Məhkəmə qərarları › İş №2-1(102)-1827/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1827/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1827/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı cavabdeh DSMF-nin Bakı şəhəri Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə pensiyasının təyin edilməsi, metropolitendə işlədiyi eskalatorların əsaslı təmir sahəsində çilingər-elektrik peşəsinin həmçinin əmək şəraiti ağır olan peşələrə uyğunluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı və cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Xüsus i Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-959/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cü ildə doğulmuşdur.

2. İddiaçının əmək kitabçasında əksinin tapmış məlumatlara əsasən, xx.xx.1978xx.xx.1978, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1989, xx.xx.1989-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991-xx.xx.1991, xx.xx.1991-xx.xx.1993, xx.xx.1993xx.xx.1994, xx.xx.1994-xx.xx.1994-cü illərdə müxtəlif müəssisələrdə işləmiş, xx.xx.1978xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilədək isə xxxxn X1 əsaslı təmir sahəsində çilingər elektrik, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək mexaniki-çilingər sahəsində çilingər, xx.xx.2007-ci ildən eskalatorların əsaslı təmiri sahəsində elektrik çilingəri peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixdən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin X1 əsaslı təmir sahəsində eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri, xx.xx.2015-ci il tarixdən isə xx.xx.2019-cu il tarixədək X1 təmiri və digər avadanlıqların hazırlanması və quraşdırılması sahəsində elektrik çilingəri peşəsində işləmişdir (“xxxx” QSC-nin xx.xx.2019-cu il tarixli arayışında onun həmin müəssisədə əmək fəaliyyətinin davam etdirdiyi göstərilir).

3. İddiaçının 60 yaşı tamam olduğu xx xxx 2019-cu il tarixdə ümumi stajı 25 ildən çox olmuş, xüsusi stajı isə, “xxxx” QSC-nin xx xxxxx 2019-cu il tarixli arayışına əsasən 17 il 4 ay 16 gün təşkil etmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2019-cu il 14 iyun tarixdə 1 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, pensiya hüququnun yarandığı xx xxx 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusilə zərərli və ağır olan işlərdə stajı 17 il 4 ay 16 gün təşkil edir. Cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 21(81)-2795/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı pensiya hüququnun yarandığı xx xxx 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması texniki təchizatı, bərpası və təmiri” bölməsində adları çəkilən istehsalatda: metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərl əri nəzərdə tutulan peşələrdə 12 il 6 aydan çox (17 il) güzəştli stajı vardır.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-959/2020 nömrəli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş siyahılarda nəzərdə tutulmamışdır. b. Kassasiya şikayətinə etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir b. məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

14. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPMin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1 əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadın ların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, p eşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydal arı Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq a pelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırı lmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

21. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan “xxxx” QSC-nin X2 əsaslı təmiri sahəsində xx xxxxxx 2001-ci il tarixindən bu günədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən peşələrin siyahısında olmadığına görə, inzibati orqanın iddiaçıya pensiya təyin etməkdən imtina etməsi qanunidir.

22. Kollegiya şikayətin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, iddia çının tələbinin hüquqi əsasını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin mənasına görə o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: həmin şəxs 60 yaşına çatsın; 25 il ümumi sığorta stajına malik olsun; ümumi staj dövrünün ən azı 12 il 6 ayını yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) işləmiş olsun.

23. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

24. Apelyasiya instansiyası məhkəməsi də bu şərtlər üzrə araşdırma apararaq iddiaçının 60 y aşına çatdığını, 25 ildən çox sığorta stajına malik olduğunu və bu müddətin azı 12 il 6 ayından çoxunu istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə işlərdə çalışdığını müəyyən etmişdir.

25. Apelyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilədək (5 il 1 ay 8 gün) Bakı Metropolitenin X1 əsaslı təmir sahəsində çilingər elektrik, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək (7 ay 23 gün) mexaniki-çilingər, xx.xx.2007-ci ildən eskalatorların əsaslı təmir sahəsində elektrik çilingəri, xx.xx.2014-cü il tarixdən “xxxx” QSC-nin X1 əsaslı təmir sahəsində eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri, xx.xx.2015-ci il tarixdən isə X1 təmiri və digər avadanlıqların hazırlan ması və quraşdırılması sahəsində elektrik çilingəri işlədiyi peşələri Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması texniki təchizatı, bərpası və təmiri” bölməsində göstərilən peşələrə uyğun hesab etmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Çünki sözügedən Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması texniki təchizatı, bərpası və təmiri” sahəsinə aid peşələri müəyyən edən 29-cu bölməsində “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” sahəsi və həmin s ahədə “avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)” peşəsi əmək şəraiti zərərli və ağir olan işlərə aid edilmişdir.

27. İddiaçının əmək kitabçasında da onun xx.xx.2001-ci ildən xxxxndə “eskalatorların əsaslı təmir sahəsinə 4-cü dərəcəli ən ağır şəraiti olan çilingər elektrik vəzifəsinə” təyin olunduğu göstərilmişdir.

28. Həmçinin “xxxx” QSC-nin xx.xx.2019-cu il tarixli arayışında iddiaçının bu arayış verilən günədək həmin peşədə işlədiyi qeyd olunur.

29. İddiaçının 25 ildən çox ümumi iş stajının olması işin mübahisəsiz halıdır.

30. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunla nəzərdə tutulmuş dispozisiya şərtləri mövcuddur və apelyasiya məhkəməsi iddianın əsaslı olduğu barədə düzgün nəticəyə gəlmiş, işin müəyyən olunmuş halları na maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-959/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar