Məhkəmə qərarları › İş №2-1(102)-1826/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1826/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1826/2021 26.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabili tasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “imtinanın qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli 21(107)-211/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 11.03.2020-ci il tarixli, **********1 nömrəli imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli 2-1(116)-146/2021 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) cavabdehi n iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması barədə 05.03.2020-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının əlilliyinin müəyyən edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli 21(107)-211/2021 nömrəli qərarı ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli 2-1(116)-146/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmə qərarı cavabdehə 24.05.2021-ci il tarixində təqdim olunmuşdur.

6. Cavabdeh 28.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 03.05.2021-ci il tarixli 2-1(107)-211/2021 nömrəli qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Eyni zamanda, cavabdeh vəsatət təqdim edərək məhkəmə qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh vəsatəti belə əsaslandırmışdır ki, Agentlik yaxın vaxtda yeni inzibati binaya köçdüyü üçün sənədlərin aidiyyəti üzrə struktur bölmələrə çatdırılmasında texniki problemlərə və sənəd dövriyyəsinin həcminə görə çətinliklər yaşanmış, eləcə də büdcənin vəsaiti hesabına maliyyələşdirilən qurum olduğu üçün büdcə çatışmazlığı problemləri ilə qarşılaşmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ,

8. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahat verərək ötürülmüş prosessual müddətin bərp a edilməsini, kassasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir.

9. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddəti ndə müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

11. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

12. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

13. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

14. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müdd ətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası cavabdehin vəsatətində göstərdiyi halları müddətin bərpası üçün əsas hesab etmir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh kassasiya şikayətini yekun məhkəmə aktını əldə etdikdən 2 aydan artıq müddət keçdikdən sonra vermişdir. Cavabdehin yeni inzibati binaya köçməsi isə belə bir gecikmənin yaranmasına səbəb ola bilməz.

16. Həmçinin, kassasiya şikayətinin tərtib olunaraq məhkəməyə təqdim edilməsi böyük maliyyə vəsaiti tələb etmədiyindən, cavabdeh orqanın büdcə çatışmazlığı problemləri ilə qarşılaşması da üzrlü səbəb hesab edilə bilməz.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür.

18. Odur ki, cavabdehin kassasiya şikayəti mümkün sayılmamalıdır.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli 21(107)-211/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar