Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1826/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1826/19 Bakı şəhəri 14 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaf iə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2-1(103)-624/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon Şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiyanın hesablanması üçünə əsas götürülən hakimiyyət salahiyyətinin icrasında görə 15% əlavə haqq, ixtisas dərəcəsinə görə əlavə və dövlət qulluqçularına ildə 4 aylıq mükafat və müavinətin nəzərə alınmasını, yenidən hesablanması və yaranmış fər qin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ona əmək pensiyası hesablanarkən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbəri kimi, hazırda dövlət qulluğunda işləyənlərə 3 aylıq vəzifə maaşı həcmində verilən mükafat və qulluq stajına və tutduğu vəzifəyə görə verilməli olan mükafat və müavinətlər nəzərə alınmamışdır. Bu səbəbdən, iddiaçı hakimiyyət səlahiyyətlərinin icrasına görə 15% əlavə haqq, ixtisas dərəcəsinə görə əlavə və dövlət qulluqçularına ödənilən 4 aylıq mükafat və müavinətlər də nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə onun tələbini təmin etməmişdir. Cav abdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 saylı fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları”nın tələblərinə müvafiq olaraq iddiaçının işlədiyi dövrdə dövlət qurumunda hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq və ixtisas dərəcəsinə görə əlavələr onun işlədiyi dövlət orqanı tərəfindən təqdim edilmiş arayış əsasında müəyyən olunmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2-1(82)2208/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının əmək pensiyası hüququnun yarandığı tarixdə qüvvədə olmuş qanunvericiliy ə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması zamanı əsas götürülən dövlət məvacibinin tərkibinə vəzifə maaşı, mükafatlar, vəzifə maaşına ixtisas dərəcəsi və qulluq stajına görə verilən əlavələr, habelə Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişləri daxil olduğundan, iddiaçının tələbi təmim edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2-1(103)-1703/2018 saylı qərarı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavab deh kasasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-1(102)-2389/2018 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və İlqar Hüseynov) cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, dövlət qulluqçusuna ixtisas dərəcəsi onun tutduğu inzibati vəzifəyə uyğun olaraq, vəzifədəki qulluq stajı, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınmaqla verilir. İxtisas dərəcələrinə görə əlavələrin miqdarı da dövlət qulluqçularının tutduğu vəzifədən, onların qul luq stajından, peşəkarlığından və idarəçilik təcrübəsindən asılı olaraq dəyişdiyi üçün bu halı təsdiq edən sübutların müraciət edilən inzibati orqana və işə baxan məhkəməyə təqdim edilməsi zəruridir. Lakin, iddiaçı işlədiyi dövrdə ixtisas dərəcəsinə sahib olmasını təsdiq edən hər hansı sübutu cavabdeh inzibati orqana və məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, iddiaçının pensiyasının yenidən hesablanması zamanı hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15%i məbləğində əlavə haqq yalnız iddiaçının “Hakimiyyət salahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nda göstərilən vəzifələr də işləməsinin təsdiq olunduğu halda nəzərə alına bilərdi. Hazırki halda isə, iddiaçının həmin siyahıya daxil olan dövlət qulluğu vəzifələrində işləməsinə dair sübutlar onun tərəfindən təqdim olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2-1(103)-624/2019 saylı qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – iddia tələbinin pensiyasının hesablanması üçün ixtisas dərəcəsinə görə əlavənin və dövlət qulluqçularına ildə 4 aylıq mükafat və müavinətin nəzərə alınması hissəsində ləğv edimiş, iddia tələbi pensiyanın hesablanması ücün ixtisas dərəcəsinə görə əlavənin nəzərə alınması hissəsində rədd edilmiş, iddia - 4 aylıq mükafatın və müavinətin nəzərə alınması hissəsində dəyişdirilərək, pensiyanın hesablanması üçün əsas götürülən hakimiyyət səlahiyyətini n icrasına görə 15% haqqın, dövlət qulluqçularına ildə 3 aylıq mükafat və 1 aylıq müavinət nəzərə alınmaqla pensiya yenidən hesablansın və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya məhkəməsi bildirmişdir ki, dövlət qulluqçularının əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibinə mükafatlar və digər əlavələr onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayışlar əsasında nəzərə alınır. İddiaçı isə, məhkəməyə belə bir arayış təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddiaçının pensiyasının ixtisas dərəcəsinə görə əlavənin nəzərə alınmaqla yenidən hesablanmasına dair gəldiyi nəticəyə düzgün olmamışdır. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, qanunvericilik dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi isə, iddiaçının pensiyasının hesablanması zamanı 3 aylıq mükafatın deyil, 4 aylıq mükafatın nəzərə alınması qənaətinə gəlmiş, habelə pensiyanın müavinət nəzərə alınmaqla yenidən hesablanmasını qeyd etsə də, həmin müavinətin 1 aylıq vəzifə maaşı həcmində olduğunu göstərməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 11, “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 10, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 2, 3, 4, 5, “Hakimiyyət səalhiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 1, “Hakimiyyət səalhiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli, 776 saylı Fərmanın 2, “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 22.1, 23.4, 8.1.3, 11.1.5.2, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rəd d edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının işlədiyi dövrdə dövlət qurumunda hakimiyyət səlahiyyətinin icrasına görə əlavələr, işləmiş olduğu dövlət orqanı tərəfindən təqdim edilmiş arayış əsasında müəyyən edilir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli, 194 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyalarının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının” 10, 11, 12-ci bəndlərinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 08 mart 1955-ci il tarixli FDK 382796 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1955-ci ildə Bakı şəhəri, Lenin rayonu, Balaxanı kəndində anadan olmuşdur, atası Hüseynov Rəhim anası X1r. Seriya AZE 0******* nömrəli şpxşiyyət yəşiqəsinin notariat qaydasında təsd iq olunmuş surətindən görünür ki, X2 xx xxxxxx 1955-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. ИТ-İ ******* saylı əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki,iddiaçı 14 may 1973-cü ildən əmək fəaliyyətinə başlamış, 04 iyul 1973-cü ilədək Bakı Kamvol Kombinatında toxucu köməkçisi vəzifəsində, 10 iyul 1973-cü ildən 13 iyul 1978-ci ilədək “Azkommunproekt” institutunda, 14 iyul 1978-ci ildən 05 aprel 1979-cu ilədək 56 saylı orta şəhər peşə məktəbində mühəndis vəzifəsində, 03 may 1979-cu ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Texniki Nəzarət qrupunda mühəndis, 15 iyun 1979-cu ildən Əsaslı Tikinti Şöbəsində mühəndis, baş mühəndis, 01 dekabr 1980-ci ildən Əsaslı Tikinti İdarəsində baş mühəndis, 01 yanvar 1989-cu ildən Əsaslı Tikinti İdarəsində aparıc ı mühəndis, birinci dərəcəli mühəndis, 30 may 1992-ci il tarixdən 24 yanvar 1995-ci il tarixədək rəis müavini vəzifəsində, 06 oktyabr 1995-ci ilədək aparıcı mühəndis vəzifələrində, 05 yanvar 2004-cü ildən 03 oktyabr 2011-ci ilədək “AzərNeftYanacaq” X4 11ci dərəcəli mühəndis, 10-cu dərəcəli mühəndis, keyfiyyətə nəzarət qrupuna 14-cü dərəcə ilə aparıcı mühəndis, rəsi müavini, 04 oktyabr 2011-ci ildən 29 avqust 2014-cü ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin Standartların tətbiqi və monitorinqi şöbəsinin rəisi vəzifəsində işləmişdir. Səhiyyə Nazirliyinin 2014-cü ilin sentyabr ayının MİŞ-19/054-17 saylı pensiya hesablanması üçün əmək haqqı barədə arayışdan görünür ki, İddiaçınm 1990-cı il üzrə noyabr ayı üçün 350 manat, 1991-ci ilin m ay ayı üçün 350 manat, oktyabr ayı üçün 500 manat, 1992-ci ilin iyun ayı üçün 1200 manat, sentyabr ayı üçün 2050 manat, dekabr ayı üçün 17.600 manat, 1993-cü ilin mart ayı üzrə 21.120 manat, may ayı üzrə 10.560 manat, dekabr ayı üzrə 67.500 manat, 1994-cü ilin mart ayı üzrə 13.500 manat, oktyabr ayı üzrə 30.000 manat, 1995-ci ilin fevral ayı üzrə 6600 manat, mart ayı üzrə 72.600 manat məbləğində mükafat almışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 aprel 2018-ci il tarixli, 16/01-2028 saylı məktubda qeyd edilmişdir ki, ərizədə qeyd olunan əlavələri olmağı barədə işlədiyi dövlət orqanlarından arayış təqdim edəcəyi təqdirdə pensiya məbləği yenidən hesablanacaqdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. İddia tələbində iddiaçı aşağıdakı əlavələrin nəzərə alınmaqla pensiyanın yenidən hesabl anmasını xahiş etmişdir: - il ərzində 3 dəfə ödənilən mükafatların; - növbəti məzuniyyətə gedərkən bir aylıq vəzifə maaşı məbləğində müavinətin; - ixtisas dərəcəsinə görə hesablanan əlavənin; - vəzifə səlahiyyətlərinin icrasına görə hesablanan əlavənin. Apellyasiya məhkəməsi hesab etmişdir ki, göstərilən əlavələrdən ixtisas dərəcəsinə görə hesablanan əlavə istisna olmaqla, digərlərinin alınması qanunvericilikdə müəyyən edilmişdir. Bu mövqeyi cavabdeh yalnız hakimiyyət səlahiyyətinin icrasına görə hesablanan əlavə hissəsində mübahisələndirmiş və göstərmişdir ki, iddiaçı tərəfindən göstərilən əlavələrin alınmasına dair arayış təqdim edilmədiyindən, onun müraciətindən imtina edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Dövlət qulluğü h aqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində müəyyən edilmişdir ki, dövlət məvacibi vəzifə maaşındın, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. İddiaçının dövlət qulluqçüsü kimi pensiya hüququnu qazandığı vaxt, yəni 26 avqust 2014-cü il tarixində qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005ci il tarixli, 194 saylı Fərmanı ilə “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın: - 2-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır; - 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır; - 11-ci maddəsinə əsasən,dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Sadalanmış müddəaların mənasından göründüyü kimi, dövlət qulluqçusuna pensiya təyin edilərkən onun dövlət məvacibinin məbləği müəyyən edilməlidir. Həmin məbləğə isə o cümlədən,Azərbaycan Respub likasının Prezidenti tərəfindən müəyyən edilən pul ödənişlərinin məbləği aiddir. Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq barədə məlumat dövlət qulluqçusunun onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli, 194 saylı Fərmanı ilə “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması” Qaydaları təsdiq edilmişdir. Sonuncu Qaydaların 2-ci bəndində nəzərdə tutulmuşdur ki, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq, bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Həmin qaydaların 10-cu bəndinə əsasən isə, qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə, əmək pensiyasını təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir. İstinad edilmiş qanunvericiliyin mənasına görə, dövlət qulluqçusunun pensiyasının yenidən hesablanmasının əsaslarından birinə məvacibin artırılması aiddir. Məvacibin tərkibinə isə həmçinin istinad edilmiş vəzifə maaşına əlavə, o cümlədən hakimiyyət səlahiyyətinin icrasına görə əlavə aiddir. “Dövlət qulluğü haqqında” Azərbaycan Respublikası Qanunun: - 8.1.3-ci maddəsinə əsasən,dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası nəzərə alınmaqlaəsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respubl ikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları — (...) müvafiq icra hakimiyyəti orqanları (mərkəzi icra hakimiyyəti orqanları)(2-ci kateqoriya dövlət orqanları) kateqoriyalar üzrə təsnifatlaşdırılır; - 22.6-ci maddəsinə əsasən, dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir. “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci və 2-ci maddələrində müəyyən edilmişdir ki, bu Qanun dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi q aydasını müəyyən edir. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli Fərmanı ilə «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı» təsdiq edilmiş və hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir. Həmin Fərmanla təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 1-ci bəndinə əsasən ali - 5-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri və administrasiya (aparat) rəhbərlərinin müavinləri, işlər müdirləri və işlər müdirlərinin müavinləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinləri hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularına aid edilmişdir. Sadalanmış qanunvericiliyin müddəalarından göründüyü kimi, dövlət qulluqçusunun dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın verilməsi yalnız həmin dövlət qulluqçusunun müvafiq Siyahıda müəyyən edilmiş vəzifədə işlədiyi halda nəzərdə tutulmuşdur. Həmin Siyahıda ali kateqoriya dövlət orqanlarından başlayaraq 5-ci kateqoriya dövlət orqanlarına qədər administrasiyaların şöbə müdrlərinin müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi icra hakimiyyəti orqanları2-ci kateqoriya dövlət orqanlarına aid edilmişdir. İşin hallarına görə, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsaslı tikinti idarəsində 30 may 1992-ci il tarixdən 24 yanvar 1995-ci il tarixədək rəis müavini vəzifəsində işləmişdir. Qeyd edi lən halda apellyasiya məhkəməsi düzgün olara işin müəyyən edilmiş halına qanunvericiliyin sadalanmış müddəalarını tətbiq etmişdir, çünki iddiaçı 2-ci kateqoriya mərkəzi icra hakimiyyəti orqanında aparatın idarəsinin rəis müavini vəzifəsində işləmiş və iddiaçının tutduğu vəzifəyə uyğun olaraq dövlət qulluqçusunun məvacibinin tərkib hissəsini təşkil edən əlavə kimi onun hakimiyyət səlahiyyətinin icrası ilə bağlı ödəniş aparıldıqda, həmin məvacib artırılmış kimi qiymətləndirilməli və bu əsasla iddiaçının pensiya məbləği də artırılmış hissəyə uyğun olaraq yenidən hesablanıb ödənilməlidir. Bu əsasla məhkəmə kollegiyası cavabdhein bildirdiyi dəlili əhəmiyyətsiz hesab edir, çünki iddiaçının işlədiyi müddətdə qeyd edilmiş əlavənin alınması qanunverilikdə nəzərdə tutulmamış və iddiaçı belə əlavənin alınmasına dair arayışı təqdim edə bilməzdi. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəll əsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2-1(103)-624/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1826/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1826/2019
04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver