Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-183/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqan tərəfindən inzibati icraatın aparılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)1679/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. N nömrəli hərbi hissənin baş leytenantı xx-cı il təvəllüdlü X5 13.04.1993-cü il tarixində Ağdam rayonu ərazisində gedən döyüşlərdə başından güllə yarası almışdır.
2. İddiaçı ömürlük 1-ci qrup müharibə əlili olmuş, 02.04.1998-ci ildə vəfat etmişdir.
3. Ağdam Rayon Məhkəməsinin 03.07.2000-ci il tarixli 2-57 saylı qətnaməsinə əsasən X3 01.05.1998-ci il tarixli ölüm şəhadətnaməsində ölüm qeydinin düzgün yazılmadığı müəyyən edilmiş, X3 13.04.1994-cü ildə Qarabağ döyüşlərində başından güllə yarası alması nəticəsində 02.04.1998-ci ildə ölməsi qeyd edilmişdir. 4. 31.07.2000-ci ildə verilmiş AZ 042079 nömrəli ölüm haqqında X1 ölüm səbəbi Qarabağ döyüşlərində başından güllə yarası alması nəticəsində 02.04.1998-ci il tarixində ölməsi qeyd edilmişdir.
5. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək mərhum ərinin şəhid olması ilə bağlı şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsini xahiş etmiş, cavabdeh 18.01.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, qanunvericilikdə aldığı xəsarətlər nəticəsində sonradan vəfat etmiş şəxslərə “şəhid” statusunun verilməsi barədə hər hansı bir müddəa nəzərdə tutulmadığından, iddiaçının mərhum ərinə bu statusun şamil edilməsi mümkün deyildir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum ərinin şəhid olması ilə bağlı şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi vəzifəsinin cavabdehin qarşısında öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı X 1993-cü ildə baş leytenant rütbəsində zabit kimi Qarabağ Müharibəsində iştirak etmək üçün orduda qulluq etmiş, 13 aprel 1994-cü ildə Ağdam Rayonun Qaraqacılar kəndində başından düşmən gülləsinə tuş gələrək yaralanmış, Bakı şəhərində X6 müalicə olunmasına baxmayaraq, 4 il şikəst yaşamış və aldığı həmin xəsarətdən rəhmətə getmişdir. Ağdam Rayon Məhkəməsinin 2000-ci il tarixli Qətnaməsinə əsasən, mərhum əri X3 13 aprel 1994-cü ildə Qarabağ döyüşlərind ə güllə yarası alması nəticəsində 02 aprel 1998-ci ildə ölməsi faktı müəyyən olumuşdur. Beləliklə də, qeyd etdiklərilə bağlı mərhum ərinin şəhid olması ilə bağlı şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi barədə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən müsbət cavab ala bilməmişəm. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-510/2021 nömrəli 04.03.2021-ci il tarixli qərarı ilə (hakim Aytən Oruczadə) iddia qismən təmin edilərək, məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçıya mərhum ərinin şəhid olması ilə bağlı şəhid və özün ə şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat tam və hərtərəfli aparılmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır.
10. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1679/2021 nömrəli, 27.09.2021-ci il tarixli qərarı ilə (sədrlik edən Səadət Bəktaşi, hakimlər Mirzə Tağızadə və Aida Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-510/2021 nömrəli 04.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1679/2021 nömrəli, 27.09.2021-ci il tarixli qərarını ləğv edərək iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayət inin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etməmiş, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iş materiallarında yetərli sübutların olmasına baxmayaraq və təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə şübhələr üçün heç bir əsasın olmadığı halda məhkəmə əsassız olaraq yenidən inzibati icraatın aparılmalı olması qənaətinə gəlmişdir. Lakin Ağdam Rayon Məhkəməsinin artıq qanuni qüvvəyə minmiş qətnaməsi ilə və iş materiallarında mövcud olan digər sənədlərlə iddiaçının mərhum həyat yoldaşının zabit kimi döyüşlərdə iştirak etməsi, 13.04.1994-cü ildə Ağdam rayonunun Qara qacılar kəndində ermənilərin atdığı güllədən beyin yarası alması, aldığı həmin yaradan 02.04.1998-ci ildə ölməsi faktları müəyyən edilmiş, ölüm haqqında şəhadətnamədə ölüm səbəbi kimi Qarabağ döyüşlərində başından güllə yarası alması göstərilsə də, məhkəmə bu sübutların mötəbərliyini nəzərə almamışdır. Beləliklə, məhkəmə tərəfindən İPM-in 12, 73, 87-ci maddələrinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
12. B ərabərlik prinsipi (-) 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. (-) Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-) Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırm ağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (-) Maddə
61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt q əbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (-) 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. (-)
17. İnzibati Prosessual Məcəllə Maddə
14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı (-) 73.2. İdd iaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məh kəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri nə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçının mərhum həyat yoldaşı X 13.04.1993-cü il tarixində Ağdam rayonu ərazisində gedən döyüşlərdə başından güllə yarası almış və 1-ci qrup müharibə əlili olmuşdur. Xun 02.04.1998-ci il tarixində ölməsi səbəbi Qarabağ döyüşlərində başından güllə yarası alması olmuşdur. Həmçinin Ağdam Rayon Məhkəməsinin 03.07.2000-ci il tarixli 2-57 saylı qətnaməsi ilə Xun zabit kimi döyüşlərdə iştirak etməsini 13.04.1994- cü ildə Ağdam Rayonun Qaraqacılar kəndində ermənilərin atdığı güllədən beyin ya rası alması, müxtəlif yerlərdə müalicə olunmasına baxmayaraq həmin yaradan 02.04.1998-ci il tarixdə ölməsi müəyyən edilmişdir.
22. İddiaçının mərhum həyat yoldaşı X4 13.04.1994-cü ildə Qarabağ döyüşlərində başından güllə yarası alması faktı mübahisə doğurmur. Həmçinin, məhkəmə qətnaməsi ilə ölüm haqqında şəhadətnamədə yanlışlıq düzəldilmişdir. Belə olan halda, inzibati orqan öz səlahiyyətlərindən istifadə edərək Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yara almış iddiaçının mərhum ərinin yara aldığı vaxtdan həlak olan ana qədər fasiləsiz müalicə alması, lakin həmin müalicəyə baxmayaraq vəfat etməsi halını araşdırmalı idi.
23. Cavabdeh inzibati orqan isə iddiaçının müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaç ının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. İnzibati orqan tərəfindən inzibati icraatın gedişində maraqlı şəxslərin iştirakı, onların dinlənilmə hüququ təmin olunmamış, zəruri inzibati icraat aparılmadan iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.
24. Halbuki, hazırkı qərarın 16-cı bəndində göstərilən normaların məzmunundan görünür ki, inzibati orqanlar inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, zəruri olduqda əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan qanunçuluq və bərabərlik p rinsiplərini rəhbər tutmaqla apardığı inzibati icraatın nəticəsi olaraq qanuni inzibati akt qəbul etməli, həmin inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalıdır.
25. Cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan normalarının tələbləri pozulmuşdur. Cavabdeh inzibati icraatı qanunauyğun formada aparmasını işə aşağı instansiya məhkəmələrində baxılarkən də sübut edə bilməmişdir.
26. Belə olan halda, inzibati icraat üzrə zəruri araşdırma aparılmalı, yuxarıda göstərilən normaların tələbləri təmin edilməli, yalnız bundan sonra müvafiq inzibati akt qəbul edilməlidir. Bununla bağlı məhkəmələrin mövqeyi də əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmiş, cavabdehin üzərinə inzibati icra at üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoymuşdur. Birinci instansiya məhkəməsinin bu qərarı cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
27. Məhkəmə kollegiyası göstərilənlərə əsasən iddia tələbinin tam təmin edilməsi barədə iddiaçının dəlillərini əsassız hesab edir. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1679/2021 nömrəli, 27.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1679/2021 nömrəli, 27.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən