Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1832/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həval ə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-601/2019 nömrəli, 22 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 03 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur, Bakı şəhəri, Səbail RPİ, A.Abbaszadə küçəsində pasport qeydiyyatındadır. (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçının ПТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, 5 ildən artıq iş stajına malikdir. İddiaçının üç uşağı vardır: - X4 xxxx-ci ildə Ermən istan SSR Masis rayonunun Sarvanlar kənd doğulmuşdur. Ana qrafasında İddiaçı qeyd edilmişdir. (İİ CЛ 419274 saylı doğum haqqında şəhadətnamə) - X2 xxxx-ci ildə Ermənistan SSR Masis rayonunun Sarvanlar kənd doğulmuşdur. Ana qrafasında İddiaçı qeyd edilmişdir. (İİİ CЛ 373922 saylı doğum haqqında şəhadətnamə) - X3 xxxx-cü ildə Ermənistan SSR Masis rayonunun Sarvanlar kənd doğulmuşdur. Ana qrafasında İddiaçı qeyd edilmişdir. (İV CЛ 435659 saylı doğum haqqında şəhadətnamə) 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 12.10.2018-ci il tarixli, 4242 nömrəli arayışa əsasən iddiaçı 4-cü G.Əliyev döngəsi, 11a mənzildən qeydiyyatsız yaşayır. Üç uşaq doğub onları səkkiz yaşa qədər tərbiyə etmişdir. İddiaçı üç uşaqlı ana kimi yaşa görə pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, sonuncu 25.10.2018-ci il tarixli, 1703/282 nömrəli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış (bu maddədə nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci ilin iyulun 1dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır) qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Odur ki, iddiaç ı qanunla müəyyən olunmuş yaş həddinə çatmadığına görə əmək pensiyası hüququ yoxdur. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 51 yaşı tamam olduğu tarixdən, yəni 26.02.2009-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o, uzun müddət müxtəlif sahələrdə işləmişdir. Eyni zamanda nikahda olduğu müddətdə 3 uşağı olmuşdur. Həmin uşaqlara şəxsən özü qulluq göstərmiş və bu zaman əmək fəaliyyətini dayandırmışdır. Əvvəllər qüvvədə olan qanunvericiliyə əsasən 51 yaşına çatmış və 3 uşağı böyütmüş şəxslər müəyyən əmək stajına malik olduqda çoxuşaqlı ana kimi pensiyaya çıxa bilirdilər. Bununla bağlı c avabdehə müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4823/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmiş, iddiaçıya 51 yaşı tamam olduğu tarixdən, yəni 26.02.2009-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qərarda n narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-601/2019 nömrəli, 22 fevral 2019cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4823/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmi şdir. Belə ki, iddiaçı iddia edir ki, ona 51 yaşından, yəni 26.02.2009-cu ildən pensiya təyin edilməlidir. Bunu onunla əsaslandırır ki, o, 3 uşaq doğub və onları səkkiz yaşınadək tərbiyə edib və onun 5 ildən çox sığorta stajı vardır. Məhkəmə onun iddiasını təmin etmişdir. Məhkəmə qeyd etmişdir ki, hüquq münasibətlərinin mövcud olduğu dövrdə qüvvədə olan qanunvericiliyə görə, şəxsə pensiya təyin edilməlidir. Lakin məhkəmənin bu mövqeyi düzgün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Aydındır ki, mövcud qanunvericiliyə görə iddiaçının pe nsiya hüququ yaranmır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, məhkəmə icraatının iştirakçılarına təqdim edilmiş bildirişdə onların məhkəmə iclasına gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıd ır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qan unla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 27.10.2009-cu il tarixli, 904-İİİQD saylı Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində deyilirdi ki, üç uşaq doğub, onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.1-ci maddəsinə 27.10.2009-cu il tari xli 904-İİİQD saylı Azərbaycan Respublikası Qanunu ilə dəyişiklik edilmiş və dəyişiklik 2010-cu ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Qanunun 8.1-ci maddəsinin 01.01.2010-cu il tarixədək və ondan sonrakı tələbləri aşağıdakı kimidir: (dəyişiklikdən əvvəlki redaksiya) Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdaki şərtlər əsasında yaşa görə əmək pensiyası almaq hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaş ından asılı olmayaraq. Dəyişiklikdən sonrakı redaksiya (maddə 8.1): Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.3. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa göt ürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən, sosi al sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müdd ətləri sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının 51 yaşına çatması, 5 ildən artıq sığorta stajına malik olması, üç uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi 8.1-ci maddədə dəyişiklik edilənədək baş vermiş, bununla da o, qanunda dəyişiklik edilənədək pensiya hüququ əldə etmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının pensiya hüququ yarandığı dövrdə qüvvədə olan pensiya qanunvericiliyində üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququnun olması nəzərdə tutulmuşdu. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticə ilə razılaşaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madd əsinə dəyişiklik edilənədək həmin maddədə nəzərdə tutulan əsaslar üzrə pensiya hüququ qazandığından, nə vaxt müraciət etməsindən asılı olmayaraq cavabdehin ona pensiya təyin olunmasından imtinası əsassızdır. Məhkəmə kollegiyası keçmiş dövr üçün təyin edilmiş əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi ilə bağlı da apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığ ı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. (maddə 31.1, 32.1, 37.7) Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiqlənir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxan məhkəmələr cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişlər. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğ undan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-601/2019 nömrəli iş üzrə 22 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1832/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1832/2019
03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver