Məhkəmə qərarları › İş №2-1(102)-1832/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1832/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1832/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2-1(103)-894/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 nömrəli sərəncamına əsasən, X7 Mərdəkan bağlar sahəsindəki 246 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmış və bu barədə, həmin BTK tərəfindən 2489 nömrəli 0.12 ha bağ sahəsinə order verilmişdir. 2. 07.02.2006-cı il tarixli, AZ-İ 214769 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, X9 ilə İddiaçı arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmışdır. 3. 17.06.2021-ci il tarixli, AZ-İİ 169104 nömrəli ö lüm haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

4. Bakı şəhəri 23 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 adına vərəsəlik işi açılmışdır.

5. İddiaçı sözügedən bağ sahəsinə hüququn ərinə məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırılmışdır ki, göstərilən ünvana keçirilən texniki baxış zamanı qeyd edilən bağ sahəsinin faktiki yerləşməsinin arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin, təqdim edilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.x x.1993-cü il tarixli, 2022 nömrəli sərəncamından çıxarışda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamış, elektron kadastr məlumatlarına əsasən göstərilən əraziyə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır.

7. Cavabdeh tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, 2489 nömrəli bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Bağ sahəsində 1 mərtəbəli bağ evi, köməkçi tikili və hovuz var. Təkrar baxış zamanı nümayəndə bağ sahəsinin yerinin dəqiqləşdirdiyini bildirdi. Nümayəndənin bildirdiyinə görə, bundan öncəki müraciət zamanı bağın yeri səhv göstərilmişdir. Bağ sahəsinin ölçüləri və naturada yerləşməsi sxematik xəritəyə və arxiv cizgisinə uyğun gəlmir. Kadastr koordinatlarla göstə rilən sahə sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Qeyd olunan əraziyə digər fiziki şəxsin müraciəti mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağlar sahəsində BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 2489 nömrəli bağ sahəsinin X7 məxsusluğu haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1986-cı ildə rəsmi nikaha daxil olduğu əri X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1 Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Bağlar Təsərrüfatının İnk işafı və İstismarı Birliyi tərəfindən 48 nömrəli orderlə xx.xx.1993-cü il tarixli, 2022 nömrəli qərara əsasən Mərdəkan bağlar sahəsində 246 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 2489 nömrəli bağ sahəsi ayrılmışdır Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh yuxarıda göstərilən səbəblərdən ona imtina cavabı vermişdir. Cavabdehin imtinasını əsassız hesab edir.

10. Cavabdeh imtinasındakı dəlilləri göstərərək iddiaya qarşı təqdim etdiyi etirazında əlavə olaraq qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən, göstərilən əraziyə digər fiziki şəxs X4 müraciəti qeydə alınmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində 2489 nömrəli bağ sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat idarənin arxivində aşkar edilməmişdir. Habelə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində 2489 nömrəli bağ sahəsinin X6 adına ayrılmasına dair 48 nömrəli orderin surəti İdarənin arxivində mövcuddur.

12. Birinci instansiya məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərardadı ilə X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

13. Sonradan cavabdeh tərəfindən X4 adına olduğu qeyd edilən bağ sahəsinin mərhum X6 adına olan bağ sahəsi ilə üst-üstə düşmədiyi, onların ayrı-ayrı ərazilərdə yerləşdiyi müəyyən edildiyindən, birinci instansiya məhkəməsinin 29 avqust 2022-c i il tarixli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 29 avqust 2022-ci il tarixli, 2-1(112)-6125/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağlar sahəsində 246 nömrəli BTK nəzdində 0.12 ha sahəsi olan 2489 nömrəli bağın X1 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla, iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Sözügedən 2489 nömrəli bağ sahəsinə dair order idarənin arxiv qovluğunda mövcuddur. Torpaq sahəsinə dair digər şəxsin müraciəti ilə əlaqədar məhkəmə araşdırması zaman ı müəyyən edilmişdir ki, cavabdeh qurum tərəfindən X4 adına olduğu qeyd edilən Mərdəkan qəsəbəsindəki 3/427 nömrəli sahədir. Bu bağ sahəsi “22” nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlir. Mərhuma məxsus torpaq sahəsinin cizgisi ilə müqayisə etdikdə aşkar şəkildə görünür ki, həmin torpaq sahəsi ilə əlaqəsi yoxdur, həmin bağlar üst-üstə düşmür, Mərdəkan qəsəbəsində ayrı-ayrı ərazilərdə yerləşir. Belə ki, mərhuma məxsus torpaq sahəsi cizgiyə əsasən üç tərəfdən 2488, 2491, 2492, 2490 nömrəli bağ sahələri və bir tərəfdən yol ilə, X5 aid edildiyi qeyd edilən torpaq sahəsinin isə sahəsi 750 kv.m olmaqla iki tərəfdən bağlarla, iki tərəfdən yol ilə əhətə olunmuşdur. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərt ib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla mərhum X6 Mərdəkan bağlar sahəsindəki 246 nömrəli BTK nəzdində 2489 nömrəli bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin edib həmin bağ sahəsinin ona məxsusluğuna dair arayış verməlidir.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fuad Babayev /sədrlik edən və məruzəçi/, Rafael Eyvazov və Günay Axundova) 12 aprel 2023- cü il tarixli, 2-1(103)-894/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instans iyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı da cavabdeh tərəfindən məhkəməyə sənədlər təqdim edilərək qeyd olunmuşdur ki, iddiaçının mərhum ərinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahələri özəlləşdirilmiş və həmin torpaqlara dair çıxarış verilmişdir. Bununla bağlı Kollegiya bildirir ki, hazırkı inzibati işin predmeti iddiaçının mərhum əri X7 verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağlar sahəsində 246 nömrəli BTK nəzdində 0.12 ha sahəsi olan 2489 nömrəli bağın sonuncuya məxsusluğu haqqında arayışın verilməsidir. Qeyd edilən torpaq sahəsinin X7 ayrılmasını təsdiq edən Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin Mərdəkan bağlar s ahəsindəki 246 nömrəli kooperativinin 48 nömrəli orderi idarənin özünün arxivində aşkar olunduğundan və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla mərhum X6 Mərdəkan bağlar sahəsindəki 246 nömrəli BTK nəzdində 2489 nömrəli bağ sahəsinə dair hüququnun qeydiyyata alınmasını təmin etməklə həmin bağ sahəsinin ona məxsusluğuna dair arayış verməlidir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən gələcəkdə vərəsəlik hüququnun tanınacağı halda və qeyd edilən torpağa çıxarışın verilməsi barədə cavabdehə müraciət olunacağı halda cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmə məsələsinə baxıla bilər. Yəni, iş materiallarında olan sənədlərlə X1 ayrıldığı təsdiq olunan torpaq sahəsinin ona məxsusluğu barədə arayışın verilməsindən həmin torpaq sahəsinin başqa torpaq sahələri ilə üst-üstə düşməsi əsası ilə imtina əsassızdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

139. Daşınar və daşınmaz əmlak a hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfind ən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşay ış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xit am verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlər in forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquq unu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Al i Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq mü nasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazı rkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya instansiyası məhkəməsi hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya instansiyası mə hkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağlar sahəsində BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 2489 nömrəli bağ sahəsinin X7 məxsusluğu haqqında arayışın verilməsinə yönəlmişdir.

35. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 nömrəli sərəncamına əsasən, X7 Mərdəkan b ağlar sahəsindəki 246 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında X7 Mərdəkan bağlar sahəsində 246 nömrəli BTK nəzdində sahəsi 0.12 ha olan 2489 nömrəli bağ sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin Mərdəkan bağlar sahəsindəki 246 nömrəli kooperativi tərəfindən 48 nömrəli order verilmişdir və həmin orderin surəti cavabdeh inzibati orqanın arxivində mövcuddur. X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrin ə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

37. Qeyd edilən normaya əsasən, mərhum X6 mübahisələndirilən bağ sahəsini mülkiyyət hüququ əsasında öz adına qeydiyyata aldırmaq hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyə t və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq ünvanda olan bağ sahəsinin hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının mərhum ərinə məxsus olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, hazırkı iddia tələbi üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2 ci maddəsinin tətbiqi mümkündür.

41. Məhkəmə kollegiyası iddiaçının mərhum ərinə verilmiş torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşməsi, həmin torpaq sahəsinə dair digər şəxsin müraciətinin olması ilə əlaqədar cavabdehin dəlilini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh qurum tərəfindən X4 adına olduğu qeyd edilən Mərdəkan qəsəbəsindəki 3/427 nömrəli sahədir. Bu bağ sahəsi “22” nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlir. Mərhuma məxsus torpaq sahəsinin cizgisi ilə müqayisə etdikdə aşkar şəkildə görünür ki, həmin torpaq sahəsi ilə əlaqəsi yoxdur, həmin bağlar üst-üstə düşmür, Mərdəkan qəsəbəsində ayrı-ayrı ərazilərdə yerləşir. Belə ki, mərhuma məxsus torpaq sahəsi cizgiyə əsasən üç tərəfdən 2488, 2491, 2492, 2 490 nömrəli bağ sahələri və bir tərəfdən yol ilə, X5 aid edildiyi qeyd edilən torpaq sahəsinin isə sahəsi 750 kv.m olmaqla iki tərəfdən bağlarla, iki tərəfdən yol ilə əhətə olunmuşdur.

42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli bağ sahəsinə dair hüququn X1 məxsus olması barədə müvafiq arayışın verilməsindən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin (həmin dövrdə qüvvədə olan redaksiyada ) tələblərinə zidd olmaqla qanunsuz olmuşdur

43. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 21(103)-894/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar