Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1828/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması barədə qərarların ləğvi, pensiyanın əvvəlki məbləğinin bərpası, pensiya fərqinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi, pensiyanın bərpa edilməsi və pensiya fərqinin ödənməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2-1(103)325/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.1990-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, 2019cu ildə yaşa görə əmək pensiyası almağa başlamışdır.
2. İddiaçı ali təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması barədə xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış, həmin tarixə aldığı 348,65 ma nat pensiya məbləği azaldılaraq 338,51 manat müəyyən edilmişdir. Qərarda pensiyanın təyin olunduğu tarix xx.xx.2011-ci il olaraq göstərilmişdir. Qərarın qeyd hissəsinə əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək (3417,51 manat) artıq ödənilmiş vəsaitin tutulması qərara alınmışdır.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış, həmin tarixə aldığı 352,59 manat pensiya məbləği azaldılaraq 322,29 manat, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2021-ci il tarixdən müəyyən olunmuşdur. Qərarda pensiyanın təyin olunduğu tarix xx.xx.2011-ci il olaraq göstərilmişdir. Qərarın qeyd hissəsinə əsasən vətəndaş işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda pensiya kapitalına əsasən səhvən yenidən hesablama aparıldığına görə (xx.xx.2013xx.xx.2021) artıq ödənilmiş vəsaitin aylıq pensiya məbləğindən tutularaq bərpa edilməsi qərara alınmışdır.
5. Pensiya təyinatı altsistemindən çıxarışdan görünür ki, sonuncu dəfə iddiaçıya 348,65 manat pensiya xx.xx.2020-ci il tarixdə ödənmiş, xx.xx.2021-ci il tarixdən etibarən hər ay əmək pensiyasından 67,01 manat tutulma həyata keçirilir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdən işlədiyi halda əmək pensiyasının yığım hissəsi hesablanıb verilmiş, eyni zamanda işdən azad edildiyi xx.xx.2019-cu il tarixdə əmək pensiyasının məbləği səhv olaraq hesablanmış və nəticədə 3417,51 manat artıq ödəmə aşkarlanmışdır. xx.xx.2021-ci il tarixdən əmək pensiyasının məbləği 377,10 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasından tutulmalar qanunsuz hesab edilməklə cavabdehin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixədək aldığı pensiyanın bərpa edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ali təhsil aldığı 1972-1976-cı illərin də stajına daxil edilərək pensiyasının yenidən hesablanması və artırılmasını xahiş etmiş, lakin sonuncu tərəfi ndən tələbi təmin edilməmişdir. Qeyd olunan məsələdən nazirliyə şikayət yazmış, ona heç bir cavab verilməmişdir. Daha sonra isə məsələ ilə razılaşmasa da, tutulan məbləğin azaldılmasını xahiş etmişdir. Lakin indi isə növbəti ayın pensiyasını aldığı zaman pensiyasından 122 manat (əvvəl 97 manat tutulurdu) tutublar. Qaynar xətdən ona bildirilmişdir ki, pensiya məbləği yenidən səhv hesablanmış, pensiyası 377 yox, 322 manatdır. O, hər dəfə şikayət, xahiş yazdıqca pensiyası “səhv hesablanıb” əsası ilə azaldılır. Qeyd olunan borc əsassız hesablanmış, 3417,51 manat heç bir məhkəmə qərarı olmadan hər ay pensiyasından tutulur. Ona verilmiş imtina məktubu imzasız, möhürsüz və adi ağ kağızdadır. İnzibati orqan onun pensiya məbləğini necə hesablaması, borc məbləğinin necə yaranmış olması və hansı əsas la onun almalı olduğu məbləğdən tutulması barədə heç bir məlumat verməmişdir. Cavabdehin etirazları:
9. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia tələbi tam əsassızdır və rədd edilməlidir. İddiaçıya İİ dərəcəli əlillik müəyyən edilməklə, xx.xx.1990-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2011-ci il tarixdən əlillik səbəbi “Ümumi xəstəliklə əlaqədar” olmaqla, müddətsiz İ dərəcəli əlillik müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixdən işlədiyi halda əmək pensiyasının yığım hissəsi hesablanıb verilmiş, eyni zamanda işdən azad edildiyi xx.xx.2019-cu il tarixdə əmək pensiyası məbləği səhv olaraq hesablanmış və nəticədə 3417,51 manat artıq ödəmə yaranmışdır. Bundan əlavə, iddiaçı pensiyasından 422 manat (əvvəl 97 manat) tutulduğunu i ddia edir. Lakin iddiaçının əmək pensiyasından tutulmanın məbləği 67,01 manat olmaqla, ona ödənilməli olan məbləğin 20 faizini təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-6162/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarları ləğv edilmiş, iddiaçının xx.xx.2020-ci il tarixədək aldığı pensiya məbləği bərpa edilərək əmək pensiyasından xx.xx.2021-ci il tarixdən aparılan tutulma qanunsuz hesab edilmiş və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2013-cü ildən xx.xx.2019cu il t arixlərində iddiaçının əmək pensiyasının yığım hissəsinin hesablanıb verilməsi, eləcə də işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi barədə 2013-cü ildə təqdim etdiyi arayış iddiaçının pensiya işinə əsasən müəyyən olunmur. Eyni zamanda, xx.xx.2019-cu il tarixdə əmək pensiyası məbləğinin səhv hesablanmasının nədən ibarət olması istər iddiaya yazılı etirazda, istərsə də mübahisələndirilən qərarlarda göstərilmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir Mübahisələndirilən xx.xx.2020 və xx.xx.2021-ci il tarixli qərarların qəbul olunması ilə bağlı inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxs kimi iddiaçının dinlənilmək, inzibati icraat materialları il ə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq) hüquqlarının təmin edildiyi iş materiallarına, eləcə də iddiaçının pensiya işinə əsasən müəyyən olunmur. Qeyd edildiyi kimi, qanunvericinin mövqeyinə əsasən, inzibati orqan tərəfindən əmək pensiyaçısının əmək pensiyasından tutulma haqqında qərar yalnız onun razılığı olduqda qəbul oluna bilər. İşin hallarına əsasən iddiaçının belə bir yazılı razılığı olduğu müəyyən olunmur. Hazırkı işdə mübahisələndirilən inzibati aktların qəbul edilməsi zamanı cavabdeh qurumun qeyd edilən normalara riayət etdiyi müəyyən olunmur. Odur ki, mübahisələndirilən inzibati akt qanunsuz əlverişsiz inzibati aktdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı “İnzi bati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması iddiaçının fərdi hallarına uyğun olaraq (yaşı və digər gəlirlərinin müəyyən olunmaması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2-1(103)-325/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı işdə pensiyanın azaldılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmç inin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
15. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin məbləğinin azaldılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hal lardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində iddiaçının xeyrinə mövcud inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola şəxsin ziyanına pensiya məbləğinin azaldılması barədə başqa inzibati aktları qəbul edə bilməzdi.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtinasında, iddiaya qarşı etirazında və apellyasiya şikayətində göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə mü vafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.... Maddə
36. İnzibati icraatda iştirakçılar... 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquq i şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.... Maddə
58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzib ati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmi n etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, h əmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilmə məsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə m übahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normal arı baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçıya xx.xx.19 90-cı il tarixdən əlilliyə görə təyin edilmiş pensiya, sonradan iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti əsasında cavabdeh iddiaçının xeyrinə əlverişli inzibati aktın (birinci dəfə 348,65 manatın, ikinci dəfə isə 352,59 manatın təyin olunması barədə qərarların) mövcud olmasına baxmayaraq, öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi – iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzib ati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya sadəcə məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da əvvəllər ona təyin edilmiş pensiya məbləğini azaltmaqla iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq qeyd etmişdir ki, hazırkı işdə pensiyanın azaldılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın a parılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
30. Apellyasiya instansiyası məhkəməsi, həmçinin haqlı olaraq hesab etmişdir ki, cavabdeh pensiya ödənişinin məbləğinin azaldılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində iddiaçının xeyrinə mövcud inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola şəxsin ziyanına pensiya məbləğinin azaldılması barədə başqa inzibati aktları qəbul edə bilməzdi.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 21(103)-325/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.