Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1832/2021 26.10.2021 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzilə yaşayış yeri üzrə qeydiyyata alınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxs X8) qarşı “onların, həmçinin 2003-cü il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X4 mənzilə yaşayış yeri üzrə qeydiyyata alı nmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1526/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı1 arasında bağlanmış 22.10.2007-ci il tarixli mənzilin alğı-satqısı haqqında müqaviləsinə görə satıcı Ünvan1 3 otaqdan ibarət, ümumi sahəsi 110,57 m2 olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilədə göstərilən mənzilin dəyəri ödənilmişdir və mənzil üzərində İddiaçı1 mülkiyyət hüquq u daşınmaz əmlakın dövlət reyestrində 23.11.2020-ci il tarixdə qeydiyyata alınaraq, iddiaçıya hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
3. İddiaçı 1996-cı ildə X8 ilə nikaha daxil olmuş və Ağdam rayon Məhkəməsinin 30.12.2016-cı il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur.
4. Sabunçu Rayon Məhkəməsinin 30.12.2016-cı tarixli 2(008)-11112/2016 saylı qətnaməsi ilə X2 Ünvan1 yaşayış sahəsindən istifadə hüququ tanınmış və həmin mənzilə köçürülməsi qət edilmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2019-cu il tarixli qərarı ilə X2 Sabunçu rayon Polis İdarəsinə qarşı himayəsində olan 04.06.1998-ci il təvəllüdlü X5 ilə birlikdə yaşayış yeri üzrə ünvan 1 ünvanda 1-ci blokda, 5-ci mərtəbədə yerləşən 3 otaqlı 43-saylı mənz ilə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilmişdir.
6. İddiaçı1 2018-ci ildə İddiaçı2 ilə nikah bağlamışdır və həmin nikahdan 16.08.2017-ci il tarixdə Orxan adlı uşaqları doğulmuşdur.
7. İddiaçı1, İddiaçı2, İddiaçı3 və 06.10.2003-cü il təvəllüdlü X yaşayış yeri üzrə ünvan 2i ünvanında qeydiyyatdadır.
8. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sabunçu rayon Polis İdarəsinə müraciət edərək, onların ünvan 1, mənzil 45-də qeydiyyata alınmasını xahiş etmişlər.
9. Sabunçu rayon Polis İdarəsi onların müraciətini təmin etməmiş və 29.05.2019-cu il tarixli, 073-15734A-3219 saylı məktubla cavab verərək bildirmişdir ki, göstərilən ünvana qeydiyyata alınma üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbayca n Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin X1 təqdim olunması vacibdir. Lakin, yuxarıda göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınma imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq, 2 saylı İnzibati İqtisad məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların, həmçinin, 2003-cü il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X4 Ünvan1 yerləşən 45 saylı mənzilə pasport qeydiyyatına düşməyinin cavabdehin üzərinə qoyulması barədə qər ar qəbul edilməsini xahiş etmişlər.
11. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onların, həmçinin, 2003-cü il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X4 ünvan 4 ünvanında yerləşən 43/45 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyatına alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər və məhkəmənin 16.09.2019 tarixli qərardadı ilə həmin iş üzrə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən mənzilin sahibi İddiaçı1dur və işdə olan sənədlərdən də göründüyü kimi mənzilin müqaviləsi rəsmi olaraq İddiaçı1 a dındadır və mənzilin əsl sahibi odur. 3-cü şəxs cavabdeh X7 Rayon Məhkəməsinin 30.12.2016-cı tarixli 2(008)-11112/2016 saylı qətnaməsinə əsasən həmin mənzilə sahiblik və istifadə hüququ tanınmaqla köçürülməsi qət edilmişdir. 3-cü şəxs X yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınması tələbi ilə 2 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)536/2019 saylı 20.05.2019- cu il tarixli Qərarına əsasən yaşayış yeri üzrə qeydiyyata alınması barədə qərar qəbul edilmişdir. 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.09.2019-cu il tarixli 2-1(82)2398/2019 saylı qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 13.03.2020-ci il tarixli 2-1(112)-1336/2020 saylı qərarı ilə (hakim Mehriban Qarayeva) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, həmçinin, 2003-cü il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X4 yaşayış yeri üzrə ünvan 6 ünvanına qeydiyyata alınmaları vəzifəsinin Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 digər ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi Ünvan1 mənzili pay haqqını tam ödəməklə "xxxx" MMCdən almışdır.
16. Üçüncü şəxs X8 həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2020-ci il tarixli 21(103)-1355/2 020 nömrəli qərardadı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Məmmədov və Aida Hüseyn) üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2-1(112)-1336/2020 saylı qərarı ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə və üçüncü şəxs X6 qarşı onların, həmçinin, 2003-cü il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X4 mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkün sayılmaması qərara alınmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı1 mənzilin pulunu tam ödəsə də, onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahibli k, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etməmiş, əldə edilmiş əmlaka iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. İddiaçı tərəfindən inzibati orqana hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir.
19. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021ci il tarixli 2-1(102)-43/2021 saylı qərarına əsasən (sədrlik edən İspəndiyar Şəfiyev, hakimlər Zakir Quliyev və Rahib Nəbizadə) iddiaçıların kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2020-ci il tarixli,2-1(103)1355/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən yaşayış sahəsinə üçüncü şəxs qeydiyyata alınarkən də yaşayış sahəsinin hüquqi statusu məhz üzərində mülkiyyət hüququ qeydiyyata alınmamış yaşayış sahəsi idi və bu vəziyyətdə üçüncü şəxsin orada qeydiyyata alınması hüququ məhkəmə tərəfindən tanınmışdı. Hazırkı iddia ərizəsi verilərkən də iddiaçıya münasibətdə eyni hüquqi və faktiki vəziyyət idi. İddiaçı da həmin yaşayış sahəsinin titul sahibi idi. Ona görə də məhkəmə İddiaçı1 iddia predmetinə münasibətdə üçüncü şəxslə bərabər mənafelərə malik subyekt kimi qəbul etməməsini əsaslandırmamışdır. ç. Apellyasiya instansiyası məhkəməsində iki nci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 21(103)-1526/2021 saylı qərarına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Mirzə Tağızadə, Azər Hüseynov) üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2-1(112)-1336/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş kassasiya instansiyasının icraatında olarkən iddiaçıların pasport qeydiyyatına düşmələrini tələb etdikləri mənzil üzərində artıq İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə müvafiq çıxarış verilmişdir. Hazırkı işdə iddiaçıların sözügedən mənzilə qeydiyyata alınmalarını istisna edən, bu hüquqlarının məhdu dlaşdırılmasını nəzərdə tutan əsaslar mövcud deyildir.
24. Məhkəmə qərarı üçüncü şəxsə 09.07.2021-ci il tarixində təqdim edilmişdir.
25. Üçüncü şəxs 02.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)1526/2021 saylı qərarın ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin dəlillərinə görə iş üzrə qərar qəbul edilərkən mühüm əhəmiyyətli hallar düzgün və obyektiv şəkildə araşdırılmamış, mübahisəyə düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Q üvvədə olan qanunvericiliyə əsasən yaşayış sahəsinə qeydiyyata alınmaq üçün yaşayış sahəsinin, mülkiyyət hüququna dair çıxarışı, orderi, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericilikdə nəzərdə tutulmuş başqa sənəd olmalıdır. İndiki halda mübahisəli mənzilə dair sadalanan sənədlərin heç biri mövcud deyildir. Şirkətlə bağlanmış müqavilə isə qanunvericilikdə qeydiyyata düşmək üçün hüquqmüəyyənedici sənəd kimi nəzərdə tutulmamışdır.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməklə yanlışlığa yol vermiş, cavabdeh qurumun imtinasının əsaslı olmasına baxmayaraq həmin imtinanı qanunsuz saymış və hüququ olmayan şəxslərə əsassız bir hüquq qazandırmışdır. Məhkəmə tərəfindən işə baxılarkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2, 5, 8-ci maddə lərini, Mülki Məcəllənin 178-ci, Mənzil Məcəlləsinin 115-ci maddəsini işin hallarına düzgün tətbiq etməmiş, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə zidd qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz təqdim edərək üçüncü şəxsin kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1526/2021 saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, mübahisəli mənzilin sahibi İddiaçı1dur və işdə olan sənədlərdən göründüyü kimi mənzilin çıxarışı rəsmi olaraq İddiaçı1 adındadır və mənzilin əsl sahibi odur. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarı işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
32. Həmin Qanunun 4-cü maddəsinə əsasən sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və z əhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər
33. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsi nə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
34. Həmin Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra haki miyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üz rə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 31.01.2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun u ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz.
36. İnzibati-Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
38. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında verilmi ş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
40. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, hazırkı qərarın 31-33-cü bəndlərində göstərilən normaların məzmunundan görünür ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
43. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir (bax: hazırkı qərarın 32-ci bəndi). Qanunvericiliyin məzmunundan göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanla rı şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından həmin maddədə göstərilən hallar mövcud olduqda imtina edir. Hazırki işdə isə iddiaçıların sözügedən mənzilə qeydiyyata alınmalarını istisna edən, yəni bu hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan əsaslar mövcud deyildir.
44. Kassator iddiaçıların mübahisəli mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədiklərinə istinad edir. Məhkəmə kollegiyası isə kassatorun bu dəlilini əsassız hesab edir.
45. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 31.01.2003-cü il tarixli qərarında da qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayı ş yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər.
46. Qeydiyyatın məhdudlaşdırılması halları hazırkı qərarın 32-ci bəndində göstərilən normada əks olunmuşdur ki, iddiaçılara münasibətdə belə bir halın mövcudluğu da iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, iddiaçılar həm özlərinin, həm də yetkinlik yaşına çatmayan uşaqlarının sözügedən mənzilə qeydiyyata alınmaları barədə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar və məhkəmələr əsaslı olaraq iddia tələbini təmin etmişdir.
47. Beləliklə, üçüncü şəxsin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(103)-1526/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏ RARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 21(103)-1526/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.