Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1835/2021 26.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6in Xüsusi Şərtlərlə X3rşı iş üzrə (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası; “qazanılmış hüquq” konsepsiyası; 23.01.2007-ci il tarixli Siyahı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tab eliyində Dövlət Sosial Müdafiə Fondu X6in Xüsusi Şərtlərlə X3rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-1905/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il tarixində doğulmuş, 26.10.1978-ci ildən 15.12.1980-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 05.02.1981-ci il tarixindən 02.11.2009cu il tarixinədək fasilələrlə müxtəlif müəssisələrdə işləmişdir. İddiaçı 12.06.2010-ci ildən hal-hazıra qədər “X7” MMC-də hidravlik-çilingər vəzifəsində işləyir.
2. İddiaçı 23.01.2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edər ək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh isə 03.02.2020-ci il tarixli **********4 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. İmtina belə əsaslandırılmışdır ki, 05.02.1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında 12.06.2010-cu il tarixindən bugünədək olan dövr ərzində “X7” MMC-nin Mexaniklər xidmətində işlədiyi hidravlik-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə X3rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün 60 yaşının tamam olduğu 01.07.2018-ci il tarixdən alınmamış əmək pensiyasının məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona məxsus 30.08.1984-cü il tarixli, HT-İ № ******* nömrəli əmək kitabçasında qeyd olunmuş əmək stajına və iddia ərizəsinə əlavə etdiyi müvafiq arayışlara əsasən 01.07.2018-ci il tarixədək (güzəştli şərtlərlə əmək pensiyasının yarandığı 60 yaşınadək) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajı 27 il 10 ay 7 gün təşkil edir. 30.01.1984-cu il tar ixdən 01.09.1994-cü il tarixədək “Daşkəsən Filizsaflaşdırma" ASC-də (X8 Filizsaflaşdırma Kombinatı) 10 il 7 ay 2 gün əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə güzəştli şərtlərlə fəhlə işlədiyi dövr və 12.06.2010-ci il tarixdən 01.07.2018-ci il tarixədək “X7” MMC-də isti və zərərli iş şəraitində mexaniklər sahəsində 8 il 0 ay 19 gün hidravlik-çilingər vəzifəsində çalışdığı dövr (18 il 7 ay 21 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş vəzifələrə uyğundur. Cavabdeh tərəfindən göndərilən məktubdan aydın görünür ki, burada vəzifələrə hərfi mənada yanaşılmışdır. "Hidravlikçi lingər” vəzifəsinin “təmirçi-çilingər” vəzifəsindən fərqli olduğunu qeyd edərkən, bu vəzifələrin əmək funksiyalarının eyni olduğu nəzərə alınmamışdır. “X7" MMC tərəfindən təqdim olunmuş 31.10.2019-ci il tarixli, №148/L saylı arayışda da isti və zərərli iş şəraitində Mexaniklər xidmətində hidravlik-çilingər peşəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində təmirçi-çilingərlər kimi öz əksini tapdığı qeyd olunur.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1358/2021 saylı 15.04.2021-ci il tarixli qərarı ilə (hakim Şəlalə Həsənova) iddia təl əbi qismən təmin edilərək İddiaçı 01.07.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat X5 həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi pensiya təyin edilməsi hissəsində əsaslı olsa da, pensiyanın birdəfəlik ödənilməsi hissəsində rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda, pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 21(103)-1905/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Səadət Bəktaşi, hakimlər – Afaq Nuriyeva və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1358/2021 saylı 15.04.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Məhkəmə qərarı cavabdehə 02.08.2021-ci il tarixində təqdim edilmişdir.
12. Cavabdeh 16.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-1905/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 57 yaşı 01.07.2019-cu il tarixindən sonra tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin həmin tarixdən qüvvədə olan mətninə görə isə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik o lduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının isə fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 k assasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsi ndə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “3.Metallurgiya İstehsalatı” 3.2 (a) yarımbəndində “təmirçi çilingərlər” peşəsi qeyd edilmişdir.
19. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati or qan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
20. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
22. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassas iya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ndan görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixində doğulmuş, 26.10.1978-ci ildən 15.12.1980-cı ilə qədər (2 il 1 ay 20 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 05.02.1981-ci ildən 30.01.1984-cu ilə qədər Keçmiş X1maçı köməkçisi (2 il 11 ay 26 gün), 30.01.1984-cü ildən 20.01.1990-cı ilə qədər 6-cı dərəcəli quyu qazmaçısı (5 il 11 ay 21 gün), 20.01.1990-cı ildən 05.08.1992-ci ilə qədər çilingər (2 il 6 ay 16 gün), 05.08.1992-ci ildən 01.01.1999-cu ilə qədər mexanik (6 il 4 ay 27 gün), 19.02.2007-ci ildən 01.09.2007-ci ilə qədər "xxxx" ASC-də 6-cı dərəcəli təmirçi-çilingər (6 ay 13 gün), 01.09.2007-ci ildən 02.11.2009-cu ilə qədər 6-cı dərəcəli mexanik (2 il 2 ay 2 gün) vəzifələrində işləmişdir və 12.06.2010-ci ildən hal-hazıra qədər “X7” MMC-də hidravlik-çilingər vəzifəsində işləy ir.
27. Göründüyü kimi iddiaçının 60 yaşı tamam olduğu dövrdə 30 il 9 ay 21 gün sığorta stajının olması işin mübahisəsiz hallarına aiddir və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin imtinasının əsası iddiaçının 12.06.2010-ci ildən halhazıra qədər “X7” MMC-də işlədiyi hidravlik-çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilmiş vəzifələrə uyğun gəlməməsidir.
28. Cavabdehin bu dəlili isə məhkəmələr tərəfindən qiymətləndirilmişdir. Belə ki, "X7" MMC tərəfindən təqdim edilmiş arayış əsasında müəyyən edilmişdir ki, təmirçiçilingər və hidravlik-çilingər peşələrin əmək funksiyaları faktiki olaraq eynidir. Hər iki peşənin əmək funksiyalarında istehsal sahəsində olan avadanlıqların, qurğuların və digər mexaniki alət və tərtibatların təmiri və texniki xidmətinin yerinə yetirilməsi nəzərdə tutulub. Hər iki peşənin əmək funksiyaları isti və zərərli iş şəraitində yerinə yetirilir. Bu səbəbdən iddiaçının "X7" MMC-də işlədiyi hidravlik-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan təmirçi-çilingər peşəsi ilə eyni əmək funksiyalarını yerinə yetirdiyindən işlədiyi həmin dövr əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi kimi nəzərə alınmalıdır.
29. Kassatorun “zəruri pensiya kapitalının mövcud olmaması” haqda dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin tələb 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu 01.01.2006-cı il tar ixəndək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
30. Qeyd o lunanlara əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmaması ona pensiya təyin olunmasından imtina üçün əsas ola bilməz. Odur ki, kassatorun bu dəlili də əsassızdır.
31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
32. Beləliklə, cavabdehin kassasiya şikayəti əsassız olduğundan rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)1905/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 21(103)-1905/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.