Məhkəmə qərarları › İş №2-1(102)-1837/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1837/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1837/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləh iş bağ massivində yerləşən 4047 nömrəli bağ sahəsinin faktiki ölçüdə, yəni 1125,3 kv.m hissəsinin mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2-1(103)-1498/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 15/558 nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 136 nömrəli bağ-tikinti kooperativinin 25 üzvünə bağ sahələrinin ayrılması qərara alınmış, bağlar təsərrüfat id arəsinin siyahısı təsdiq edilmiş və X1 adı bağ sahələrinin ayrılmasını təsdiq edən siyahıda 10-cu bənd qarşısında göstərilmişdir.

2. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin Ləhiş bağlar sahəsində 136 nömrəli kooperativi tərəfindən X2 Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 15/558 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 136 nömrəli bağ-tikinti kooperativinin nəzdində 0,12 ha torpaq sahəsi olan 4047 nömrəli bağın ayrılmasına dair order verilmişdir. 3. 24 sentyabr 2002-ci il tarixli, AZ-İ 000864 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 06 avqust 2002-ci il tarixdə vəfat etmişdir.

4. Bakı şəhəri 14 saylı Notariat ofisinin 21 fevral 2022-ci il tarixli, 543 nömrəli məktubuna əsasən İddiaçı 06 av qust 2002-ci il tarixdə vəfat etmiş X1 vərəsəsidir.

5. İddiaçı sözügedən bağ sahəsinin mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi barədə cavabdehə müraciət etmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, sözügedən bağ sahəsinə dair orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin bağ sahəsinin faktiki ölçüsü sənəd üzrə qeyd edilən 1200 kv.m-dən 74,7 kv.m azdır. Eləcə də, sözügedən torpaq sahəsi qonşu torpaq sahəsi ilə eyni hasar daxilində olduğu üçün notarial qaydada razılaşdırılmış bölgü sxeminin təqdim edilməsi məqsədəmüvafiqdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 136 saylı kooperativi tərəfindən 18 yanvar 1990-cı il tarixdə verilmiş orderə əsasən X2 Bakı şəhər İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 15/558 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 136 saylı MTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisə predmetini təşkil edən torpaq sahəsinin mərhum X2 məxsus olması haqqında arayışın verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, mərhum anasının torpaq sahəsi üzərində hüquqları yaranmış, lakin onun vəfatı ilə əlaqədar həmin hüquqlar rəsmiləşdirilməmişdir. Halbuki onun torpaq sahəsinə münasibətdə hüquqlarının yaranmasını təsdiq edən bir çox sənəd mövcud olmuşdur. İddiaçı hazırkı iddia tələbi üzrə eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən etiraz təqdim etmişdir.

10. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Ba kı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4047 nömrəli bağ sahəsinin faktiki ölçüdə, yəni 1125,3 kv.m hissəsinin mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 04 noyabr 2022-ci il tarixli, 2-1(112)-8781/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4047 nömrəli bağ sahəsinin faktiki ölçüdə, yəni 1125,3 kv.m hissəsinin mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

12. Birinci inst ansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının vərəsəsi olduğu mərhumun mübahisələndirilən əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırkı halda əmlakın mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi, torpaq sahəsinin ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi bağ sahəsinə dair orderin idarənin arxivində aşkar edilməməsi; bağ sahəsinin faktiki ölçüsünün sənəd üzrə qeyd edilən 1200 kv.m-dən 74,7 kv.m az təşkil etməsi və bölgü sxeminin təqdim edilməməsi göstərilmişdir. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyy əti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialında saxlanılan və məhkəmə icraatı zamanı təqdim olunan sənədlər toplusundan görünür ki, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 15/558 nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 136 nömrəli BTK-nın 25 üzvünə bağ sahələrinin ayrılması qərara alınmış, bağlar təsərrüfat idarəsinin siyahısı təsdiq edilmiş və mərhum X1 adı bağ sahələrinin ayrılmasını təsdiq edən siyahıda 10-cu bənd qarşısında göstərilmişdir. Doğrudur ki, hazırkı mərhələdə iddiaçının məhkəmə icraatı zamanı təqdim etmiş olduğu Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 136 s aylı kooperativi tərəfindən verilmiş order aşkar olunmamışdır. Nəzərə alınmalıdır ki, həmin orderin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Bağ sahəsinin iddiaçının mərhum anasına ayrılmasını təsdiq edən digər hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən olunduğundan, orderin hazırkı mərhələdə müəyyən edilməməsi onun ziyanına şərh edilə bilməz. Nəzərə alınmalıdır ki, hətta həmin order mövcud olmasa belə, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 15/558 nömrəli qərarı mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir. Göründüyü kimi, iddiaçının mərhum anasının iddia olunan bağ sahəsinə münasibətdə hüquqları yaranmışdır ki, bu hüquqlarının yaranmasına əsas onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində sadalanmış sənədlərə malik olmasıdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi birinci əsas iddianın təmin edilməməsinə yönələ bilməz. Cavabdehin imtina əsası kimi göstərdiyi ikinci və üçüncü əsasa münasibətdə məhkəmə bildirir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş müayinə aktından da göründüyü kimi, vətəndaş tərəfindən göstərilən bağ sahəsinin üç tərəfi mişar daşından olan hasardır, cənub tərəfində isə bacısına aid olan bağ sahəsi olduğu üçün iki sıra mişar daşı düzəldilərək ayrılmış, bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.m olmalı olduğu halda, faktiki ölçüsü 1125,3 kv.m təşkil edir. Məhkəmə qeyd edir ki, doğrudur ki, iddiaçı ilkin olaraq torpaq sahəsinin 1200 kv.m hissəsinin mərhuma məxsus olması barədə ara yışın verilməsini tələb etmiş, lakin sonradan iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək torpaq sahəsinin faktiki olaraq 1125,3 kv.m hissəsinə münasibətdə tələb irəli sürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim olunduğundan cavabdehin imtina əsası kimi göstərdiyi ikinci və üçüncü əsas aradan qalxmışdır. Qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum X3 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmas ına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Apellyasiya baxışı zamanı X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

15. Apellyasiya baxışı zamanı üçüncü şəxs X7 izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır və qardaşı ilə heç bir mübahisə yoxdur. Qardaşının, yəni iddiaçının arayış verilməsini tələb etdiyi bağ sahəsi ilə onun ərinə verilmiş və yaşadığı 4047A bağ sahəsi qonşudur və yerdən müəyyən hündürlükdə daş hasarla ayrılmışdır. Odur k i, iddianın təmin olunmasına etiraz etmir. Bu barədə notarial ərizə təqdim edilmiş, lakin özü də məhkəmə icraatına cəlb olunmaq istəmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 11 aprel 2023-cü il tarixli, 2-1(103)-1498/2023 nömrəli ilə qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(112)8781/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZ İN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtina məktubunun, iddia ərizəsinə qarşı təqdim edilmiş etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respulikasının Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əs aslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydi yyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qan un və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Ele ktron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məc əlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hiss əsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şika yətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməs inin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Hazırkı iş üzrə iddiaçının hüququ marağı Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 136 saylı kooperativi tərəfindən 18 yanvar 1 990-cı il tarixli orderlə mərhum X2 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4047 nömrəli bağ sahəsinin faktiki ölçüdə, yəni 1125,3 kv.m hissəsinin mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsinə yönəlmişdir. 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

34. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X3 mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir.

35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında ver ilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin s ənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

37. Kassasiya şikayətinin təkrarlanan dəlilinə əsasən cavabdehin torpaq sahəsinin ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi bağ sahəsinə dair orderin idarənin arxivində aşkar edilməməsi; bağ sahəsinin faktiki ölçüsünün sənəd üzrə qeyd edilən 1200 kv.m-dən 74,7 kv.m az təşkil etməsi və bölgü sxeminin təqdim edilməməsi göstərilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının məhkəmə icraatı zamanı təqdim etmiş olduğu Bakı şəhər İcraiyyə Komitəsinin B ağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 136 saylı kooperativi tərəfindən verilmiş orderin idarənin arxivində aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Bağ sahəsinin iddiaçının mərhum anasına ayrılmasını təsdiq edən digər hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən olunduğundan, orderin hazırkı mərhələdə müəyyən edilməməsi onun ziyanına şərh edilə bilməz. Nəzərə alınmalıdır ki, hətta həmin order mövcud olmasa belə, Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 15/558 nömrəli qərarı mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir. Apellyasiya baxışı zamanı isə mərhum X2 verilmiş 18 yanvar 1990-cı il tarixli orderin əsli məhkəmə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş dur.

39. Cavabdehin imtina əsası kimi göstərdiyi ikinci və üçüncü əsasa münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş müayinə aktından da göründüyü kimi, vətəndaş tərəfindən göstərilən bağ sahəsinin üç tərəfi mişar daşından olan hasardır, cənub tərəfində isə iddiaçının bacısına aid olan bağ sahəsi olduğu üçün iki sıra mişar daşı düzəldilərək ayrılmış, bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.m olmalı olduğu halda, faktiki ölçüsü 1125,3 kv.m təşkil edir. Doğrudur ki, iddiaçı ilkin olaraq torpaq sahəsinin 1200 kv.m hissəsinin mərhuma məxsus olması barədə arayışın verilməsini tələb etmiş, lakin sonradan iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək torpaq sahəsinin fakt iki olaraq hissəyə, yəni 1125,3 kv.m hissəsinə münasibətdə tələb irəli sürmüşdür. Belə olan halda, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim olunduğundan cavabdehin imtina əsası kimi göstərdiyi ikinci və üçüncü əsas aradan qalxmışdır.

40. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli bağ sahəsinə dair hüququn mərhum X2 məxsus olması barədə müvafiq arayışın verilməsindən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqınd a Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin (həmin dövrdə qüvvədə olan redaksiyada) tələblərinə zidd olmaqla qanunsuz olmuşdur.

41. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 21(103)-1498/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar