Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1830/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə (üçüncü şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (həqiqi hərbi xidməti bitirməsinə dair qərarın qəbul edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Kəmaləddin Bədəlov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin nümayəndəsi Gülnarə Şabanovanın və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə (üçüncü şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alay ının iştirakı ilə) qarşı həqiqi hərbi xidməti bitirməsinə dair müvafiq qərarın qəbul edilməsinə dair Penitensiar Xidmətin Mühafizə Alayına müvafiq göstəriş verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2450/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayına qarşı “AR DİN Polis Akademiyasında təhsil aldığı müddətin xidmət müddətinə hesablanması və həqiqi hərbi xidməti bitirm əsinə dair qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Ədlıyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayını cavabdehlər sıyahısından çıxararaq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini və iddia tələbinin “xx xxxx 2018-cı ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmət keçən xx.xx.1997-ci il təvəllüdlü əsgər İddiaçı Azərbaycan Respublikası DİN Polis Akademiyasında 1xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2017-ci ilədək əyani ali təhsil aldığı hər 4 günün həqiqi hərbi xidmətin 1 günü hesablanmaqla həqiqi hərbi xidməti bitirməsinə dair müvafiq qərarın qəbul edilməsinə dair Penitensiar Xidmətin Mühafizə Alayına müvafiq göstəriş verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə həvalə edilməsi”nə dəyişdirilərək icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 2015-ci ildə 486 baltoplayıb (AR DİN xx.xx.2015-ci il tarixli 2136 ş/h-001-15) Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Polis Akademiyasının əyani təhsil üzrə İ kurs kursantları sırasına qəbul edilmiş, xx xxxxxx 2017-ci ildə Akademiyanın Nizamnaməsinin 9.12.5-ci bəndinə əsasən intizam pozuntusuna görə Akademiya rəisinin xx.x x.2017-ci il tarixli Ə132 ş/h-03417 saylı əmri ilə DİO-da xidmətdən və əyani təhsil üzrə İİİ kurs kursantları sırasından xaric olunmuş, hazırda isə xx xxxx 2018-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayında həqiqi hərbi xidmətdədir. İddiaçı və valideynləri xx.xx.2019-cu ildə ərizə ilə cavabdehə və aidiyyəti qurumlara müraciət edərək, AR DİN Polis Akademiyasında təhsil aldığı müddətin hərbi xidmət müddətinə hesablanması barədə müraciət etmişdir. Lakin Alayın xx.xx.2019-cu il tarixli 17/15-132 saylı məktubu ilə ərizə təmin olunmamış və imtinaya əsas kimi Polis Akademiyasının hərbi qulluqçu hazırlayan ali təhsil müəssisəsi olmamasına və “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 28.4-cü maddəsinə istinad edilmişdir. Bundan əlavə, AR ƏN Penit ensiar Xidmətin Mühafizə Alayının komandirinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli xx/xx1722 saylı məktubunda da qeyd edilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 28.4-cü maddəsində yalnız hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələri nəzərdə tutulmuşdur. AR DİN Polis Akademiyası hərbi qulluqçu hazırlayan ali təhsil müəssisəsi hesab olunmur. Hesab edir ki, cavabdehlərin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 739 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası FHN-nin Akademiyasında hərbi kafedralar yaradılmışdır; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 465 saylı Fərmanına və Azərbaycan Respubl ikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin 5.3.13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada daxili işlər orqanların və daxili qoşunların şəxsi heyətini vəzifəyə təyin və vəzifədən azad edir, sıravi, kiçik, orta və böyük rəis heyətlərinə xüsusi rütbələr, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi və daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir, xüsusi və hərbi rütbələrdən məhrum edir, ali hərbi və ali heyət rütbələrinin verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin baş idarə və idarələrinin, ərazi və ixtisaslaşmış polis idarə və şöbələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 28.4-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları xaric olunmadan hərbi xidmətə cəlb olunurlar və ali təhsil müəssisəsinin 4 günü həqiqi hərbi xidmətin 1 gününə bərabər sayılmaqla hesablanmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələri”nin siyahısının 4.10-ci bəndində AR DİN-nin Polis Akademiyası - xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilmişdir. Göründüyü kimi, AR DİN-nin Polis Akademiyasında hərbi kafedra mövcuddur, oranı bitirən məzunlara ilkin zabit hərbi rütbəsi verilir və Akademiya Respublikamızda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən biridir. Odur ki, xx xxxx 2018-ci ildən Azərbaycan Respublikası DİN Polis Akademiyasında xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək əyani təhsil aldığı hər 4 günü həqiqi hərbi xidmətin 1 günü hesab olunmaqla həqiqi hərbi xidməti bitirməsinə dair müvafiq qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-2655/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərardadı ilə iş üzrə Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının cavabdeh kimi iştirakına xitam verilməsi və hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-2655/2019 n ömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın təmin edilməsi, xx xxxx 2018-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmət keçən xx.xx.1997-ci il təvəllüdlü əsgər X3 Azərbaycan Respublikası DİN Polis Akademiyasında xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək əyani təhsil aldığı hər 4 günü həqiqi hərbi xidmətin 1 günü hesab olunmaqlahəqiqi hərbi xidməti bitirməsinə dair müvafiq qərar qəbul edilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayına müvafiq göstəriş verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «Hərbi vəzifə və hərbi xidmət haq qında» Qanunun 28.1, 284-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsaslanmışdır. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(103)2450/2019nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vüsalə Baxışova) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarına, eləcə də İnzibati Prosessual Məcəllənin 58.1, 58.7, 62.3, 82-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməklə işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərmir və ali hərbi təhsil verən məktəblər siyahısına daxil edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası hərbi qulluqçu hazırlayan ali təhsil müəssis əsi hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli, 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları»nın 10-cu bəndinə əsasən Xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti həmin təhsil müəssisələrinin nizamnamələri ilə müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Nizamnamənin 1.3-cü bəndinə əsasən Akademiyanın fəaliyyətinin əsas məqsədi Daxili İşlər Nazirliyi üçüq ali hüquq təhsilli kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir. Həmin Nizamnamənin 9.21-ci bən dinə əsasən dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara daxili işlər nazirinin əmri ilə «polis leytenantı» ilk zabit xüsusi rütbəsi verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı»na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və X6 Hazırlayan Məktəbi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və X6 Hazırlayan Məktəbi daxildir. «Azərbaycan Respublikasının Daxi li İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 1358 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üçün ali hərbi təhsilli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən Orta ixtisas hərbi məktəbinin əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi yaradılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsindən fərqli olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsinin 1.3-cü və 1.5-ci bəndlərinə əsasən mü vafiq olaraq Məktəb ali hərbi təhsilli kadrlar hazırlanması və öz fəaliyyətində Azərbaycan Respublikasının normativ hüquq aktları ilə yanaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini rəhbər tutması göstərilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsi yalnız «müvəffəqiyyətsizliyinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə» xaric edilən kursantlar və «hərbi qulluqçu hazırlayan» xüsusi təyinatlı ali təhsil müəssisələr nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının xx xxxx 2019-cu il tarixli 034-2943-1219 nömrəli məktubuna əsasən İddiaçı DİN-in xx xxxxxx 2015ci il tarixli 2136 ş/h-001-15 nömrəli əmri il ə Polis Akademiyasına əyani təhsil üzrə İ kurs kursantları sırasına qəbul edilmiş və «Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən Akademiya rəisinin xx xxxxxx 2017-ci il tarixli, Ə132 ş/h-034-17 nömrəli əmri ilə DİO-da xidmətdən və əyani təhsil üzrə İİİ kurs kursantları sırasından xaric olunmuşdur. Göründüyü kimi, Akademiya rəisinin xx xxxxxx 2017-ci il tarixli, Ə132 ş/h-034-17 nömrəli əmri əsasında İddiaçı əyani təhsil üzrə kursantlar sırasından xaric olunarkən eyni zamanda X4 xidmətdən xaric olunması göstərilmişdir. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə daxili işlər orqanları əməkdaşı xidmətdən xaric edilir. Lakin apelyasiya şikayəti üzrə işə Bak ı Apelyasiya Məhkəməsində baxılarkən yuxarıda qeyd olunan məsələlər məhkəmə tərəfindən nəzərə alınmamış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin apelyasiya şikayəti təmin edilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2450/2019 nömrəli qərarının ləğv edilməsi və İddiaçı iddiasının təmin edilməməsi barədə qərarın qəbul edilməsini məsələsinə baxılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğu n olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2450/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bbb da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2450/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qayd ada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrə əsaslandığından və işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş ha llarını təkzib etmədiyindən təmin edilə bilməz. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxil olmuş və xx xxxxxx 2017-ci il tarixdə həmin Akademiyanın Nizamnaməsinin 9.12.5-ci bəndinə əsasən intizam pozuntusuna görə Akademiya rəisinin xx xxxxxx 2017-ci il tarixli əmri ilə DİO-da xidmətdən və əyani təhsil üzrə İİİ kurs kursantları sırasından xaric olunmuş, hazırda isə xx xxxx 2018-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmətdədir. İddiaçı Azərbaycan Respublikası DİN Polis Akademiyasında 1xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2017-ci ilədək əyani ali təhsil aldığı hər 4 günün həqiqi hərbi x idmətin 1 günü hesablanmaqla həqiqi hərbi xidməti bitirməsinə dair müvafiq qərar qəbul edilməsinə dair Penitensiar Xidmətin Mühafizə Alayına müvafiq göstəriş verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx xxxx 2019-cu il tarixli 4268 saylı məktubuna əsasən Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasından xaric olunmuş İddiaçı əyani təhsil aldığı müddətin həqiqi hərbi xidmət müddətinə hesablanıb-hesablanmaması barədə müraciətə cavab olaraq bildirilmişdir ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizlik lərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bununla əlaqədar xx xxxxxx 1997-ci il təvəllüdlü İddiaçı 2018-ci ilin iyul çağırışına hazırlıq zamanı Xidmətin Goranboy rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş və həqiqi hərbi xidmətə yararlı hesab edilərək müddətli hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mühafizə Alayına təyin edilmişdir. Eyni zamanda, həmin Qanunun tələblərinə əsasən kursantların hərbi qull uqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin qərarına əsasən ehtiyata buraxılırlar. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası DİN Polis Akademiyasının xx xxxx 2019-cu il tarixli 034-2943-1219 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, İ ddiaçı DİN-nin xx xxxxxx 2015-ci il tarixli, 2136 ş/h-001-15 nömrəli əmri ilə Polis Akademiyasının əyani təhsil üzrə İ kurs kursantları sırasına qəbul edilmiş və «Azərbaycan Respublikası xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən Akademiya rəisinin xx xxxxxx 2017-ci il tarixli, Ə132 ş/h-034-17 nömrəli əmri ilə DİO-da xidmətdən və əyani təhsil üzrə İİİ kurs kursantları sırasından xaric olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2014-cü il tarixli 739 saylı Sərəncamına əsasən DİN-in Polis Akademiyasında hərbi kafedra yaradılmış, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 465 saylı Fərmanına və DİN-in Əsasnaməsinin 5.3.13-cü yarımbəndinə əsasən ilkin zabit hərbi rütbəsi DİN-in Polis Akademiyasının məzunlarına verilir. Bu nunla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 28.1.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət həqiqi hərbi xidmət növüdür. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların xüsusi təyinatlı ali təhsil mü əssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafıq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli, 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1 1.1-ci bəndinə əsasən Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2014-cü il tarixli 739 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası FHN-nın Akademiyasında hərbi kaf edralar yaradılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 1007 nömrəli fərmanı ilə təsdiq edilmiş X1 1.1-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi təyinatlı təhsil müəssisələri»nin siyahısının 4.10-cu bəndinə əsasən DİN-nin Polis Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. Həmin nizamnamənin 9.2-ci bəndinə əsasən kursantlar – Akademiyada ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və Akademiyada əyani formada təhsil alan şəxslərdir. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Azərbaycan Respublikası DİN X2 xx xxxxxx 2017-ci ildə X4 xidmətdən və əyani təhsil üzrə İİİ kurs kursan tları sırasından xaric olunmasa idi və orada təhsilini davam etdirib Polis Akademiyasını normal şəkildə bitirmiş olsa idi, o zaman hazırkı inzibati mübahisə də yaranmazdı, yəni, iddiaçının hərbi xidmətə çağırılması və Azərbaycan Respublikasının Milli Ordusunda xidməti zamanı müddətə dair hər hansı bir hesablamaların aparılması məsələsi də gündəmdə olmazdı. Başqa sözlə, Polis Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisəsi olduğundan və orada hərbi kafedra xx xxxxxxxx 2014-cü il tarixdən yarandığından, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddiası qanuni və əsaslıdır, belə ki, Polis Akademiyasını bitirən şəxslər Milli Orduya müddətli xidmətə çağırılmırlar. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti tə min edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2450/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1830/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1830/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver