Məhkəmə qərarları › İş №2-1(102)-1834/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1834/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1834/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Zirə bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yerli vergilərin ödənilməsi ilə bağlı bələdiyyə qərarının ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Xəzər rayon Zirə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2-1(103)-328/ 2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 295286 nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında 1,99342 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 1602,3 kv.m olan əmlak kompleksi kimi müəssisə (“Qızıl Balıq” İstirahət Turizm Kompleksi) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına **********64-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Cavabdeh tərəfindən 2021-ci il üçün sözügedən çıxarışa əsasə n iddiaçıya məxsus ümumi sahəsi 19934,2 kv.m olan torpaq sahəsinə görə 2986,84 manat torpaq vergisi, 1602,3 kv.m əmlaka görə 448,64 manat əmlak vergisi, Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən gecikdirilmiş günlərə görə 501,58 manat faiz və 3435,48 manat ötən dövrlər üzrə vergi borcu hesablanaraq cəmi 7372,54 manatın ödənilməsi barədə iddiaçıya xx.xx.2021-ci il tarixli tədiyyə bildirişi göndərilmişdir.

3. İddiaçının ona hesablanmış borcun ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixdə cavabdeh orqana daxil olmuş müraciəti cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki, iddiaçı fiziki şəxs olduğuna görə və mülkiyyətində olan torpaq sahəsi və əmlak qanunverciliklə cavabdehin əhatə etdiyi ərazi olan Zirə qəsəbəsində yerləşdiyinə görə torpaq və əmlak vergisi cavabdehin büdcəsinə ödənilməlidir.

4. İddiaçının ona hesablanmış qeyd edilən vergiləri ödəməkdən imtina etməsi barədə cavabdehin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir.

5. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıdan 7372,54 manat məbləğin tutulması barədə cavabdehin xx.xx.2021-ci il tarixli, 01 nömrəli icra sənədi üzrə icraata başlanılmış və icra qurumu tərəfindən iddiaçıya tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildiriş göndərilmişdir.

6. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 02 nömrəli inzibati akt (qərar) qəbul edilərək, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9cu km, 10 ünvanında yerləşən, mülkiyyətində olan əmlaka və torpağa görə cavabdehi n xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokoluna əsasən xx.xx.2021-ci il tarixli akt əsasında Vergi Məcəlləsinin 198.1.1-ci və 206.3-cü maddələrinə əsasən hesablanmış əmlak və torpaq vergisini ödəməli olduğu qeyd edilmiş və iddiaçı tərəfindən əmlak vergisi üzrə 448,64 manat, torpaq vergisi üzrə 2986,84 manat, gecikdirilmiş günlərə görə 501,58 manat və ötən dövrlər üzrə vergi borcu olaraq 3435,48 manat olmaqla, cəmi 7372,54 manatın ödənilməsi qərara alınmışdır.

7. Cavabdehin xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərarı (xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclasının protokolu) ilə sözügedən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış təyinatlı 1602,30 kv.m əmlaka və 19934,20 kv.m torpaq sahəsinə görə müvafiq olaraq Vergi Məcəlləsinin 198.1.1-ci, 206.3-cü maddələrinə ə sasən əmlak vergisi və torpaq vergisi, 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün faiz məbləği ilə birlikdə hesablanmış 7372,54 manat vergi borcunun iddiaçıdan tutularaq cavabdehin büdcəsinə ödənilməsinin təmin edilməsi və iddiaçı tərəfindən 10 gün müddətində icra edilmədikdə qərarın icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır.

8. Qəbul edilmiş həmin qərarla bağlı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli məktubla məlumat verilmiş və həmin qərar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə qəbzə imza edilməklə təhvil alınmışdır.

9. İddiaçı, barəsində qəbul edilmiş həmin qərarla razılaşmayaraq onun ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli məktubla iddiaçını n tələbinin təmin edilməsindən imtina edilmişdir.

10. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən cavabdehin xx.xx.2021-ci il tarixli, 02 nömrəli icra sənədinin icrası ilə əlaqədar iddiaçıya xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xəbərdarlıq məktubundan sonra iddiaçıya məlum olmuşdur ki, barəsində cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərar qəbul edilmiş və icra olunması üçün əvvəlcə xx.xx.2021-ci il tarixində və sonra yenidən həmin qərara əsasən xx.xx.2021-ci il tarixində Xəzər rayon İcra şöbəsinə əsassız olaraq iki eyni iş üzrə icra sənədi göndərilmişdir. Lakin sözügedən qərarın surəti rəsmi olaraq ona göndərilməmişdir. Müraciətləri əsasında yalnız həmin qərarın kserosurəti ona verilmiş və o, həmin qərara yazılı etiraz edərək xahiş etmişdir ki, qərar onun iştirakı və sübutları ilə qəbul edilsin. Qeyd edilən torpaq sahəsi və sonradan orada inşa etdiyi daşınmaz əmlak iddiaçının mülkiyyətindədir və cavabdehə heç bir aidiyyəti olmadığından tələb olunan vergi borcu qanunsuz və əsassızdır, qəbul edilmiş qərar məhkəmə tərəfindən ləğv olunmalıdır. Cavabdehin qanunsuz hərəkətləri iddiaçının fəaliyyətinə və əmlakından bir mülkiyyətçi kimi istifadəsinə süni maneələr yaradır və ona öz qanunsuz hərəkətləri ilə maddi və mənəvi zərər vurur.

13. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, hazırkı iddia ərizəsinə baxılması mümkün sayılmamalıdır. Belə ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərarı xx.xx.2021-ci ildə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Bundan əlavə, iddiaçının həmin qərarı qeyd olunan vaxtda alması onun xx.xx.2021-ci ildə cavabdeh orqana daxil olmuş etirazından da müəyyən olunur. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2021-ci ildə birinci instansiya məhkəməsinə müraciət etmiş, bu zaman qanunla nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüş, habelə üzrlü səbəbdən ötürülməsi ilə əlaqədar müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qan unvericilik aktlarının tələblərinə uyğun olaraq, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış (“Qızıl Balıq” istirahət turizm kompleksi) təyinatlı 1602,30 kv.m əmlaka görə əmlak vergisi, habelə 19934,20 kv.m torpaq sahəsinə görə torpaq vergisi hesablanaraq bu barədə xx.xx.2021-ci ildə tərtib edilmiş tədiyyə bildirişi iddiaçıya göndərilmişdir. İddiaçı göstərilən müddət ərzində bildirişdə göstərilən vergiləri ödəmədiyinə görə, cavabdehin xx.xx.2021-ci il tarixli iclasında aparılmış müzakirənin nəticəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərar qəbul edilmişdir ki, bu zaman cavabdeh tərəfindən hər hansı formada qanun pozuntusuna yol verilməmişdir. İstinad olunan əmlaklar iddiaçının xüsusi mülkiyyətində olmaqla cavabdehin inzibati ərazisində yerləşdiyinə görə, mövcud qanu nvericiliyin tələblərinə uyğun olaraq bu vergilərin ödənilməsi iddiaçıdan tələb edilir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 26 aprel 2022-ci il tarixli, 2-1(112)-3288/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərarı ləğv edilmişdir.

15. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərarını xx.xx.2021-ci il tarixdə poçt qəbzinə imza etməklə təhvil almış, xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin inzibati aktda şikayət vermə qaydası və müddəti qeyd edilmədiyindən, məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin müddəalarına əsasən hesab edir ki, iddia mümkün s ayılmalıdır.

16. Birinci instansiya məhkəməsi iddianın mahiyyətinə münasibətdə qeyd etmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərarı müvafiq qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, qəbul edilmiş qərarın mətnində xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokoluna istinad olunsa da, iş materiallarında həmin protokolun mövcudluğuna dair sübut yoxdur. Həmçinin qəbul edilən qərar bələdiyyənin sədri tərəfindən təkbaşına qəbul edilmiş, iddiaçıdan müvafiq məbləğdə borcun tələb edilməsinə yönələrək, icraya yönəldilmişdir. Halbuki, yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, qanunvericiliklə müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət etməlidirlər. Doğrudur, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci madəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normaların tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, başqa qayda “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də ödənilməyən yerli verg i və ödənişlərin ödənilməsi ilə bağlı müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanun ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, həmin Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Buna görə də cavabdehin ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə istinad edərək hazırda mübahisələndirilən qərarı qəbul etməsi qanuni hesab edilə bilməz.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının (hakimlər Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 12 aprel 2023cü il tarixli, 2-1(103)-328/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, hazırkı işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın onun tərəfindən alındığı halda vaxtında ondan şikayət verilmədiyi sübuta yetirilmir. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı həmin qərarı xx.xx.2021ci il tarixdə aldığı halda, onunla razılaşmayaraq onun ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana vaxtında, yəni xx.xx.2021-ci il tarixdə müraciət etmiş, bu tələbinin inzibati orqan tərəfindən təmin edilməməsi barədə xx.xx.2021-ci il tarixli məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. Odur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ilə müraciət edərkən onun tərəfindən xx.xx.2021ci il tarixli qərarı mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi halı cavabdeh orqan tərəfindən sübuta yetirilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü və 73.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.

20. İddianın mahiyyətinə münasibətdə apellyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zaman təqdim edilmiş cavabdehin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolunda bələdiyyənin iclasında 11 nəfərin iştirak etməsi göstərilsə də, həmin protokol yalnız bələdiyyənin sədri və iclasın katibi tərəfindən imzalanmışdır. İşin apellyasiya baxışı zamanı cavabdeh orqanın nümayəndəsi mübahisələndirilən inzibati aktın bələdiyyə sədri tərəfindən təkbaşına deyil, kollegial qaydada qəbul olunduğunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin q ərarının ləğv edilib iddianın təmin edilməməsi üçün əsas yaratmır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının hər hansı əmlakını siyahıya almamış, həmin əmlakın siyahıya alınması barədə qərar qəbul etməmişdir ki, bu barədə məhkəmədə iddia qaldırmış olsun. Cavabdeh sadəcə öz inzibati ərazisində yerləşən iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı qanunda nəzərdə tutulmuş vergilərə dair qərar qəbul etmişdir. Eyn i zamanda, cavabdehin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclasında 11 bələdiyyə üzvünün iştirakı ilə aparılmış müzakirə nəticəsində sözügedən xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərar qəbul edilmişdir. Qanunvericilikdə həmin protokolun və qərarın bütün bələdiyyə üzvləri tərəfindən imzalanmalı olması barədə bir tələb yoxdur. Həmçinin həmin qərarla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə

56. Kollegial inzibati orqanın iclasının protokolu 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. … Maddə

73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentli yinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.... Maddə

81. İnzibati aktların icra edilməsi qaydası... 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir.... Maddə

82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir.... Maddə

2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericili k aktlarından ibarətdir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır.... Maddə

4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri).... 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbi t edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.... Maddə

8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və və zifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.... Maddə

204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə

205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergi tutma obyekti sayılır. 26. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə

6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır:... 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar; 27. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habel ə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə

3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən q anunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. … Maddə

7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkəts izliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə

8. Yerli vergilərin tərkibi 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;

28. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəy yən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; 3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir;... 3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəl ləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək;... 3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək; 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ple numunun xx.xx.2011-ci il tarixli Qərarı “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqq ında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.”

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

38. İddia müddəti 38.1. Mübahisəl əndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-c i maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblə rinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılma sı üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.

34. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağ ı hesablanmış bələdiyyə vergi borcunun ondan tutulması barədə cavabdehin xx.xx.2021-ci il tarixli, 40 nömrəli qərarının ləğvinə yönəlmişdir.

35. İddianın mümkünlüyünə münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşsa da, iddianın mahiyyətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbi üzrə lazımi qaydada araşdırma aparmamışdır.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirdiyi bələdiyyə qərarının qanuni olub-olmamasına, həmin qərarla iddiaçıya hesablanmış vergi borcunun əsaslı olub-olmamasına qiymət vermədən cavabdehin həmin qərarın qəbul edilməsi ilə bağlı hərəkətlərinin qanuna uyğun olmadığı qənaətinə gəlmiş və vergi borcunun məhkəmə qaydasında tutulmalı olduğunu hesab etmişdir.

37. Halbuki hazırkı qərarın 24-cü və 26-cı bəndlərində göstərilən normalara əsasən, inzibati orqan kimi bələdiyyələr tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar icra sənədləri sayılırlar.

38. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeydən görünür ki, vergi orqanı (hazırkı halda cavabdeh) tərəfindən vergi öhdəliyi ilə bağlı o zaman məhkəmədə iddia qaldırılmalıdır ki, bu, vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması ilə əlaqədar olmuş olsun.

39. Beləliklə, qanunvericiliyin tələblərindən aydın olur ki, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar həll olunur.

40. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolunda bələdiyyənin iclasında 11 nəfərin iştirak etməsi göstərilsə də, həmin protokolun yalnız bələdiyyənin sədri və iclasın katibi tərəfindən imzalandığına istinad edərək mübahisələndirilən inzibati aktın ko llegial qaydada deyil, bələdiyyə sədri tərəfindən təkbaşına qəbul edildiyi barədə yanlış qənaətə gəlmişdir.

41. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 56.2-ci maddəsinə əsasən kollegial inzibati orqanın iclasının protokolu məhz iclasın sədri və katibi tərəfindən imzalanır. Başqa sözlə, sözügedən iclas protokolunun bələdiyyənin sədri və iclasın katibi tərəfindən imzalanmış olması qanunvericiliyin tələblərindən irəli gəlir və həmin hal müvafiq bələdiyyə qərarının bələdiyyə sədri tərəfindən təkbaşına qəbul edilmiş olması və bunun əsasında bələdiyyə qərarının qanunsuz olması qənaətinə gəlməyə əsas vermir.

42. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin əsaslarından biri də odur ki, vergisi tələb olunan torpaq sahəsi iddiaçının mülkiyy ətindədir, cavabdehə aidiyyəti yoxdur və ona görə hər hansı bir vergi ödənişini tələb edə bilməz. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən dəlilin əsaslılığı üzrə hər hansı bir araşdırma aparmamış, həmin dəlilə qiymət verməmişdir.

43. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutları qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirməmişdir.

44. İşin hallarının araşdırılması prinsipinə uyğun olaraq, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.

45. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

46. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, mübahisələndirilən bələdiyyə qərarının qanuni olub-olmadığına, habelə həmin qərarla iddiaçıya hesablanmış vergi borcunun əsaslı olub-olmadığına Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından qiymət verilməli, daha sonr a həmin qərarın qəbul edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunauyğunluğuna münasibət bildirilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.

47. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci, 12.2-ci, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların və hazırkı qərarın 25-ci, 27-28-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apell yasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

49. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 21(103)-328/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar