Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-183/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64,5 yaşa çatmış kişiyə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 sentyabr tarixli 2-1(107)-330/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1955-ci il 24 avqust tarixində doğulmuş, 1972-ci ildə əmək fəaliyyətinə başlamış, 1973-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1972-1997-ci illərdə Ağdaş rayonu “x” kolxozunda işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 2020-ci il 19 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş sənədlərə əsasən 2006-cı il 01 yanvar tarixədək iddiaçının 25 il sosial sığorta stajı və əmək pensiyas ının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən iddiaçının 1972-1997-ci illərdə “x” kolxozunda kolxozçu kimi işlədiyi dövrə aid arxiv çıxarışı verilməsinə baxmayaraq, həmin illər əmək kitabçasında qeyd olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 26 fevral tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2020-ci il 07 fevral tarixli, 17 nömrəli arxiv çıxarışında qeyd olunan 19721997-ci illərdə Ağdaş rayon sabiq “x” kolxozunda işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması və pensiya hüququnun yarandığı 2020-ci il 24 fevral tarixdən pensiya təyin olunan tarixədək olan dövrün ödənilməsi öhdəliyinin c avabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2020-ci il 07 fevral tarixli, 17 nömrəli arxiv çıxarışında qeyd olunan 1972-1997-ci illərdə Ağdaş rayon sabiq “x” kolxozunda işlədiyi 24 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 2020-ci il 24 fevral tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1972-ci ildə əmək fəaliyyətinə başlamış, 1973-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1972-1997-ci illərdə Ağdaş rayonu “x” kolxozunda işləmişdir. Onun 1972-1997-ci illərdə Ağdaş rayon “x” kolxozunda işləməsi Ağdaş Rayon Dövlət Arxivinin 2 020-ci il 07 fevral tarixli, 17 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Hesab edir ki, onun yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
8. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 24 iyun tarixli 2-1(116)-792/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2020-ci il 07 fevral tarixli, 17 nömrəli arxiv çıxarışında qeyd olunan 1972-1997-ci illərdə Ağdaş rayon sabiq “x” kolxozunda işlədiyi 24 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 2020-ci il 24 fevral tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cav abdehin üzərinə qoymuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1972-1997-ci illərdə Ağdaş rayon “x” kolxozunda işləməsi Ağdaş Rayon Dövlət Arxivinin 2020-ci il 07 fevral tarixli, 17 nömrəli arxiv arayışı ilə və 2020-ci il 14 fevral tarixli aktla öz təsdiqini tapır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 sentyabr tarixli, 2-1(107)-330/2020 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərard an kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
14. Məhkəmə Ağdaş rayon “x” kolxozunda işəçıxmanın müəyyən edilmiş minimum müddətini araşdırmamış və bu barədə müvafiq sorğular verməmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
16. İddiaçının Ağdaş rayon “ x” kolxozunda işlədiyi müddət sosial sığorta stajına daxil edilməzsə onun ümumiyyətlə sosial sığorta stajı olmamış olur.
17. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qə rar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayara q 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
21. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məh kəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslı lığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. İddiaçının 1955-ci il avqustun 28-də doğulduğu nəzərə alındıqda, onun 64 yaş 6 ayının tamam olduğu 2020-ci il 24 fevral tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır.
25. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
26. İddiaçının 1972, 1973 (noyabradək), 1976-1997-ci illərdə Ağdaş rayonu “x” kol xozunda işlədiyi arxiv arayışı ilə təsdiq olunur.
27. İddiaçının hərbi xidmət dövrü (1973 noyabr-1975 noyabr) və arayışda qeyd edilən iş dövrləri nəzərə alındıqda, iddiaçının 64 yaş 6 ayının tamam olduğu 2020-ci il 24 fevral tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
28. Cavabdehin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Həmin normaya görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
29. Normanın məzmunundan göründüyü kimi, qanunveri ci 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqinin mötəbərliyini qanunda təsbit etmişdir.
30. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında təsbit olunmuş əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər qeyd edilmişdir. Həmin sənədlər sırasında arxiv arayışının təqdim edilməsi istisna edilmir.
31. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzi bati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
32. İddiaçının təqdim etdiyi arayışdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
33. Göründüyü kimi, inzibati orqan arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
34. Məhkəmə kollegiyası iddiaçının vaxtilə işlədiyi Ağdaş rayon “x” kolxozunda işəçıxmanın müəyyən edilmiş minimum müddətinin məhkəmə tərəfindən araşdırılmadığına və bu barədə müvafiq sorğular vermədiyinə dair şikayətin dəlilini əsassız hesab edir. Belə ki, istinad edilən arxiv arayışında bununla bağlı məlumatlar tam aydın və mübahisəsiz məzmunda göstərilmiş, 1972-1981-ci illərdə minimum adam gününün 240 gün, 1983-1997-ci illərdə 200 gün olduğu, həmin normaların iddiaçı tərəfindən tam ödənildiyi qeyd olunmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 sentyabr tarixli, 2-1(107)-330/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza