Məhkəmə qərarları › İş №2-1(102)-1838/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1838/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1838/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinin nümayəndə si və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (bundan sonra cavabdeh) qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-989/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus pensiya işindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi tərəfindən iddiaçıya xx.xx.1992-ci il tarixdə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nəsimi şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən iddiaçıya xx xxxx 2017-ci il tarixdə verilmiş №-015085 saylı vəsiqədən görünür ki, onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır.

3. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2) qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 20.17.1 -ci maddəsinə əsasən hərbi qulluqçuların ailə üzvlərinə ilə başçısını itirməyə görə əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə əlilləri sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ail ə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) miqdarında müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. İddiaçıya həmin Qanunun 4.4cü maddəsinə əsasən mərhum həyat yoldaşının sığorta kapitalına uyğun olaraq əmək pensiyasının məbləği 193,20 manat və Qanunun 19.1.1 -ci maddəsinə uyğun olaraq 93,50 manat (cəmi 193,20+93,50=286,70) olmaqla əmək pensiyası müəyyən edilmişdir. Mərhum həyat yoldaşı Ə.M.Məmmədovun hərbi qulluqçu olması ilə əlaqədar Qanunun 20.17.1-ci maddəsinə uyğun olaraq onun təminat xərcliyinin 50 faiz məbləği (482,45 manat) ilə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği (286,70 manat) arasındakı fərq qədər, yəni 195,75 manat məbləğində qulluq stajına görə əlavə müəyyən edilir. Qeyd olunanlara əsasə n iddiaçıya ödənilən əmək pensiyası cəmi 482,45 manat məbləğində hesablanır. Ə.M.Məmmədovun 25 il 08 ay 23 gün sığorta stajına görə sığorta kapitalına əsasən təyin edilən əmək pensiyası 193,20 manat, Qanunun 19.1.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə 93,50 manat, mərhum həyat yoldaşının qulluq stajına görə əmək pensiyasına əlavə 195,75 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı x xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdeh tərəfindən yol verilən və mərhum şəhid Ələkbər Məmmədovun ailəsinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması, o cümlədən cavabdehin x xxx 2019-cu il tarixli, **********6 nömrəli məktubunun əsassız sayılması, ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin (93,5 manat) xx xxxx 2019-cu il tarixindən hər təqvim ayı üzrə hesablanan pensiya məbləğinə əlavə edilməklə ödənilməsi, xx xxxxxx 2006-cı il tarixindən xx xxxx 2019-cu il tarixinədək ödənilməmiş 11 074,00 manat məbləğində vəsaitin şəhidin həyat yoldaşı olan iddiaçıya birdəfəlik (tam şəkildə) ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı Ə.M.Məmmədov xx xxx 1992-ci il tarixdə Goranboy rayonunda xidməti vəzifələrinin icrası zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olması ilə əlaqədar ona ödənilən “ailə başçısını itirməyə görə” əmək pensiyası “Əmə k pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq əlavələr hesablanmadan ödənilməkdədir. Məlum olduğu kimi Qanunun 19.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası üzrə şəhidlərin ailə üzvlərinə müvafiq əlavələr ödənilməlidir. (Qanunun həmin maddəsinin 2017-ci il 1 iyul tarixinədək qüvvədə olmuş redaksiyası üzrə yaşa görə əmək pensiyasının müəyyən edilmiş faizi nisbətində, həmin tarixdən qüvvəyə minmiş yeni redaksiya üzrə isə 93,5 manat məbləğində). Lakin qanun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dən etibarən indiyədək qeyd olunan təyinat üzrə onlara hər hansı ödəniş edilməmişdir ki, bu hal Qanunun tələblərinə ziddir. İddiaçı qeyd etmişdir ki, müvafiq əlavələr üzrə onlara ödənilməmiş məbləğ cəmi 11 074,00 manat təşkil edir ki, bu məbləğ aşağı dakı kimi formalaşmışdır. Qeyd olunan məsələ ilə bağlı ilk olaraq xx xxxxxx 2019-cu il tarixdə iddiaçı tərəfindən cavabdehə Qanun qüvvəyə mindiyi tarixdən etibarən bütün dövr ərzində mərhumun ailəsinə edilmiş pensiya ödənişləri ilə bağlı ətraflı məlumat əldə edilməsi məqsədi ilə yazılı müraciət ünvanlanmışdır. Müraciətində 2006-cı il yanvarın 1-dən 2017-ci il iyulun 1-dək edilmiş ödənişlərə münasibətdə baza və sığorta hissələri üzrə ödənişlər ayrılıqda göstərilməklə təqdim olunması xüsusilə qeyd olunmuşdur. Cavabdehin x xxxx 2019-cu il tarixli cavab məktubunda müraciəti üzrə müvafiq məlumatlar təqdim edilmişdir. Həmçinin xüsusi qeydlərinə cavab olaraq bildirilmişdir ki, iddiaçıya ödənilən pensiya məbləği mərhum həyat yoldaşının təminat xərcliyindən hesablandığından pensiya ödənişinin baza və sığorta hissələrinin ayrı-ayrılıqda göstərilməsi mümkün deyildir. Beləliklə, müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən müvafiq əlavələr üzrə onlara hər hansı ödəniş edilməyib. Odur ki, bununla əlaqədar xx xxxx 2019-cu il tarixdə cavabdehə ünvanlanan ikinci məktubda “ailə başçısını itirməyə görə” əmək pensiyası üzrə müvafiq əlavələrin ödənilməsini tələb etmişdir. Lakin cavabdehin x xxx 2019-cu il tarixli cavab məktubuna əsasən müraciəti təmin edilməmişdir. Buna səbəb kimi isə Qanun təhrif edilməklə əsassız və həqiqətə uyğun olmayan məlumatlara istinad edilmişdir. Belə ki, Qanunun 20.17.2-ci maddənin son hissəsi 20.17.1-ci maddəyə əlavə olunmaqla süni şəkildə Qanuna məna yüklənməyə çalışılmışdır ki, 20.17.1-ci maddədə aradakı fərqin ödənilməsindən bəhs olunmur. Bununla yanaşı cavabdeh öz ünün xx.xx.2019-cu il tarixli cavab məktubuna uyğun gəlməyən və qanunvericiliyə zidd olan mövqe nümayiş etdirməklə məsələnin müsbət həllindən yayınmaq üçün əsassız uyğunlaşdırmalar etmişdir. Məktubda qeyd edilənlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir və əsassızdır. Belə ki, pensiyaya əlavə ödəniş almaq hüquqlarının Qanunun müddəalarının təhrif edilməsi və özü-özlüyündə sığorta hissəsindən ibarət olan təminat xərcliyini süni şəkildə hissələrə bölünməklə əldə edilmiş həqiqətə uyğun olmayan və hər hansı hüquqi əsasa söykənməyən məlumatlar heç də müvafiq ödənişin bizə tətbiq olunmamasına əsas ola bilməz. Cavabdehin hazırkı mövqeyi nəinki qanunvericiliyə, həm də özünün ifadə etdiyi iradəsinə uyğun deyil. Cavabdehin məktublarında yazılanlardan belə çıxır ki, təminat xərcliyi özü-özlüyündə yalnız sığorta hissəsindən ibarət olsa da həmin məbləğin ödənilməməsinin səbəbi məhz onun sığorta hissəsinin fərqli olmasıdır. Bu isə o deməkdir ki, qanunvericilik eyni pensiya növü üzrə iki fərqli sığorta hissəsi müəyyən etmişdir. Özüözlüyündə sığorta hissəsi hesab edilən təminat xərcliyinin sığorta hissəsi fərqlidir, hərbi qulluqçu olub-olmamasından asılı olmayaraq Qanunun müddəaları onlara tətbiq olunmur. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-2675/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya cavabdeh tərəfindən yol verilən və mərhum şəhid Ə.Məmmədovun ailəsinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması, o cümlədən cavabdehin x xxx 2019-cu il tarixli məktubunun əsassız sayılması, ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin (93,5 manat) x xxxx 2019-cu il tarixdən hər təqvim ayı üzrə hesablanan pensiya məbləğinə əlavə edilməklə ödənilməsi, x xxxxxx 2006-cı il tarixdən x xxxx 2019-cu il tarixədək ödənilməmiş 11.074,00 manat məbləğində vəsaitin şəhidin həyat yoldaşı iddiaçıya birdəfəlik (tam şəkildə) ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin normalarından və işin hallarından göründüyü kimi, iddiaçı şəhid ailəsidir və onun ailə başçısını itirməyə görə əmək pensiyası və həmin pensiyalara əlavələri almaq hüququ vardır. Cavabdehin isə iddiaçının həmin tələblərindən əsassız olaraq imtina etməsi iddiaçının Konstitusiya ilə təmin edilmiş sosial təminat hüququnun pozulması deməkdir.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X4-məruzəçi, X7 və X5, 2-1(103)-989/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.

10. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını xx xxxx 2020-ci il tarixdə almış, x xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəli lləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

11. Cavabdeh iddiaçıya ünvanladığı məktubda ancaq onun aldığı əmək pensiyasının məbləğinin formalaşdığı vəsaitlərin açıqlamasını vermişdir. Həmin məktubda iddiaçının pensiyasının yenidən hesablanıb hesablanmamasına münasibət bildirilməmişdir.

12. Məhkəmələr məlumat xarakterli məktubun əsassız sayılmasını qeyd etmişlər və bu zaman həmin məktubda qeyd edilən məlumatların hansı səbəbdən etibarsız hesab edilməsini əsaslandırmamışlar. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə. 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Maddə.14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: (-)... Maddə 19.1. Əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.1. Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində; (-). Maddə 20.17. Bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Maddə 20.17.1. Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluq çular sırasından olan pensiyaçıların ailələrinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); Maddə 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyü ş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (x xxxx 2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (x xxxx 2017-ci ildən qüvvəyə minmiş redaksiya). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı x xxxxxxx 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tu tulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 98-1.3. Ali Mə hkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. 98-1.5. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 981.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

20. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apely asiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

23. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini yerinə yetirməklə vəfat etmiş hərbi qulluqçuların ailələrinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliy inin 50 faizi miqdarında müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən olunur. Qanunun 4.4-cü maddəsinə əsasən iddiaçının ərinin sığorta kapitalına uyğun olaraq əmək pensiyasının məbləği 193,20 manat və Qanunun 19.1.1-ci maddəsinə uyğun olaraq 93.50 manat (cəmi 193,29+93,50=286,70) olmaqla əmək pensiyası müəyyən edilir.

24. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

25. Cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2814/2019 saylı x xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin olunmuş, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının x xxxx 2019-cu il tarixdən hər təqvim ayı üzrə hesablanan məbləğinin Qanunun tələblərinə uyğun olaraq mərhum həyat yoldaşının təminat xərcliyindəki dəyişikliklər nəzərə alınmaqla, təminat xərcliyinin 80 faizinə çatdırılmaqla ödənilməsi, x xxxx 2017-ci il tarixdən indiyədək ödənilməmiş 6.420 manat vəsaitin ona ödənilməsi vəzifəsi DSMF-nin X6 İdarəsinə həvalə edilmişdir.

26. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2814/2019 saylı x xxxxxx 2019-cu il tarixli qərarından kasasiya şikayəti verilməmiş, qərar qüvvəyə minmişdir.

27. Qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası x xxxx 2019-cu il tarixdən mərhum həyat yol daşının təminat xərcliyindəki dəyişikliklər nəzərə alınmaqla, təminat xərcliyinin 80 faizi miqdarında ödənilməyə başlanmış, x xxxx 2017-ci il tarixdən x xxxx 2019-cu il tarixədək olan dövr üçün məbləğ də ayrıca müəyyən edilmişdir. 28. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1-ci maddəsində Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini yerinə yetirməklə vəfat etmiş hərbi qulluqçuların ailələrinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi miqdarında müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən olunması barədə müddəa mövcud olmamışdır.

29. Digər tərəfdən, ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 fa izi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədərin ödənilməsi Qanunun 20.17.2-ci maddəsində təsbit edilmişdir və bu qaydada hesablama hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə şamil edilmişdir.

30. İddiaçı isə Qanunun 20.17.2-ci maddəsində deyil, 20.17.1-ci maddəsində nəzərdə tutulmuş şəxsin ailə üzvü olmuşdur.

31. İddiaçıya münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyası hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1 və 19.1.1-ci maddələrinin tələbləri təmin edilməlidir.

32. Apelyasiya instansiyası məhkəməsi adı çəkilən normalara uyğun iddiaçının pensiyasının hesablanması nəticəsinə gəlmişdir.

33. Lakin cavabdehin dəlilləri nəzərə alınarsa apelyasiya məhkəməsinin hesabladığı məbləğ düzgün olmamışdır. Belə ki, cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının pensiyası hesablanan zaman 93,50 manat nəzərə alınmışdır, lakin hesablama qaydası düzgün aparılmamışdır.

34. Odur ki, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1 və 19.1.1ci maddələrinin tələbləri nəzərə alınma qla iddiaçının pensiyasını müəyyən edə bilərdi.

35. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum həyat yoldaşının təminat xərcliyindəki dəyişikliklər nəzərə alınmaqla, təminat xərcliyinin 80 faizi miqdarına 93,50 manat əlavə hesablanmaqla iddiaçının əmək pensiyası müəyyən edilməli, bu qaydada əvvəlki dövrlər üçün pensiya fərqi hesablanıb iddiaçıya ödənilməlidir.

36. Pensiya fərqinin əvvəlki hansı dövrlər üçün ödənmənin aparılması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı x xxxxxxx 2020-ci il tarixli qərardadı ilə aşağıdakılar müəyyən edilmişdir.

38. İddiaçı Azərbaycan Respublikas ı Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli 1578 saylı əmri ilə xidmətə qəbul olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli 349 saylı əmri ilə daxili işlər orqanları sıralarından xaric olunmuşdur. İddiaçının müraciətləri nəticəsində Daxili İşlər Nazirliyi tərəfindən xidmət illəri yenidən hesablanmış və onun barəsində pensiya təyin olunması məqsədilə müvafiq məlumat vərəqəsi tərtib olunmuşdur. Bundan sonra iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsinə əsasən cavabdeh tərəfindən 20 il 1 ay 2 gün xidmət illərinə görə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il daxil edilməklə ödənilməmiş pensiya hesabl anmışdır. İddiaçı bildirir ki, ona DİO sıralarından xaric olunduğu müddət olan xx xxxxxx 2004-cü il tarixdən xx xxx 2018-ci ilədək, yəni, əmək pensiyası təyin edildiyi günədək 14 il 3 ay pensiya hesablanmalı olduğu halda, cəmi əvvəlki 3 il üçün pensiya hesablanmışdır. Bununla da, ödənilməli olan 11 il 3 aylıq pensiya ödənilməmiş, nəticədə isə konstitusion hüququ olan sosial təminat hüququ pozulmuşdur. Kasasiya icraatı zamanı mübahisəli hüquqi məsələyə dair kasasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməli müəyyən olunduğundan hazırkı işə baxan məhkəmə tərkibi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə təqdimatla müraciət etmişdir. Təqdima tın dəlillərinə görə, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Hazırkı işə baxan məhkəmə tərkibi isə hesab etmişdir ki, bu işdə mübahisəli hüquqi məsələyə dair kasasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməli, Ali Məhkəmə mübahisəli məsələyə münasibətdə özünün yanaşmasını və hüquqi mövqeyini dəyişməlidir. Belə ki, sosial və iqtisadi məsələlərin tənzimlənməsində dövlətin daha geniş mülahizə sərbəstliyinə malik olduğu qəbul edilməli, xx.xx.2017-ci il tarixdən qüvvəyə minən qanunvericilikdəki əlavə və dəyişikliklərin məqsədi nəzərə alınmalı, pensiya sisteminə gətirilən yeniliklərin əmək pensiyası alan şəxsləri ümumən əlverişsiz vəziyyətlə qoyubqoymadığı, yəni dövlət büdcəsinin sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunmasından ibarət ictimai maraqla şəxsin mülkiyyət hüququ arasındakı ədalətli balansın təmin edilib-edilmədiyi təhlil olunmalıdır. Odur ki, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin e dilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.

39. Təqdimatla bağlı məhkəmə kollegiyası yuxarıda qeyd edilən x xxxxxxx 2020ci il tarixli qərardadla belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

40. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsəl əyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi x xxxxxxx 2020-ci il tarixli qərardadda təsbit etmiş, məhkəmə tərkibi eyni xarakterli hazırkı məsələyə baxarkən, x xxxxxxx 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.

41. Hazırkı işin hallarına görə iddiaçı xx xxxx 2019-cu il tarixdə pensiyanın yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir.

42. İddiaçı x xxxx 2017-ci ilə qədər pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmədiyindən və əvvəlki illərin fərqi iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməli olduğundan, xx xxxx 2016-cı il tarixdən xx xxxx 2019-cu ilə qədər dövr üzrə pensiyanın yenidən hesablanması tələbinə dair iddia təmin edilə bilər. 43. “Əmək pensiyaları h aqqında” Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli olduğundan təmin olunan məbləğin birdəfəlik tam ödənilməsi hissəsində iddia təmin edilə bilməz.

44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, xx xxxx 2016-cı ildən x xxxx 2017ci ilə qədər olan dövr və x xxxx 2017-ci ildən xx xxxx 2019-cu ilə qədər olan dövr üzrə müvafiq olaraq “Əmək pensiyaları haqqında” Qanunun 19 və 20.17.1-ci maddələrinin qüvvədə olan redaksiyasına uyğun hesablama aparıla bilər.

45. Odur ki, kasasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

46. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-989/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası mərhum həyat yoldaşının təminat xərcliyindəki dəyişikliklər nəzərə alınmaqla, təminat xərcliyinin 80 faizi miqdarına 93,50 manat əlavə edilməklə yenidən hesablanması, xx xxxx 2016-cı il tarixdən xx xxxx 2019-cu ilə qədər olan dövr üzrə “Əmək pensiyaları haqqında” Qanunun 19 və 20.17.1-ci maddələrinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun hesablanması, xx xxxx 2016- cı il tarixdən xx xxxx 2019-cu ilə qədər olan dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayla rın sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdeh DSMF-nin X6 İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar