Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1826/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; obyektiv səbəblərdən güzəştli arayışın əldə edilməsinin mümkün olmaması, oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Bədəlov Kəmaləddin Nu rəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2-1(103)-1162/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbini n dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin isə 29 iyul 2019-cu il tarixdən ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-476/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim X3) iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 29 iyul 2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barə də yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 21(103)-1162/2025 nömrəli qərarı ilə (hakimlər X2 (sədrlik edən), X4 və X1) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-476/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraa tında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət ya randığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllə r kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunu 9.8-c i maddəsinə, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən, xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı toplamış kişilərə 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalıdır. Qanunvericiliyin tələbləri baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunveric iliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
10. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı işlədiyi müəssisədən güzəştli arayış təqdim etmədiyindən onun güzəştli iş stajı mövcud deyildir.
11. Məhkəmə kollegiyası cavabdehin dəlilini Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1913/2022 saylı qərarında öz əksini tapmış hüquqi mövqeyə istinad etməklə münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Həmin qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, “Kollegiya sözügedən dəlili də əsassız hesab edir. Belə ki, hər şeydən əvvəl iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən güzəştli arayışın əldə edilməsinə yönəlmiş lazımi tədbirlər görülmüşdür. Lakin iddiaçının əvvəllər işlədiyi müəssisə artıq mövcud olmadığından həmin arayışı əldə etmək mümkün olmamışdır. İddiaçının işləmiş olduğu müəssisənin hüquqi varisi olan "xxxx" ASC də həmin arayışı təqdim edə bilməmişdir. Beləliklə, güzəştli arayışın əldə edilməməsi hazırkı işin obyektiv hallarından irəli gəlmişdir.
35. Bununla bağlı olaraq qeyd edilməlidir ki, obyektiv və iddiaçıdan asılı olmayan səbəblərdən güzəştli arayışın əldə edilməsinin mümkün olmaması iddiaçının işlədiyi peşənin güzəştli iş stajına daxil edilməməsinə səbəb ola bilməz. Konkret işdə mövcud olan digər sübutların məcmusu əsasında bu halı müəyyən etmək mümkündürsə, güzəştli arayış olmadan da, iddiaçının işlədiyi peşəni güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən işlərə aid etmək olar. Hazırkı işdə də məhz bu hal mövcud olmuşdur”.
12. Məhkəmə kollegiy ası qeyd edir ki, iddiaçının xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Bakı Baş Tikinti İdarəsi “BŞT” trestinin 21 saylı tikinti idarəsində iş icraçısı vəzifəsində işlədiyi dövr ilə bağlı güzəştli arayışın əldə edilməsinə yönəlmiş lazımi tədbirlər görülmüşdür. Lakin iddiaçının əvvəllər işlədiyi müəssisə artıq mövcud olmadığından həmin arayışı əldə etmək mümkün olmamışdır. Xüsusilə o da qeyd olunmalıdır ki, BBTİ 21 saylı Tikinti İdarəsinin 1990-2005-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə, güzəştli arayışın əldə edilməməsi hazırkı işin obyektiv hallarından irəli gəlmişdir. Bununla bağlı olaraq obyektiv və iddiaçıdan asılı olmayan səbəblərdən güzəştli arayışın əldə edilməsinin mümkün olmaması iddiaçının işlədiyi peşən in güzəştli iş stajına daxil edilməməsinə səbəb ola bilməz.
13. Konkret işdə mövcud olan digər sübutların məcmusu əsasında bu halı müəyyən etmək mümkündürsə, güzəştli arayış olmadan da, iddiaçının işlədiyi peşəni güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən işlərə aid etmək olar. Hazırkı işdə də məhz bu hal mövcud olmuşdur. Belə ki, əmək kitabçasından da göründüyü kimi iddiaçı BBTİ 21 saylı Tikinti İdarəsinə xx.xx.1991-ci il tarixdə iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixdə baş iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir.
14. Beləliklə, mübahisəli məsələlərə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilmək lə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxa rıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2-1(103)-1162/2025 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.