Məhkəmə qərarları › İş №2-1(102)-1833/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1833/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1833/2020 13.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkilinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensi ya təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-950/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1966-cı ildə anadan olmuş, 1984-1992-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, 1992-ci ilin 01 oktyabrında təyinatla “Xx” X2 İdarəsinə işə göndərilmiş, ilk əmək fəaliyyətinə 1 saylı NQÇS-də neft və qaz hasilatı operatoru kimi başlamışdır. “Xx” X2 İdarəsində müxtəlif vəzifələrdə (usta, mühəndis, sex rəisinin müavini, rəisi) işləmişdir. xx.xx.2010-cu ildən halhazıradək “Xx” X2 İdarəsində İdarə aparatı X1 Xidmətinin xidmət rəisinin müavini vəzifəsində işləyir.

2. İddiaçı 52 yaşı tamam olduqdan sonra ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az olması müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ona 52 yaşdan, yəni xx.xx.2015-c i il tarixdən güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsini belə əsaslandırmışdır ki, onun xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahı”sına əsasən dənizdə 10 ildən çox zərərli əmək stajı və 20 ildən çox ümumi əmək stajı vardır (təhsil aldığı müddət – hərbi xidmətlə birlikdə). Ona əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəs inə əsasən, tam əmək stajı toplamış olduğu dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Onun tam əmək stajı toplamış olduğu dövrdə, yəni xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixinə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 52 yaşdan əmək pensiyası təyin olunması hüququ verən 13-cü maddəsi heç bir dəyişiklik olmadan qüvvədə olmuşdur. Bu da, onun 52 yaşdan əmək pensiyası hüququnun olduğunu sübut edir.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Vəətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə əsasən, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli S iyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərə yaşa görə pensiya hüququna malikdirlər. Lakin SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, iddiaçının güzəştli staj illəri 10 ildən azdır. Belə ki, iddiaçının işləmiş olduğu “mühəndis” və “rəis müavini” peşələri üzrə yuxarıda adıçəkilən siyahının müvafiq kodu göstərilməmişdir. Bundan başqa, xx.xx.2006cı il tarixədək ididaçının topladığı ümumi iş stajı da 20 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Lakin, göründüyü kimi, iddiaçı güzəştli ş ərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərə pensiya hüququ verən digər işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4511/2019 nömrəli qərarına əsasən (hakim-A.A.Abdullayeva) iddianın təmin edilməsi, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Beləliklə, iş materiallarına əsasən iddiaçının xx.xx.2006-cı ilədə k 20 ildən artıq əmək stajı olması və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahı üzrə işləməsi təsdiq olunur. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunu 9.8-ci maddəsinə görə iddiaçının 52 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

8. Cavabdeh qərardan apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4511/2019 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-950/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4511/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2018-ci il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Eləcə də, iddiaçının təhsil a ldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanununa görə ali məktəblərdə oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

11. Cavabdeh məhkəmə qərarını xx.xx.2020-ci il tarixində almış, həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-950/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçı ona güzəştli şərtlərlə pensiya təyi n edilməsi üçün tələb edilən zəruri staja sahib deyil və onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısında nəzərdə tutulmamışdır.

13. Belə ki, iş materiallarında olan arayışda iddiaçının işləmiş olduğu “mühəndis” peşəsinin adı qeyd olunsa da, həmin peşənin göstərilən Siyahının hansı bölmə və koduna uyğun olması göstərilməmiş, “rəis müavini” peşəsi isə ümumiyyətlə sözügedən siyahıda öz əksini tapmamışdır. Buna görə də iddiaçı 10 il güzəştli iş stajını tamamlamamışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə ey ni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxsl ərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

18. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 19. “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanı lmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 21. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır.

22. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «G» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

23. İdiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktı n qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Hazırkı qərarın 17-20-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olması.

30. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçın ın xx.xx.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı və 12 ildən artıq güzəştli iş stajı mövcuddur.

31. Hazırkı qərarın 21-23-cü bəndlərində qeyd olunan normalardan göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Apelyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddiaçının ümumi iş stajının hesablanmasın zamanı onun təhsil illərini də nəzərə almışdır.

32. Cavabdehin kassasiya şikayətinin dəlillərində iddiaçının çalışdığı peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 nömrəli Siyahlı ilə uyğunluq təşkil etmədiyini bildirsə də, məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir.

33. Belə ki, işin məhkəmələr tərəfindən araşdırılan hallarından görünür ki, İddiaçı Əlmövsüm oğlu xx.xx.1992-xx.xx.1993-cü illərdə 1 saylı Neft və qazçıxarma sexində işlədiyi neft və qaz çıxarma üzrə operator peşəsi 1 №-li siyahıda şifr 1100000a-15824, bölmə X, yarımbölmə 2 a, xx.xx.1993-xx.xx.2002-ci illərdə 1 saylı Neft və qazçıxarma sexində işlədiyi neft və qazçıxarma üzrə usta vəzifəsi 1 №-li siyahıda şifr 1100000b23187, bölmə X, yarımbölmə 2 b-də göstərilmiş, xx.xx.2002 – xx.xx.2006-cı illərdə 5 saylı və 3 saylı Neft və qazçıxarma sexlərində 1 №-li siyahının X bölməsi, 2 yarımbölməsinin “a” və “b” bəndlərinə əsasən “Xx” NQÇİ-nin saylı NQÇS-də NQÇ üzrə operatoru, NQÇ üzrə ustası vəzifələrində işləmişdir.

34. Göründüyü kimi, iddiaçının işlədiyi peşələrin 1 nömrəli Siyahıya uyğunluğu məhkəmələr tərəfin dən müəyyən olunmuşdur və iddiaçının təhsil illəri də nəzərə alındıqda görünür ki, ona 52 yaşdan pensiya təyin edilməsi üçün tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajı mövcuddur.

35. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmə k vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

36. Göründüyü kimi, iddiaçının tələb edən ümumi və güzəştli iş stajının mövcudluğu təsdiq olunduğundan iddia tələbi əsaslıdır və apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir.

37. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixl i, 21(103)-950/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar