Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1835/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, iddiaçının subyektiv hüquqa malik olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1256/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin x xxxxx 2019-cu il tarixli qərarı ilə ünvan 1 ünvanında dəyəri 700 000 manat olan, ümumı sahəsi 1730,4 kv.m olan qeyri-yaşayış s ahəsinin tələbkarlar E.Ə.Kazımov və N.A.Həsənovun tələbləri həddində proporsional qaydada onların mülkiyyətinə verilməsinə dair müraciətlərinin nəzərə alınması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
3. Məhkəmə xx xxxxxx 2020-ci il tarixli məktubla İnzibati Prosessual Məcəllənin 13-cü (məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən iddiaçıya bildirmişdir ki, məhkəməyə təqdim etdiyi şikayət İnzibati Prosessual Məcəllənin 46-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, inzibati məhkəmə icraatında baxılması üçün müraciəti (şikayəti) iddia ərizəsi üçün müəyyən edilən tələblərə uyğun şəkildə təqd im edilməlidir.
4. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü, 48-ci, 49-cu maddələrinə əsasən iddiaçıya yardım göstərmək, həmçinin işin hallarını və mübahisənin vəziyyətini tərəflərin iştirakı ilə müzakirə etmək məqsədi ilə məhkəmə iclası keçirmişdir.
5. Məhkəmə şikayətin yuxarıda göstərilən qanun tələblərinə uyğunlaşdırmaq üçün müddət təyin etməsinə baxmayaraq iddiaçı çatışmazlıqların aradan qaldırılmasından imtina etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-(112)-3458/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə iddiaçının şikayəti mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətlərə baxılması inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır.
8. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək iddiaçının şikayətinin mümkün hesab edilməsi, cavabdehin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X6, 2-1(103)-1256/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirmədən saxlamışdır.
10. İddiaçı x xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddiaçının şikayətinin mümkün hesab edilməsi, cavabdehin qərarının ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
11. Apelyasiya instansiya məhkəməsi tərəfindən “İcra məmurları haqqında” Qanunun 20.5-ci və 87.1-ci maddəsinin və “İcra haqqında” Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarının tələbləri nəzərə alınmamış, müvafiq daşınmaz əmlakın hazırki mülkiyyətçisi - Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməmiş və əsassız olaraq İdarənin icra məmurunun qərarından verdiyi şikayət mümkün hesab edilməmişdir.
12. Göstərilən hallar apelyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız olaraq nəzərə alınmamış, qeyd olunan hallar düzgün araşdırılmamış və nəticədə əsass ız olaraq idarə tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə ədalətsiz qərarlar qəbul edilmişdir. Həmçinin, qəbul edilmiş məhkəmə aktları düzgün əsaslandırılmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
16. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu M əcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nə zərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
18. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
22. İddiaçının əsas dəlili ondan ibarətdir ki, cavabdeh başqasının mülkiyyətində olan qeyri-yaşayış binasının iki nəfərin mülkiyyətinə verilməsi barədə qəbul etdiyi qərarı qanunsuz olaraq icra üçün onlara göndərmişdir. Mülki qanunvericiliyə əsasən mülkiyyətçilərin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi məhkəmə qərarına əsasən həyata keçirilir və məhkəmə qərarı olmadan heç kəs mülkiyyət hüququndan məhrum edilə bilməz.
23. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyas ının xx xxxx 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı icra işinin tərəfi olmamışdır.
24. Qanunvericiliyə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən icra işinin tərəfləri şikayət verə bilər.
25. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir...
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
27. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin mübahisə edilən qərarı ilə iddiaçının hüququnun pozulması təsdiq edilmir.
28. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadıqlarından, cavabdehin inzibati aktının etibarsız sayılması tələbinə dair iddia mümkün sayılmamışdır.
29. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
30. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorun an maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
31. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia mümkün sayılmır.
32. İddiaçının iddia qaldırmaqda subyektiv hüququ olmadığına görə iddia mümkünsüz olduğundan və yuxarıda qeyd edilən digər əsaslara görə qərardad düzgün olduğundan şikayət təmin edilməməlidir.
33. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1256/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.