Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1836/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqənin verilməsindən imtina, qanuni əsaslarla tərxis barədə sübutun olmaması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 21(103)-260/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1992-1993-cü illərdə Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyi üçün ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
2. Cavabdeh 17 sentyabr 2019-cu il tarixli,1/Ə-12661 saylı məktubla müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunduğunu bildirmişdir. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının 1992-cı il tarixdən “Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsində” xidmət keçməsi və qanuni əsaslarla tərxis olunması mərkəzi arxivin 23 05.2019-cu il tarixli, 9/2-6884 saylı arayışı ilə təsdiq olunmur. Odur ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra-mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o 01.02.1992-ci il tarixdə işlədiyi 2 saylı BTTD-dan bir neçə iş yoldaşı ilə birlikdə mənfur düşmənə qarşı döyüşmək üçün könüllü olaraq Şuşa şəhərinə yollanmış, Şuşada "Azərbaycan Qarabağ könüllü müdafiə batalyonu"nda xidmətə başlamışdır. Şuşa rayonu erməni quldurları tərəfindən işğal olunan son günə kimi şəhərin müdafiəsində döyüş əməliyyatlarında şərəflə iştirak etmişdir. Dö yüş zamanı heç bir vəzifə səhlənkarlığına yol verməmiş, ona verilən əmr və tapşırıqların öhdəsindən layiqincə gələrək komandanlığın və döyüş yoldaşlarının dərin hörmət və rəğbətini qazanmışdir. Xidmət etdiyi müddət ərzində düşmənin xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını sıradan çıxarmışdır. Qarabağ uğrunda şiddətli döyüşlərdə qəhrəmancasına iştirak etməyinə baxmayaraq bu günə kimi müharibə veteranı statusu ala bilməmiş, dəfələrlə müxtəlif orqanlara rəsmi şikayət ərizələri ilə müraciət etməyinə baxmayaraq, onun müraciətinə müsbət cavab verilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01 fevral 1992-ci il tarixli, 12014 saylı əmri ilə şəxsi heyəti 109 nəfərdən ibarət Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsinin qeydiyyata alınması barədə kütləvi informasiya vasitəsin də məlumat vardır. Əldə etdiyi digər zəruri sənədlərdən biri də Şuşada "Azərbaycan Qarabağ könüllü müdafiə batalyonu"nda xidmət keçmiş döyüşçülərin ad, soyad və ata adlarının göstərildiyi siyahıdır. Bu siyahıda onun da adı və soyadı vardır və həmin siyahı 1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri və Qərargah rəisi tərəfindən imzalanmış və təsdiq edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
6. Birinci instansiya məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)-3367/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova ) qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi qoyulmuşdur.
7. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonramətndə apelyasiya instansiya məhkəməsi) 23.06.2021-ci il tarixli, 2-1(103)-260/2021 nömrəli (hakimlər Cəmilova Xəyalə - sədrlik edən və məruzəçi, Tağızadə Mirzə və Hüseynov Azər) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)-3367/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının tələbinin təmin olunmaması qərara alınmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möv qeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı 1992-ci il tarixdə Şuşa ərazisində gedən döyüşlərdə iştirakını Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsinin 01.02.1992ci il tarixli siyahısında adının olması ilə əsaslandırır. Sözügedən siyahı nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, həmin siyahıda iddiaçının adı qeyd olunmamışdır. İddiaçı isə onun adının “İntisam” olduğu halda, müvafiq siyahıda səhvən “İntiqam” kimi göstərildiyini bildirmişdir. Buna görə də, birinci instansiya məhkəməsi həmin siyahıda iddiaçının adının olduğu qənaətinə gələrək, onun müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur.
10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş et mişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda obyektiv həqiqəti ifadə edən halları qətiyyən nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq ədalətsiz və əsassız qərar qəbul etmişdir. Bundan başqa, apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyü ş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
14. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatl arı ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sə nədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
16. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının F övqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
17. İnzibati-Prosessual Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
18. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən, hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDL ƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir
21. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbu l etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. İddiaçının əsas dəlili ondan ibarətdir ki, o 1992-ci il tarixdə Şuşa ərazisində gedən döyüşlərdə iştirakı Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsinin 01.02.1992-ci il tarixli siyahısında onun adının olması ilə təsdiq olunur. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından iddiaçının adının siyahıda olması onun iddia etdiyi dövrdə hərbi xidmət keçməsinin, döyüş əməliyyatlarında iştirakının təsdiqi və beləliklə də, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yetərli sayıla bilməz.
26. Eyni zamanda həm də nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döy üşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
27. Hazırki mübahisə münasibətdə iddiaçıya müharibə veteranı adının verilməsi üçün təqdim edilməsi zəruri olan və istinad olunan normalarda nəzərdə tutulmuş sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş 29.06.2020-ci il tarixli, 9/2-7078 saylı məktubdan görünür ki, Müdafiə Nazirinin 1992-ci il tarixli əmrlərində Azərbaycan Qarabağ könüllü müdafiə batalyonunun siyahılarında İddiaçı barədə məlumat aşkar olunmamış, Azərbaycan Qarabağ könüllü müdafiə dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir.
28. Bundan başqa, iddiaçı eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01 fevral 1992-ci il tarixli, 12014 saylı əmri ilə şəxsi heyəti 109 nəfərdən ibarət “Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi”nin qeydiyyata alınması barədə kütləvi informasiya vasitəsində dərc edilmiş məlumata, eləcə də həmin dəstədə xidmət keçmiş döyüşçülərin ad, soyad və ata adlarının göstərildiyi və 1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri və Qərargah rəisi tərəfindən imzalanmış və təsdiq edilmiş siyahıya istinad etmişdir. Bununla bağlı, qeyd edilməlidir ki, “Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi”nin qeydiyyata alınması və həmin dəstədə xidmət keçən şəxslərin siyahısının təsdiqi ilə bağlı müvafiq rəsmiləşdirmənin aparılması, öz növbəsində iddiaçının hərbi xidmətdən tərxis olunması il ə bağlı da müvafiq rəsmiləşdirmənin aparılmasını tələb edir.
29. Lakin, iş üzrə materiallarda iddiaçının hərbi xidmətdən qanunla müəyyən olunmuş qaydada tərxis olunması barədə hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı da hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş və bu barədə hər hansı məlumat verməmişdir.
30. Nəzərə almaq lazımdır ki, iddiaçının öz tələbinin əsası kimi döyüş əməliyyatlarında iştirak etməsi faktına istinad etməsi ona müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur.
32. Beləliklə, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 2-1(103)-260/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar q