Məhkəmə qərarları › İş №2-1(102)-1828/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1828/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1828/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi, şikayət üzrə apelyasiya icraatının mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsi ilə təmin olunma” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1917/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ev verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2-1(82)2914/2018 saylı qərardadı ilə (hakim: Z.M.Tağıyev) iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə qədər cavabdehə müraciət etmədiyin dən iddia mümkünlük şərtinə cavab vermir.

4. İddiaçı 25 iyul 2018-ci il tarixdə birinci instansiya məhkəməsinin qərardadını almış, 23 sentyabr 2020-ci il tarixdə ondan apelyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1810/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və R.M.Həsənov) iddiaçının verdiyi şikayət üzrə apelyasiya mümkün sayılmamış və apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir.

6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyindən şikayət mümkün sayıla bilməz.

7. Apelyasiya instansiyası məhkəməsinin qərarda dından iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)858/2021 saylı, 19 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1810/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş apelyasiyanın mümkünlüyü əsaslarının yoxlanması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı iddiaçını lazımi qaydada məlumatlandırmamışdır. İddia çı 20 oktyabr 2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasının keçirilməsinin məqsədi barədə (apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı) aydın bilgiyə malik olmamışdır. Apelyasiya məhkəməsi göndərdiyi bildirişdə apelyasiya şikayəti üzrə məhkəmə iclasının 20 oktyabr 2020-ci il tarixə təyin edilməsini bildirmiş, lakin bildirişdə apelyasiyanın mümkünlüyü ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1917/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: M.N.Tağızadə və X.A.Cəmilova) iddiaçının verdiyi apelyasiya şikayəti mümkün sayılmamış və apelyasiya şikayətini n qəbulundan imtina edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməklə şikayət verdiyindən, eləcə də şikayətə buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə əlavə edilmədiyindən şikayət mümkün sayıla bilməz.

12. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsini və şikayətin təmin olunmasın xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü və ya üzürsüz səbəbdən ötürülməsini araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasını n İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosess ual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 85.1 Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apelyasiya instan siyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apelyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırıl malıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gör ə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. İş materiallarından görünür ki, hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2914/2018 saylı, 10.07.2018-ci il tarixli qərardadının surəti iddiaçıya eyni tarixli məktubla göndərilmiş, iddiaçı 25.07.2018-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə məhkəmə qərardadını almışdır.

21. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadı iddiaçıya 25.07.2018-ci ildə təqdim edilmiş və o, bu barədə müvafiq qəbzə imza etmişdir. İşin bu halı mübahisəsizdir və iddiaçı tərəfindən də mübahisə edilmir. İddiaçının apelyasiya şikayəti 23.09.2020-ci il tarixdə təqdim edilmişdir ki, bununla da apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.

22. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi 22.06.2021-ci il tarixdə iddiaçıya aşağıdakı məzmunda məhkəmə bildirişi göndərmişdir: “... Bundan əlavə, İddiaçı bildirilir ki, birinci instansiya məhkəməsinin qərardadı tərəfinizdən 25.07.2018-ci il tarixdə alınmış, apellyasiya şikayəti isə 23.09.2020-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq sizə təklif olunur ki, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 15.07.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edəsiniz.”

23. Həmin bildiriş iddiaçıya 09.07.2021-ci il tarixdə təqdim edilsə də, iddiaçı bildirişdə göstərilənlərə əlaqədar heç bir addım atmamış, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.

24. İddiaçı kassasiya şikayətinə apelyasiya şikayəti vermə müddətinin üzürlü səbəbdən ötürülməsi barədə sənədlər əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçı 22.07.2020 - 14.08.2020 (24 gün), 06.04.2021 - 21.04.2021-ci il (16 gün) tarixlərdə stasionar qaydada xəstəxanada müalicə almışdır. İddiaçının birinci instansiya məhkəməsinin qərardadını 2018-ci ilin iyul ayında almasını, xəstəxanaya isə 2020-ci il ilin iyul ayında daxil olmasını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iki illik zaman kəs imində iddiaçının qərardaddan apelyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuşdur.

25. Bundan əlavə, iş materiallarından göründüyü kimi, iddiaçı hər iki apelyasiya icraatı zamanı müddətin ötürüldüyünü etiraf etmiş, lakin müddət bərpasına dair vəsatət verməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifə lərə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.»

27. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrsüz səbəblərdən ötürüdüyündən apelyasiya instansiyası məhkəmə si iddiaçının şikayəti üzrə аpelyаsiyа icraatını mümkün saymamaqda haqlı olmuşdur.

28. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1917/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar