Məhkəmə qərarları › İş №2-1(102)-183/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-183/2019

15.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-183/2019 15.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə cavabdehin vəkilinin iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2082/2018 saylı iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhər XDS İK-nın 19.10.1990-cı il tarixli, 7/348 saylı qərarına əsasən İddiaçı ünvanda yerləşən “Köçəri” bağlar sahəsindəki 204 saylı BTK nəzdində bağ sahəsinın ayrılması qərara alınmışdır. Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin "Köçəri" bağlar sahəsindəki 204 saylı kooperativi tərəfindən verilmiş 28 saylı orderdən isə görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli 7/348 saylı qərarına əsasən ünvan 204 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 28 saylı bağ sahəsi İddiaçıya ayrılmışdır. İddiaçı sözügedən sənədləri cavabdehə təqdim edərək bağ sahəsinə da ir mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 09.02.2018- ci il tarixli **********04 saylı məktubda Mərdəkan qəsəbəsində yerləşən ünvan bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətin təmin edilməsindən imtina olunaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sxematik xəritəyə əsasən göstərilən bağ sahəsi ünvan bağın ərazisinə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı mübahisəli 0,12 ha-dan ibarət ünvan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair hazırkı iddia ilə məhkəmə yə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, arxiv sənədlərinə əsasən XDS İK-nın 19.10.1990-cı il tarixli, 7/348 saylı qərarına əsasən 204 saylı BTK-nın nəzdində iddiaçının adına ünvan bağ sahəsi qeydiyyata alınmışdır. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən sözügedən bağ 27a saylı bağın ərazisidir və bağ sahəsində mərzçəkmə işləri tam aparılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1555/2018 saylı, 24 may 2018-ci il tarixli qərarı (hakim - X.X.İmanov) ilə iddia təmin edilmiş, ünvan kooperativin nəzdində yerləşən, ünvan bağın 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın ve rilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, müvafiq bağ sahəsi sxematik xəritəyə əsasən 27 saylı bağın ərazisinə düşür. Bundan başqa, arxiv sənədlərinə əsasən XDS İK-nın 19.10.1990-cı il tarixli, 7/348 saylı qərarına əsasən 204 saylı BTK-nın nəzdində iddiaçının adına ünvan bağ sahəsi qeydiyyata alınmışdır. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və bağ sahəsində mərzçəkmə işləri tam aparılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)2082/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər - C.A.Yusifov və A.B.Nuriyeva) ilə2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2018-ci il tarixli, 21(82)-1555/2018 saylı qərarının dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan, eləcə də maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, aparılmış araşdırılmalar nəticəsində məlum olmuşdur ki, müvafiq bağ s ahəsi sxematik xəritəyə əsasən “ünvan” saylı bağın ərazisinə düşür. İdarənin arxiv sənədlərinə əsasən Bakı şəhər XDS İK-nın 7/348 saylı, 19.10.1990-cı il tarixli qərarı ilə 204 saylı BTK-nin nəzdində İddiaçı Müzəffər oğlunun adına ünvan saylı bağ sahəsi qeydiyyata alınmışdır. Bundan əlavə, müvafiq bağ sahəsinin naturada yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, müvafiq bağ sahəsində mərzçəkmə işləri tam aparılmamışdır.Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılan yoxlama-ölçü işləri zamanı 31 kv.m əlavə torpaq sahəsinin zəbt olunduğu və müvafiq bağ sahəsində köməkçi tikilinin mövcud olduğu aşkar olunmuşdur. Qeyd olunan səbəblərdən də ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Tərəflərin izahatları Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəs inə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qeyd olunan müddəaların tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Apellyasiya məhkəməsi iddianı təmin edərkən özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya ayrılmış bağın nömrəsi 28 saylı orderdə konkret qeyd olunmuş, cavabdeh inzibati orqan isə imtinaya əsas kimi bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə, göstərilən sahənin 27 və 27a saylı bağın sahəsinə aid olmasına istinad etsə də, bu halları təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin "Köçəri" bağlar sahəsindəki 204 saylı kooperativi tərəfindən verilmiş ünvan saylı orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli 7/348 saylı qərarına əsasən Köçəri bağlar sahəsi, 204 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan ünvan saylı bağ sahəsi ona ayrılmışdır. Cavabdehin iddiaya qarşı etirazının əsas dəlilləri isə ondan ibarət olmuşdur ki, müvafiq ba ğ sahəsi sxematik xəritəyə əsasən “ünvan saylı bağın (etirazda isə 27a saylı göstərilib) ərazisinə düşür. Bundan başqa, İdarənin arxiv sənədlərinə əsasən Bakı şəhər XDS İK-nın 7/348 saylı, 19.10.1990-cı il tarixli qərarı ilə 204 saylı BTK-nin nəzdində İddiaçı Müzəffər oğlunun adına ünvan saylı bağ sahəsi qeydiyyata alınmışdır. Kollegiya qeyd edir ki, məhkəmə cavabdeh tərəfindən bildirilən halların aydınlaşdırılmasına yönəlmiş hər hansı araşdırma aparmamışdır. Bunun üçün ilk növbədə ünvan və ünvan saylı bağlara dair hüquq müəyyənedici sənədlər tələb edilərək tədqiq olunmalı, onların müstəqil bağ sahələri kimi mövcud olub-olmadığı, mövcuddurlarsa 28 saylı bağla üst-üstə düşüb-düşmədikləri müəyyənləşdirilməli idi. Nəzərə alınmalıdır ki, iddiaçı da iddia ərizəsində ünvan saylı bağın hal-hazırd a başqa bir şəxsin istifadəsində olmaqla dövlət qeydiyyatından keçdiyini bildirmişdir. Təkrar apellyasiya baxışı zamanı həmçinin Köçəri bağlar sahəsi 204 saylı BTK-ya aid sənədlər də tələb olunaraq öyrənilməlidir. Çünki cavabdeh Bakı şəhər XDS İK-nın 7/348 saylı, 19.10.1990-cü ünvan bağ sahəsinin qeydiyyata alındığını bildirir. Belə olan halda, iddiaçıya 204 saylı BTK-nin nəzdində ünvan və ya ünvan saylı bağın, yoxsa hər ikisinin ayrıldığına aydınlıq gətirilməli, bununla bağlı hüquq müəyyənedici sənədlərin mövcud olub-olmadığı dəyqiqləşdirilməli, onların bir-birində ayrı, yoxsa üst-üstə düşən sahələr olduğu müəyyənləşdirilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qəra ra aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2082/2018 saylı iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar