Məhkəmə qərarları › İş №2-1(102)-1829/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1829/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1829/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplomun tanınmasından imtina, iddiaçının xarici ölkədə təhsil aldığı ixtisasın Azərbaycan Respublikasının qanunvericiliyi ilə əsas (baza ali) tibb təhsilinə aid edilməməsinin hüquqi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi T əhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-593/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Türkiyə Respublikasının Kocaeli Universiteti X2 Məktəbində dörd il təhsil aldıqdan sonra ona 08.06.2018-ci il tarixli, 190627 nömrəli bakalavr diplomu verilmişdir.

2. İddiaçı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh diplomun tanınmasından imtina edərək bildirilmişdir ki, mamalıq ixtisasının ekvivalenti Azərbayca n Respublikası Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda mövcud olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən müraciət təmin edilə bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının Kocaeli Universiteti Kocaeli Səhiyyə Ali Məktəbi tərəfindən verilmiş 8 iyun 2018-ci il tari xli 190627 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən olunması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, iddiaçı 2014-2018-ci illərdə Türkiyə Respublikası Kocaeli Universiteti Kocaeli Səhiyyə Ali Məktəbində Mamalıq ixtisası üzrə təhsil almışdır. O, həmin təhsil müəssisəsini bitirməsi barədə diplomu üzrə ixtisasının tanınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu, məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mamalıq ixtisasının ekvivalenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarına əsasən təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) təsnifatı”nda mövcud deyi l.

5. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4285/2020 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçının Türkiyə Respublikasının Kocaeli Universiteti Kocaeli Səhiyyə Ali Məktəbi tərəfindən verilmiş 8 iyun 2018-ci il tarixli 190627 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən olunması barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

6. Məhkəmə hesab etmişdir ki, inzibati orqanın iddiaçının Türkiyə Respublikasının Kocaeli Universiteti Kocaeli Səhiyyə Ali Məktəbi tərəfindən verilmiş 8 iyun 2018-ci il tarixli 190627 nömrəli diplom üzrə ixtisasının tanınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

7. Qərardan nara zı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-593/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: R.Ə.Qurbanov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4285/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

9. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Kocaeli Universiteti X2 Məktəbində mamalıq ixtisası üzrə bakalavr təhsili alsa da, mamalıq ixtisası Azərb aycan Respublikasının qanunvericiliyi ilə əsas (baza ali) tibb təhsilinə aid edilmədiyidən, başqa sözlə, qanunvericiliklə əsas (baza ali) tibb təhsilinə daxil edilən ixtisasların arasında mamalıq ixtisası nəzərdə tutulmadığından iddia tələbi əsassızdır.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, apellyasiya məhkəməsi qəbul etdiyi qərarında işdə olan sənədləri və cavabdehin apellyasiya şikayətinin dəlillərini sadalmaqla kifayətlən miş, tam hüquqlu məhkəmə kimi işi hərtərəfli araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

12. Daha sonra qeyd edilir ki, iddiaçı 2013 - 2018-ci illərdə Türkiyə Respublikası Kocaeli Universiteti Kocaeli Səhiyye Ali Məktəbində “mamalıq” ixtisası üzrə təhsil almışdır. Ona verilmiş 8 iyun 2018-ci il tarixli 190627 nömrəli diploma (təhsil sənədinə) Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən “apostil” möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Lakin cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunverici liklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın: Bənd 1.1 Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə ə sasən hazırlanmışdır. Bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bənd 3.6 Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sən ədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

17. Azərbaycan Respublikasının 05.03.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu, 05.10.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya» Maddə

3. İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin tə qdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; Maddə 4. 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du 5 octobre 1961)» adlı başlığı fransız dilində göstərilməlidir; Maddə

5. Şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur.

18. Azərbaycan Respublikasının 23.02.2018-ci il tarixli 1004-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”. Maddə

12. Diplomların tanınması və ekvivalentliyi. Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad e tdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-c ü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzi bati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək diplomunun Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi isə onun müraciətini təmin etməmişdir.

23. Bundan sonra, iddiaçı eyni tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etsə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq iddianı rədd etmişdir.

24. Hazırda iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmasını xahiş edir.

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2019-cu il tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”ndan görünür ki, həmin normativ hüquqi akt al i təhsilin bakalavr səviyyəsi üzrə 10 ixtisas qrupunda 148 ixtisası təsnifləşdirir ki, “9. Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu” 137. 050901 Hərbi tibb, 138. 050902 İctimai səhiyyə, 139. 050903 Stomatologiya və 140. 050904 Tibb ixtisaslarından ibarətdir. İddiaçı Kocaeli Universiteti X2 Məktəbində mamalıq ixtisası üzrə bakalavr təhsili alsa da, mamalıq ixtisası Azərbaycan Respublikasının qanunvericiliyi ilə əsas (baza ali) tibb təhsilinə aid edilməmişdir, başqa sözlə, qanunvericiliklə əsas (baza ali) tibb təhsilinə daxil edilən ixtisasların arasında mamalıq ixtisası nəzərdə tutulmamışdır. Bu da iddiaçının mübahisəli diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun iş üzrə sübuta yet irilməsi, o cümlədən yuxarıda göstərilən Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunması deməkdir.

27. Eyni zamanda, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə və Sazişə zidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və bu sıradan Sazişdə, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından haqlı olaraq imtina etmişdir. Sazişin də 12-ci maddəsindən göründüyü kimi, həmin ikitərəfli beynəlxalq müqavilədə Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirildiyi təsbit olunmuşdur

28. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən onun diplomuna apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır.

29. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçının diplomuna Türkiyə Respublikasında Apostille şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrd ə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, iş üzrə bu şərtə də əməl olunmamışdır.

30. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

31. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulm adığından kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-593/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar