Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1828/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: dosent elmi ada görə əmək haqqına əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müda fiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 21(103)-447/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı hərbi qulluqçu olmuş, təqdim edilmiş məlumat vərəqi əsasında xx.xx.2013cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçıya aid xx.xx.2013-cü il tarixli məlumat vərəqəsi ilə müəyyən edilir ki, iddiaçının pul təminatı 1.033,40 manat olmaqla aşağıdakılarda ibarət olmuşdur: vəzifə maaşı – 468 manat, rütbə maaşı – 130 manat, xidmət illərinə görə əlavə - 179,40, ərzaq payı ə vəzinə kompensasiya – 64 manat, 1-ci məharət dərəcəsi 117 manat, dosent elmi dərəcəsinə görə 75 manat.
3. İddiaçıya aid son məlumat vərəqi iddiaçının pul təminatı 1907,25 manat olmaqla aşağıdakı kimi göstərilmişdir: vəzifə maaşı – 1015 manat, rütbə maaşı – 130 manat, xidmət illərinə görə əlavə - 349,5 ərzaq payı əvəzinə kompensasiya – 64 manat, 1-ci məharət dərəcəsi 253,75 manat, dosent elmi dərəcəsinə görə 75 manat
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün əlavənin birdəfəlik ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh 29 dekabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, elmi adlara görə ödənilən əlavələrin vəzifə maaşından hesablanan əlavə olmadığından, həmçinin “Əmək pensiyaları haqqı nda” Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr tətbiq edilmiş şəxslərə aid olmadığı nəzərə alınaraq həmin əlavələrin ona əmək pensiyası təyin edilərkən təminat xərcliyinin tərkibində hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya almaq hüququnun yarandığı 2013-cü il 12 dekabr tarixindən pensiyanın yenidən hesablanması üçün son təminat xərcliyinə əsasən (yəni dosent elmi adına görə əlavə nəzərə alınaraq) pensiyanın yenidən hes ablanması və keçmiş müddət üçün yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı Azərbaycanın Respublikası Silahlı Qüvvələrdə təqvimi 22 il, ümumilikdə güzəştli 29 il müddətdə xidmət etmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 26 avqust 2013-cü il tarixli 0371 №-li əmri ilə ’’Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin ”a” bəndinə (yaşa görə) və 164cü maddəsinə müvafiq olaraq Heydər Əliyev adına AAHM-in idarəetmə kafedrasının baş müəllimi-silsilə rəisi vəzifəsindən azad olmaqla 12 dekabr 2013-ci il tarixdən (Əsas: Heydər Əliyev adına AAHM-in Rəisinin xx.xx.2013-cü il tarixli 233 №-li əmri) şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Məlumat üçün bildirir ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Heydər Əliyev adına AAHM rəisinin Tədris işləri üzrə müavini - şöbə rəisi vəzifəsini müvəqqəti icra etmiş və həmin müddət ərzində iddiaçıya pul təminatı Heydər Əliyev adına AAHM rəisinin Tədris işləri üzrə müavini - şöbə rəisi vəzifəsinin vəzifə maaşı və həmçinin dosent elmi adına görə əlavələr olmaqla hesablanaraq ödənilmişdir. Buna baxmayaraq ƏƏSM-nin yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə pensiyanın hesablanması üçün yeni məlumat vərəqi göndərilərkən Tədris işləri üzrə müavini - şöbə rəisi vəzifəsinin vəzifə maaşının pul təminatı üzrə deyil, baş müəllim-silsilə rəisi vəzifəsinin vəzifə maaşı üzrə pul təminatına əsasən göndərilmişdir. Bununla bağlı t ərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə gedişatı zamanı cavabdeh (Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi) tələbi ilə razılaşaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni «Məlumat Vərəqi» göndərmiş, həmin «Məlumat Vərəqin»də dosent elmi ada görə əlavə də göstərilmişdir. Lakin cavabdeh orqan bunu nəzərə almamışdır. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur.
8. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6607/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iki dövlət təminatının eyni anda tətbiq edilməməsi, təminatın eyni səviyyədə saxlanmasının həyata keçirilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdısa bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna edilmişdir. Həmin Qanunun 19-cu maddəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə q üvvədən düşmüş və Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunsa da, yenə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, yəni dövlət büdcəsindən bir dəfə güzəşt edilmiş şəxslər kimi əmək pensiyaçılar istisna edilmişdir. Göründüyü kimi həm elmi adlara görə ödənilən əlavələrin vəzifə maaşından hesablanan əlavə olmadığından, həmçinin də “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr tətbiq edilmiş şəxslərə aid olmadığından həmin əlavələrin iddiaçıya əmək pensiyası təyin edilərkən təminat xərcliyinin tərkibində hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Odur ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır
11. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2-1(103)-447/202 4 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X3 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6607/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3, 1.0.5, 1.0.15-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Qeyd edilir ki, məhkəmələr qərar qəbul ed ərkən qanunu düzgün şərh etməmişlər. Belə ki, hazırki iddia tələbinin həllində 2019-cu il tarixədək olan dövrdə təminat xərcliyini müəyyən edən normalar nəzərə alınmalı və iddiaçıya dosent elmi adına görə ödənilmiş məbləğ təminat xərcliyinə daxil edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 1.0.5. təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxıla rkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə
22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.... 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsd iq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları...
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır....
5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsi lə aidiyyəti quruma məlumat verilir.
20. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.26-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə aşağıdakı əlavələr müəyyən edilsin: ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə g örə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 60 manat; ixtisası üzrə işləyən elmlər doktorlarının elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 100 manat; dosent elmi adına görə: iş stajı 5 ildən 10 ilə qədər olduqda — 25 manat; iş stajı 10 ildən 15 ilə qədər olduqda — 50 manat; iş stajı 15 ildən 20 ilə qədər olduqda — 75 manat; iş stajı 20 ildən artıq olduqda — 100 manat;
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həll i üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı KASSASİYA ŞİKAYƏTİNİN M ÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi dosent elmi adına görə əlavənin nəzərə alınması ilə əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir.
26. Birinci instansiya məhkəməsi kimi apelyasiya instansiyası məhkəməsi də iddiaçının iddia tələbini əsassız hesab etmiş, öz mövqeyini “Əmək pensiyaları haqqında” Qanunun 19, 20 və 29.1-c i maddələrini rəhbər tutmaqla əsaslandırmış, eyni zamanda qeyd etmişdir ki, elmi adlara görə ödənilən əlavələr vəzifə maaşından hesablanan əlavə hesab edilmir. Belə ki, elmi adlara görə ödənilən əlavələrin vəzifə maaşından hesablanan əlavə olmadığından, həmçinin də “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr tətbiq edilmiş şəxslərə aid olmadığından həmin əlavələrin iddiaçıya əmək pensiyası təyin edilərkən təminat xərcliyinin tərkibində hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil ( bu yanaşma cavabdehin mövqeyi ilə eyniyyət təşkil edir).
27. Məhkəmə kollegiyası iş materiallarını, qanunvericiliyin müvafiq normalarını, eləcə də kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
29. Əvvəla qanunvericiliklə təminat xərcliyinə nələrin daxil olduğunu aydınlaşdırmaq lazımdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ hesab edilir.
30. Göründüyü kimi, qanunvericilikdə təminat xərcliyinin nədən ibarət olduğu aydın şəkildə göstərilmişdir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalara 1 nömrəli əlavə olan məlumat vərəqində 3.4.2-ci bənddə vəzifə maaşından hesablanan digər əlavələr və artımlardan bəhs olunur. Həm “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində, həm də Qaydalarda və ona 1 nömrəli əlavədə hərbi qulluqçunun ehtiyata buraxılan zaman almış olduğu vəzifə maaşı, ona əlavələr və artımlar vəzifə maaşından hesablanan əlavə və artımlarla, o cümlədən rütbə maaşı, ərzaq payı vəzinə pul kompensasiyası ilə məhdudlaşmamışdır. Hərbi qulluqçu ehtiyata buraxılarkən aldığı məbləğlər (artımlar) məlumat vərəqində əksini tapmalıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, elmi adlara görə verilən əlavə də artımdır və təminat xərcliyinə daxil edilməlidir. Əks yanaşma yuxarıda bəhs olunan müddəalara zidd olacaqdır. Başqa sözlə elmi ada görə verilən əlavələrin də artım olması qanunun imperativ tələbidir və başqa cür şərh edilə bilməz.
33. Xüsusilə qeyd edilməlidir ki, “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 98 nömrəli Qərarında təh sil müəssisələrində işləyən elmipedaqoji kadrların vəzifə maaşlarına dosent elmi adına görə əlavənin verilməsi müəyyən edilmişdir.
34. Bu hala, yəni elmi adla bağlı məsələyə aydınlıq gətirdikdən sonra məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən növbəti apelyasiya baxışında araşdırılmalı olan halların təhlil edilməsini məqsədə müvafiq hesab edir. 35. “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 98 nömrəli Qərarına əsasən dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına dosent elmi adına görə iş stajından asılı olaraq 25 man at (iş stajı 5 ildən 10 ilə qədər olduqda), 50 manat (iş stajı 10 ildən 15 ilə qədər olduqda), 75 manat (iş stajı 15 ildən 20 ilə qədər olduqda) əlavə müəyyən edilmişdir.
36. İş materiallarında olan təminat vərəqlərindən görünür ki, iddiaçının 20 ildən artıq iş stajı mövcud olduğundan dosent elmi adına görə 75 manat əlavə hesablanmışdır.
37. Hazırki iş üzrə müəyyən edilməli olan hal iddiaçının həqiqətən bu məbləği alması və həmin məbləğdən məcburi sosial sığorta haqqının tutulması ilə bağlı məsələdir.
38. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya elmi ada görə ödənişlərin aparılması ilə bağlı Müdafiə Nazirliyinə sorğu etməmiş, eyni zamanda ödənişlərin edildiyi təqdirdə həmin ödənişlərdən məcburi sosial sığorta haqqının tutulub tutulmadığını müəyyən etməmişdir.
39. Tutulmaların müəyyən ed ilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarının tələbindən irəli gəlir.
40. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir: “Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qan unun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl pr insipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işləd iyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”.
41. Məhkəmə kollegiyası qeyd edilən halları ümumiləşdirərək bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən növbəti apelyasiya baxışı zamanı aşağıdakı məsələlər araşdırılıb müəyyən edilməlidir:
1. Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində dosent elmi adına görə məbləğin hansı vaxtdan məlumat vərəqində göstərilməsi;
2. Məlumat vərəqində dosent elmi adına görə qeyd edilən 75 manatın Müdafiə Nazirliyi tərəfindən həqiqətən iddiaçıya ödənilməsi; 3. 75 manatdan məcburi sosial sığorta haqqının tutulması. Bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisə mahiyyəti üzrə həllini tapa bilər.
42. Məhkəmə kollegiyası qeyd edir ki, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
43. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməs inə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 21(103)-447/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qətidir.