Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1836/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-431/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsinin xx.xx.1999cu il tarixli, 18/02f-6/211 nömrəli məktubu ilə Yeni Günəşli “Q” yaşayış sahəsi, ev 16, mənzil 20-də yaşayan ikinci qrup Qarabağ əlili iddiaçının şəxsi avtomaşının saxlanması üçün yaşadığı ərazidə qaraj tikintisi ilə əlaqədar təqdim etdiyi sxem razılaşdırılmışdır.
2. Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1910 nömrəli sərəncamı ilə iddiaçıya şəxsi minik avtomobilini saxlamaq üçün Yeni Günəşli “Q” yaşayış sahəsində, yaşadığı binanın həyətind ə mövcud qarajların sırasında 6 m x 4 m ölçüdə qaraj tikintisinə icazə verilmişdir.
3. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində bir avtomobilin saxlanması üçün ümumi sahəsi 30 kv.metr olan fərdi qarajın tikintisi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi (podratçı) ilə iddiaçı (sifarişçi) arasında xx.xx.1999-cu il tarixli, 589 nömrəli qaraj tikintisi barədə podrat müqaviləsi bağlanmışdır.
4. İddiaçı sözügedən qarajın texniki pasportunun tərtib edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh başlanmış inzibati icraat çərçivəsində əmlaka yerində baxış keçirməklə müayinə aktı tərtib etmişdir. 5. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, xx.xx.1999-cu il tarixli, 1910 nömrəli Su raxanı Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən qarajın 6 m x 4 m ölçüdə tikintisinə icazə verilmişdir. Qarajın faktiki sahəsi 31,1 kv.metrdir, 6,35 m x 4,9 m ölçüdə inşa olunmuşdur. Qarajın yerləşməsi təqdim edilmiş sxemə uyğundur. Qarajın yerləşməsi rayon icra hakimiyyəti tərəfindən verilmiş cizgiyə uyğundur. Perimetrik ölçülərdə fərq var. Cizgidə göstərilmiş 13 saylı binadan 11,7 m-lik məsafədə yerləşir.
6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, qaraj tikilisinin sənəd üzrə ölçüləri (6 m x 4 m) mövcud vəziyyətdən (6,35 m x 4,9 m) fərqli olduğu üçün texniki pasportun tərtib olunması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının Bakı şəhəri, ünvan 1ə sahibliyində və istifadəsində olan qarajın texniki pasportunun tərtib edilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi, cavabdehin üzərinə həmin qaraja dair texniki pasportun tərtib ediməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1910 nömrəli sərəncamı ilə iddiaçıya müharibə veteranı, 2-ci qrup Qarabağ əlili kimi minik avtomobilinin saxlanması üçün yaşadığı ünvanda, ünvan 1ə 6 m x 4 m ölçüdə qaraj tikintisinə icazə verilmişdir. Tikinti altına torpaq sahəsinin ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısı nın Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən xx.xx.1999-cu il tarixli, 18/02f-6/211 nömrəli məktub ilə razılıq verilmişdir. İddiaçı qarajın tikilməsi üçün podratçı kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ilə xx.xx.1999-cu il tarixdə 589 nömrəli tikintidə podrat müqaviləsi bağlamış və qarajın tikintisi sərəncama uyğun olaraq tikilərək iddiaçının istifadəsinə verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə sahiblik və istifadəsində olan qarajın texniki pasportunun tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, sənədlərə ilkin baxış zamanı qaydasında olduğu və texniki pasportun hazırlanması üçün 190 manat dövlət rüsumunun ödənilməli olduğu bildirilmişdir. Lakin sonradan xx.xx.2021-ci il tarixli məktubla cavabdeh qaraj tikintisinin sənəd üzrə ölçülərinin (6 m x 4 m) mövcud vəziyyətdən (6,35 m x 4,9 m) fərqli olduğunu əsas gətirərək texniki pasportun tərtib edilməsindən imtina etmişdir. Halbuki qarajın ilkin sənəddə göstərilən ölçülərdən əsaslı şəkildə kənara çıxması olmamışdır.
