Məhkəmə qərarları › İş №2-1(102)-1831/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1831/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1831/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən olunması, orqanizmin funksiyalarının pozulma faizi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Age ntliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 2-1(103)-442/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X7 xx.xx.2018-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası X1r.

2. X7 - xx.xx.2018-ci il tarixdə Bakı Respublika Diaqnostika Mərkəzində 4 gün müddətində müayinədə olmuş, ona beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi diaqnozu (D32.6) qouyulmuşdur; - xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək Bakı Uşaq Nevroloji Xəstəxanasında müayinə olunmuş, on a kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2) qoyulmuşdur; - xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək Bakı Uşaq Nevroloji Xəstəxanasında müayinə olunmuş, Hemipelgiya (G81) diaqnozu qoyulmuşdur; - xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək Bakı Uşaq Bərpa Mərkəzində müayinədə olmuş, ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2) qoyulmuşdur; - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilədək Bakı Uşaq Nevroloji xəstəxanasında müayinə olunmuş, ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2), həmçinin baş beynin digər rubrikalarında təsnif olunmayan anoksik zədələnməsi (G93.1) qoyulmuşdur; - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilədək Bakı Uşaq Bərpa Mərkəzində müayinə olunmuş, ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu (G40.2), həmçinin baş beynin digər rubrikalarında təsnif olunmayan anoksik zədələnməsi (G93.1) qoyulmuşdur; - xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müayinə zamanı ona kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar diaqnozu qoyulmuşdur;

3. X3 əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsi xx.xx.2022-ci il tarixli, S00032456EKR nömrəli göndərişi ilə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişd ir. Göndərişdə əsas diaqnoz: kompleks parsial qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar (G40.2), baş-beyin zədələnməsi (kistik törəmənin sonrakı vəziyyəti: əməliyyatdan sonrakı vəziyyət) – (G93.1) diaqnozu, ağırlaşma kimi Hemiplegiya (G81) diaqnozu qoyulmuşdur.

4. Tibbi Sosial Ekspert Komissiyasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi əlavə müalicəyə ehtiyacının olması, müayinələrin göstərilən ağırlaşmaları təsdiq etməməsi göstərilmiş, ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhət görülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və X6 xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa (X5 verdiyi) əsasən, X6 XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) üzrə Simptomatik lokal epilepsiya (G40.2) və Baş beyin zədələnməsi (G93.1) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qər arı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti cədvəlində) G40 kodu üzrə “Epilepsiya” xəstəliyi əlilliyin meyarı kimi təsbit olunmuşdur. Lakin buna baxmayaraq, TSEK-in xx.xx.2022-ci il tarixli qərarı ilə X6 əlilliyin verilməsindən əsassız imtina edilmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi o lan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlu matlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadı ğı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7834/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli imtinası qanunsuz hesab edilmiş, X6 qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi müəyyən edilməklə) təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixl i ekspert rəyində F.İbayevin xəstəlikləri tam reabilitasiya olunmadığı, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator və ya stasionar müalicəyə cəlb oluna biləcəyi göstərilmişdir. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal, yəni iddiaçının əlavə müayinəyə ehtiyacının olması verilmiş rəylə aradan qalxmış olur. Çünki təqdim edilmiş rəydə F.İbayevdə olan xəstəliklərin tam reabilitasiya olunmaması göstərilmişdir. Tam reabilitasiyası mümkün olmayan və diaqnozu əlilliyə əsas verən xəstəliyin əlavə müayinəyə ehtiyacının olması barədə cavabdehin imtinası əsassızdır.

10. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsind ə icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2-1(103)-442/2024 nömrəli qərarı ilə (hakimlər X13 (məruzəçi), X11 və X10) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6640/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Şikayətdə “Əlilliyin müəyyən olunması meyarlarına” istinad edilərək qeyd edilmişdir ki, iddiaçıda olan xəstəl iklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiya (Azərbaycan Respublikası bu Konvensiyaya qoşulmuşdur) Maddə

12. Qanun qarşısında bərabərlik...

4. İştirakçı dövlətlər hüquq qabiliyyətinin həyata keçirilməsi ilə bağlı bütün tədbirlərin, insan hüquqlarına dair beynəlxalq hüquqa uyğun olaraq, sui-istifadə hallarının qarşısını almaq üçün lazımi və səmərəli təminatları nəzərdə tutmasını təmin edirlər. Bu cür təminatlar hüquq qabiliyyətinin həyata keçirilməsi ilə bağlı tədbirlərin şəxsin hüquqlarına, iradəsinə və seçimlərinə hörmət edilməsinə yönəlməsini, maraqların münaqişəsindən və yersiz təsirdən azad olmasını, bu şəxsin şəraitinə mütənasib olmasını və onlara uyğun qurulmasını, mümkün qədər qısa müddət ərzində tətbiq edilməsini və müntəzəm olaraq səlahiyyətli, müstəqil və qərəzsiz orqan və ya məhkəmə instansiyası tərəfindən yoxlanmasını təmin etməlidir. Bu təminatlar bu cür tədbirlərin həmin şəxsin hüquq və maraqlarına toxunduğu dərəcədə olmalıdır. 17. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxs in orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əs aslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1 serebral iflic və digər paralitik sindromlar G81(monoparez, hemiparez, hemiplegiya, G83 paraplegiya və tetraplegiya) Qiymətləndirmə əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular Epilepsiya G40 6.5.1.6. 6.7. XBT-10 (kod) Orqan ızmin funksiyalarının pozulma faizi Orqanizmin funksiyalarının pozulması müddəti 85-100 müddətsiz 35-60 1 il 65-80 2 il Qiymətləndirmə 6.7.1. 6.7.3. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulma ları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır)

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıld ıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati m übahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və X6 xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsinə nail olmaqdır.

23. Birinci və ape lyasiya instansiyası məhkəmələri iddiaçının iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə qənaətə gəlmişlər.

24. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini xahiş edir.

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

27. İş materiallarında olan göndərişdən, eləcə də birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tibb ekspertizasının rəyindən aydın olur ki, X3 xəstəliyi ilə bağlı diaqnozu epilepsiya, epileptik sindromlar və hemiplegiyadır.

28. Həmin diaqnozun X4 mövcud olması mübahisəli hal deyildir. Məhkəmə kollegiyası diaqnozların təsdiqi ilə əlaqədar mötəbərliyi şübhə doğurmayan məhkəmə tibb ekspertizasının rəyini mötəbər sübut kimi qəbul edir.

29. Aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmayan hal X3 xəstəliklərinə münasibətdə əlillik dərəcəsinin təyini və müddəti ilə bağlıdır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda epilepsiyanın növündən asılı olaraq əlillik dərəcəsini və müddətini fərqli şəkildə göstərmişdir. Belə ki, epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətin in əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) şəkilində olduğu təqdirdə əlilliyin dərəcəsi 35-60% olmaqla 1 il müddətinə, epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) şəkilində olduğu təqdirdə əlilliyin dərəcəsi 65-80% olmaqla 2 il müddətinə əlillik təyin edilir.

31. Göründüyü kimi, meyarlar epilepsiya xəstəliyinin iki fərqli əlamətini (növü) və buna müvafiq olaraq əlillik dərəcəsi və müddətini müəyyən edir. Lakin qəbul edilmiş qərarlarda X3 hansı hallarla özünü büruzə verən epilepsiya xəstəlindən əziyyət çəkdiyi göstərilməmiş, sağlamlığın itirilməsi dərəcəsi və buna müvafiq olaraq əlilliyin müddəti müəyyən edilməmişdir.

32. X4 olan digər diaqnoza gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda hemiplegiya xəstəliyi əliliyə səbəb olan xəstəliklər sırasındadır. Lakin şəxsin bu diaqnozla əlilliyi o halda müəyyən edilir ki, orqanizm 85-100% pozulmuş olsun. Bu halda əlillik müddətsiz olaraq təyin edilir.

33. Beləliklə, xüsusilə nəzərə alınmalıdır ki, Meyarlarda olan xəstəliyin sadəcə adının olmasına görə deyil, qeyd edilən xəstəliyin Meyarlarda göstərilən orqanizmin funksiyalarının pozulması faizindən asılı olaraq pozulma faizinə münasibətdə əlillik müəyyən edilir. İddiaçıda mövcud olan xəstəliklərlə bağlı Meyarlarda olan cədvələ diqqət yetirdikdə, hemiplegiya xəstəliyi üzrə orqanizmin funksiyalarının pozulma faizi 85-100 faiz olduqda əlillik müddətsiz, epilepsiya xəstəliyi üzrə orqanizmin funksiyalarının pozulma faizi 35-60 faiz olduqda əlillik 1 il müddətinə, 65-80 faiz pozulduqda 2 il müddətinə əlillik müəyyən edilir.

34. Məhkəmə kollegiyası qeyd edilən halları ümumiləşdirərək bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən növbəti apelyasiya baxışı zamanı aşağıdakı məsələlər müə yyən edilməlidir:

1. X4 olan epilepsiyanın növü, buna uyğun olaraq orqanizmin funksiyalarının pozulma faizi və müddəti; 2. hemiplegiya xəstəliyinə görə orqanizmin funksiyalarının pozulma faizi və müddəti.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

36. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 21(103)-442/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar