Məhkəmə qərarları › İş №2-1(102)-1834/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1834/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1834/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dai r iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2-1(103)-324/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 15 may 1976-cl il tarixdən 13 may 1978-ci il tarixədək hərbi xidmətdə olmuş, 1 sentyabr 1979-cu il tarixdən 28 may 1984-cü il tarixədək əyani təhsil almışdır.

2. DSMF Binəqədi rayon şöbəsi tərəfindən verilmiş 27 sentyabr 2007-ci il tarixli CİP seriyalı 176353 nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 20 (iyirmi) manat sosial sığorta haqları üzrə borc ödənilmişdir.

3. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olmasını, eləcə də 1 yanvar 2006-cı il tarixədək onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18 il 3 ay 13 gün sığorta stajına uyğun olaraq 14.868,89 manat, 2 noyabr 2020-ci il tarixdən 1 aprel 2022-ci il tarixədək 1.738,10 manat olmaqla, ümumilikdə 16.606,99 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan verməməsini qeyd etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 65 yaşı tamam olduğu 24 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyi n edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə doğulmuş, 15 may 1976-cl il tarixdən 13 may 1978-ci il tarixədək hərbi xidmətdə olmuş, 1 sentyabr 1979cu il tarixdən 28 may 1984-cü il tarixədək əyani təhsil almış, daha sonra əmək fəaliyyətinə başlamış, 65 yaşının tamam olduğu 24 may 2022-ci il tarixdə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən məsələnin həllindən imtina olunmuşdur.

6. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, “...iddiaçı tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, təqdim olunmuş sənədlərə əsasən onun ümumi iş stajı 19 il 8 ay 15 gün təşkil edir. “Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedən in vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. 1 yanvar 2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Digər tərəfdən, iddia ərizəsində 22 iyun 2006-cı il tarixdən fərdi sahibkar kimi vergi ödəyici si olaraq dövlət qeydiyyatına alındığı, sosial sığorta haqları ödədiyi və bu barədə qəbzin mövcud olduğunu bildirmişdir. Sözügedən qəbz inzibati orqana “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə ərizə ilə müraciət edərkən təqdim olunmamışdır...”

7. Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli e-2-1(112)-2030/2023 nömrəli qərardadı ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması 1 ay müddətində cavabdehə həvalə edilmişdir.

8. Məhkəmənin qərardadının icrası ilə əlaqədar cavabdeh 31 mart 2023-cü il tarixli məktubunda bildirmişdir ki, “...İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yenidən baxılmışdır. Əmək kitabçasına, hərbi biletinə və diplomuna əsasən onun 1 yanvar 2006-cı il tarixədək təhsil və hərbi xidmət dövrləri də nəz ərə alınmaqla ümumilikdə 18 il 9 ay 21 gün sığorta stajı hesablanmışdır. “Mərkəzləşdirilmiş elektron informaçiya sistemi”nin Pensiya altsisteminə əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində 2020-ci ilin noyabr ayından 2022-ci ilin avqust ayınadək (1 il 10 ay) 2.457,94 manat pensiya kapitalı qeydə alınmışdır. Ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan, həmin şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı 16 avqust 2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə müavinət təyin edilmişdir və ödənilir.”

9. Bakı İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli, e-2-1(112)-2030/2023 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilərək, iddiaçıya 65 yaşının tamam olduğu 24 m ay 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, “...2006-cı ilin yanvar ayının 1-dən 2018-ci ilin iyul ayının 1-dək olan dövrdə fərdi hesabının sığorta hissəsinə pensiya kapitalı kimi ödəniş apardığından, «Əmək pensiyaları haqqında» Qanunun 7 və 22-1-ci maddələrinin tələblərinə əsasən 24 may 2022-ci il tarixdən (xx xxx 1957-ci il tarixdə doğulmuşdur) onun yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən imtina olunması qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilir.”

11. Cavabdeh həmin qərardan apellyas iya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2-1(103)-324/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinin tələbindən göründüyü kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müd dəti sığorta stajına daxil edilir. İddiaçının birinci instansiya məhkəməsinə və hazırkı apellyasiya mərhələsində təqdim etdiyi sənədlərə (**********632 nömrəli sosial sığorta şəhadətnaməsinə, Vergilər Nazirliyinin 13 xx-xx/1771 nömrəli 17 iyun 2002-ci il tarixli məktubuna və səndə qəbulu haqqında bildirişinə, iddiaçının vergi orqanına təqdim etdiyi ərizələrinə, “Respublika SKBnin Quba 18/-505 nömrəli 28 iyun 2006-cı il tarixli bildirişinə və Dövlət Baytarlıq Xidmətinin 01 No-li xx.xx.2015-ci il tarixli arayışına) əsasən müəyyən olunur ki, xx.xx.2002-ci il tarixli ərizəsinə əsasən həmin tarixdə ona ********* saylı X1 nömrəsi (VÖEN) verilmiş, o, maldarlıq sahəsində süd, pendir, yağ və s. heyvandarlıq məhsulları istehsalı ilə məşğul olmuş, 2019-cu ilə qədər hüquqi şəxs yaratmadan sahibkarlı q fəaliyyətini davam etdirmiş, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən vergi uçotundan çıxarılmışdır.... “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: (22-1.2.1) 2019 – 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müə yyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının birinci instansiya məhkəməsinə surətini, hazırkı apellyasiya mərhələsində isə əslini məhkəməyə təqdim etdiyi ciddi hesabat sənədi hesab edilən - “Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinin “Məcburi dövlət sosial sığorta haqqı üçün 27 sentyabr 2007-ci il tarixli 176353 nömrəli “Mədaxil Qəbzi”nə əsasən müəyyən olunur ki, onun tərəfindən 20 (iyirmi) manat sosial sığorta haqqı ödənilmişdir. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.1-22-1.2-ci maddələrinin qeyd olunan tələbləri baxımından xx.xx.1957-il təvəllüdlü iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmış olur.”

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı (sığortaedən) 20062019-cu illər fərdi sahibkarlıqla məşğul olduğunu iddia etsə də, vəzifəsi olduğu halda fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müvafiq hesabatları təqdim etməm iş və bu səbəbdən fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə ümumiyyətlə pe nsiya kapitalı qeydə alınmamışdır. Həmçinin məhkəmə 27 sentyabr 2007ci il tarixli CİP seriyalı 176353 nömrəli mədaxil qəbzini mötəbər sübut qəbul edərək, iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmənin sözügedən mövqeyini əsassız hesab edərək bildiririk ki, məhkəmə həmin qəbzin mötəbərliyini yoxlamamış, qəbzdə qeyd olunan məbləğin həqiqətən cavabdeh orqanın xəzinəsinə mədaxil edilib - edilməməsini və həmin məbləğin iddiaçının fərdi hesabında öz əksini tapıb-tapmamasını araşdırmamışdır.

16. Kassator şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1, 22-1.2, 221.2.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarına istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsi ndə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.... Mad də 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;... 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibat i orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan za man prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasi ya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı iş üzrə iddiaçının hüququ marağı ona 65 yaşı tamam olduğu 24 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

28. Cavabdeh iddiaçının 25 il sığorta stajının olmaması, eləcə də kifayət qədər pensiya kapitalının olmaması səbəbindən iddiaçının tələbini təmin etməmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, apellyasiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır.

30. Belə ki, işin araşdırılmış hallarına əsasən cavabdeh iddiaçının 2006-cı ilədək 18 il 9 ay 21 gün sosial sığorta stajını qəbul edir, lakin onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrü onun sosial sığorta stajı kimi qəbul etmir.

31. Qeyd edilməlidir ki, Vergilər Nazirliyinin 13 xx-xx/1771 nömrəli 17 iyun 2002-ci il tarixli məktubuna əsasən xx.xx.2002-ci il tarixdə iddiaçıya ********* saylı X1 Nömrəsi (VÖEN) verilmişdir.

32. Bundan əlavə Dövlət Baytarlıq Xidmətinin 01 No-li xx.xx.2015-ci il tarixli arayışına əsasən iddiaçı maldarlıq sahəsində süd, pendir, yağ və s. heyvandarlıq məhsulları istehsalı ilə məşğul olmuş, 2019-cu ilə qədər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini davam et dirmiş, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən vergi uçotundan çıxarılmışdır.

33. Həmçinin iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinin “Məcburi dövlət sosial sığorta haqqı üçün 27 sentyabr 2007-ci il tarixli 176353 nömrəli “Mədaxil Qəbzi”nə əsasən iddiaçı 20 (iyirmi) manat sosial sığorta haqqı ödənilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” 21.1-ci maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

35. Beləliklə, iddiaçı hazırkı inzibati məhkəmə icraatında 2002-ci ildən vergi ödəyicisi olmasını təsdiqləyən arayış, ona verilmiş sosial sığorta şəhadətnaməsini, eləcə də 2007-ci ildə sosial sığorta haqları üzrə borc ödənişi barəd ə mədaxil qəbzini təqdim etmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, həmin qəbzin üzərində ciddi hesabat blankı kimi DSMF orqanının adı yazılmış və ödəniş aparan şəxs onu müvafiq təyinatla bəyan etmişdir.

36. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olduğundan onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə yaranmış olur.

37. Belə olan halda isə, hazırkı qərarın 18-ci bəndində qeyd olunan “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbləri iddiaçıya münasibətdə gözlənilmiş və iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmuş və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

38. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarı n 18-20(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 21(103)-324/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar