Məhkəmə qərarları › İş №2-1(102)-1831/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1831/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1831/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ad və soyadın təkrar dəyişdirilməsi 03.11.2021 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “doğum aktı qeyddə dəyişiklik edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2-1(103)-1411/2021saylı, 16 iyun 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxx-ci il təvəllüdlüdür. Doğum haqqında şəhadətnamədə İddiaçı atası kimi X6, anası kimi X2 qeyd edilmişdir, şəhadətnamənin üzərində “təkrar” qeydi vurulmuşdur. 2. 18.07.2011-ci il tarixli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”dən görünür ki, X1 və adı “İddiaçı”a dəyişdirilmişdir.

3. İddiaçı soyadının “İsmayıl”dan “Əkbərov”a, adının “Turan”dan “Mərahim”ə dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13 noyabr 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Bərdə rayon qeydiyyat şöbəsində tərtib olunmuş 18.07.2011-cu il tarixli, 02 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən onun soyadı “Əkbərov”dan “İsmayıl”a və adı “Mərahim”dən “Turan”a dəyişdirilmişdir. Soyad və adın növbəti dəfə dəyişdirilməsi üçün “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri mövcud olmadığı üçün ərizənin təmin edilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 18 dekabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “adının və soyadının dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə q ərar çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 18.07.2011-ci ildə iddiaçının soyadı İsmayıldan Əkbərova, adı isə Turandan Mərahimə dəyişdirilmişdir. Hazırda həmin ad və soyadda olması ona çətinliklər yaradır. Belə ki, onun “Turan” adında olması dost-tanışları arasında çaşqınlıq yaradır. Hamı onu əvvəlki adı “Mərahim” ilə tanıyır. Həmçinin atası “Əkbərov” soyadındadır, anası isə “İsmayılova” soyadındadır. 2011-ci ildə soyadı anasının soyadına uyğun olaraq “İsmayıl” soyadına dəyişdirilmişdir. Lakin bu soyadda olması onun üçün problem yaradır. Bundan başqa uşaqları məktəbə getdikdə də bu problem özünü biruzə verəcəkdir. Odur ki, əvvəlki adına və soyadına keçmə zərurəti yaranmışdır. Bununla əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.

6. Bakı İn zibati Məhkəməsinin (hakim X5, 2-1(112)-466/2021 saylı iş) 10 fevral 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, ad və soyadın dəyişdirilməsi məsələsi qanunvericilikdə dəqiq tənzimlənmişdir. Belə ki, 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla ad və soyadın dəyişdirilməsi hüququ tanınmış, növbəti dəfə dəyişdirilməsinə isə yalnız ər-arvaddan biri soyadını dəyişdirdikdə, yetkinlik yaşına çatan şəxsin atasının öz adını dəyişdirdikdə, yetkinlik yaşına çatmayan uşaqların hər iki valideynin razılığı ilə valideynlərdən birinin soyadı dəyişdikdə, yetkinlik yaşına çatmış övladın valideynlərdən birinin və ya hər ikisinin soyadı dəyişdirildikdə imkan verilir. Lakin iddiaçı tərəfindən yuxarıda q eyd edilən əsasların mövcud olması məhkəməyə bildirilməmiş və həmin əsaslara dair dəlillər təqdim edilməmişdir.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X9-məruzəçi, X10 dən və X4, 2-1(103)1411/2021 saylı iş) 16 iyun 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

10. İddiaçı 30 iyun 2021-ci il tarixdə qərarın surətini almış, 30 iyul 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

11. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 20 11 -ci il tarixli 79 saylı Qərarının 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halları yanlış təfsir edərək, normativ- hüquqi aktda heç bir dəqiq göstəriş olmadığı halda 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının yalnız bir dəfə öz adını, ata adını və soyadını dəyişdirməsinə icazə verildiyini qeyd edir.

12. Mülki Məcəlləsinin 26.3-cü maddəsinə əsasən “Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzi fələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Göründüyü kimi bu maddədə də ad və soyadın sadəcə bir dəfə dəyişdirilməsi ilə bağlı hər hansı müddəadan bəhs olunmur.

13. Lakin hər iki məhkəmə instansiyası iddiaçının iddiasını təmin etməyib və qanunda göstərilmədiyi halda iddiaçının öz ad və soyadını geri qaytarmaq hüququnu pozub. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə ic raatı iştirakçılarının izahatları

15. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

17. Ailə Məcəlləsi: Maddə

159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tə rəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Maddə

160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə

161. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinə etiraz etmə qaydası 161.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Maddə

189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə

190. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması qaydası Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. (-).

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. (-) 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş o lsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaş ına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatəti nə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikay əti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

20. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olun duğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. İddiaçı soyadının “İsmayıl”dan “Əkbərov”a, adının “Turan”dan “Mərahim”ə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 13 noyabr 2019-cu il tarixli imtina məktubunda bildirmişdir ki, Bərdə rayon qeydiyyat şöbəsində tərtib olunmuş 18.07.2011-cu il tarixli, 02 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən onun soyadı “Əkbərov”dan “İsmayıl”a və adı “Mərahim”dən “Turan”a dəyişdirilmişdir. Soyad və adın növbəti dəfə dəyişdirilməsi üçün “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri mövcud olmadığı üçün ərizənin təmin edilməsindən imtina edilmişdir.

24. İddiaçının şikayətinin dəlillərinə qanunvericilikdə adı və soyadın təkrar dəyişdirilməsinə qadağa qoyulmamışdır. Mülki Məcəllənin 26.3-cü maddəsinin tələb inə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır.

25. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 26. “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”dən görünür ki, X1 və adı “İddiaçı”a dəyişdirilmişdir.

27. İddiaçı ad və soyadının yenidən dəyişdirilməsini və əvvəli ad və soyadın ona verilməsini arzu edir.

28. Qanunun müəyyən etdiyi hallarda adın və soyadın dəyişdirilməsi mümkündür.

29. İddiaçı əvvəllər ad və soyadını dəyişdirmiş, qanunvericiliyin ona verdiyi imkandan istifadə etmişdir.

30. Adın və soyadın növbəti dəfə dəyişdirilməsinin şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın ve rilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndində nəzərdə tutulmuşdur.

31. Həmin Qaydalara görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir (6.24-6.28-ci bəndlər).

32. İddiaçının ad və soyadının yenidə n dəyişdirilməsinin Qaydalarda müəyyən edilən əsasları iddiaçıya münasibətdə mövcud olmamışdır.

33. Odur ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

34. Kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1411/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar