Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1833/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1833/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə, vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə vəkili Vəkil2 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı əsassız silinmiş məbləğin iddiaçının hesabına geri qaytarılması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarix li, 2-1(103)-718/2019 saylı qərardadından İddiaçı MMC və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh əməkdaşı və ya əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində dövlət büdcəsinə borcu olmayan İddiaçı MMC-nin ƏDV depoziti hesabından xxxx 2017-ci il tarixdə 6599.00 manat məbləğin silindiyini, borcu olmayan vergi ödəyicilərinin hesabından vəsaitlərin silinməsi kimi Vergilər Nazirliyinə və onun əməkdaşlarına səlahiyyətin verilmədiyini, bu qanunsuz hərəkətin Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə zidd olduğunu bildirərək, qanunsuz silinmiş 6599,00 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-193/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1464/2018 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) Cavabdehapellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(102 )-29/2019 saylı qərarı ilə (sədrlik edən A.S.Hüseynov, hakimlər R.S.Nəbizadə və X.S.Məmmədov) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-718/2019 saylı qərardadı ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından İddiaçı MMC və onun vəkili Vəkil1kassas iya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı cavabdehdən artıq ödəmənin qaytarılması yox, sadəcə hesabdan qanunsuz silinmiş vəsaitin qaytarılmasını tələb etmiş, məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə, vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)718/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araş dıraraq o nəticəyə gəlmişdir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir, ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır, mümkünlük şə rtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır, tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər, iddiaçı silinmiş 6599 manat məbləğin Cavabdehndən tutulması üçün iddia ilə məhkəməyə müraciət etmiş, hazırkı iddia tələbi ilə cavabdeh qismində Cavabdeh göstərildiyindən, bu iddia mümkün sayılmamalıdır, dövlət büdcəsindən vergilərin qaytarılması yalnız “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydaları ilə müəyyən edilmiş ərizə forması ilə müraciət edildikdən və müvafiq rəy alındıqdan sonra mümkün ola bilər. İşə kas sasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya q aydasında baxan məhkəmə kollegiyası iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyindən, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İPMnin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında vurğulanmış hüquqi mövqeyi nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-1(103)-718/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-718/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1833/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1833/2019
03.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver