Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1828/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinəqarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1828/2019 Bakı şəhəri 27 iyun 2019-cu il 27.06.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlərİlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2-1(103)-52/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxı lmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Cavabdeh onun Bakı şəhəri, ünvanx saylı binanın zirzəmisindən çıxarılması barədə icra hərəkətlərinin əsassız hesab edilməklə, həmin icra hərəkətləri ilə bağlı icra sənədinin geriyə dönüş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsibarədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki,22 yanvar 1999-cu il tarixdə həyat yoldaşı XXXə, 26 saylı binanın zirzəmisi icarəyə verilmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra həmin zirzəmi XXXin istifadəsində olmuş, lakin məhkəmə qətnamələrinə əsasən həmin şəxs könüllü olaraq zirzəmini boşaltmış dır. Bu barədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Komitəsinə 20 dekabr 2013-cü il tarixli, 21981-759/9-5 saylı məktub göndərilmişdir. 2018-ci ilin fevral ayında Cavabdeh tərəfindən onlara bildirilmişdir ki, istifadəsində olan bu zirzəmi yenidən icra sənədində borclu göstərilmiş XXX tərəfindən zəbt edildiyi üçün, tələbkar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tələbi əsasında icra sənədi yenidən təzələnmişdir. Lakin həmin zirzəmi icra sənədində göstərildiyinin əksinə olaraq XXX tərəfindən deyil, onun tərəfindən artıq 20 ildir ki, Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə bağlanmış icarə müqaviləsi əsasında istifadə olunur. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən 27 may 2018-ci il tarixdə zirzəmi boşaldılaraq, həmin zirzəmidə olan ona məxsus avadanlıqlar, materiallar, əşyalar götürülmüş, qalanlarına isə ziyan vurulmaqlaqaytarıldığından, ona maddi və mənəvi ziyan vurulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2-1(82)214/2018 saylı qərardadı (hakim Etibar Mustafayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın mümkün sayılıb icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2-1(103)-1950/2018 saylı qərardadı ilə (sədrlik edən hakim Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Xəyal Sarıyev)iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qərardad ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2-1(82)2873/2018 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) Hüseyn Məmmədov hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2-1(82)2873/2018 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üçüncü şəxsin xüsusi mülkiyyətində olduğundan, həmin əmlaka dair hər hansı icra hərəkətlərinin və artıq icra olunmuş icra sənədi üzrə geriyə dönüş edilməsi üçün qanuni əsasların mövcudluğu sübuta yetirilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2-1(103)-52/2019 saylı qərarı ilə (sədrlik edən hakim Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da təkrar göstərmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8.1, 8.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia əzisəsində qeyd etdiyi halları təkrar sadalamış, əlavə olaraq göstərmişdir ki, onun 22 may 2018-ci il tarixdə keçirilmiş icra hərəkətlərində iştirak edərək, zirzəminin boşaldılması barədə akta imza etməsi barədə qərarda göstərilənlər həqiqəti əks etdirmir, o, icra hərəkətlərində iştirak etməmiş və hər hansı bir aktı imzalamamışdır. Daha bir dəlillə bildirilmişdir ki, qərarda üçüncü şəxsin mübahisə predmeti olan zirzəminin mülkiyyətçisi olduğundan, icra sənədinin geriyə dönüşünün mümkün olmaması göstərilsə də, bu barədə həmin şəxs pretenziya və ya məhkəmədə ayrıca iddia qaldırmamışdır və onun adı icra vərəqəsində tələbkar kimi yazılmamışdır. Dəlilin hüquqi əsası kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 28.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 418.1, 418.2-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci madd əsinə əsaslanmaqla işə cavabdeh tərəfinvə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin Sahibkarlıq Uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan iddiaçı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 aprel 2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə 27 may 2010-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 05 yanvar tarixli, 82 nömrəli müqavilənin surətindən görünür ki, Sabunçu rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən rəis XXX ilə XXX k/m təşkil atı tərəfindən iddiaçı arasında Nazirlər Kabinetinin 40 saylı qərarı əsasında XXX küç., prospektində fəaliyyət göstərən və istifadə edilən 200 kv.metr qeyri-yaşayış sahəsi üçün istismar xərclərinin ödənilməsi haqqında müqavilə bağlanmışdır. 01 aprel 2018-ci il tarixli, 030515 saylı müqavilənin surətində qeyd edilmişdir ki, gələcəkdə “İcraçı” adlanacaq müəssisənin nizamnaməsinə əsasən fəaliyyət göstərən Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin “xxxx” MMC-nin direktoru Xun şəxsində, bir tərəfdən gələcəkdə “Sifarişçi” adlanacaq İddiaçı şəxsində digər tərəfdən aşağıdakı şərtlərlə bu müqaviləni bağlamışdır. Bu müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”yə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini, “S ifarişçi” isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini cənab Rafiq Cəlilova ünvanlanmış 20 dekabr 2013-cü il tarixli, 21981-759/9-5 saylı məktubda qeyd edilmişdir ki, icraatda olan icra işi əlaqədar iddiaçı şöbəyə ərizə ilə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2(82)-11 saylı 12 fevral 2010-cu il tarixli icra sənədi üzrə tələbkar Azərbaycan Respublikasının Əmlak Məsələləri “Dövlət Komitəsinin tələbinin tam təmin edildiyini bildirmiş, icra sənədinin icrasına xitam verilmədiyi üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, XXX küçəsində yerləşən 5 mərtəbəli binanın zirzəmisində y erləşən qeyri yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarə müqaviləsi bağlaya bilmədiyini qeyd etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-11 saylı, 12 fevral 2010-cu il tarixli icra sənədi üzrə tələbintəmin edilib-edilməməsi barədə şöbəyə rəsmi məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 10 yanvar 2011-ci il tarixli, 16/01-28 saylı arayışdan görünür ki, iddiaçı həqiqətən Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində 23 avqust 2010-cu il tarixdən (Q/№-1607156; VÖEN **********) Bakıxanov qəsəbəsi, XXX küçəsi-26 ünvanda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və həmin tarixdən işçi kimi XXX ilə əmək müqaviləsi bağlamışdır. Azərbaycan R espublikasının Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış 07 iyun 2017-ci il tarixli, 16/01-14 saylı məktubda qeyd edilmişdir ki, fiziki şəxs İddiaçı 23 avqust 2010-cu il tarixdən şöbədə ******* saylı uçot nömrəsi ilə qeydiyyata alınmışdır. Fəaliyyət göstərdiyi dövrlər üçün sosial sığorta haqqlarını ödəmiş, hesabat təqdim etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıyaünvanlanmış 25 aprel 2018-ci il tarixli, **********59 nömrəli məktubda qeyd edilmişdir ki, qeyd edilən ünvanda yerləşən, mərhum həyat yoldaşı XXXin icarəsində olmuş sahə də daxil olmaqla 308,2 kv.m. və 86 kv.m. olan qeyri-yaşayış sahələrinin, səmərəli istifadə edilməsi məqsədilə “Azərbaycan Respublik asında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə nəzərdə tutulmuş qaydada hərrac vasitəsilə özəlləşdirilməsi barədə 11 noyabr 2016-cı il tarixdə qərar qəbul edilmiş və komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az - özəlləşdirmə portalında bu haqda elan verilmişdir. Lakin sözügedən əmlakın satışı ilə bağlı şifahi məlumat verilməsinə baxmayaraq, keçirilən hərraclarda iştirak etmək hüququndan iddiaçı istifadə etməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq və şəffaflıq prinsipləri ilə keçirilən hərraclarda yuxarıda qeyd edilən, sahəsi 86 kv.m. olan qeyri-yaşayış sahəsi birinci hərracda, 308,2 kv.m. qeyri-yaşayış sahəsi isə 5-ci hərracda satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı ünvanlanmış 07 sentyabr 2017-ci il tarixli, **********84 nömrəli məktubda qeyd edilmişdir ki, qeyd edilən ünvanda yerləşən 86 kv.m. və 308,2 kv.m. olan obyektlərin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi barədə 11 noyabr 2016-cı il tarixində qərar qəbul edilmiş və komitənin mətbu orqanı olan “Mülkiyyət" qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az - özəlləşdirmə portalında bu haqda elan verilmişdir. Lakin keçirilən hərraclarda iddiaçı iştirak etmək hüququndan istifadə etməmişvə 86 kv.m.olan qeyriyaşayış sahəsi birinci hərracda, 308,2 kv.m. qeyri-yaşayış sahəsi isə 5-ci hərracda satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ünvan 3 ün vanında yaşayan vətəndaş İddiaçı ünvanlanmış 29 mart 2017-ci il tarixli, **********00 nömrəli məktubda qeyd edilmişdir ki, obyektin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə nəzərdə tutulmuş qaydada hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Lakin 13 dekabr 2016-cı il tarixdə keçirilən hərracda iddiaçı iştirak etməmişdir və qeyd edilən obyekt 13 dekabr 2016-cı il tarixdə açıq hərracda satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ünvan 3 ünvanında yaşayan vətəndaş İddiaçı ünvanlanmış 03 dekabr 2014-cü il tarixli, **********73 nömrəli məktubda qeyd edilmişdir ki, onun və komitənin Bakı şəhəri üzrə 4 saylı ərazi şöbəsinin mütəxəssislərinin birlikdə sahəyə baxış keçirməsi və araşdırma aparılması barədə ərazi şöbəsinə göstəriş verilmişdir. Cavabdehin 13 iyun 2018-ci il tarixli, 7552-328470/28 nömrəli məktubda qeyd edilmişdir ki, 2 saylı Bakı yerli iqtisad məhkəməsi tərəfindən verilmiş 2(82)-11/2009 saylı, 12 fevral 2010-cu il tarixli icra vərəqəsinə əsasən ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi XXXin qanunsuz sahibliyindən alınaraq dövlətə qaytarılmalıdır. İcra sənədi 25 noyabr 2017-ci il tarixdə Sabunçu rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar bildirişlə bərabər icra sənədi üzrə bor clunun ünvan 5 ünvanına göndərilmişdir. 07 fevral 2018-ci il və 02 mart 2018-ci il tarixlərində icra təyin edilmiş, icra sənədi üzrə borclu XXX qohumu İddiaçı ilə birlikdə icra yerində, həmçinin şöbəyə gələrək səs-küy salmaqla şöbənin iş rejimini pozmuş, şəhid ailəsi olduqlarını əsas gətirərək kütləvi şəkildə qeyri-yaşayış sahəsinin qarşısına yığışaraq təyin edilmiş icra zamanı icra hərəkətlərinin aparılmasına maneçilik törədəcəklərini, özlərinə xəsarət yetirəcəklərini bildirmişlər. İcra sənədinin məcburi icrası 22 may 2018-ci il tarixinə saat 11:00-a təyin edilmiş, icra zamanı borclu XXX, sonuncunun qohumları XXXvə İlham Quliyev müqavimət göstərərək icra hərəkətlərinin aparılmasına maneçilik törətdikləri üçün barələrində akt və müvafiq inzibati protokol tərtib edilməklə baxılması üçün Sab unçu rayon məhkəməsinə göndərilmişdir. Sabunçu rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində inzibati protokol tərtib edilmiş qeyd olunan şəxslər inzibati məsuliyyətə cəlb edilmişlər. Buna baxmayaraq icra hərəkətləri davam etdirilmiş və həmin gün icra sənədi tam icra olunmuşdur. Daha sonra, 24 may 2018-ci il tarixdə “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən qərar qəbul edərək icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 21 yanvar 2010-cu il tarixli, 21(102)-23/10 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh XXXə qarşı istifadə haqqının ödənilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və əmlakın dövlətə qaytarılması tələbinə dair ilkin, XXXin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanması tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 25 avqust 2009-cu il tarixli, 2-1(103)-210/2009 saylı qətnaməsindən cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxılaraq, cavabdeh XXXin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsi iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 25 avqust 2009-cu il tarixli, 2-1(103)-210/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı yerli iqtisad Məhkəməsinin 12 iyun 2010-cu il tarixli, 2(82)-11/2009 saylı qərardadının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin cavabdeh XXXə qarşı icarə haqqı borcunun ödənilməsi, qeyriyaşayış sahəsinin boşaldılması, əmlakın dövlətə qaytarılması və 3721 manat 64 qəpik istifadə haqqı üzrə borcun tutulması barədə iddia tələbinə və X1 Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə qarşı cavabdehin faktiki istifadəsində olan, ünvan 6 ünvanda yerləşən sahəsi 96,4 kv.metr olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanmasının Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılmasına dair qarşılıqlı iddia ərizəsi üzrə iş üzrə qəbul edilmiş 28 yanvar 2010-cu il tarixli məhkəmə qətnaməsinin icrasını n izah edilməsi barədə məhkəmə içraçısının ərizəsinə baxılaraq, Sabunçu rayon Məhkəmə içraçısının ərizəsinin təmin edilməsi qərara alınmış, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 12 fevral 2010-cu il tarixli, 2(82)-11/2009 saylı icra vərəqəsi izah edilmişdir. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(82)-11/2009 saylı qətnaməsinin icrası üçün verilmiş 12 fevral 2010-cu il tarixli icra vərəqəsinə əsasən, mübahisəli obyekt- Bakı şəhəri, XXX 26 ünvanında yerləşən və MKTB-nin balansında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi, məhz XXXin qanunsuz sahibliyindən alınaraq dövlətə qaytarılması tələb olunur. İcra hərəkətləri nəticəsində icra sənədi üzrə borclu XXX tərəfindən mübahisəli obyektdən istifadə edilməməsinin təmin edilməsi, mübahisəli obyektin tələbkar Əmlak M əsələləri Dövlət Komitəsinə təhvil verilməsinin təmin edilməsi 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 2(82)-11/2009 saylı 12 fevral 2010-cu il tarixli icra vərəqəsinin tam icra edilməsi deməkdir. ünvan 7 ünvanda yaşayan XXX tərəfindən cavabdehə ünvanlanmış 22 may 2018-ci il tarixli ərizənin surətində qeyd edilmişdir ki, 2 saylı Bakı yerli İqtisad məhkəməsinin 2(82)11/2009 saylı 12 fevral 2010-cu il tarixli icra sənədinin icrası zamanı XXX 26 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılması zamanı 166 və 188-Yük xidmətinə təhvil verilmiş əmlakların təhvil verilməsinə göstəriş verilməsi xahiş etmişdir. ünvan 7 ünvanda yaşayan XXX tərəfindən cavabdehə ünvanlanmış 24 may 2018-ci il tarixli ərizənin surətində qeyd edilmişdir ki, 22 may 2018-ci il tarixdə təyin edilmiş icra zamanı XXX 26 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 166 və 188 yük xidmətinən daşınmış əmlakları tam şəkildə təhvil alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, ev 2/6, mənzil 127-də yaşayan İddiaçı ünvanlanmış 06 noyabr 2014-cü il tarixli, 22397/13 saylı məktubda qeyd edilmişdir ki, şöbənin icraatında olan 2 Saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(82)-11/2009 saylı 12 fevral 2010-cu il tarixli icra vərəqəsinə əsasən ünvan 4 ünvanda yerləşən 5 mərtəbəli binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi XXXin qanunsuz sahibliyindən alınaraq dövlətə qaytarılmalıdır. İcra sənədi 29 mart 2010-cu il tarixdə şöbənin icraatına daxil olmuş və qanunvericiliyə müvafiq qaydada icraya yönəldilmişdir. Bununla bağlı 29 mart 20 10-cu il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra edilməsi üçün bildiriş qəbul edilərək cavabdehin icra sənədi üzrə göstərilən ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Həmçinin borclu tərəfindən icra vərəqəsi könüllü olaraq icra edilmədiyindən borclunun və tələbkarın ünvanlarına məktub göndərilib məcburi icra tədbirləri 22 aprel 2014-cü il tarixə təyin edilmişdir. 22 aprel 2014-cü il tarixdə tələbkarın nümayəndəsi ilə birlikdə təyin olunan vaxtda icra yerində olunduğu zaman müəyyən olunmuşdur ki, borclu XXX Bakı şəhəri, Bakıxanov qəsəbəsi, XXX küç 26 ünvanda yerləşən 5 mərtəbəli binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsində heç bir fəaliyyət göstərmir. İddiaçının icra vərəqəsində qeyd edilmiş qeyri-yaşayış sahəsinin istifadəsinə dair Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə bağladığı müqavilə mövcuddur və həmin sahədə o fəaliyyət göstərir. Beləliklə, yuxarıda qeyd olunanları əsas tutaraq icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinə müvafiq olaraq icra edilmədən 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə 30 aprel 2014-cü il tarixli, 7746-759/9-5-13 saylı məktubla geri qaytarılmışdır. Cavabdehin 7552-328470/28 saylı, 13 iyun 2018-ci il tarixli məktubundan və 24 may 2018-ci il tarixli icraata xitam verilməsi barədə qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-11/2009 nömrəli, 12 fevral 2010-cu il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən iddiaçıyaünvanlanmış 12 mart 2018-ci il tar ixli, 2961/28 saylı məktubda qeyd edilmişdir ki, şöbənin icraatında onun tərəf olduğu hər hansı bir icra sənədi mövcud deyildir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 28 fevral 2019-cu il tarixli, 14/3 saylı məktubunda qeyd edilmişdir ki, əvvəllər çoxmənzilli yaşayış binalarının qeyri-yaşayış sahələri binaların tərkibində aidiyyəti qurumun balansında olmuşdur. Sonradan yəni 2000-ci ildən etibarən yaşayış binalarının (dövlət mənzil fonduna aid edilən) tərkib hissəsi olan qeyri-yaşayış sahələri üzərində sərəncam vermək müvafiq sərəncamlar əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə aid edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsin ə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir. Lakin iddianın mümkünlüyünün yoxlanılması xidməti vəzifəsinə görə bütün məhkəmə instansiyalarına aid olduğundan, məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, b u Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Belə şərtlərdən birinə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslanmaqla iddia qaldırılması üçün subyektiv hüququnun olması aiddir. Tələblə iddiaçı Bakı şəhəri, Cavabdeh onun B akı şəhəri, ünvanx saylı binanın zirzəmisindən çıxarılması barədə icra hərəkətlərinin əsassız hesab edilməklə, həmin icra hərəkətləri ilə bağlı icra sənədinin geriyə dönüş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Tələbin əsaslandığı hallara görə, iddiaçı həmin qeyri-yaşayış sahəsi ilə bağlı hüququnun mövcudluğunu bildirmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçının iddia qaldırmağa subyektiv hüquqa olmamışdır. 06 sentyabr 1997-ci il tarixli, 629 saylı “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının: - 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Pre zidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin. Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunsun. “Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları” nın: - 1-ci b əndinə əsasən, bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydalarını tənzimləyir. - 2-ci bəndinə əsasən, qeyri-yaşayış sahələrinə aiddir: ayrıca tikilmiş qeyri-yaşayış binaları; yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri; mənzil fondundan qeyrimənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri. Sadalanmış normaların məzmununa əsasən, yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında y erləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri ilə bağlı məsələlər 2000-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətindədir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, qeyri-yaşayış sahəsi ilə bağlı hüquqları onunla Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə bağlanmış icarə müqaviləsinə əsasında yaranmışdır. Halbuki, onun istinad etdiyi Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə bağlanmış 82 nömrəli müqavilə (31 dekabr 2010-cu ilə qədər qüvvədə olan) qeyri-yaşayış sahəsi üçün istismar xərclərinin ödənilməsi, Departamentin “xxxx” MMC-nin direktoruXXX (“Sifarişçi”) ilə bağlanmış 01 aprel 2018-ci il tarixli, 030515 saylı müqavilə ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tu llantılarının daşınması və zərərsizləşdirməsi ilə bağlıdır. Göründüyü kimi, iddiaçının iddia ərizəsinə əlavə etdiyi 2000-ci ildən sonrakı tarixlərdə bağlanmış müqavilələr icarə müqaviləsi deyildir. Həmçinin, iddiaçı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında həmin qeyriyaşayış sahəsinə dair heç bir müqavilə imzalanmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindəm verilmiş RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, XXX, 26 saylı qeyri-yaşayış sahəsi Hüseyn Məmmədovun xüsusi mülkiyyətindədir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə g örə 2000-ci il tarixdən sonra qeyri-yaşayış sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamında olduğundan, həmin sahəyə dair hüquqlar yalnız Komitə ilə müqavilə bağlandıqdan sonra yaranır. Hazırki halda iddiaçı ilə Komitə arasında müqavilənin bağlamasına dair heç bir sübut mövcud deyildir, iddiaçının özü də yalnız Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyi bağlanmış müqavilələrə istinad etdiyi üçün və mübahisəli qeyri-yaşayış sahəsinin statusu müəyyən edilərək üçüncü şəxsin xüsusi mülkiyyətinə verildiyindən belə bir müqavilənin olmadığı qənaətinə gəlmək olur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyri-yaşayış sahəsinə dair subyektiv hüququ möcud olmadığından, onun həmin qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehin icra hərəkətlərinin ə sassız hesab edilməsi və icra sənədinin geriyə dönüş edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ da olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi ilə bağlı qanunvericiliyin iddianın mümkünlük şərtləri ödənilməmişdir. Bu səbəbdən, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan ma ddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qərarın ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2-1(103)-52/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qarşı Bakı şəhəri Cavabdeh onun Bakı şəhəri, ünvanx saylı binanın zirzəmisindən çıxarılması barədə icra hərəkətlərinin əsassız hesab edilməklə, həmin icra hərəkətləri ilə bağlı icra sənədinin geriyə dönüş edilməsi vəz ifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası mümkün sayılmasın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1828/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1828/2019
27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver