Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1830/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusunun verilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkiliştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2-1(103)-511/2019 saylı iş üzrə 27 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 02 mart 2018-ci il tarixli, İQ-16/1 saylı qərarına əsasən Suriya Ərəb Respublikası vətəndaşı iddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərar aşağıdakı qaydada əsaslandırılmışdır: “Ərizəçi 2015-ci ildə yaşadıqları Palmera məntəqəsində evlərinin müharibə nəticəsində dağıdıldığını, Homs şəhərinə köçdüyünü, bir müddət orada yaşadıqdan sonra maddi vəziyyəti yaxşı olmadığından 2016-cı ilin iyun ayında Səudiyyə Ərəbistanında ailəsi ilə birlikdə yaşaya n qızı X1 yanına köçdüyünü və təxminən 1 il 3 ay orada yaşadığını bildirmişdir. O, sonradan qızının ailəsinin Səudiyyə Ərəbistanında qalmaq icazəsinin artırılmayacağı ehtimalı olduğunu, belə olduğu təqdirdə Suriyaya geri qayıtmaq istəmədiyini, bu səbəbdən də Azərbaycanda yaşayan oğlu x2 yanına gəlmək qərarına gəldiyini, 14 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasına daxil olduğunu bildirmişdir. Ərizəçi mənşə ölkəsində heç bir təqib və təzyiqə məruz qalmadığını, ölkəsində gedən müharibə səbəbindən evləri dağıdıldığı üçün bu şəraitdə ora qayıtmaq istəmədiyini göstərmişdir. Onunla müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra ərizəçinin işi Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı dəlilləri Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş, əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir”. Qərarla razılaşmayan iddiaçı inzibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2018-ci il tarixli, 26 saylı qərarı ilə şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin sözügedən qərarlarını ləğv edərək ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2840/2018 saylı, 03 iyul 2018-ci il tarixli qərarı (hakim - A.A.Abdullayeva) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2286/2018 saylı, 27 sentyabr 2018-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və R.Ə.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2840/2018 saylı, 03 iyul 2018-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı tərəfindən kassas iya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2581/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – N.İ.Rəsulbəyova, hakimlər – Z.M.Quliyev və İ.Q.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2286/2018 saylı, 27 sentyabr 2018-cu il tarixli qərarı ləğv olunaraq iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-511/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin 2-1(81)-2840/2018 saylı, 03 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, kassatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, o, Suriya Ərəb Respublikasının Homs şəhərindən olan yaşlı və xəstə, habelə himayəyə ehtiyacı olan qadındır. Onun yaşadığı ev vətəndaşı olduğu ölkədə baş verən müharibə nəticəsində dağıdılmışdır. Bundan başqa, o, “İŞİD terror təşkilatı ilə əməkdaşlığa görə” əsassız ittiham olunaraq vətəndaşı olduğu ölkənin hakimiyyət orqanları tərəfindən təqibə məruz qalır. Həyat və sağlamlığına real təhlükə olduğu üçün, habelə xəstə və yaşlı olduğundan övladlarının himayəsinə ehtiyacı olduğu üçün vətəndaşı olduğu ölkəni tərk edərək 6 övladından 3-cü yaşadığı Azərbaycan Respublikasına gəlməyə məcbur qalıb. İddiaçının bildirdiyi əsaslı təqib qorxusunun mövcudluğunu təsdiq edən hallar beynəlxalq təşkilatların hesabatları ilə təsdiq olunsa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı vətəndaşı olduğu Suriya Ərəb Respublikasının Homs şəhərindəndir, onun ölkəsində vətəndaş müharibəsi gedir və o, öz ölkəsində əsassız ittihamla rastlaşaraq təqib olunur. Həyat və sağlamlığına real təhlükə olduğu üçün o, əvvəl Səudiyyə Ərəbistanına getsə də, lakin Səudiyyə Ərəbistan hökumətinin Suriya Ərəb Respublikasının hökuməti ilə münasibətləri mənfi olduğundan, o Azərbaycan Respublikasına gəlmişdir. Onun haqqında Homs sakini və Səudiyyə Ərəbistanına miqrasiya edən şəxs kimi fərdi təqib qorxusunun əsasları mövcuddur. Belə ki, qeyd edilən məsələlərə görə o, Suriya hökuməti tərəfindən “güman edilən müxalif” (“perceived oppositionary’) kimi qəbul edilə bilər. Suriya hökuməti müxaliflərin hazırda və əvvəllər nəzarət etdiyi bölgələrdə yaşayan sakinləri, xüsusilə sünniləri heç bir fərq qoymadan “müxalifətin dəstəkçisi” kimi qəbul edir və onlara qarşı kollektiv cəzalandırma tədbirləri tətbiq edir. Bundan əlavə, iddiaçı Suriya hökuməti ilə “düşmən” vəziyyətdə münasibətləri olan Səudiyyə Ərəbistana mühacirət edib. Bu amil də onu Suriya hökuməti və onunla əlaqəli silahlı qruplaşmaların gözündə güman edilən müxalifə çevirir. Suriya hökuməti və onunla əlaqəli qruplar Suriya müxalifəti ilə assosiasiya edilən şəxsləri hər hansı fərq qoymadan müxtəlif xarakterli öldürməyə, pis rəftara - o cümlədən işgəncəyə, haqsız həbslərə məruz qoyur. Qeyd edilən pozuntular fərdi və ötəri deyil, kollektiv və sistematik xarakter daşıyır. İddiaçı “güman edilən müxalif” kateqoriyasına aid olduğu üçün vətəndaşı olduğu ölkədə zorakılığa məruz qala bilər. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırıl masına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən o raya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllə nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyə n olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatdan məlum olmuşdur ki, o, 2015-ci ildə yaşadıqları Palmera məntəqəsində evlərinin müharibə nəticəsində dağıdıldığını, Homs şəhərinə köçdüyünü, bir müddət orada yaşadıqdan sonra maddi vəziyyəti yaxşı olmadığından 2016-cı ilin iyun ayında Səudiyyə Ərəbistanında ailəsi ilə birlikdə yaşayan qızı X1nin yanına köçdüyünü və təxminən 1 il 3 ay orada yaşadığını bildirmişdir. O, sonradan qızının ailəsinin Səudiyyə Ərəbistanında qalmaq icazəsinin artırılmayacağı ehtimalı olduğunu, belə olduğu təqdirdə Suriyaya geri qayıtmaq istəmədiyini, bu səbəbdən də Azərbaycanda yaşayan oğlu x2 yanına gəlmək qərarına gəldiyini, 14 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasına daxil olduğunu bildirmişdir. Ərizəçi mənşə ölkəsində heç bir təqib və təzyiqə məruz qalmadığını, ölkəsində gedən müharibə səbəbindən evləri dağıdıldığı üçün bu şəraitdə ora qayıtmaq istəmədiyini göstərmişdir. Kollegiya qeyd edir ki, iddiaçının yaşlı və xəstə, habelə himayə yə ehtiyacı olan qadın olması, eləcə də yaşadığı evin vətəndaşı olduğu ölkədə baş verən müharibə nəticəsində dağıdılması qanunvericiliyə görə qaçqın statusunun əldə edilməsinə əsas vermir. İddiaçının bildirdiyi digər dəlil olan onun “İŞİD terror təşkilatı ilə əməkdaşlığa görə” və güman olunan “müxalifətin dəstəkçisi” kimi əsassız ittiham olunaraq vətəndaşı olduğu ölkənin hakimiyyət orqanları tərəfindən təqibə məruz qaldığı hallara dair isə hər hansı inandırıcı və əsaslı sübutlar təqdim edilməmişdir. Bundan başqa, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Göründüyü kimi inzibati orqa n qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara isti nadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişd ir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-511/2019 saylı iş üzrə 27 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1830/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1830/2019
25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver