Məhkəmə qərarları › İş №2-1(102)-1829/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1829/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1829/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə texniki pasport verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə texniki pasport verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(103)-962/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 855 nömrəli sərəncamı ilə Nizami küçəsi 12 nömrəli evin 31 nömrəli mənzilində yaşayan iddiaçının xahişi nəzərə alınmaqla yuxarıda göstərilən binanın həyətindəki mövcud qarajın icarə müqaviləsi onun adına dəyişdirilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək həmin qaraj üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmiş, sonuncu xx.xx.2022-ci il tarixli **********43 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sö zügedən qaraja iddiaçının adına texniki pasportun verilməsi ilə bağlı təsdiq edilmiş yerləşmə sxemi təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi, xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami küçəsi 12 saylı evin həyətində yerləşən Səbail RİHBnın xx.xx.1996-cı il tarixli 855 nömrəli sərəncamı ilə adına dəyişdirilmiş qaraja dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-9643/2022 nömrəli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İ ddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami küçəsi 12 saylı evin həyətində yerləşən qaraj Səbail rayon İcra Hakimiyyəti Başçısının 13 may 1996-cı il tarixli 855 nömrəli sərəncamı ilə iddiaçının adına dəyişdirilərək icarə müqaviləsi onunla bağlanmışdır. Həmin müddətdən hazırki vaxtadək qaraj onun istifadəsində olmuş və hal hazırda da onun istifadəsindədir. İstifadəsində olan qarajın özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin, sonuncu xx.xx.2022-ci il tarixli məktubla qarajın yerləşmə sxeminin təqdim edilməməsini əsas gətirilərək müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, onun konstitusion hüquqları pozulmuşdur. Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin sonuncu 19 yanvar 2022-ci i l tarixli və 04 fevral 2022-ci il tarixli məktublarla qarajın sxeminin və digər sənədlərin idarənin arxivində aşkar edilmədiyi bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası Milli Arxivinə müraciət etmiş və 855 nömrəli, 13 may 1996-cı il tarixli sərəncamın təsdiq olunmuş surəti ona təqdim edilmişdir. Göründüyü kimi, aidiyyəti təşkilatlara müraciət etməsinə baxmayaraq, istifadəsində olan qarajın özəlləşdirilməsinə nail ola bilməmişdir. Cavabdehin etirazları:

5. Cavabdehin yazılı etirazının dəlilləri ondan ibarətdir ki, qaraja (qeyri-yaşayış binasına) və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər, iddiaçının adına texniki pasportun verilməsi ilə bağlı təsdiq ed ilmiş yerləşmə sxemi təqdim edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə yaşayış binasına bitişik şəkildə yerləşir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9643/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Nizami küçəsi, 12 saylı evin həyətində yerləşən, Səbail rayon İcra Hakimiyyəti başçısının 13 may 1996-cı il tarixli 855 saylı sərəncamı ilə iddiaçı xx.xx.1960-cı il təvəllüdlü Quliyeva X1 adına dəyişdirilmiş qaraja dair texniki pasportun tərtib olunması öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10, 15, 19 və 24-cü maddələrinə istinad edərək qeyd etmişdir k i, hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi cavabdehin vəzifəsidir və cavabdehin etirazda göstərdiyi əsaslar həmin vəzifənin icra edilməməsinə əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(103)-962/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9643/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülü yünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə q ərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya i nstansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həcmdə təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Məhkəmə kollegiyası cavabdehin kassasiya dəlili olan yerləşmə sxeminin təqdim edilməməsinə müna sibətdə qeyd edir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 855 nömrəli sərəncamının məzmunundan da göründüyü kimi, həmin sərəncam yeni qarajın tikintisi və ya yerləşdirilməsi üçün torpaq sahəsinin ayrılması barədə deyil, Bakı şəhəri Nizami küçəsi, 12 saylı evin həyətində yerləşən və faktiki mövcud olan qaraja münasibətdə verilmişdir. Həmin qarajın isə iddiaçının sahibliyində və istifadəsində olduğu mübahisələndirilmir.

21. Beləliklə, qarajın yerləşmə sxeminin mövcud olmaması iddiaçının həmin qaraj üzərində hüquqlarına təsir etmir və müraciətinə təmin olunmasından imtinanın əsası kimi çıxış edə bilməz.

22. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

23. Yuxarıda göstərilənlərə əsasən, mə hkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 21(103)-962/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar