Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1834/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yeni məlumat vərəqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin nümayəndəsi Natiq Mirzəyevin və vəkili Malik Qurbanovun, üçüncü şəxsin vəkili Samir Əliyevin iştira kı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iştirakı ilə) qarşı yeni məlumat vərəqəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-732/2021 nömrəli iş üzrə 23.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 13 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı yeni məlumat vərəqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30.04.1989cu ildən 11.11.2015-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində xidmət etmiş, xidmət müddəti 28 il 07 ay 17 gün təşkil edir. İmtiyazlı hesabla isə 37 il 00 ay 01 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. X3 Xidmətində tutmuş olduğu vəzifə hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin İ şöbəsinin rəisi ilə eyni vəzifədir. Əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə almaqla müəyyən edildiyi üçün iddiaçı ona təyin edilmiş əmək pe ndiyasının yenidən hesablanmasına dair ərizə ilə Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə müraciət etmişdir. Lakin həmin orqan 07.04.2017-ci il tarixli məktubu ilə onun əmək pensiyasının yenidən hesablanmasından imtina etdiyi üçün o məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 saylı 14.06.2017ci il tarixli qərarı icra edilməsi üçün cavabdehə göndərilmişdir. Göstərilən qərarın icrası qaydasında yeni məlumat vərəqəsi göndərilmiş, lakin yeni məlumat vərəqəsində onun vəzifə maaşı ona pensiya təyin edilməzdən əvvəl mövcud olmuş həcmdə göstərilmişdir. Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət edərək ona əvvəllər işləmiş olduğu Xüsu si Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin İ şöbəsinin rəisi vəzifəsinin hazırkı təminat xərcliyinə uyğun olaraq yeni məlumat vərəqəsinin cavabdehə təqdim olunmasını xahiş etmiş, cavabdehin 08.10.2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, məlumat vərəqəsi 04.10.2019-cu il tarixdə pensiyanı təyin edən və hesablayan quruma göndərilmişdir. Göstərilən məlumat vərəqəsi ilə tanış olduqda müəyyən olunmuşdur ki, onun təminat xərcliyi Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizəsi Xidmətinin tabeliyinə verildikdən sonrakı artımlar nəzərə alınmamaqla göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 07.10.2020-ci il tarixli, 2-1(112)578/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 26, 38, 60, 71-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.5-ci maddələrinə, Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1,2-ci bəndlərinə, İPM-nin 2.2, 2.2.3, 34.1, 68.1, 68.2-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun pozulması, cavabdehin qanun pozuntusuna yol verməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsini n 07.10.2020-ci il tarixli, 2-1(112)-578/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 23.06.2021-ci il tarixli, 2-1(103)-732/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Azər Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 07.10.2020-ci il tarixli, 2-1(112)-578/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinində istinad etdiyi maddi və prosessual hüquq normaları, eləcə də Nazirlər Kabinetinin 15.04.2019-cu il tarixli, 170-7 nömrəli qərarının, həmçinin İPM-nin 14.3, 58.1, 58.7-ci maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Feldeger Xidmətində Feldyeger heyəti şöbəsinin rəisi vəzifəsindən tərxis olunub. Xidmət müddəti 28 il 07ay 17 gün təşkil edir. İmtiyazlı hesablama ilə isə 37 il 00 ay 01 gün təşkil etmişdir. 11 noyabr 201 5-ci ildə yaşa görə əmək pensiyasına çıxıb. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, 24 noyabr 2016-cı il tarixli Fərmanı ilə Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. Tutmuş olduğu vəzifə hal-hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin İ şöbəsinin rəisi vəzifəsinə uyğun gəlir. Ona təyin edilmiş pensiya Dövlət Feldger Xidmətində Feldyeger heyəti şöbəsinin rəisinin vəzifə maaşına uyğun olmuşdur. Təyin edilmiş pensiyanın Xüsusi Dövlət Mühafizə Xidmətinin İ şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəx slərlə İş İdarəsinin (hazırkı Xüsusi Şərtlərlə Təyinat İdarəsi) üzərinə qoyulması barədə tərəfindən məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 saylı, 14.06.2017-ci il tarixli qərarı ilə tərəfindən verilmiş iddia təmin olunmuşdur. Eyni qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1126/2018 saylı, 12 iyun 2018-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1848/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışıdır. Məhkəmə qərarının icrası məqsədi ilə dəfələrlə Xüsusi Dövlət Mühafizə Xidmətinə şöbə rəisinin əmək haqqının nə qədər olması barədə məlumat verməsi üçün müraciət etsə də, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən bundan imti na olunmuş. Hətta Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən qərarın icrası məqsədi ilə verilmiş sorğulardan da imtina olunmuşdur. İmtina məktubu onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər X2 Xidmətinin 2017-ci ilin 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 nömrəli müvafiq Qərarı qəbul edilmişdir. Bununla əlaqədar Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən 04 oktyabr 2019cu il tarixli məktubl a məlumat vərəqəsi və 04 noyabr 2019-cu il tarixli məktubla müvafiq siyahılar AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmişdir. Bunlara əsasən pensiyanın hesablanması üçün AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməyi qeyd edilmişdir.
9. Göründüyü kimi İdarə tərəfindən Məhkəmə qərarına yox, Nazirlər Kabinetinin qərarına üstünlük verilir. Halbuki, məhkəmə qərarı dövlət adından çıxarılır. Nazirlər Kabinetinin qeyd edilən qərarı, onun iddiası təmin olunduqdan sonra qəbul edilmişdir. Buna görə də, onun hüquqlarının hazırda qüvvədə olan qərarla məhdudlaşdırılması qanunsuzdur.
10. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyy ətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaları na uyğun çıxarılmalıdır.
13. Hazırda onun konstitusion hüquqları pozulur. Məhkəmə qərarına əsasən təyin edilmiş pensiyanın yenidən hesablanması müvafiq məlumat göndərilmədiyi üçün gecikdirilir və məhkəmə qərarının icrasına qanunsuz olaraq maneə yaradılır.
14. Bir halı da xüsusilə diqqətinizə çatdırmalıyıq ki, məhkəmə qərarının icrası məqsədi ilə AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən AR Xüsusi Dövlət Mühafizə Xidmətinə (indiki Prezident Təhlükəsizlik Xidməti) 15 yanvar 2019-cu il tarixdə sorğu göndərilmişdir. Lakin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən sorğuya 18 aprel 2019-cu il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli müvafiq Qər arına istinad olunmuşdur. Göründüyü kimi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən hüquqlarının məhdudlaşdırılması üçün qərəzli şəkildə sorğuya AR NK-nin müvafiq qərarı qəbul edildikdən sonra cavab verilmişdir. Bunu etməkdə məqsəd qəbul edilmiş yeni qərarla onun hüquqlarını məhdudlaşdırmaq olmuşdur.
15. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 23.065.2021-ci il tarixli, 2-1(103)-732/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili M.Qubanov kassasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apellyasiya instansiyası məhk əməsinin 23.06.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 23.06.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Mirzəyev vəkili M.Qubanovun çıxışına uyğun izahat verərək, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 23.06.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili S.Əliyev kassasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsin in 23.06.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 23.06.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
19. İşdə iştirak edən şəxslərə lazımi qaydada xəbər edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmadığı üçün işə onun iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
38. I. Hər kəsin sosial təminat hüququ vardır. II. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliy ə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. IV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.
21. Nazirlər Kanbinetinin 27.08.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təsdim olunması qaydaları”: Bənd
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respub likasının Müdafiə Nazirliyində,, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İ şlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Bənd
2. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya b uraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;
23. Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə 20.1.11. Bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qull uqçular. 22.
24. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
27. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin, üçüncü şəxsin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki ha llarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 23.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərilən dəlillər əsassızdır.
29. Belə ki, məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin 1-ci şöbəsinin rəisi vəzifəsinin hazırkı təminat xərcliyinə (pul təminatına) uyğun olaraq iddiaçı barədə yeni məlumat vərəqəsinin Azzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş idarəsinə (hazırkı Xüsusi Şərtlərlə Təyinat İdarəsi) təqdim olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisə həll edilərkən apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
31. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunl a müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
33. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
34. Həmin Qanunun 20.1.11-ci maddəsinə müvafiq olaraq bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan əmək pensiyaçılarına aid edilmişdir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyi nin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara- Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmə tə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili şlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti- orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydal arını müəyyən edir.
36. Həmin Qaydaların 2-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.
37. Azərbaycan Respublikası Nazirlər Kabine tinin 15.04.2019-cu il tarixli, 170-7 nömrəli Qərarına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması aparılmışdır. Həmin Qərara müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində mövcud olmuş şöbə rəisi vəzifəsi idarənin şöbə rəisi vəzifəsinə 29% nisbətində uyğunlaşdırılmışdır.
38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bundan sonra yuxarıda göstərilən məhkəmə qərarının Bakı İnzibati-İqtisadi Məhkəmə sinin 30.10.2018-ci il tarixdə qüvvəyə minmiş 2-1(81)-3205/2017 nömrəli, 14.06.2017-ci il tarixli qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən İddiaçı barəsində onun hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsi işlənərək 04.10.2019-cu il tarixli məktubla DSMF-nun XŞTMF-na göndərilmişdir.
39. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1043/1 saylı 04.10.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən, iddiaçının vəzifə maaşı Xidmətin tabeliyində olan idarənin şöbə rəisinin vəzifə maaşına (1495 manat) 29 faiz nisbətində uyğunlaşdırılaraq 434 manat müəyyən edilmiş və bütövlükdə iddiaçının təminat xərcliyi əlavə və artımalarla birlikdə 1154,60 manat göstərilmişdir.
40. Bu baxımdan məhkəmə koll egiyası hesab edir ki, apelyasiya məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, iddaçının vəzifə maaşı hazırda aidiyyatı İdarənin müvafiq vəzifə maaşına adı çəkilən Qərarın tələbinə uyğun olaraq 29% nisbətində uyğunlaşdırılmış, ümumilikdə 1154,60 manat təminat xərcliyinə əlavə və artımlar daxil edilmiş, bu barədə məlumat vərəqəsi işlənərək DSMF-nin orqanına göndərilmişdir. Belə olan halda iddiaçı barəsində yeni məlumat vərəqəsinin işlənməsinə zərurət qalmamışdır. İddiaçı tələb etdiyi formada məlumat vərəqəsinin yenidən işlənərək müvafiq quruma təqdim edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu əsaslandıra bilməmiş, bu barədə sübutları nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilmişdir.
41. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
42. İddiaçı kassasiya şikayətində yazmışdır ki, “idarə tərəfindən məhkəmə qərarına yox, Nazirlər Kabinetinin qərarına üstünlük verilir. Halbuki məhkəmə qərarı dövlət adından çıxarılır. Nazirlər Kabinetinin qeyd edilən qərarı mənim iddiam təmin olunduqdan sonra qəbul edilmişdir. Buna görə də, mənim hüquqlarımın hazırda qüvvədə olan qərarla məhdudlaşdırılması qanunsuzdur.”
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır.
44. Belə ki, cavabdeh tərəfindən sözügedən məhkəmə qərarında nəzərdə tutulmuş təminat xərcliyi barədə məlumat vərəqəsinin işlənilərək 04.10.2019cu il tarixli məktubla DSMF-nin XŞTMF-yə göndərilməsi, məhz həmin məhkəmə qərarının icrası ilə bağlı olmuşdur.
45. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, “cavabdeh tərəfindən hüquqlarının məhdudlaşdırılması üçün qərəzli şəkildə sorğuya AR Nazirlər Kabinetinin müvafiq qərarı qəbul edildikdən sonra cavab verilmişdir. Bunu etməkdə məqsəd, qəbul edilmiş yeni qərarla mənim hüquqlarımı məhdudlaşdırmaq omuşdur”.
46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, həmin dəlil sırf ehtimal xarakterlidir və heç bir mötəbər sübutla təsdiq olunmur.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı barəsində 04.10.2019-cu il tarixli məlumat vərəqəsi mövcud olduğu təqdirdə onun tələb etdiyi yeni məlumat vərəqəsinin işlənib müvafiq quruma verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu faktı sübuta yetirilmir.
48. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 23.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 2-1(103)-732/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qərar qətidir.