Məhkəmə qərarları › İş №2-1(102)-1838/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1838/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1838/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili Cavid Əhmədovun iştirakı ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövl ət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-193/2021 nömrəli iş üzrə 11.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 06 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiaçının 03.02.1988-ci ildən - 10.09.2003-cü ilə qədər “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinisti nin köməkçisi və 01.08.2001-ci ildən bu günə qədər “xxx“ MMC-də teplovoz maşinisti işləməsi nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (pensiya hüququnun yarandığı 18.01.2019cu ildən) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi hesab edilməsini xahiş etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya t əyin olunması üçün Bakı 3 saylı “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Müraciətə cavab olaraq cavabdeh tərəfindən iddiaçıya 03.02.1988-ci il tarixdən 10.09.2003-cü il tarixədək “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-də teplovoz maşinisti işləməyinin dəmir yol nəqliyyatına aid olmadığı və lazım olan 12 il 6 ay güzəştli iş stajının olmaması səbəbindən pensiya təyin olunmasının qeyri mümkün olduğu bildirilmişdir. Halbuki iddiaçı 03.02.1988-ci il tarixdən 10.09.2003-cü il tarixədək “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi işləmişdir və 01.08.2001- ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-də teplovoz maşinisti vəzifəsində işləyir və iddiaçının ümum i iş stajı 25 il 8 ay 11 gün, güzəştli iş stajı isə 20 il 10 ay 28 gün təşkil edir. Cavabdeh təşkilat güzəştli şərtlərlə pensiya təyin etməkdən imtinasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat hissəsinin dəmir yolu nəqliyyatı, dəmir yolu lokomotiv briqadasının fəhlələri, ayrı-ayrı işçilər bəndində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulduğundan, iddiaçının isə 03.02.1988-ci il tarixdən 10.09.2003-cü il tarixədək “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci il tarixdən halhazıra kimi "xxxx" MMC- də teplovoz maşinisti işləməyinin dəmir yol nəqliyyatına aid olmadığı ilə əsaslandırmışdır. Belə olan halda teplovoz nəqliyyat vasitəsinin dəmir yoluna deyil hansı nəqliyyat vasitəsi növünə aid edildiyi iddiaçıya müəmmalı qalır və məhz buna görə iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi gülüş doğurur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Birinci instansiya məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(112)3192/2020 nömrəli (sədrlik edən hakim Miminаt Hаcıbəyоvа) qərarı ilə iddiа tələbinin təmin edilməsi, İddiaçı 03.02.1988-ci ildən 10.09.2003-cü ilə qədər “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci ildən bu günə qədər “xxx“ MMC-də teplovoz maşinisti işlədiyi dövr nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (pensiya hüququnun yarandığı 18.01.2019cu ildən) təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 26, 38, 71-ci maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 9.1, 9.8 və 32.1-1-ci maddələrinə, Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.2, 33.1 və 34.1-ci mаddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya sı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na istinad etməklə belə hesab etmişdir ki, iddiaçının əmək kitabçası da iddiaçının teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi peşəsində işləməsini təsdiq edir, iddiaçının işlədiyi müəssisələrin adından da həmin müəssisələrin (“Xüsusi Yol Təmir İdarəsi” və "xxxx" MMC) nəqliyyat müəssisələri olması aydın görünür, teplovozun isə nəqliyyat vasitəsi olaraq dəmir yoluna aid olması hamıya məlum olan haldır.

6. Bundan sonra Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə F оndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(112)-3192/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 11.03.2021-ci il tarixli, 2-1(103)-193/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Vidadi Məmmədov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 22.07.2020-ci il tarixli, 21(112)-3192/2020 nömrəli qərarının ləğv edilməsi, hazırkı iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “onun 03.02.1988-ci ildən 10.09.2003-cü ilə qədər “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci ildən bu günə qədər “xxx“ MMC-də teplovoz maşinisti işləməsi nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (pensiya hüququnun yarandığı 18.01.2019-cu ildən) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 9.1 və 9.8-ci maddələrinə, Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3, 13 və 67-ci maddələrinə, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinadən belə hesab etmişdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

9. İddiaçının kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin bununla razılaşması və onu əsas tutaraq iş üzrə qərar verərkən işə yanaşması obyektiv deyil və real gerçəklikləri əks etdirmir. Belə ki, bu zaman əsas sual yaranır. Əgər teplovoz nəqliyyat vasitəsinin dəmir yoluna aid deyilsə hansı nəqliyyat vasitəsi növünə aiddir? Bu hal müəmmalı qalır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçası da iddiaçının teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi peşəsində işləməsini təsdiq edir, iddiaçının işlədiyi müəssisələrin adından da həmin müəssisələrin (“Xüsusi Yol Təmir İdarəsi” və "xxxx" MMC) nəqliyyat müəssisələri olm ası aydın görünür, teplovozun isə nəqliyyat vasitəsi olaraq dəmir yoluna aid olması hamıya məlum olan haldır. Apellyasiya məhkəməsi isə bu hal ilə razılaşmır. Guya ki, iddiaçının işlədiyi teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi vəzifəsinin dəmiryol nəqliyyatı sahəsinə aid olması iş materialları ilə müəyyən edilmir.

10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(103)-193/2021 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apellyasiya instansiy ası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kassasiya şikayətinin təmin edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. M əhkəmə iclasında iştirak edən cavabdehin vəkili C.Əhmədov kassasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq

14. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun Maddə 3 bənd “e” Qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorlar ı, doktorantların əmək pensiyası almaq hüququ vardır. Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Maddə 67 hissəsinin İİİ bənd «ğ» ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidə n ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bölməsinin (Nəqliyyat) 4-cü bəndində (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulmuşdur.

16. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikay əti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

19. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməli, İddiaçı 03.02.1988-ci ildən 10.09.2003-cü ilə qədər “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci ildən bu günə qədər “xxx“ MMC-də teplovoz maşinisti işlədiyi dövr nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (pensiya hüququnun yarandığı 18.01.2019-cu ildən) təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır.

20. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər əsaslıdır.

21. Belə ki, əvvəla qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının rədd edilməsi qənaətinə gələrkən iş üzrə qəbul etdiyi 11.03.2021-ci il tarixli, 2-1(103)-193/2021 nömrəli qərarının əsaslandırıcı hissəsində özü müəyyən etmişdir ki, iddiaçı 11.11.1972-ci ildən 10.04.1980-ci ilə qədər, 07.07.1982-ci ildən 23.09.1982-ci ilə qədər zavodda takelajçı, 06.11.1982-ci ildən 19.10.1985-ci ilə qədər “Neft Daşları”nda qazmaçı köməkçisi, 25.11.1985-ci ildən 27.12.1985-ci ilə qədər Azərbaycan Dəmir Yolunun Kirovabad lokomotiv deposunda çilingər, 27.12.1985-ci ildən teplovoz maşinistinin köməkçisi, 15.01.1986-cı il tarixdə teplovozların təmiri üzrə üçüncü dərəcəli çilingər dərəcəsi verilmiş, 03.02.1988-ci ildən 01.11.1990-cı ilə qədər “Xüsusi Yol Təmiri” İdarəsində teplovoz maşinistinin köməkçisi, 01.11.1990-cı i ldən 10.11.2003-cü ilə qədər teplovoz maşinisti, 01.08.2001-ci ildən "xxxx" MMC-də teplovoz maşinisti işləyir.

22. Bundan sonra apellyasiya məhkəməsi qərarında yazır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bölməsinin (Nəqliyyat) 4-cü bəndində (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulmuşdur.

23. Göründüyü kimi iddiaçının işlədiyi peşələr müvafiq Siyahıda nəzərdə tutulsa da, həmin peşələr “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində öz əksini tapmışdır.”

24. Buna görə də apellyasiya instansiyası məhkəməsi belə ziddiyyətli nəticəyə gəlir ki, “iddiaçının işlədiyi teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi vəzifəsinin dəmiryol nəqliyyatı sahəsinə aid olması iş materilları ilə müəyyən edilmir.”

25. Həmçinin apellyasiya məhkəməsi 11.03.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından göründüyü kimi iddiaçıya məxsus AZE № 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur.” 26. “Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında iddiaçının 11.11.1972-ci ildən 10.04.1980-ci ilə qədər zavodda takelajçı peşəsində çalışdığını qeyd ermişdir.”

27. Buna görə də apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən 11.11.1972-ci ildən 10.04.1980-ci ilə qədər, yəni 10 yaşından zavodda takelajçı peşəsində işləməsi Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələblərinə əsasən qeyri-mümkündür.

28. Belə ki, həmin dövrdə qüvvədə olan Əmək Məcəlləsinin 250-ci maddəsinə əsasən əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır.

29. Apellyasiya instansiya məhkəməsi bu ziddiyyətli və əsassız mövqeyi hazırkı inzibati mübahisənin mahiyyətinə və işin hallarına formal yanaşmasının təzahürüdür.

30. Belə ki, iddiaçının teplovoz maşinisti işləməsi işin mübahisəsiz halıdır.

31. Belə olan halda apellyasiya məhkəməsinin “iddiaçının işlədiyi teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi vəzifəsinin dəmiryol nəqliyyatı sahəsinə aid olması iş materialları ilə müəyyən edilmir” kimi qənaətə gəlməsi təəcüb doğurmur.

32. Belə ki, adından da bəlli olduğu kimi “teplovoz” nəqliyyat vasitəsi, suda, havada və yaxud avtomobil yolunda məhz dəmiryolunda relslər üzərində sürülür.

33. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, əvvəla iddiaçıya məxsus işdə olan (iş səh. 8-14) UT-İ №0463126 əmək kitabçasından göründüyü kimi, həmin əmək kitabçasının doldurulma tarixi 30.11.1979-cu il olmaqla iddiaçı məhz 11.11.1979-cu il tarixdə işə qəbul olunmuşdur ki, belə olan halda isə, istər ümumi iş staji, istərsə də güzəştli iş staji iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün yetərlidir.

34. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. 35. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır o lan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 36. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

37. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e » bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır.

38. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

39. Beləliklə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olu nması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması.

40. İş materiallarından da göründüyü kimi, sözügedən elementlərin hər ikisi iddiaçıya münasibətdə mövcuddur (iş səh. 15,16).

41. Həmçinin qeyd edilməlidir ki, işdə olan (iş səh. 96) "xxxx" MMC-nin apellyasiya məhkəməsinə təqdim etdiyi 25.01.2021-ci il tarixli, arayışından göründüyü kimi İddiaçı 01.08.2001-ci il tarixində "xxxx" MMC-yə teplovoz maşinisti vəzifəsinə qəbul edilmiş, 01.05.2005-ci il tarixində "xxxx" MMC-nin Səngəçal terminalının teplovoz maşinisti vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir.

42. İddiaçı işlədiyi teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısına uyğundur (21-ci hissə Nəqliyyat. 21.4-cü hissə Dəmiryol Nəqliyyatı. Dəmiryol Lokomotiv briqadalarının fəhləsi və ayrı-ayrı kateqoriyalı işçilər. Altıncı abzas teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri).

43. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə versə də (iş səh. 71), apellyasiya məhkəməsinin 03.11.2020-ci il tarixli qərardadla bu ərizəni qəbul etməmişdir.

44. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyas ı məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı ləğv edilməli, edilməli, iddiaçının iddiası təmin edilməli, İddiaçı 03.02.1988-ci ildən 10.09.2003-cü ilə qədər “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci ildən bu günə qədər “xxx“ MMC-də teplovoz maşinisti işlədiyi dövr nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (pensiya hüququnun yarandığı 18.01.2019-cu ildən) təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddi açının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2021-ci il tarixli, 2-1(103)-193/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçının iddiası təmin edilsin. İddiaçı 03.02.1988-ci ildən 10.09.2003-cü ilə qədər “Xüsusi Yol Təmir İdarəsi”ndə teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi və 01.08.2001-ci ildən bu günə qədər “xxx“ MMC-də teplovoz maşinisti işlədiyi dövr nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (pensiya hüququnun yarandığı 18.01.2019-cu ildən) təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar