Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1836/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (bağ sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdlü: xx.xx.1966-ci il; FİN: 21KJ5MB) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli, 21(103)-1720/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan SSR Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarı ilə Goradil ərazisində yerləşən 273 K saylı bağ sahəsi iddiaçıya ayrılmışdır.
2. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1 fevral 2012-ci il tarixli, 2(001)943/2012 nömrəli qətnaməsi əsasında Goradil ərazisində yerləşən 273 K saylı bağ sahəsinə cavabdeh tərəfindən plan-sxem verilmişdir.
3. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi ünvandakı 273 saylı bağ sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə dair cavabdehə müraciət etmişdir.
4. C avabdehin 16 iyun 2021-ci il tarixli, **********08 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, qeyd edilən bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiyası məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X1 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 273 “k” saylı 0.12 hektar bağ sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağlar Təsərrüfat ının İnkişafı və X1 bağlar sahəsindəki 152 saylı kooperativi tərəfindən verilmiş orderə, Baki şəhər X2 İcraiyyə Komitəsi tərəfindən verilmiş qərara və məhkəmə qətnaməsinə əsaslanaraq mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnun olduğunu bəyan edir. Müvafiq olaraq qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin cavabdeh iddiaçının hüquqlarının qeydiyyatından imtina etmişdir.
7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində mübahisəli bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Həmçinin, bağ sahəsinin ayrılmasına dair order və orderin verilməsinə əsas olan qərar İdarənin arxivində aşkar edilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-9314/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 273“k” saylı bağ sahəsinə dair çıxarışın, plan və ölçünün iddiaçıya verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, arxiv sənədləri içərisində qərar və orderin aşkar edilməməsi, həmin sənədlərin mövcud olmaması demək deyil. Hətta həmin order və qərar mövcud olmasa belə, xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərar mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir. Bağ sahəsinin yerləşdiyi yerin müəyyən edilməsi isə məhkəmə qətnaməsi əsasında həyata keçirilmişdir ki, işin qeyd olunan halları birlikdə götürüldükdə iddianın təminini ist isna edən halların mövcud olmadığı bir daha təsdiq edilir. Cavabdeh tərəfindən mötəbərlıyi şübhə altına alınan orderin olmaması, orderdə adıçəkilən xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarın qeyd edilməməsi isə müraciətin təminindən imtinanın formal əsası qismində məhkəmə tərəfindən qiymətləndirilir. Belə ki, həmin order hüquqmüəyyənedici sənəd qismində cavabdeh tərəfindən mübahisələndirilsə belə, mübahisəyə açıq olmayan hal məhkəmə qətnaməsi və həmin qətnamə əsasında verilən texniki sənəddir ki, adıçəkilən texniki sənəd, yəni plan-çizgi, order və orderdə adıçəkilən qərardan kənar, təkcə yuxarıda göstərilən xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarla birgə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas qismində çıxış edir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qəra rın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli, 21(103)-1720/2022 nömrəli qərarı ilə (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, İ.Kərimli və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti mahiyyətcə i mtina məktubu, etiraz ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Torpaq Məcəlləsinin 65, 67, 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8.0.7, 11.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Torpaq islahatı haqqında” Qanun Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fər di, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquql arın dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandı rma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmə ləri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan hüquqi əsasın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdır ılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin həm iddiaya dair etirazının, həm də apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydiyy ata alınmasından imtina olunarkən cavabdeh onun arxivində həmin bağ sahəsinin ayrılmasına dair orderin və eyni zamanda bağ sahəsinin sxematik xəritədə aşkar olunmamasına istinad edir
27. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
28. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
29. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-943/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya həmin bağ sahəsinə münasibətdə plan-sxem tərtib edilmişdir. Həmçinin məhkəmənin sorğusu əsasında tələb olunmuş mülki məhkəmə icraatının materiallarından görünür ki, Bakı şəhər Binəq ədi rayon Məhkəməsinin 2(001)-943/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi məhz Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X1 bağlar sahəsi üzrə 152 saylı kooperativinin notarial qaydada təsdiq olunmuş orderi əsasında qəbul olunmuşdur. Başqa sözlə, iddiaçının ona bağ sahəsinin ayrılması barədə orderə malik olduğu qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmiş, bundan əlavə həmin qətnamə cavabdeh tərəfindən icra edilərək bağ sahəsinin plan-sxemi tərtib olunaraq iddiaçıya təqdim edilmişdir.
31. Bu baxımdan şəxsin tələbi üzrə qərarın qəbulu zamanı hazırda həmin məhkəmə qətnaməsinin qüvvədə olduğu, həmçinin həmin dövr də cavabdeh tərəfindən qətnamə əsasında bağ sahəsi ilə bağlı plan-sxem tərtib edilərək iddiaçıya təqdim olunduğu, eləcə də istinad olunan orderin notarial qaydada təsdiq edilməsinə dair notariat işi ilə Azərbaycan SSR Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X1 bağlar sahəsi üzrə 152 saylı kooperativi tərəfindən iddiaçının adına verilmiş orderin mövcudluğunun təsdiq edildiyi də nəzərə alınmalıdır.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya məhkəməsinin qərarı analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə də uyğundur (bununla bağlı bax: Ali Məhkəmənin xx.xx.2022-ci tarixli, 2-1(102)-447/2022 nömrəli qərarı). Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsind ə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması aşağıdakı tələblərə riayət edilməklə həyata keçirilsin:... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin vəzifələrinə aid edilmişdir.
33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın verilməsindən imtina etməkdə haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
34. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna ə saslanmadığından şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli, 21(103)-1720/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.