Məhkəmə qərarları › İş №2-1(102)-1830/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1830/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1830/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xü susi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1140/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxx 1963-cü il tarixdə anadan olmuşdur.

2. İddiaçı cavabdehə müraciət edərək pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ödənilməsini xahiş etmişdir. Cavabdeh isə hərəkətsizlik göstərərək iddiaçının müraciətinə heç bir cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən, 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh onun müraciətini xx.xx.2021-ci il tarixdə qəbul etsə də, hal-hazıradək heç bir cavab verməmişdir.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya ünvan lanmış cavab məktubunun məzmunundan göründüyü kimi hazırkı iş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1437/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim: H.A.Ağalarov) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şər tlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq qeyd etmişdir ki, işin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 52 yaşı tamamdır, xx.xx.2006-cı ilədək ümumilikdə 20 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 10 ildən artıq müddətdə o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ v erən peşədə işləmişdir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdehin imtina dəlili əsaslı deyildir.

8. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-2-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etsə də, pensiyanın təyin edilməsi üçün xx.xx.2017-ci il tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti il ə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə əsaslı sayıla bilməz.

9. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh apelyasiya şikayətləri vermişlər. İddiaçı apelyasiya şikayəti verərək qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş olunur. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1140/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: İ.S.Şirinov, hakimlər: N.Ş.Cəfərov və E.C.Kazımov) apelyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-1437/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçının verdiyi apelyasiya şikayətinə münasibətdə apelyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən əvvələ 3 il ərzində ödənilməsi mümkün sayılır. Odur ki, id diaçının apelyasiya şikayəti əsaslı sayıla bilməz.

12. Cavabdehin verdiyi apelyasiya şikayətinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi peşələr dəniz şəraitində olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə “1100000a-18497” kod ilə nəzərdə tutulan “buruqlara xidmət üzrə çilingərlər” peşəsi və “1100000a-18559” kod ilə nəzərdə tutulan “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” peşəsi il ə uyğunluq təşkil etməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli məktubunda da öz təsdiqini tapmışdır. Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur.

13. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8, 9.1, 9.8, 31.2-ci maddələrinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na və İnzibati Prosessual Məcəllənin 90.1, 94.1-ci maddələrinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin mövqeyinin qanunsuz və əsassız olduğu bildirir.

15. Qeyd edilir ki, iddiaçının 1984-cü il tarixdən 2006-cı il tarixədək işlədiyi SOCARın “Kompleks qazma işləri” tresti dəniz şəraitində yerləşmədiyindən onun güzəştli iş stajı yoxdur. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsinin qərarında da SOCARın “Kompleks qazma işləri” trestinin dəniz şəraitində yerləşmədiyi qeyd olunmuşdur.

16. Daha so nra qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

17. Lakin Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubunda qeyd edilənləri nəzərə almadan, iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın hansı kodlarına uyğun olduğunu göstərsə də, həmin vəzifələrin məhz dəniz şəraitində ç alışanlara aid olduğunu nəzərə almamış və sözügedən müəssisədən iş şəraiti barədə məlumat verilməsinə dair arayış tələb etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək həmin şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Resp ublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək st ajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nə zərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqla rının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışa n neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar;

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə tə sdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.

31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanu nvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Kassasiya şikayətində iddiaçının güzəştli iş stajı mübahisələndirilir. Hesab edilir ki, iddiaçının 1984-cü il tarixdən 2006-cı il tarixədək işlədiyi SOCAR-ın “Kompleks qazma işləri” tresti dəniz şəraitində y erləşmədiyindən onun güzəştli iş stajı yoxdur. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsinin qərarında da SOCAR-ın “Kompleks qazma işləri” trestinin dəniz şəraitində yerləşmədiyi qeyd olunmuşdur.

34. Beləliklə, göründüyü kimi cavabdehin yeganə mübahisə etdiyi hal iddiaçının xüsusi iş stajının yetərli olmamasıdır.

35. Məhkəmə tərkibi cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddiaçının peşələrin (vəzifələrin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatla rın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə (vəzifələrlə) uyğunluq təşkil edibetməməsi ilə araşdırma aparılmışdır.

36. Verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli məktubunda, İddiaçı 1984-cü ildən 2006-cı ilədək işlədiyi peşələrin dəniz şəraitində yerləşmədiyi göstərilmişdir.

37. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək “Bayıl Limanı” X2 İdarəsində qazmaya xidmət üzrə 4-cü dərəcəli çil ingər peşəsində, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək əl qaynaq aparan 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsində, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək əl ilə qaynaq aparan 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək Qazma Avadanlığının Təmiri Kirayəsi Sexində 5-ci dərəcəli təmirçi çilingər peşəsində, xx.xx.2001-ci ildən xx.xx.2010-cu ilədək Qazma Avadanlığının Təmiri Kirayəsi Sexində 6-cı dərəcəli təmirçi çilingər peşəsində, xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək Boru, alət, qazma turbinlərinin təmir kirayəsi sexində 5-ci dərəcəli takelajçı peşəsində, xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilədək Qazma Avadanlığının Təmiri Kirayəsi Sexində 5ci dərəcəli təmirçi çilingər peşəsində, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək “Sahil” Qazma İşləri İdarəsində Qazma Avadanlığının Xidmət Sexində 5-ci dərəcəli təmirçi çilingər peşəsində, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək “Qazmaservis və Logistika” İdarəsində Qazma Avadanlığının Xidmət Sexində 5-ci dərəcəli təmirçi çilingər peşəsində işləmiş, xx.xx.2014-cü ildən hal-hazıra kimi “Kompleks qazma işləri” trestində “Logistika” bölümündə Qazma Avadanlıqlarının və X1 Xidməti Sexində 5-ci dərəcəli təmirçi çilingər peşəsində işləyir. Ümumi iş stajı: 29 il, 04 ay, 14 gün, güzəştli iş stajı: 29 il, 09 gün. AR Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilmiş 1100000a18559 kodu ilə bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçiçilingərlər peşəsi, 2 3200000-19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi 22 il, 03 ay, 11 gün, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingər peşəsi 06 il, 08 ay, 28 gün güzəştli iş stajı təşkil edir.

38. Həmin arayışda iddiaçının işlədiyi peşələr illəri göstərilməklə sadalansa da, hər bir peşə üzrə ayrı-ayrılıqda kodlara istinad olunmamışdır. Göstərilən işin obyektiv araşdırılması məqsədi ilə, birinci instansiya məhkəməsi tərəfindən Azərbayca n Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Kompleks qazma işləri” trestinə yenidən sorğu verilmiş və ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, iddiaçının işlədiyi hər bir peşə üzrə ayrı-ayrılıqda kodlara istinad olunmaqla və dəniz şəraitində olub-olması göstərilməklə, o cümlədən işçiyə tam və ya qismən yerinə yetirilməsi həvalə edilən funksiyalarla bağlı izahlı arayışın və faktiki olaraq müəssisədə gördüyü işlər barədə ətraflı məlumatın verilməsi tələb olunmuşdur.

39. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına (1100000a-18497 kodu ilə buruqlara xidmət üzrə çilingər) əsasən i şlədiyi dövrdə xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək 4-cü dərəcəli xidmət üzrə çilingər peşəsi 01 il, 01 ay, 12 gün, 1100000a-18559 kodu ilə bilavasitə buruq avadanlıqlarının təmiri ilə məşğul olan 5-ci dərəcəli təmirçi çilingər peşəsi üzrə xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 13 il, 11 ay, 20 gün güzəştli iş stajı təşkil edir. Vətəndaş İddiaçı 1984-cü ildən 2006-cı ilədək işlədiyi peşələr dəniz şəraitində olmuşdur. Güzəştli iş stajı: 15 il, 01 ay, 02 gün.

40. Beləliklə, məhkəmə tərkibi qeyd edir ki, yuxarıda qeyd edilən məktubla aydın olur ki, iddiaçının işlədiyi peşələr dəniz şəraitində olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə “1100000a-18497” kod ilə nəzərdə tutulan “buruqlara xidmət üzrə çilingərlər” peşəsi və “1100000a-18559” kod ilə nəzərdə tutulan “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçiçilingərlər” peşəsi ilə uyğunluq təşkil etməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli məktubunda da öz təsdiqini tapmışdır.

41. Məhkəmə tərkibi qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən Qaydalara 2 saylı Əlavəyə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən, qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

42. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq ar aşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

43. Beləliklə, məhkəmə tərkibi qeyd edir ki, mübahisəyə dair işin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən iddiaçının işlədiyi vəzifə və peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na aid olub-olmaması ilə bağlı ətraflı araşdırma aparılmış, bununla bağlı iddiaçının işlədiyi həmin müəssisəy ə sorğu verilmiş, sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş ətraflı izahlı arayışa əsasən onun işlədiyi peşələrin 1 nömrəli Siyahıya aid olduğu müəyyən edilmişdir.

44. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 52 yaşı tamamdır, xx.xx.2006-cı ilədək ümumilikdə 20 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 10 ildən artıq müddət, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir.

45. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

46. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları p ozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1140/2023 saylı iş üzrə 28 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar