Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1833/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023-cü il tarixli, 2-N(N03)-228/2023 nömrəli q ərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.202N-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yardımlı Hərbi Komissarlığı tərəfindən xidmətə çağırılmış və N992-ci il N iyun tarixindən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başla mışdır. N6 aprel N993-cü il tarixdə N saylı hərbi hissədə xidmətə göndərilmiş, N993-cü ilin payızında ağır yaralanaraq hospitala göndərilmişdir. Müxtəlif vaxtlarda N və N56-cı hərbi hissələrdə xidmət etmişdir. N996-nın fevralında təkrar N saylı hərbi hissəyə göndərilmişdir. Arxiv arayışında N saylı hərbi hissə komandirinin N5 mart N994-cü il əmri ilə hərbi hissəni özbaşına tərk etdiyi üçün hər növ təminatdan çıxarılmağı iddia olunur. Halbuki belə bir hadisə olmamışdır. (№65 əmrdə xx.xx.N994 X4 o. yazılıb). Bundan əvvəl müalicədə olmuş və qayıdanda N56 saylı hərbi hissəyə göndərilmişdir. O zaman komandir yeni hərbi hissəyə təyinat olana qədər onu yenidən hər cür təminatlarla təmin olunmağı barədə göstəriş verməmişdir. Bu isə fərarilik demək deyildir. N996-cı ilin yayında qanuni əsaslarla eh tiyata buraxılmışdır. İddiaçı əlavə olaraq bildirir ki, onun hərbi biletində, MN X3 və SHXÇDX Yardımlı İdarəsinin məktubunda müvafiq qeydlər vardır. N56 saylı hərbi hissənin bazasında N00 saylı hərbi hissə yaradılmışdır. Müvafiq sorğulara onlar da cavab verə bilər. İddiaçı Döyüşən Ordunun 750, 777,və N56 saylı hərbi hissələrin tərkibində xx.xx.N992-ci ildən N996-cı ilə qədər Azərbaycan torpaqlarının azadlığı, suverenliyi və Konstitusiya quruluşunun müdafiəsində iştirak etdiyini bildirir. Müdafiə Nazirliyinin «Veteran vəsiqəsi və müvafiq statusun verilməsi Komissiyası» sənədlərini nəzərdən keçirmiş, qanuni əsaslarla ehtiyata buraxılmamağını bəhanə edərək ona veteran vəsiqəsini verməkdən imtina edir. Xüsusilə N saylı hərbi hissənin N5 mart N994-cü il tarixli əmri əsas götürülür. Hərbi bilet və Arxiv arayışı təsdiq edir ki, o, özbaşına hərbi hissəni tərk edə bilməzdi. Belə olsaydı cinayət işinin başlanması və məsuliyyətsizliyin cəzası barədə sənəd təqdim edilərdi. Faktiki olaraq o, müddətli xidmətdə olduğunu bildirir. Sonuna qədər xidmət etmiş və heç vaxt xidmətdən yayınmamışdır. Komandir və rəislərin əmrlərini icra etmişdir. Sənədlərdəki hər hansı yayğınlığa cavabdeh deyildir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Hərbi biletin surətinin 4-cü səhifəsində onun sahibinin 777, 750, N56 nömrəli hərbi hissələrdə xidməti barədə məlumat vardır. Ancaq həmin məlumatlar hərbi hissələrin möhürü ilə təsdiqlənməmişdir. Yalnız N nömrəli hərbi hissəyə aid qeydə möhür vurulmuşdur. N996- cı ili fevralında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması halı olmamışdır. N992-ci ilin mayından sonra müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması müəyyən xidmət dövrü əsas götürülməklə yalnız N996-cı ilin iyul-avqust aylarında olmuşdur. Hərbi biletin surətinin 4-cü səhifəsində onun sahibinin xx.xx.N995-ci ildə N9N №-li əmrlə N56 nömrəli hərbi hissənin siyahısına daxil edilməsi xx.xx.N996-cı ildə 69 №-li əmrlə siyahıdan çıxarılması barədə qeyd vardır. İddiaçı iddia ərizəsində həmin hərbi hissədə xidməti barədə hər hansı bir məlumat göstərmir. Yuxarıda qeyd edilənlər iddiaçının id dia ərizəsində göstərdiyi və hərbi biletində olan qeydlərin mötəbərliyinə dəlalət etmir. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli 9/2-N2N42 №-li məktubunun surətində isə N nömrəli hərbi hissə komandirinin N5 mart N994-cü il tarixli 65 №-li əmrində sıravi İddiaçı Tayxan oğlunun hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumatın olduğu göstərilir. Adda və ata adında müəyyən təhriflər olsa da həmin məlumatın iddiaçıya aid olduğu şübhə doğurmur.
6. Bakı İnzibati Məhkəməsinin N2 may 2022-ci il tarixli, 2-N(NN2)-N066/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müv afiq əmrlər, o cümlədən iddiaçının xidmət etdiyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə araşdırma aparılaraq müvafiq qaydada sorğular göndərilmiş, lakin məhkəməyə təqdim olunun sorğulara cavab mətbularında iddiaçının hərbi hissəni özbaşına tərk etməsi əsası ilə hərbi hissə komandirinin müvafiq əmri ilə xx.xx.N994-cü il tarixdən 65 nömrəli Əmrə əsasən N nömrəli şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarıldığı, o cümlədən N nömrəli hərbi hissənin xx.xx.N992xx.xx.N994- cü il tarixlərdə, N nömrəli hərbi hissənin xx.xx.N992-xx.xx.N994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyi və N56 nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi bildirilmiş müəyyən edilmişdir. İddiaçıya verilmiş HЗ ******* nömrəli hərbi biletə baxış keçir ilərkən müəyyən edilmişdir ki, Hərbi biletin surətinin 4-cü səhifəsində bilet sahibinin 777, 750, N56 nömrəli hərbi hissələrdə xidməti barədə məlumat qeyd olunsa da, lakin həmin məlumatlar hərbi hissələrin möhürü ilə təsdiq edilməmişdir. Yalnız N nömrəli hərbi hissəyə aid olan qeyd möhürlə təsdiqlənmişdir. N996-cı ilin fevralında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması halı olmamışdır. N992-ci ilin mayından sonra müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması müəyyən xidmət dövrü əsas götürülməklə yalnız N996-cı ilin iyulavqust aylarında olmuşdur. Hərbi biletin surətinin 4-cü səhifəsində onun sahibinin xx.xx.N995-ci ildə N9N №-li əmrlə N56 nömrəli hərbi hissənin siyahısına daxil edilməsi xx.xx.N996-cı ildə 69 №-li əmrlə siyahıdan çı xarılması barədə qeyd öz əksini tapmışdır. məhkəmə araşdırması zamanı iddiaçının hərbi hissəni özbaşına tərk etməsi əsası ilə hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixdən 65 nömrəli Əmrə əsasən N nömrəli şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarıldığı müəyyən edildiyindən və belə olan halda iddiaçının qeyd olunan dövrlər ərzində döyüş əməliyyatlarında iştirakı əsaslı sübutlarla təsdiq edilmədiyindən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023-cü il tarixli, 2-N(N03)-228/2023 nömrəli qərarı ilə Ba kı İnzibati Məhkəməsinin N2 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N0. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. NN. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri N2. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, İddiaçı hərbi hissəni özbaşına tərk etməyə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum olunmamış, barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilməmiş, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Bu hal da məhkəmələr tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarına aiddir. Deməli, İddiaçı yuxarıda qeyd olunan normanın şamil olunmadığı şəxslər dairəsinə daxil deyildir. Həmçinin “Veteranlar haqqında" qanunda, nə də Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 saylı qərarında müharibə veteranı adı verilməsi üçün belə bir şərt nəzərdə tutulmamışdır. Qərarda xidmətin davam etdiyi və ya şəxsin tərxis olunduğu yerdən asılı olaraq müharibə veteranı adı və vəsiqəsini verməli olan dövlət orqanının müəyyən edilməsi və onun yaratdığı müvafiq komissiyanın rəyi əsasında verilməsi göstərilmişdir. İkincisi, iddiaçı qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən hərbi biletin surətini məhkəməyə təqdim etmişdir. Həmin əmrlərin etibarsızlığı, ləğv olunması və dəyişdirilməsi barədə cavabdeh he ç bir sübut təqdim etməmişdir. İnzibati icraatda etibarlı və etibarsız inzibati aktlar fərqləndirilir. Hərbi biletdə qeyd olunan əmrlərin etibarsız olması, ləğv olunması, dəyişdirilməsi barədə cavabdeh hər hansı sübut təqdim etməmiş, məhkəmədə də belə bir hal müəyyən edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri N3. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N4. “Veteranlar haqqında” Qanun: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarınınverilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. N5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 20N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qa rşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respubli kasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. N6. İnzibati Prosessual Məcəllə: Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəmə si vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN N7. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. N8. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ N9. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 2N. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi müharibə veteranı adı və vəsiqəsinin verilməsinin qanuni əsaslarının mövcud olub-olmadığı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəm əsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.
23. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və b irləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi D övlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
24. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir.
25. İddiaçının hərbi xidmətdən ehtiyata və istefaya qanunla müəyyən edilmiş qaydada buraxıldığına dair sübut yoxdur. İddiaçının şəxsi heyətin siyahısından çıxarılması isə onun hərbi xidmətdən tərxis olunduğunu, ehtiyata və ya istefaya buraxıldığını özü-özlüyündə təsdiq etmir.
26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas vermir.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023-cü il tarixli, 2N(N03)-228/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.