Məhkəmə qərarları › İş №2-1(102)-1831/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1831/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1831/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “ona məxsus zəbt edilmiş 0.1197 ha və 01158 ha torpaq sahələrinin 3.79 sotuna görə hər sotu 10000 manat olmaqla 37900 manat həcmində kompensasiya hesablanar aq ödənilməsi, eləcə də uçurulmuş daş hasarın hər 1 kv.m-nə 20 manat, dəmir darvazaya görə isə 1000 manat olmaqla kompensasiya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, eyni zamanda cavabdeh tərəfindən qanunsuz olaraq mülkiyyətdən məhrum edildiyinə görə ona dəymiş 10000 manat həcmində mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023cü il tarixli, 2-1(103)-530/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016- cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən " Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir.

2. Layihə həyata keçirilərkən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,1197 ha və 0,1158 ha torpaq sahələrinin 3.79 sotu yolun tikintisi altına düşmüşdür.

3. İddiaçı cavabdehə yol tikintisi zamanı zərər dəymiş mülkiyyətinə görə kompensasiyanın ödənilməsi barədə müraciət etsə də, cavabdeh tərəfindən ona kompensasiya ödənilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus zəbt edilmiş 0.1197 ha torpaq sahəsinin 3.79 sotuna g örə yenidən kompensasiya hesablanmaqla hər sotu 10000 manat olmaqla 37900 manatın, eləcə də iddiaçıya məxsus 0.1197 və 0.1158 ha torpaq sahələrini əhatə edən tam şəkildə uçurulmuş 440 kvm. daş hasarın hər kv.m.-ə görə 20 manat olmaqla 8800 manat pulun və sökülmüş dəmir darvazaya görə isə 1000 manat olmaqla, cəmi 47700 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, qanunsuz olaraq mülkiyyətdən məhrum edildiyinə görə iddiaçıya dəymiş 10000 manat həcmində mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tikinti layihəsi həyata keçirilərkən onun torpaq sahələrinin 3.79 sotu yolun tikintisi altına düşmüş və həmin torpaq sahəsi hasar və darvazası sökülməklə yolun çəkilən hissəsinə qatılmışdır. İddiaçı cavabdehə müra ciət etdikdə isə ona zəbt edilmiş əraziyə görə 3.79 sot torpaq sahəsinə görə hər sotu 4300 manat hesablanmaqla ödənilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Lakin bağ sahəsinin sökülmüş hasar və darvazaları ilə bağlı hər hansı ödəniş olub-olmayacağı barədə məlumat verilməmiş və əlavə olaraq bu cür söküntü işlərinin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyi bildirilmişdir.

6. Üçüncü şəxs məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, hazırkı işdə analoji işlərin məhkəmə təcrübəsinə uyğun olaraq Maliyyə Nazirliyi cavabdeh olmalı deyildi. Əlavə olaraq onun iddiaçının hüquqlarını pozacaq hərəkətləri olmamışdır və sübutetmə yükünə əsasən də iddiaçı Maliyyə Nazirliyi tərəfindən onun hüquqlarının pozulması sübuta yetirilə bilməmişdir. Üçüncü şəxs bildirmişdir ki, v əsaitin dövlət büdcəsindən tutulması ilə bağlı hər hansı normativ hüquqi aktda torpağın alınması ilə bağlı dövlət büdcəsindən tutulma təsbit edilməmişdir və torpağın alınması nəticəsində zərər çəkəcək şəxslərə kompensasiya ödənilməsi öhdəliyi qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinin öhdəliyi deyildir. Həmçinin tikinti yolunun layihələndirilməsi zamanı qiymətləndirmə nəticələrinə uyğun olaraq iddiaçıya 17068,50 manat məbləğində kompensasiya hesablandığı göstərilmişdir. Mənəvi ziyanla bağlı isə iddiaçı mənəvi ziyanın ödənilməsi ilə bağlı heç bir əsas gətirə bilməmişdir.

7. Bakı İnzibati Məhkəməsi iş üzrə ekspertiza keçirmiş və ekspertizanın nəticələrinə uyğun olaraq iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin hazırkı bazar qiymətinin 26500 manat, torpaq sahəsinin sərhədlər ində inşa edilmiş daş hasarın ümumi dəyərinin təqribən 10086,0 manat məbləğində olması müəyyən edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(112)-137/2022 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia qismən, torpaq sahəsinə görə 26500 manat təmin edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə və üzərində sərəncan vermək imkanı itirilmiş və beləliklə də, onun mülkiyyət hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur. Məhkəmə işin hallarına qiymət verərək hesab etmişdir ki, hazırki iş üzrə torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği və daş hasarın sökülməsi nəticəsində dəymiş maddi ziyanın məbləği iş üzrə verilmiş ekspert rəylərinə əsasən müəyyən edilməlidir. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə məhkəmə qərarları əsasında keçirilmiş ekspert rəylərində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Dəmir darvazanın sökülməsi nəticəsində vurulmuş zərərlə bağlı məhkəmə qeyd etmişdir ki, dəmir darvazanın qiymətləndirilməsi mümkün olmadığından həmin zərər iddiaçının iddia etdiyi məbləğdə, yəni 1000 manat tutulması ədalətlidir. Mənəvi ziyanın tutulması barədə isə məhkəmə belə nəticəyə gəlmişdir ki, işin faktiki halları iddiaçının mənəvi sarsıntı və (ya) iztirab keçirməsi barədə qənaətə gəlməyə əsas vermədiyindən mənəvi zərərin tutulması hissəsində iddia təmin edilməməlidir. 1

0. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2-1(103)-530/2023 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(112)-137/2022 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, qanununvericiliyin tələblərinə əsasən cavabdeh qanunla üzə rinə düşən öhdəliyinə görə yol çəkilişi altına düşən torpaq mülkiyyətçisi olan iddiaçıya mübahisəli torpaq sahəsinin dəyəri bazar qiyməti miqdarında əvəzi ödənildikdən sonra həmin torpaq sahəsində yol çəkilişini həyata keçirməli olduğu halda, qanunla üzərinə düşən bu öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Həmçinin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016- cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən "Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi çərçivəsində ikintinin həyata keçirilməsi məhz cavabdehin üzərinə düşən vəzifədir. Mübahisəli torpaq sahəsinin sərhəd hasarlarının sökü ldükdən və yol tikintisi həyata keçirildikdən sonra, bağ sahəsinin dəmir darvazasının aşkar edilməməsi iddiaçının təqsirinə və onun ziyanına yozula bilmədiyindən və dəmir darvazanın qiymətləndirilməsi mümkün olmadığından iddiaçıya onun tələb etdiyi miqdarda kompensasiya ödəmək öhdəliyi ədalətlidir və bu öhdəlik cavabdehin üzərinə düşür.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlamış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya i nstansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadığından maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, Maliyyə Nazirliyi sifarişi əsasında qiymətləndirici tərəfindən iddiaçıya 17.668,50 manat məbləğində kompensasiya hesablansa da, məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin müstəqil qiymətləndiricinin rəylərinə istinad etməklə əmlakın hazırkı bazar qiymətini yüksək qiymətləndirmiş və nəticədə dövlət büdcəsinə kifayət qədər əsassız zərər vurmaqla dövlət büdcəsi qarşısında əlavə öhdəliklər yaratmışdır. Cavabdeh qeyd etmişdir ki, bu hal onun tərəfindən yerinə yetirilən digər maraqlardan üstün olan dövlət və ictimai əhəmiyyətli tapşırıqların icrasının ləngiməsinə səbəb olacaqdır.

15. Cavabdeh bildirmişdir ki, daş hasar və da rvazanın mövcudluğunu iddiaçı sübut etməli olsa da, məhkəmələr bu halların iddiaçı tərəfindən sübut edilməsini tələb etmədiklərindən bu barədə sübut təqdim edilməmişdir. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Mülki Məcəllə Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Maddə 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesabla nması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 18. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əs asında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə

56. Kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan amillər Maddə 56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanı şıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 56.1. 6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. Maddə

58. Bazar qiyməti. 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üç ün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

19. İnzibati Prosessual Məcəllə. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, on ların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət i nstansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayət də mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş dir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməs i tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları M əhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyətində olan torpaq sahəsinin mühafizə zolağına düşən hissəsi və onun dəyəri il ə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İşin hallarına görə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 992ç saylı 0,1158 ha bağ sahəsi və 1036q saylı 0,1197 ha bağ sahəsi iddiaçının mülkiyyətindədir. “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi cavabdeh tərəfindən həyata keçirilmiş, layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus 0.1197 ha və 0.1158 ha torpaq sahələrindən 379 kv.m yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə iddiaçıya 17068 manat kompensasiya hesablanmışdır.

29. İddiaçı hesab edir ki, dəymiş ziyan daha çoxdur, həmçinin cavabdeh yol çəkilişi zamanı onun hasarını dağıtmış, darvazası yararsız hala düşmüşdür.

30. Cavabdeh kasasiya şikayətində iddiaçıya məxsus torpaq sahəsinin müstəqil qiymətləndiricinin rəylərinə istinad etməklə əmlakın hazırkı bazar qiymətini yüksək qiymətləndirdiyini, nəticədə dövlət büdcəsinə kifayət qədər əsassız zərər vurmaqla dövlət büdcəsi qarşısında əlavə öhdəliklər yaratdığını bildirmişdir.

31. Məhkəmə kollegiyası kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı apelyasiya məhkəməsinin yanaşmasını və ona uyğun olaraq gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunm asını tələb edir. 32. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.

33. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.

34. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torp ağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir.

36. Təsadüfi deyil ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsində də torpağın bazar qiymətini torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun notariat qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinin göstəricisi ilə şərtləndirmişdir.

37. Apelyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları ü çün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi həddə araşdırma aparmamış, torpaq sahəsinin konkret ünvanı, naturada yerini dəqiqləşdirməmiş, torpaq sahəsinin yerləşdiyi yerə görə bazar qiyməti barədə məlumatlar əldə etməmiş, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci ma ddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar.

39. Nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir.

40. Əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun tor pağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər.

41. Məhkəmə kollegiyası torpaq sahəsinin bazar qiyməti ilə bağlı formalaşmış məhkəmə təcrübəsinin yuxarıda qeyd edilən hüquq normalarına uyğun müəyyən edilməli olması barədə mövqeyini bir daha təkrarlayır.

42. Lakin işin hazırkı vəziyyətində məhkəmə kollegiyası yuxarıda bəhs olunanlardan istisna olaraq torpaq sahəsinə görə iddiaçının xeyrinə 26500 manat məbləğində kompensasiya ödənişi müəyyən edilərkən müstəqil ekspert rəyinin mötəbərliliyi ilə bağlı aşağıdakı ları qeyd edir.

43. Ekspert rəyinə görə 379 kv.m torpaq sahəsinin məbləği 26500 manat müəyyən olunduğundan 1 kv.m torpaq sahəsi həmin ərazidə 69,92 manat təşkil edir.

44. İşdə olan başqa iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2024/2021 nömrəli 8 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həmin ərazidə cavabdeh tərəfindən yolun salınması ilə bağlı başqa iddiaçının mülkiyyətində olan 371 kv.m torpaq sahəsinə görə 25900 manat kompensasiya ödənilmişdir. Yəni məhkəmə qərarı ilə müəyyən edilmiş 1 kv.m torpaq sahəsinin dəyəri 69,81 manat olmuşdur.

45. Eyni ərazidə olan torpaq sahəsinin qiyməti barədə qüvvədə olan məhkəmə qərarı olduğundan və həmin qərarda qeyd edilən qiymətlə hazırkı iş üzrə mütəxəssis rəyi ilə müəyyən edilən qiymət dem ək olar ki, eyni olduğundan (69,92 manat, 69,81 manat) və cavabdehin hesabladığı məbləğin mötəbər olmasına dair cavabdeh əsaslı sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası torpaq sahəsinin qiymətinin yüksək olması barədə cavabdehin dəlilini əsası saymır.

46. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 21(103)-530/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar