Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1829/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)-5011 /2018 saylı 05.06.2018-ci il tarixli qətnaməsi əsasında müəyyən edilən 13 il 2 ay iş stajı üzrə hüquqi əhəmiyyətli fakt nəzərə alınmaqla iddiaçıy a 63 yaşı tamam olan vaxtdan, yəni 05.05.2016-cı il tarixdən, həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yaşa görə əmək pensiyasının təyin edilməsi və 05.05.2016-cı il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-34/2019 saylı iş üzrə 05.02.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1953-cü il təvəllüdlü iddiaçı 22.12.2016-cı, 10.04.2017-ci və 13.08.2018-ci il tarixlərdə məktublarla, yaşa görə pensiyanın təyin edilməsi xahişi ilə cavabdehə müraciətlər etmişdir. Müraciətdə iddiaçı bildirmişdir ki, itirdiyinə görə tələb olunan əmək kitabçasını və hərbi biletini təqdim edə bilməsə də, onun iş stajını təsdiqləyən “Azneft” X1 adına Neft və Qazçıxarma İdarəsinin 10/24 saylı 20.06.2016-cı il tarixli Arxiv arayışı və idarənin arxivində saxlanılan sənədlər təsdiq edir. Lakin 30.12.2016-cı və 20.04.2017-ci il tarixli cavabdehin məktubları ilə, tələb olunan əmək stajının olmadığına və sair səbəblərə görə, iddiaçıya təqaüdün təyin edilməsindən imtin a edilmişdir. İmtina cavablarından sonra iddiaçı ilk dəfə 28.04.2017-ci il tarixdə iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və 14.09.2017-ci il tarixdə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, “Əmək kitabçası və ya əmək fəaliyyətini təsdiq edən digər sənədləri bərpa etmək mümkün olmadığı halda sosial sığorta stajının müəyyən edilməsi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi qaydasında ümumi məhkəmələr tərəfindən baxılır”. Bundan sonra, iddiaçı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün Nəsimi rayon məhkəməsinə müraciət etmiş, 28.09.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 06.11.2017-ci il tarixli qərardadı ilə Nəsimi rayon Məhkəməsinin 28.09.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı ilkin nöqsanları aradan qaldıraraq Nəsimi rayon məhkəməsinə yenidən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün ərizə ilə müraciət etmişdir. 18.01.2018-ci il tarixli qətnamə ilə ərizə qismən təmin edilərək iddiaçının “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində 1974-cü ildən 1983-cü ilədək “mexanik” işləməsi faktı müəyyən edilmişdir. Qalan hissədə iddia təmin edilməmişdir. Bundan sonra, həm iddiaçı, həm də maraqlı şəxs olan, “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayətləri verilmişdir. Nəhayət, Bakı Apelyasiya Məhkəməsini n qətnaməsi ilə, Nəsimi rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş və iddiaçının apelyasiya şikayəti və ilkin ərizə qismən təmin edilərək, iddiaçının 16.08.1974-ci il tarixindən - 22.10.1977-ci il tarixinədək “Azneftkəşfiyyat” trestınin X2 15 nömrəli yeməkxanasında çayçı və bufetçi; 22.10.1977-ci il tarixindən - 12.12.1981-ci il tarixədək, 01.04.1986-cı il tarixindən - 25.05.1987-cı il tarixinədək “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində çilingər; 04.07.1984cü il tarixindən 01.04.1986-cı il tarixədək, 25.05.1987-ci il tarixindən 1990-cı ilədək Bakı şəhər sovetinin Əhaliyə məişət xidməti İdarəsinin Dəqiq mexanizmlər təmiri zavodunda usta işləməsi faktı müəyyən edilmişdir. İddiaçı cavabdeh Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 28.04.2017-ci il tarixindən həmin vaxt qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq pensiyanın təyin edilməsi, pensiyanın verilməsi tarixinə münasib məbləğinin təyin edilməsinə dair cavabdehin üzərinə vəzifə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)5011/2018 saylı 05.06.2018-ci il tarixli qətnaməsi əsasında müəyyən edilən 13 il 2 ay iş stajı üzrə hüquqi əhəmiyyətli fakt nəzərə alınmaqla iddiaçıya 63 yaşı tamam olan vax tdan, yəni 05.05.2016cı il tarixdən, həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yaşa görə əmək pensiyasının təyin edilməsi və 05.05.2016-cı il tarixdən ödənilməmiş pensiya məbləğin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 26.10.2018-ci il tarixli iş № 2-1(81)3972/2018, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.10.2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə ap elyasiya instansiyası məhkəməsi) 05.02.2019-cu il tarixli iş № 2-1(103)-34/2019 (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 26.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddiaçıya 63 yaşı tamam olan vaxtdan, yəni 05.05.2016-cı il tarixdən, həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yaşa görə əmək pensiyası təyin edilməsi və 05.05.2016-cı il tarixdən iddiaçıya ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul ed ilmişdir. Bununla da maddi hüquq normaları pozulmuşdur. Yuxarıda qeyd olunanlar birinciinstansiya məhkəməsi tərəfindən diqqətlə araşdırılmamış, məhkəmə göstərilənləri nəzərə almamış və iddiaçıya 63 yaşı tamam olan vaxtdan, yəni 05.05.2016-cı il tarixdən, həmin vaxt qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yaşa görə əmək pensiyası təyin edilməsi və 05.05.2016-cı il tarixdən iddiaçıya ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə etməklə maddi hüquq normalarını pozmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2-1(103)-34/2019 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə ic lasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 05.02.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.02.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinl əyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməmə si ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,1-ci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddiaçıya 63 yaşı tamam olan vaxtdan, yəni 05.05.2016-cı il tarixdən, həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yaşa görə əmək pensiyası təyin edilməsi və 05.05.2016-cı il tarixdən iddiaçıya ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Bununla da maddi hüquq normaları pozulmuşdur. Yuxarıda q eyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən diqqətlə araşdırılmamış, məhkəmə göstərilənləri nəzərə almamış və iddiaçıya 63 yaşı tamam olan vaxtdan, yəni 05.05.2016-cı il tarixdən, həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yaşa görə əmək pensiyası təyin edilməsi və 05.05.2016-cı il tarixdən iddiaçıya ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə etməklə maddi hüquq normalarını pozmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının 63 yaşı 05.05.2016-cı il tarixdə ta mam olmuşdur. Həmin vaxtadək iddiaçı 12 ildən çox iş stajına malik olsa da, iş stajını təsdiq edən əmək kitabçasını itirdiyi üçün əmək fəaliyyəti ilə bağlı iş yerlərindən arayışlar almışdır. Həmin arayışlarla iddiaçı cavabdehə müraciətlər (ilk müraciət 2016-cı ildə, ikinci müarciət 2017-ci ildə olub) etsə də, müraciətlərinə hər dəfə imtina cavabları verilmişdir. İmtinaların əsasları üzrə iddiaçı ilkin olaraq inzibati-iqtisadi məhkəməyə müraciət etsə də, məhkəmənin mövqeyi iddiaya inzibati icraat qaydasında baxılmasının mümkün olmaması olmuşdur. Bununla bağlı qəbul edilmiş məhkəmə qərardadından iddiaçı şikayət vermədiyindən məhkəmə qərardadı qanuni qüvvəyə minmiş və iddiaçı hüquqlarının müdafiəsi üçün ümumi məhkəməyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etm işdir. Ərizə üzrə sonuncu dəfə Bakı Apelyasiya Məhkəməsi 05.06.2018-ci il tarixli 2(103)-5011/2018 saylı qətnamə ilə ərizəni qismən təmin etmiş və iddiaçının ümumilikdə 13 il 2 ay iş stajı hüquqi əhəmiyyətli fakt kimi tanınmışdır. Qeyd edilən qətnamədən kasasiya şikayəti verilmədiyindən iddiaçının yaşa görə pensiya alması üçün 63 yaşının tamam olduğu vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsi ilə nəzərdə tutulan sosial sığorta stajına malik olduğu öz təsdiqini tapmışdır. İddiaçı sonuncu dəfə cavabdehə müraciət etsə də, cavabdeh bu dəfə apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədə hüquqi faktın müəyyən edilməsinin nəzərdə tutulduğuna istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirməklə, do layısı ilə həmin qətnamə ilə cavabdehin üzərinə iddiaçıya pensiya təyin edilməli olması ilə bağlı hər hansı vəzifənin həvalə edilmədiyinə istinad etmişdir. Cavabdehin 28.08.2018-ci il tarixli 14/4195 nömrəli imtina məktubunun verildiyi, yəni tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olar aq aşağıdakılardan ibarətdir: 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, bu olmadıqda isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Bütün yuxarı da göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 05.02.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.02.2019-cu il tarixli 21(103)-34/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1829/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1829/2019
15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver