Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1836/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı iş üzrə QƏRAR Açar sözlər: (işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Kəmaləddin Bədəlov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vamiq Şükürovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-936/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci il tarixdə Lənkəran rayonunun Nərimanabad kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona 51 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 14 nömrəli X1 məktəbində təhsil almışdır. 31.09.79-cu il tarixdən xx.xx.1980-ci il tarixədək X2 Donanmasının Gəmi təmiri emalatxanasında gəmi təmiri çilingəri vəzifəsində işləmişdir. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən indiyədək X2 Donanmasında (hal-hazırda “xxxx” QSC-nin X2 Donanması adlandırılır) çilingər və takelajçı vəzifələrində işləmişdir. Ümumilikdə 40 ildən çox ümumi, 13 ildən çox xüsusi stajı vardır. Cavabdehə müraciət edilərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh cavab məktubu ilə müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək b u Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 51 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə:«a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: xx xxxxxx 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; xx xxxxxx 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; xx xxxxxx 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 y aş 6 ayda; xx xxxxxx 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-4946/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin təmin edilməsi, Əhəd Qulamhəsən oğluQuliyevə 51 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsiAzərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa və Azərbaycan Respublikası «Əmək pensiyaları haqqınd a» Qanununa əsaslanaraq iddiaçı Əhəd Qulamhəsən oğluQuliyevin 51 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malik olduğuna dair nəticəyə gəlmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-936/2020 nömrəli (hakimlər Səriyyə Seyidova - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışd ır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununa, Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarına əsaslanaraq İddiaçı istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin vəgöstəricilərin” 1 nömrəli siyahısında göstərilmiş peşə üzrə 10 ildən artıq işləmiş, pensiya hüququ yarandığı tarixədək onun 20 ildən artıq ümumi əmək stajının olmasına dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1994-cü il tarixdən işlədiyi peşə “dülgər, gəmi xarratı” peşələri yuxarıda qeyd edilən Qərarda mövcud deyildir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. İddiaçının istinad etdiyi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında ümumiyyətlə iddiaçının işləmiş olduğu peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısında mövcud deyildir. AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarmı Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-936/2020 nömrəliqərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq no rmalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili V.Şükürov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişd ir. Məhkəmə iclasında iştirak edən İddiaçı də vəkili V.Şükürovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd ol unanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixliqərarı ləğv edilməli, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instans iyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi xx.xx.2020-ci il tarixli qərarında “İddiaçı istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin vəgöstəricilərin” 1 nömrəli siyahısında göstərilmiş pe şə üzrə 10 ildən artıq işləmiş, pensiya hüququ yarandığı tarixədək onun 20 ildən artıq ümumi əmək stajıolmuşdur” qeyd edərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsinə dair nəticəyə gəlmişdir. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən işlədiyi peşə “dülgər, gəmi xarratı” peşələri yuxarıda qeyd edilən Qərarda mövcud deyildir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. İddiaçının istinad etdiyi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında ümumiyyətlə iddiaçının işləmiş olduğu peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısında mövcud dey ildir. AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarmı Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Ali Məhkəmənin İnzibati Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsaslıdır. Belə ki, iddiaçıya aid ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasında iddiaçının həqiqətən də xx.xx.1994-cü ildə 4-cü dərəcəli dülgər vəzifəsinə (xx.xx.1994-cü il tarixli, 66/şh nömrəli əmr) keçirildiyi və xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə xitam verildiyi halı müəyyən edilmişdir. Həmin hal apelyasiya məhkəməsinin gəldiyi nəticənin əsası olan və iş üzrə sübut qismində çıxış edən “xxxx” QSC X2 Donanması tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli EN01/02-508 saylı arxiv arayışında da öz əsasını tapmışdır. Apelyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığının dəlili olaraq “iddiaçının xx.xx.1994-cü il tarixdən işlədiyi “dülgər, gəmi xarratı” peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməməsi” halı olmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəf narazı qaldığı məhkəmə aktından şikayət ilə apelyasiya instansiyası məhkəməsinə müraciət etdiyi halda, həmin məhkəmədən tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar, şikayətdə qeyd edilən dəlillərlə birlikdə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsinin yoxlanmasını gözləyir və bu halda şikayət əsasında işə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yekun nəticəyə gələrkən maddi və prosessual hüquq n ormalarına riayət edilib-edilməməsinin yoxlamaqla yanaşı, şikayət ilə müraciət etmiş tərəfin şikayətinin dəlillərini və şikayətdə istinad edilmiş sübutları da araşdırmalıdır, o səbəbdən ki, tərəfin fikrincə birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan nəticəyə gəlmənin səbəbi, məhz şikayətində sadaladığı dəlil və sübutların məhkəmə tərəfindən nəzərə almaması və ya həmin dəlil və sübutlara düzgün hüquqi qiymət verilməmə olmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq ara şdırılması hüququna malikdir». Bu baxımdan da apelyasiya instansiyası məhkəməsi tərəfindən şikayətdə istinad olunmuş sübutlara və əsaslanmış dəlillərə müfəssəl şəkildə münasibət bildirilməsi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Həmin məhkəmənin Castravet Moldovaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən, ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək, onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Həmin məhkəmənin George Rumuniyaya qarşı iş üzrə xx xxxx 2007-ci tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin ədalətli məhkəmə baxışına olan hüququnun pozulması barədə qənaətə gələrkən mövqeyini həm də onunla əsaslandırmışdır ki, ərizəçinin irəli sürdüyü və həlledici əhəmiyyətinə görə konkret və aydın qiymət tələb edən dəlili milli məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində qeyd olunmuş dəlilləri qiymət verməməklə tərəfin əsaslandırılmış qərar almaq hüququndan məhrum etmiş, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Belə olan halda apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin vəgöstəricilərin” 1 nömrəli siyahısında olub-olmaması, olduğu h alda isə həmin peşənin adı və kodu tam göstərilməklə müəyyən edilməlidir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti isə qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-936/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gön
Məhkəmə qərarları › İş №2-1(102)-1836/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1836/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver