkı işdən də göründüyü kimi iddiaçının sığorta stajına daxil edilməsini tələb etdiyi illər xx.xx.2006-cı il tarixədək olan dövrü əhatə etdiyindən və həmin dövr əmək kitabçasında əks olunduğundan, həmin dövr sığorta stajına daxil edilməlidir. Daxil edilməli müddətə münasibətdə isə iddiaçının tələbi üzrə daxil olunmalı müddət xx.xx.1985 xx.xx.1993-cü il tarixləri əhatə edir. Çünki, iddiaçının işlədiyi illər ilə bağlı müddət konkret müəyyən olunmadığından, məhkəmə iddiaçının iş ə daxil olduğu ilin son gününü iddiaçının dəqiqləşmə barədə ərizəsinə uyğun olaraq və Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi tarixədək olan müddəti iddiaçının sığorta stajına daxil edir. "xxxx" ASC-də işlədiyi illər (xx.xx.1993 – xx.xx.2002-ci il)
25. Cavabdeh iddiaçının həmin dövrdə işlədiyi müddəti sığorta stajına daxil etmir və bu halı onunla əsaslandırır ki, "xxxx" ASC tərəfindən verilmiş arayış ilə əmək kitabçasında əks olunan qeydlər arasında ziddiyyətli məqamlar mövcuddur. Bununla bağlı məhkəmə qeyd edir ki, doğrudur, iddiaçının "xxxx" ASC-də işlədiyi müddət əmək kitabçasında əks olunmamışdır. Lakin məhkəmə icraatı zamanı təqdim olunmuş Qaraçuxur Tikinti Quraşdırma tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 3-cü dərəcəli betonçu vəzifəsində işləmişdir. Göründüyü kimi müəssisəsinin özü də iddiaçının həmin dövrdə betonçu vəzifəsində işlədiyini təsdiq etmişdir.
26. Lakin məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti orqanlara sorğular ünvanlanmış və aparmış olduğu araşdırma nəticəsində iddiaçının həqiqətən də xx.xx.1993-cü il tarixdən etibarən Qaraçuxur Tikinti Quraşdırmada betonçu vəzifəsində işlədiyini müəyyən etmişdir. Bu hal, yəni iddiaçının həmin dövrdə işləməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmuş "xxxx" ASC-nin xx.xx.2001-ci il tarixinə əmək kollektivi üzvlərinin siyahısında öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının "xxxx" ASC-də işləməsini təsdiq edən dəlillər mövcud olduğundan, həmin müddət sığorta stajına daxil edilməlidir.
27. B u zaman nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən etibarən Qaraçuxur Tikinti Quraşdırmada betonçu vəzifəsində işləsə də, o, xx.xx.2002-ci il tarixdə başqa vəzifəyə keçirilmişdir ki, bu da onun sığorta stajına daxil edilməli müddətin xx.xx.1993-xx.xx.2002 dövrləri əhatə etdiyini göstərir.
28. Eyni zamanda, baxmayaraq ki, Əmlak Məsələləri Dövlət Xidməti ilkin sorğuya cavab məktubunda iddiaçının xx.xx.1999-cu il tarixdən "xxxx" ASC-də işlədiyini qeyd etsə də, daha sonra əmək kollektivi üzvlərinin siyahısını təqdim etmişdir ki, həmin siyahıda iddiaçının xx.xx.1993-cü il tarixdən işlədiyi müəyyən olunmuşdur.
29. Beləliklə, iddiaçının "xxxx" ASC-də xx.xx.1993-xx.xx.2002 dövrü əhatə edən müddət onun sığorta stajına daxil edilməlidir.
30. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1229/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-7376/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
33. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına da ir dəlillər:
34. Kassasiya şikayətində iddia tələbinə dair etirazın dəlilləri sadalanmışdır. Cavabdeh kassasiya şikayətində həmçinin aşağıdakıları qeyd etmişdir.
35. İddiaçının əmək kitabçasında qeyd edilmiş 1985-1993-cü illər üzrə Kəlbəcər Rayon X2 işlədiyi dövrlərin doldurulma qaydası pozulduğu üçün (işə daxilolma, işdən çıxma əmrləri olmadığı və möhürlə təsdiq edilmədiyi üçün) həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
36. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozularaq iddiaçının qanunvericiliklə tələb olunan iş stajının mövcud olmamasına baxmayaraq ona yaşa görə əmək pensiyasının yenidən hesablanması qərara alınmışdır. Prosessual hüquq normalarının p ozulmasına dair dəlillər:
37. Məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında işə daxilolma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələrin olmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir, iddiaçının işlədiyi Kəlbəcər rayon X3 ilə bağlı arxiv sənədlərinin olmaması və əmək haqqı cədvəllərinin aşkar olunmaması (işğal zonasında qalması) iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
38. Eyni zamanda, müvafiq məhkəmə Qərarında qeyd edilmişdir ki, hazırkı işdən də göründüyü kimi iddiaçının sığorta stajına daxil edilməsini tələb etdiyi illər xx.xx.2006-cı il tarixədək olan dövrü ə hatə etdiyindən və həmin dövr əmək kitabçasında əks olunduğundan, həmin dövr sığorta stajına daxil edilməlidir. Daxil edilməli müddətə münasibətdə isə qeyd edilir ki, iddiaçının tələbi üzrə daxil olunmalı müddət xx.xx.1985 – xx.xx.1993-cü il tarixləri əhatə edir. Çünki iddiaçının işlədiyi illər ilə bağlı müddət konkret müəyyən olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının isə daxil olduğu ilin son gününü iddiaçının dəqiqləşmə barədə ərizəsinə uyğun olaraq və Kəlbəcər rayonunun Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi tarixədək olan müddəti iddiaçının sığorta stajına daxil edir.
39. Göründüyü kimi iddiaçının Kəlbəcər rayon X2 işlədiyi dövrlər üzrə isə daxilolma, işdən çıxma əmrləri mövcud olmamışdır. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçasında on un isə daxilolma, işdən çıxma tarixləri də qeyd edilməmişdir.
40. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
41. Buna baxmayaraq, məhkəmə kollegiyası yalnız daxili inamı əsasında sığorta stajına daxil olunmalı müddəti xx.xx.1985-xx.xx.1993-cü il tarixləri kimi nəzərə almışdır. Lakin iddiaçının 31 dekabrda isə qəbul olunmasını və 02 apreldə isə işdən azad edilməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil. Belə ki, iddiaçının xx.xx.1985 – xx.xx.1993-cü il tarixlərində işləməsini sübut edən hər hansı hal mövcud olmadığı üçün onun sözügedən müəssisədə fərqli dövrlərdə işləməsi faktı istisna edilmir.
42. Həmçinin müvafiq Qərarda bildirilmişdir ki, həqiqətən də iddiaçının "xxxx" ASCdə işlədiyi müddət əmək kita bçasında əks olunmamışdır. Lakin həmin müddətin əmək kitabçasında əks olunmaması vəziyyəti İddiaçının ziyanına dəyişmir. "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək 3-cü dərəcəli betonçu vəzifəsində işləmişdir.
43. Bununla bağlı bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı ü zrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın.
44. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi iddiaçıya məxsus müvafiq sənədlərin aşkar olunmadığı, məlumatların əks olunmadığı dövrlərin onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.
45. Göstərilən hallar həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamış, əksinə yalnız iddiaçıya məxsus əmək kitabçasının mövcudluğunu əsas gətirərək müvafiq sənədlərin aşkar olunmamasını iddiaçının ziyanına qiymətləndirilməməli olması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
46. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilm əmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübu tetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasl andırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
48. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
50. Şikayət qismən – iddiaçının 1985-1993-cü illərdə Kəlbəcər rayon Aqrar-Sənaye Birliyində işlədiyi müddətin iş stajına daxil edilməsinə dair hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı hə min hissədə ləğv edilməli və təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
51. Apellyasiya instansiyası məhkəməsi iddianın 1985-1993-cü illərə dair əsaslılığı ilə bağlı nəticəyə gələrkən iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydləri mötəbər sübut kimi qəbul etmişdir.
52. Məhkəmə kollegiyası nəzərə alır ki, şəxsin xx.xx.2006-cı il tarixədək iş stajı onun əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və d əlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
53. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.
54. İddiaçıya məxsus əmək kitabçasında onun 1985-1993-cü illərdə Kəlbəcər rayon Aqrar-Sənaye Birliyində işlədiyi qeyd olunsa da, onun həmin təşkilata işə qəbul edildiyi və işdən çıxdığı ay və gün, həmçinin işə qəbulun və işdən çıxmanın əsaslarına dair məlumatlar (əmr, sərəncam və s.), həmin iş yeri ilə bağlı qeydi imzalayan şəxs, onun vəzifəsi (məsul şəxs olduğu) göstərilməmiş, qeydlər həmin hüquqi şəxsin və ya onun hüquq varisinin möhürü ilə təsdiq edilməmişdir.
55. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlumatların əmək pensiyası təyin edilməsi və ya yenidən hesablanması üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmədiyi nəzərə alındıqda, iddiaçının 1985-1993-cü illər üzrə iş stajının qeyd-şərtsiz qəbul edilməsi is tisna edilir.
56. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, “iddiaçının işlədiyi Kəlbəcər rayon X3 ilə bağlı arxiv sənədlərinin olmaması və əmək haqqı cədvəllərinin aşkar olunmaması (işğal zonasında qalması) iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 21(102)-594/2 021 saylı, xx.xx.2021-ci il tarixli qərarı)”.
57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məzmunda qənaətini əsaslı etmir. Belə ki, əvvəla, iddiaçı hazırkı məzmunda tələbinin əsaslarını sübut etmək yükünü daşıyır. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi və ya yenidən hesablanması üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.
58. Məhkəmə təcrübəsinə, hazırkı halda, Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına istinada gəldikdə, həmin qərarın aid olduğu işdə işçinin vəzifəsi, işə daxil olduğu və işdən çıxdığı tarix, həmin faktlara dair əsaslar göstərilmiş, əlavə olaraq, həmin məlumatlar arxiv arayışı ilə təsdiq olunmuşdur. Arxivə təqdim olunmayan və ya arxivdə saxlanılmayan isə, işçiyə əməkhaqqının ödənildiyinə dair məlumatlar olmuşdur. Başqa sözlə, iddiaçının əmək kitabçasındakı məlumatlar əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmiş, mötəbərliyi özü-özlüyündə şübhə doğurmamışdır.
59. Hazırkı işdə vəziyyət fərqlidir. Belə ki, iddiaçının 1985-1993-cü illər üzrə iş stajına dair əmək kitabçasındakı məlumatlar özü-özlüyündə həqiqi vəziyyəti tam və düzgün əks etdirmədiyindən iddiaçının həmin məzmunda tələbinin əsasları digər mötəbər sübutlarla tamamlanmalıdır.
60. Şikayət iddianın təmin olunan digər hissələrinə - “xx.xx.19 79–xx.xx.1985-ci və xx.xx.1993–xx.xx.2002-ci illərin sığorta stajına daxil edilməsi barədə” tələblərə münasibətdə əsassızdır və həmin hissələrdə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən digər hissələrinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
61. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın əsasları ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə alm aqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
62. İddiaçının əmək kitabçasında və təhsil haqqında sənədində qeyd olunan həmin dövrləri nəzərə almamasına baxmayaraq, cavabdeh məhkəməyə həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.
63. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1229/2024 saylı qərarı qismən – “iddiaçının 1985-1993-cü illərdə Kəlbəcər rayon Aqrar-Sənaye Birliyində işlədiyi mü ddətin iş stajına daxil edilməsi” hissəsində ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar “xx.xx.1979–xx.xx.1985-ci və xx.xx.1993–xx.xx.2002-ci illərin sığorta stajına daxil edilməsi barədə” tələblərə aid hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.