Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1837/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əhəmiyyətli sayda sübutların araşdırılmasının zəruriliyini nəzərə alaraq işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdeh Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “02.08.2019-cu il tarixli məktubun, ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi və ya ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1291/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABX saylı göndərişi əsasında 11.09.2019-cu il tarixdə qiymlətləndirilmiş və “Monokulyat korluq, OD-zədədən sonrakı vəziyyət. Digər qlaukoma, OD-terminal qlaukoma. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş, OD – travmadan sonrakı qüzehli qişanın kalaqoması. Görmə sinirinin atrofiyası, OD Görmə sinirinin atrafiyası. VOD – qeyri düzgün işıq duyğusu, VOS – 0.2 k/ilə” diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABRG saylı göndərişi əsasında 11.03.2019-cu il tarixdə təkrar qiymətləndirilmiş və “Monokulyar korluq. İstehsalatda bədb əxt hadisə nəticəsində zədədən sonrakı vəziyyət. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş. OD-Travmadan sonrakı qüzehli qişanın kalaqoması. Digər qlaukoma. OD-Terminal qlaukoma. Görmə sinirinin atrofiyası. OD- Görmə sinirin atrofiyası. Afakiya. Hipermetropiya. Vİd OD- Qeyri düzgün işıq duyğusu. Vis OS= 0,2 k/ilə” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 50 % (əlli faiz) əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən 24 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş İZ formalı akt əsasında müəyyən edilmişdir. Akta görə, İddiaçı 13 fevral 2018-ci il tarixdə iş zamanı sağ gözündən travma almışdır. “X1”-nin məktubundan müəyyən olunmuşd ur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika istehsalat bölümünün “Bahar” MGE-nin karotajçısı İddiaçı 2013-2018-ci illər ərzində dövrü göz müayinəsi zamanı sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuş (əl hərəkəti, sıfır, 0.02) və bütün müayinələrdə “Sağ gözdə afakiya, xarici çəpgözlük” diaqnozu müəyyən edilmişdir. Sənədlərdən müəyyən edilmişdir ki, 2018-ci il tarixdə istehsalatda xəsarət alan vaxtda sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuşdur, sağ gözün görmə itiliyi istehsalatda alınmış xəsarət nəticəsində itirilməmişdir. Cavabdeh tərəfindən 11.03.2019-cu il tarixli müayinə aktı 06.11.2019-cu il tarixdə etibarsız sayılmış və bu barədə, elektron informasiya sistemində müvafiq qeydlər aparılmışdır İŞ ÜZ RƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “02.08.2019-cu il tarixli məktubun, ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi və ya ləğv edilməsi, ona sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsi əlili olmaqla, şəhid ailəsidir. Təkrar gözdən əlillik vəziyyəti ilə əlaqədar Agentliyə müraciət etmiş, lakin Agentlik tərəfindən 02 avqust 2019-cu il tarixdə "xxxx" ASC-yə onun tələbi əsasında məktub təqdim edilmişdir. Əlillik vəziyyəti ilə əlaqədar səhiyyə müəssisəsinin 2788003AABPX nömrəli göndərişi əsasında 11.09.2018-ci il tarixdə qiymətləndirilmiş və “monokulyar korluq, OD-zədədən sonrakı vəziyyət, digər qlaukoma, OD-terminal qlaukoma, qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilməmiş, OD-travmadan sonra sonrakı qüzehli qişanın kalaqoması, görmə sinirinin atrofiyası, OD görmə sinirinin atrofiyası, VOD-qeyri-düzgün işıq duyğusu, VOS-0.2 k/ilə diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz dərəcəli əlillik təyin edilmişdir. Daha sonra onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABRG nömrəli göndərişi əsasında 11.03.2019cu il tarixdə təkrar qiymətləndirilmiş və “monokulyar korluq, istehsalatda bədbəxt hadisə nəticəsində zədədən sonr akı vəziyyət, qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilməmiş, OD-travmadan sonra sonrakı qüzehli qişanın kalaqoması, görmə sinirinin atrofiyası, OD görmə sinirinin atrofiyası, VOD qeyri-düzgün işıq duyğusu, VOS-0.2 k/ilə diaqnozuna görə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz dərəcəli əlillik, 50% əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən təkrar gözündən zədə alması, istehsalatda xəsarət aldığı vaxtdan sağ gözünün görmə qabiliyyətini praktiki itirilməsi, sağ gözün görmə itirilməsinin istehsalatda alınmış xəsarət nəticəsində itirilməsinə baxmayaraq "xxxx" ASC tərəfindən sığorta ödənişi ona ödənilməli olduğu halda ödənilmir.
4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddia ərizəsinə etiraz edərək iddia tələbinin onlara aid hissədə rədd edilməsini xahiş etmişdir.
5. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz edərək iddia tələbinin onlara aid hissədə rədd edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-3712/2020 saylı qərardadı ilə (hakim: A.A.Abdullayeva) iddia tələbi "xxxx" ASC-yə münasibətdə mümkün sayılmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, "xxxx" ASC inzibati orqan olmadığından iddia tələbi ona münasibətdə mümkün sayıla bilməz.
8. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-3712/2020 saylı qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 2013- 2018-ci illər ərzində dövrü göz müayinəsi zamanı sağ gözünün görmə itiliyi praktik korluq səviyyəsində olduğundən (əl hərəkəti, sıfır, 0.02) və bütün müayinələrdə “Sağ gözdə afakiya, xarici çəpgözlük” diaqnozu müəyyən edildiyindən, iddiaçının 2018-ci il tarixdə istehsalatda xəsarət alan vaxtda sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olduğundan, sağ gözün görmə itiliyi istehsalatda alınmış xəsarət nəticəsində itirilmədiyi işin halları ilə sübuta yetirildiyindən, bununla da, cavabdehin mübahisəli aktının etibarsız sayılması və ya ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
10. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1291/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: M.N.Tağızadə və A.S.Hüseynov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-3712/2020 saylı qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
12. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının məhkəmədə qaldırdığı iddia tələbinin onun hüquqi marağını əhatə edib-etmədiyini araşdırmadan, iddiaçıya hüquqi marağının nədən ibarət olduğunu ümumiyyətlə aydınlaşdırmadığı üçün düzgün hüquqi yardım göstərib tələbinin dəqiqləşdirilməsi barədə irad ə ifadəsinin olub-olmadığını müəyyən etmədən mahiyyəti üzrə qərar qəbul etmişdir ki, bununla da zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki, məhkəmənin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırdıqdan sonra iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım etmək imkanı var idi.
13. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin d əlilləri:
14. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2788003AABPX saylı göndərişi əsasında 11.09.2018-ci il tarixdə onun iştirakı olmadan qiymətləndirilmişdir.
15. Daha sonra qeyd edilir ki, "xxxx" ASC-nin 22 aprel 2019-cu il tarixli 19010102264 saylı məktubu əsasında iddiaçının əlillik vəziyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən araşdırılmışdır. Araşdırma zamanı "X1" MMC-nin məktubundan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Mədəngeofızika istehsalat bölümünün "Bahar" MGE-nin karotajçısı İddiaçı 2013-2018-ci illər ərzində dövrü müayinəsi zamanı sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuş (əl hərəkəti, sıfır, 0,02) və bütün müayinələrdə "Sağ göz afakiya, xarici çəpgözlük" diaqnozu müəyyən edilmişdir. Sənədlərdən müəyyən edilmişdir ki, 2018-ci tarixdə istehsalatda xəsarət alan vaxtda sağ gözün görmə itiliyi praktik korluq səviyyəsində olmuşdur, sağ gözün görmə itiliyi istehsalatda alınmış xəsarət nəticəsində itirilməmişdir. Buna görə də, həmin zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizi təyin olunmur. Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Xidməti tərəfindən İddiaçı hüquqlarının pozulması istiqamətində hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının qanunauyğun olduğu halda Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv etməsinin qanunsuz və əsassız olduğunu deməyə əsa s verir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kasasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
18. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, ba rəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KA SSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. İş materiallarından görünür ki, iddiaçının cavabdehə qarşı tələbi “02.08.2019-cu il tarixli məktubun, ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi və ya ləğv edilməsi” barədədir.
24. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 2013- 2018-ci illər ərzində dövrü göz müayinəsi zamanı sağ gözünün görmə itiliyinin praktik korluq səviyyəsində olmasına, (əl hərəkəti, sıfır, 0.02), bütün müayinələrdə “Sağ gözdə afakiya, xarici çəpgözlük” diaqnozunun müəyyən edilməsinə, iddiaçının 2018-ci il tarixdə istehsalatda xəsarət alan vaxtda sağ gözünün görmə itiliyinin praktik korluq səviyyəsində olmasına, sağ gözünün görmə itiliyinin istehsalatda alınmış xəsarət nəticəsində itirilmədiyinin işin halları ilə sübuta yetirilməməsinə, bununla da, cavabdehin mübahisəli aktının etibarsız sayılması və ya ləğv edilməsi üçün əsasların mövcud olmamasına əsaslanaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
25. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmaya raq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ləğv və ya etibarsız hesab edilməsini tələb etdiyi 02.08.2019-cu il tarixli məktubun verilmə əsasları, yəni cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd edilən eyni tarixdə qəbul edilmiş fərqli və ziddiyyətli sənədlər, həmin sənədlərin tərtib olunma əsasları yoxlanılmamış, sözügedən məktub inzibati akt kimi, iddia isə mübahisələndirmə haqqında iddia növü kimi qəbul edilmiş, nəticədə məktubun həm ləğv edilməsi, həm də etibarsız hesab edilməsi ilə bağlı tələb dəqiqləşdirilmədən iddia rədd edilmişdir.
26. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş üzrə iddiaçının hüquqi marağı onun gözdən əlil olması ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş zi ddiyyətli sənədin ləğv edilməsi və onun əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edilmiş sənədin bərpa edilməsindən ibarət olmuşdur. Lakin işə baxmış birinci instansiya məhkəməsi iddiaçının məhkəmədə qaldırdığı iddia tələbinin onun hüquqi marağını əhatə edib-etmədiyini araşdırmadan, iddiaçıya hüquqi marağının nədən ibarət olduğunu aydınlaşdırmadığı üçün düzgün hüquqi yardım göstərib tələbinin dəqiqləşdirilməsi barədə iradə ifadəsinin olub-olmadığını müəyyən etmədən mahiyyəti üzrə qərar qəbul etmişdir ki, bununla da zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki, məhkəmənin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırdıqdan sonra iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım etmək imkanı var idi.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələb i üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu o lması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7).
28. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərək ətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır.
29. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının qoyulan iddia tələbi ilə əhatə olunub-olunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli və yalnız bu barədə hüquqi yardım göstərdikdən sonra işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul etməlidir.
30. Məhkəmə kollegiyası hesa b edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
31. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1291/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.