9. Cavabdehin iddiaya qarşı etirazının dəlilləri onun imtinasının dəlilləri ilə eynilik təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 04 may 2022-ci il tarixli, 21(112)-3539/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda iddiaçı ona icazə verilən sahədən artıq ölçüdə sahəni zəbt etməklə tikinti işləri aparmış, lakin həmin sahə ilə bağlı hüquqları təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş imt ina onun hüquqlarının pozulmasına səbəb olmadığından iddia təmin edilməməlidir. O da qeyd olunmalıdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra əlavə sahə ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Mirzə Tağızadə) 20 aprel 2023-cü il tarixli, 2-1(103)-431/2023 nömrəli qərarı i lə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsinin xx.xx.1999-cu il tarixli, 18/02f-6/211 nömrəli məktubu ilə Yeni Günəşli “Q” yaşayış sahəsi, ev 16, mənzil 20də yaşayan ikinci qrup Qarabağ əlili iddiaçının şəxsi avtomaşının saxlanması üçün yaşadığı ərazidə q araj tikintisi ilə əlaqədar təqdim etdiyi sxem razılaşdırılmışdır. İddiaçı 1999-cu ildən cavabdehə müraciət edənə kimi sözügedən qarajdan maneəsiz olaraq istifadə etməklə ona sahiblik etmişdir. Həmçinin onun həmin qarajdan istifadəsi heç kimin hüquq və mənafelərinə toxunmamışdır. Digər tərəfdən, iddiaçı sənədlərin ilkin baxış zamanı qaydasında olduğuna əmin olduqdan sonra texniki pasportun hazırlanması üçün 190 manat dövlət rüsumunu ödəmişdir. Cavabdeh uzun müddət çəkişmələrdən sonra əmlaka yerində baxış keçirməklə müayinə aktı tərtib etmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən həmin müayinə (baxış) aktında qeyd edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 1910 nömrəli sərəncamına əsasən qarajın 6 m x 4 m ölçüdə tikin tisinə icazə verilmişdir. Qarajın faktiki sahəsi 31,1 kv.metrdir, 6,35 m x 4,9 m ölçüdə inşa olunmuşdur. Qarajın yerləşməsi təqdim edilmiş sxemə uyğundur. Qarajın yerləşməsi rayon icra hakimiyyəti tərəfindən verilmiş cizgiyə uyğundur. Perimetrik ölçülərdə fərq var. Cizgidə göstərilmiş 13 saylı binadan 11,7 m-lik məsafədə yerləşir. Göründüyü kimi, qarajın sahəsinin 7 kv.metr artıq olması iddia tələbinin təmin olunmasına mane olur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-431/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏT BİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının Bakı şəhəri, ünvan 1ə sahibliyində və istifadəsində olan qarajın texniki pasportunun tərtib edilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi, cav abdehin üzərinə həmin qaraja dair texniki pasportun tərtib ediməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3539/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)431/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya i nstansiyası məhkəməsi həmin nəticəyə gələrkən öz qərarında göstərmişdir ki, “İşin halları ilə təsdiq olunur ki, qaraj tikilisinin sənəd üzrə ölçüləri mövcud vəziyyətdən fərqli olmuşdur. Belə ki, iddiaçı ona icazə verilən sahədən artıq ölçüdə sahəni zəbt etməklə tikinti işləri aparmış, lakin həmin sahə ilə bağlı hüquqları təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı istifadəsində olan qarajla bağlı müvafiq sənədləri təqdim etsə də, həmin sənədlərdən görünür ki, ona 24 kv.metr ölçüdə qaraj tikilməsi üçün icazə verilmiş, lakin onun inşa etdiyi qarajın ölçüsü 31.1 kv.metr olmuşdur. Göründüyü kimi, iddiaçı əlavə 7,1 kv.metr torpaq sahəsi zəbt etmiş və həmin torpaqda tikinti aparmış, həmin sahə ilə bağlı hər hansı bir hüqu qmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir.”
23. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır.
24. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsinin xx.xx.1999-cu il tarixli, 18/02f-6/211 nömrəli məktubu ilə Yeni Günəşli “Q” yaşayış sahəsi, ev 16, mənzil 20-də yaşayan ikinci qrup Qarabağ əlili iddiaçının şəxsi avtomaşının saxlanması üçün yaşadığı ərazidə qaraj tikintisi ilə əlaqədar təqdim etdiyi sxem razılaşdırılmışdır. Həmçinin Bakı Şəhəri Suraxanı Ra yon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1910 nömrəli sərəncamı ilə iddiaçıya şəxsi minik avtomobilini saxlamaq üçün Yeni Günəşli “Q” yaşayış sahəsində, yaşadığı binanın həyətində mövcud qarajların sırasında 6 m x 4 m ölçüdə qaraj tikintisinə icazə verilmişdir. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində bir avtomobilin saxlanması üçün ümumi sahəsi 30 kv.metr olan fərdi qarajın tikintisi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi (podratçı) ilə iddiaçı (sifarişçi) arasında xx.xx.1999-cu il tarixli, 589 nömrəli qaraj tikintisi barədə podrat müqaviləsi bağlanmışdır.
25. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı sözügedən qarajın texniki pasportunun tərtib edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh başlanmış inzibati icraa t çərçivəsində əmlaka yerində baxış keçirməklə müayinə aktı tərtib etmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, xx.xx.1999-cu il tarixli, 1910 nömrəli Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən qarajın 6 m x 4 m ölçüdə tikintisinə icazə verilmişdir. Qarajın faktiki sahəsi 31,1 kv.metrdir, 6,35 m x 4,9 m ölçüdə inşa olunmuşdur. Qarajın yerləşməsi təqdim edilmiş sxemə uyğundur. Qarajın yerləşməsi rayon icra hakimiyyəti tərəfindən verilmiş cizgiyə uyğundur. Perimetrik ölçülərdə fərq var. Cizgidə göstərilmiş 13 saylı binadan 11,7 m-lik məsafədə yerləşir.
26. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçının tikilmiş qaraja dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsi ndə nəzərdə tutulmuş bütün zəruri sənədləri mövcuddur. Sadəcə qarajın ölçüsündə onun cəmi 7.1 kv.metr artıq olması barədə fərq vardır ki, burada isə mütənasiblik prinsipi nəzərə alınmalı, yəni qarajın ölçüsündə olan artıq hissə – 7.1 kv.metr iddiaçıya cavabdeh tərəfindən iddiaçının xahişinin icra edilməsindən imtina edilməsi üçün ölçü baxımından böyük fərq təşkil etmir.
27. Digər tərəfdən, hər hansı bir inzibati orqan sözügedən məsələni mübahisələndirmir, həmçinin hər hansı bir şəxs, o cümlədən qarajın ətrafında yaşayan sakinlər tərəfindən qarajla bağlı heç bir şikayət yoxdur.
28. Belə olan halda, cavabdehin sözügedən qaraja 24 kv.metr ölçüsündə texniki pasportun tərtib edilməsindən imtina etməsi qanuni və əsaslı sayıla bilməz.
29. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-431/2023 nömrəli qərarı qismən, yəni birinci instansiya məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3539/2022 nömrəli qərarının iddiaçının sözügedən qaraja dair 24 kv.metr ölçüsündə texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasının (24 kv.metr hissədə) rədd edilməsi hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməli, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-431/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlan ılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 21(103)-431/2023 nömrəli qərarı qismən, yəni birinci instansiya məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(112)-3539/2022 nömrəli qərarının iddiaçının Bakı şəhəri, ünvan 1ə yerləşən qaraja dair 24 kv.metr ölçüsündə texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasının (24 kv.metr hissədə) rədd edilməsi hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. İddiaçının iddiası həmin hissədə, yəni sözügedən qarajın 24 kv.metr hissəsinə texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 21(103)-431/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.