Məhkəmə qərarları › İş №2-1(102)-1832/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1832/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1832/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina; əmək stajına dair məlumatların təsdiq olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızının və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh DSMF-nin X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-125/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

2. Cavabdeh xx xxxx 2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi əmək kitabçasının Əmək Məcəlləsinin 87-ci maddənin tələblərinə uyğun olaraq doldurulmaması və güzəştli şərtlərlə pensiya təminatı hüququ verən sığorta stajının digər hər hansı mötəbər sənədlərlə də təsdiqini tapmadığı qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri 18 №-li Texniki peşə məktəbində təhsil aldığı dövrü və xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər sovet ordu sıralarında hərbi xidmətdə olduğu dövrü ümumi iş stajına, xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilə qədər «xxxx» ASC-nin Zəngilan rayonu 64 №-li TSMD-də əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrü isə həm ümumi həm də güzəştli iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə doğulmuş, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri 18 №-li Texniki peşə məktəbində təhsil almış, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilə qədər «xxxx» ASC-nin Zəngilan rayonu 64 №-li TSMD-də əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Həmin işlər zərərli iş şəraitində aparılan işlərə aiddir. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 2 saylı siyahı üzrə 25 il ümumi, 12 il 6 ay zərərli iş stajını tamamlamışdır. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının təyin edilməsi üçün DSMF-nin X4 İdarəsinə müraciət etmişdir. Lakin, İdarə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hesab edir ki, ona pensiya 57 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə təyin edilməli idi. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 21(81)-3667/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri 18 №-li Texniki peşə məktəbində təhsil aldığı dövrü və xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər sovet ordu sıralarında hərbi xidmətdə olduğu dövrü ümumi iş stajına, xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilə qədər «xxxx» ASC-nin Zəngilan rayonu 64 №-li TSMD-də əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrü isə həm ümumi həm də güzəşt li iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, əmək kitabçası xx.xx.2005-ci il tarixdə doldurulmuş, əmək kitabçası sahibinin imzası və əmək kitabçası verən məsul şəxsin imzası icra edilmiş, müəssisənin möhürü ilə əmək kitabçası təsdiq olunmuşdur. Əmək kitabçasında «DUBLİKAT» sözünün qeyd olunmaması işçinin deyil, işəgötürənin məsuliyyəti olduğundan, işçinin heç bir təqsiri olmamışdır. Hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir.

7. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-125/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, işçinin əmək stajı barədə məlumatların kitabçaya dəqiq daxil edilməməsinin və sadəcə olaraq güzəştli pensiya hüququ verdiyi iddia edilən əmək fəaliyyəti müddətinin səthi doldurulması, güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etmək üçün əmək kitabçasına səhv məlumatların qəsdən daxil edildiyi qənaətinə gəlməyə əsas verir. Həmçinin əmək kitabçasının 1-ci səhifəsində “əmək kitabçasının d oldurulduğu tarix” hissəsində də dəyişikliklər edildiyi, (“xx.xx.2005” ya “xx.xx.2005”) tarixlərin qaralandığını görmək mümkündür. Qeyd olunan hal əmək kitabçasının həqiqiliyinə şübhə yaradır. Eyni zamanda iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının ilk səhifəsinin tərtibatında kitabçanın nömrəsi 104886 göstərilsə də, növbəti səhifələrdə ******* göstərilmişdir. Həmçinin, iddiaçının öz ərizəsi ilə qaynaqçı işindən azad edilməsi barədə 92 №-li, xx.xx.2005-ci il tarixli əmrin qeydinə müəssisənin möhürü vurularaq, imza edilsə də, imzanın kimə məxsus olması (ad, soyad, ata adı göstərilməmiş) və imza edən şəxsin vəzifəsi qeyd edilməmişdir. iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 2390 saylı attestatın surətindən İddiaçı “3-cü dərəcəli “elektrosvarşik” ” ixtisasının “2-ci d ərəcəli” kimi düzəliş edilməsi açıq şəkildə görünür.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd olunmuşdur ki, işəgötürən tərəfindən əmək kitabçasının tam doldurulmaması formal xətalar olmaqla yanaşı işçinin nöqsanı deyil və bu hal iddiaçının təqsiri hesab oluna bilməz.

12. İş materialları ilə iddiaçının xx xxxx 1980-ci ildən xx xxxxxx 2005-ci ilədək işləməsi faktı müəyyən olunsa da, məhkəmə kollegiyası bununla kifayətlənmə miş, həmin müəssisələrə yenidən sorğu göndərərək iddiaçının işə daxil olma, işdən azad olma, müəssisənin hüquqi şəxs kimi nə vaxtdan qeydiyyatdan keçməsi və bu kimi mübahisənin mahiyyətinə aid olmayan məlumatlar tələb etmişdir.

13. Məhkəmənin təhsil müddəti ilə bağlı iddiaçıya məxsus attestatda düzəliş edilməsi barədə mövqeyinə münasibətdə qeyd olunmuşdur ki, iddiaçının birinci, ikinci və ya üçüncü dərəcəli elektrik qaynaqçısı ixtisası üzrə təhsil alması müzakirə mövzusu olmamalıdır. Belə ki, hazırda iddiaçının ixtisası deyil, onun təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi mübahisə predmetini təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilmə sini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərd ə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.10. Əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 7.1. Bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu hə ll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. 7.2. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. 7.3. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. 18. “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəy yən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi va sitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 2

0. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkə mə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

24. İddiaçının məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilən əmək kitabçasında apellyasiya instansiyası məhkəməsi tərəfindən aşkarlanmış düzəlişlər, həmin əmək kitabçasının mötəbərliyini şübhə altına alır.

25. Digər tərəfdən, həmin məlumatların mötəbərliyi işin dig ər materialları ilə də təsdiqini tapmamışdır.

26. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddianın əsassızlığı ilə bağlı düzgün nəticəyə gəlmişdir.

27. İddiaçıya məxsus attestatda ixtisas dərəcəsi ilə bağlı qeyddə düzəliş edilməsi barədə iddiaçının şikayətində ifadə olunan mövqeyə gəldikdə, məhkəmə kollegiyası razılaşır ki, həmin düzəliş attestatda iddiaçının təhsil alması faktına dair məlumatların mötəbərliyinə təsir etmir və təhsil müddətinin staja daxil edilməsi imkanını aradan qaldırmır. Lakin həmin şərt iddiaçıya iddia olunan məzmunda əmək pensiyası təyin edilməsini özü-özlüyündə təmin etmir.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-125/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar