Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1834/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.12.2020 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin X1rşı “əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-84/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1 Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1975-ci ildən xx.xx.1992-ci ilə qədər «Azərxalça» İstehsalat Birliyində, xx.xx.1993cü ildən xx.xx.2000-ci ilə qədər Bakı Kimya Əczaçılıq Zavodunda, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər «Azərnəqliyyatyoltikinti» ATSC-nin 3 №-li X4 Dəstəsində işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.1975-ci ildən xx.xx.1992-ci ilə qədər «Azərxalça» İstehsalat Birliyində, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qəd ər «Azərnəqliyyatyoltikinti» ATSC-nin 3 №-li X4 Dəstəsində işlədiyi dövrü ümumi iş stajına, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilə qədər Bakı Kimya Əczaçılıq Zavodunda işlədiyi dövrü isə güzəştli iş stajına daxil etməklə 47 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2005-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(81)3704/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-84/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiadan imtinanın hüquqi nəticələrinin iddiaçıya məlum olduğu ərizədə qeyd olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdehin vəkili (nümayəndəsi) ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişind ə onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). İddiadan imtina barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İddiaçının ərizəsi həmin normanın tələblərinə uyğundur. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir. Həmin normanın tələbinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. Nəticəvi hissə: Yuxarıda göstərilənlər ə və İPM-in 55, 80, 111.3-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiadan imtina qəbul edilir. İş üzrə icraata xitam verilir. İddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. İcraat üzrə prosessual xərclər iddiaçıya aid edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-1834/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1834/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver