Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1838/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə M ərkəzi Filialına qarşı “iddiaçıya 29 yanvar 202N-ci ildən-65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 mart 2023-cü il tarixli, 2-N(N03)-NN43/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.N56-cı il təvəllüdlüdür.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli, 378 nömrəli arayışa əsasən iddiaçı xx.xx.N75-ci il tarixdən xx.xx.N77-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
3. Ağdam Rayon Məhkəməsinin N dekabr 20N2-ci il tarixli, 2(N3)-N483/20N2 nömrəli qətnaməsi ilə İddiaçı əmək stajının təsdiq olunması barədə ərizəsi təmin edilərək, onun N73-cü ildən N93-cü ilin iyul ayına kimi XN müəssisəsində avtoçilingər işləməsi faktı müəyyən olunmuşdur. 4. "xxxx" MMC tərəfindən verilmiş 02 saylı xx.xx.202N-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı "xxxx" Firmasının Suraxanı avtodəstəsində işlədiyi müddətdə əmək haqqı ödəniş cədvəllərinə əsasən N96, N97, N98, N99, 2000-ci illər üzrə əmək haqqı göstərilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli, 00N66 saylı şəhadətnaməsinə əsasən "xxxx" Firmasının Suraxanı avtodəstəsinin bazasında "xxxx" MMC yaradılmışdır.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N-cu il tarixli, H2-N645N nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, N4 nömrəli əmri ilə təsərrüfat tağımına qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N may Nci il tarixli, N5 nömrəli əmri ilə atıcı vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N iyul N-ci il tarixli, 56 nömrəli əmri ilə benzin dolduran vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N dekabr N-ci il tarixli, N79 nömrəli əmri ilə QSM-da xidmət rəisi vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N yanvar N93-cü il tarixli, 2N2 nömrəli əmri ilə könüllü əsgər İddiaçı ərizəsinə əsasən hərbi hissə əsgərliyindən azad edilmişdir.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi ni xahiş etmişdir.
7. Cavabdeh 7 aprel 202N-ci il tarixli, **********5 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi arxiv arayışlarına əsasən onun sığorta stajı 22 il olmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə tələb edilən müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 2 iyun 202N-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 29 yanvar 202N-ci ildən, yəni 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh öz imtinasında haqlı olmamış, onun təqdim etdiyi əsas sənədləri nəzərə almadan müraciətindən imtina etmişdir. Belə ki, onun N73-cü ildən N93-cü ilin iyul ayınadək XN müəssisəsində avtoçilingər işləmiş, onu bu peşədə işləməsi faktı, Ağdam Rayon Məhkəməsinin N dekabr 20N2-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə isə, o, məcburi köçkün kimi Bakı şəhərinə gəldikdən sonra isə "xxxx" Firmasında işləmiş, onun əmək kitabçası da, həmin firmada qalmış, o, işdən çıxdıqdan sonra isə ona aid sənədlər itirilmişdir. Hətta həmin dövrdə onun həmin firmada özəlləşmə çeki də olmuşdur. Ümumilikdə isə onun hərbi xidmət lə birlikdə 25 ildən çox əmək stajı olmasına baxmayaraq, cavabdeh bunu nəzərə almamış, onun sığorta stajını 22 il göstərmişdir. Halbuki, onun 25 ildən çox sosial sığorta stajına malik olması məhkəmə qətnaməsi və digər sənədlərlə təsdiq olunur.
10. Cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etirazda imtinanın dəlillərini təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmətdə olduğu xx.xx.N-xx.xx.N93-cü il tarixlərini əhatə edən dövrlər Ağdam Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qətnaməsində müəyyən edilmiş (xx.xx.N73-xx.xx.N93) dövrlərlə əhatə olunduğundan yenidən ikinci dəfə nəzərə alınması qanunamüvafiq deyildir. Həmçinin, iddiaçı "xxxx" firmasının Suraxanı avtodəstəsində işləməsi ilə bağlı əmək kitabçası təqdim etməmişdir. Həmin faktın müəyyən edilm əsi üçün təqdim edilən arxiv arayışlarını da mötəbər sübut kimi qəbul etmək olmaz. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən əmək kitabçasının "xxxx" firmasında qalması və ona aid sənədlərin itirilməsinə baxmayaraq həmin müəssisə tərəfindən yuxarıda göstərilən arayışların təqdim edilməsi və həmin arayışlarda iddiaçının işləmiş olduğu müəssisələrin adının fərqli göstərilməsinə baxmayaraq, eyni zamanda məzmunlarının eynilik təşkil etməsi ilə bağlı olaraq yaranmış ziddiyyətlər həmin sənədlərin mötəbərliyini şübhə altına alır. Bu səbəbdən, həmin arayışlarda göstərilən müddət sığorta stajına daxil edilə bilməz. Beləliklə, iddiaçının sığorta stajı ümumilikdə 22 il 6 ay 4 gün təşkil edir. Bu müddət qanunvericilik tərəfindən təsbit edilmiş yaşa görə əmək pensiyası təyinatı üçün kif ayət edən yaş həddindən, yəni 25 ildən azdır.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 6 dekabr 202N-ci il tarixli, **********72 nömrəli məktubla təqdim edilmiş məlumatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Suraxanı Avtodəstəsinin hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli, 00N66 nömrəli şəhadətnaməsinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin şəhadətnaməyə əlavədə İddiaçı adı qeyd edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.202N-ci il tarixli, **********924800 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, dövlət reyestrində "xxxx" Firmasının dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə "xxxx" MMC-nin (VÖEN:**********) xx.xx.2022-ci il tarixdə, 0N02-AN-753 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZN048, ünvan N məlumat mövcuddur. Cəmiyyərin Nizamnaməsində onun TXMOFƏM-nin Suraxanı Avtodəstəsinin hüquqi varisi olması barədə qeyd vardır.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 0N02-AN-753 qeydiyyat nömrəsi, 08 avqust 2002-ci il qeydiyyat tarixi ilə təsdiq edilmiş "xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, "xxxx" MMC ünvan 2 ünvanda yerləşən TXMOFƏM-nin Suraxanı Avtodəstəsinin özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüq uqi varisidir Cəmiyyətin təsisçiləri arasında İddiaçı adı qeyd edilmişdir. 14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 9 saylı Vəkillər Bürosuna ünvanlanmış 05 saylı xx.xx.202N-ci il tarixli məktuba əsasən, N90-cı illərdən "xxxx" firmasında işləyən işçilərin bildirməsinə əsasən İddiaçı N93-cü ildən "xxxx"-də çilingər vəzifəsində işləmişdir. Lakin, "xxxx" Firmasının arxiv sənədləri məhv olduğundan İddiaçı N93-cü ildə "xxxx"-də çilingər vəzifəsinə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrin və digər hər-hansı bir sənədin surətini təqdim etmək mümkün olmamışdır. Bununla belə, "xxxx" Firmasının sənədləri arasında aşkar edilmiş əmək haqqı cədvəlinə əsasən xx.xx.N56-cı il təvəllüdlü İddiaçı N96-cı ilin yanvar ayından 200N-ci ilin yanvar ayına qədər "xxxx" Firmasında çilingər vəz ifəsində işləmişdir. 15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 9 saylı Vəkillər Bürosuna ünvanlanmış 03 saylı, xx.xx.2022-ci il tarixli məktuba görə İddiaçı N96-cı ilin yanvar ayından işlədiyi "xxxx" firması Suraxanı avtodəstəsinin tərkibində, onun nizamnaməsi əsasında fəaliyyət göstərən idarə olmuşdur. Lakin, "xxxx" Firmasının arxiv sənədləri məhv olduğundan, həmin idarənin hansı əsasla yaranması və hansı formada fəaliyyət göstərməsi barədə hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/3580N3 nömrəli məktubuna əsasən, "xxxx" firmasının hüquqi şəxs kimi qeydiyyata alınıb-alınmaması barədə qeyri-kommersiya qurumlarının dövlət reyestrində məsələ ilə əlaqədar məlumat aşkar olunmamışdır.
17. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-N(NN2)-NN59/2022 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia təmin edilmiş, iddiaçıya 65 yaşından, yəni xx.xx.202N-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
18. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının N96-2000-ci illər arası mübahisələndirilən iş stajı ilə bağlı qeyd etmişdir ki, Suraxanı Avtodəstəsi mövcud olmuş, həmin müəssisə dövlət özəlləşdirilməsinə getmiş, buna dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 00N66 nömrəli, xx.xx.2002-ci il tarixli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə yə əlavədə, əmlakın mülkiyyətçiləri arasında iddiaçının da adı qeyd edilmişdir. Suraxanı Avtodəstəsi özəlləşdirildikdən sonra onun bazasında "xxxx" MMC yaradılmış, həmin MMC-nin təsisçiləri sırasında iddiaçının adı da, qeyd edilmişdir. Bundan əlavə "xxxx" MMC tərəfindən əmək haqqı cədvəlləri təqdim edilmişdir ki, həmin əmək haqqı cədvəllərinə əsasən iddiaçıya N96-2000-ci illər üzrə əmək haqqının ödənilməsi öz təsdiqini tapmışdır.
19. Eyni zamanda, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindi kdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
20. Bundan başqa birinci instansiya məhkəməsi cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır.
21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərə k qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 mart 2023-cü il tarixli, 2-N(N03)-NN43/2023 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) ilə Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-N(NN2)-NN59/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
25. Kassasiya ş ikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 24 il 7 ay təşkil edir. Belə ki, iddiaçının N75-N77-ci illər hərbi xidmət dövrü (2 il 4 gün) onun məhkəmə qətnaməsi ilə işləmə faktı təsdiq olunmuş N73N77-ci illər üzrə olan dövrün bir hissəsi ilə (N75-N77) üst-üstə düşür ki, bu da həmin dövrün əmək qanunvericiliyinə əsasən iki dəfə sığorta stajına daxil edilməsini istisna edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20N7-ci il iyulun N-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 202N-ci il iyulun N-dək, qadınların yaş həddi 20N7-ci il iyulun Ndən başlayaraq 2027-ci il iyulun N-dək hər il 6 ay artırılır. Maddə 2N. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri Maddə 2N.N. Qanunvericil iklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 28. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr N-ci il tarixl i 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Maddə N. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Maddə
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, i crası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının NN dekabr 20N7-ci il tarixli N7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Maddə 3.N. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.N.N. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək p ensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.N.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Maddə 3.2. 2006-cı il yanvarın N-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.N. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr N96-cı il tarixli N86 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”: Maddə N.N. əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Maddə 7.N. bu əsasnamənin 3.N0 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən N5 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Maddə 7.2. əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Maddə 7.3. əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmi n vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfl i araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖ VQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 32-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
36. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən qeyd etmişdir ki, iddiaçının xx.xx.N75-xx.xx.N77-ci illərdə hərbi xidmətdə olduğu 2 il 4 gün, məhkəmə qətnaməsi ilə hüquqi fakt kimi tanınan işləmə faktı üzrə (N73-N93-cü illər üzrə) 20 il, mübahisələndirilən müəssisədəki N96-2000-ci illər üzrə 5 il əmək stajı nəzərə alınmaqla, yəni cavabdehin üstüstə düşdüyünü iddia etdiyi dövrlər (məhkəmə qətnaməs i ilə işləmə faktı təsdiq olunmuş N73-N93-cü illərin N-N93 dövrü ilə iddiaçının hərbi xidmətdə olduğu digər - xx.xx.Nxx.xx.N93-cü illəri (8 ay) nəzərə alınmadan) xx.xx.2006-cı il tarixə ümumilikdə 25 ildən artıq iş stajının olduğu müəyyən olunur.
37. Kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçının N75-N77-ci illər hərbi xidmət dövrü (2 il 4 gün) onun məhkəmə qətnaməsi ilə işləmə faktı təsdiq olunmuş N73-N93-cü illər üzrə olan dövrün bir hissəsi ilə (N75-N77) üst-üstə düşür ki, bu da həmin dövrün əmək qanunvericiliyinə əsasən iki dəfə sığorta stajına daxil edilməsini istisna edir.
38. Məhkəmə kollegiyası şikayətin göstərilən dəlili ilə razılaşaraq bildirir ki, Ağdam Rayon Məhkəməsinin N dekabr 20N2-ci il tarixli, 2(N3)-N483/20N2 nömrəli qətnaməsi ilə iddiaçının N73-cü ildən N93-cü ilin iyul ayına kimi (20 il 6 ay) olan iş stajı öz təsdiqini tapmışdır. İddiaçının N75-N77-ci illərdə hərbi xidmətdə olduğu dövr (2 il 4 gün) məhkəmə qətnaməsi ilə təsdiq edilən əmək stajı dövrü ilə üst-üstə düşdüyündən yalnız bir dəfə nəzərə alına bilərdi.
39. Belə olan halda, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının N93-cü ilin iyul ayına kimi hərbi xidmət və könüllü hərbi xidmət müddətləri də daxil olmaqla ümumi iş stajı 20 ildən artıqdır.
40. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının N96-cı ilin yanvar ayından 200N-ci ilin yanvar ayına qədər "xxxx" Firmasında çilingər vəzifəsində işlədiyi dövrlə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
41. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N2.N və 58.7-ci maddələrinin t ələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa və əldə edilən sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməyə borclu olduğu halda, bunları etməmişdir.
42. Apellyasiya instansiyası məhkəməsində öz qərarını əsaslandırarkən iddiaçının mübahisələndirilən müəssisədəki N96-2000-ci illər üzrə əmək stajını 5 il olaraq nəzərə almış, lakin gəldiyi nəticənin hüquqi əsaslarını göstərməmişdir.
43. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının "xxxx" firmasında N96-2000-ci illər üzrə əmək haqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı N96-cı ilin maydekabr ayları üzrə, N97-N98-ci illər üzrə tam, N99-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000-ci ilin yanvar-aprel ayları üzrə əmək haqqı almışdır. Əmək haqqı alınan ayların cəmi 3 il 9 aya bərabərdir.
44. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, istinad etdiyi sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan yekun nəticəyə gəlmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instans iyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını – iddiaçının mübahisəli N96-2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır.
46. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarında həmçinin qeyd etmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri – 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün, qanunun digər şərtinin – “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğ indən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmamışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – iddiaçının N96-2000-ci illərdə olan iş stajı dəqiq araşdırılmalı, qəbul edilən və qəbul edilməyən iş illərinin (aylarının) hüquqi əsasları məhkəmə qərarında dəqiq göstərilməlidir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının sığorta stajının 25 ildən az olması müəyyən edilərsə, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı xüsusatlar da araşdırımalı, yığılan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsi yoxlanılmalıdır.
48. Yalnız bu halların araşdırılması və əldə edilən mötəbər sübutlara müvafiq olaraq iş üzrə müəyyən edilən bütün ziddiyyətlərin aradan qaldırılmasından sonra iddia tələbinə hüquqi qiymət verilməlidir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 27-32-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermədiyindən, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 mart 2023-cü il tarixli, 2-N(N03)-NN43/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
50. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıd ır.
51. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
52. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 mart 2023-cü il tarixli, 2N(N03)-NN43/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.