Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1838/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: sabiq hakim kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması; daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nig ar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(103)1304/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur.
2. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2000-ci ildə hakim vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə Ağır Cinayətlər ə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində hakim vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə Əli Bayramlı Şəhər Məhkəməsinə hakim və sədr təyin edilmiş, xx.xx.2012-ci ildə Şirvan Şəhər Məhkəməsində hakim vəzifəsindən azad edilərək İmişli rayon məhkəməsinə hakim və sədr təyin edilmiş, xx.xx.2017-ci ildə İmişli Rayon Məhkəməsinə hakim və sədr təyin edilmiş, xx.xx.2023-cü ildə son yaş həddinə çatması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir.
3. Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-8/2-252/2023 nömrəli arayışından görünür ki, İddiaçı rayon (şəhər) məhkəməsi sədrinin vəzifə maaşı xx.xx.2022-ci il tarixdən 2485,00 manat təşkil edir. Eyni zamanda “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun” 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%, 10 ilinə görə 30%,15 ilinə görə 45% həcmində əlavə haqq ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25% miqdarında aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. Bildiririk ki, İddiaçı hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3% miqdarında məcburi sosial siğorta haqqı tutulmuşdur.
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən, yəni xx.xx.2023-cü il tarixdən hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxan hakimlik stajının h ər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında hesablanması və yenidən hesablanmış (artırılmış) əmək pensiyası ilə hazırki pensiyası arasında olan fərqin ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslanmışdır ki, iddiaçı (təvəllüdü xx.xx.1958-ci il), 19801984-ci illərdə “Dənizneftlayihə” Elmi-Tədqiqat Layihə İnstitutunda gənc mütəxəssis kimi mühəndis, 1984-2000-ci illərdə Azərbaycan Respublikası Ədliyy ə Nazirliyi Azərbaycan ElmiTədqiqat Məhkəmə Ekspertizası İnstitutunda mütəxəssis, ekspert, böyük elmi işçi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 533 nömrəli sərəncamına əsasən 2000-2007-ci illərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2289 və 2290 nömrəli sərəncamlarına əsasən 2007-2012-ci illərdə Şirvan Şəhər Məhkəməsinin hakimi və sədri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 2473 və 2474 nömrəli sərəncamlarına əsasən 2012-2017-ci illərdə İmişli Rayon Məhkəməsinin hakimi və sədri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 3297 və 3298 nömrəli sərəncamlarına əsasən 2017-2023-cü illərdə yenidən İmişli Rayon Məhkəməsinin ha kimi və sədri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq, xx.xx.2023-cü il tarixdə səlahiyyətlərinə xitam verilmiş və xx.xx.2023-cü il tarixdən pensiyaya çıxmışdır. Beləliklə, hakim kimi 22 il 7 ay iş stajı olmaqla, ümumi əmək stajı 42 ildən artıqdır. xx.xx.2023-cü il tarixdən cavabdeh orqan tərəfindən sabiq hakim kimi ona 5676,99 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının düzgün hesablanmaması, həmçinin onunla eyni ildə, yəni 2000-ci il tarixdə hakim vəzifəsinə təyin edilən və təqribi onunla eyni tarixdə pensiyaya çıxmış məhkəmə sədrinə ondan artıq pensiya təyin olunduğunu öyrəndikdən sonra pe nsiyasının yenidən hesablanması üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-H-152258/2023 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən 22 il 7 ay 10 gün hakim kimi iş stajınıza uyğun olaraq, vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (7803,41 manat) 72,75 faizi-5676,99 manat məbləğində xx.xx.2023-cü il tarixdən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib”. Ədliyyə Nazirliyi tərəfindən verilmiş və cavabdeh orqana təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-16-8/2-252/2023 nömrəli arayışa əsasən məhkəmə sədri kimi vəzifə maaşı 2485 manat, eyni zamanda hakimlik stajının 15 ilinə görə vəzifə maaşla rının 45%-ı həcmində əlavə haqqın ödənilməsi, birinci instansiya məhkəmələrinin hakimlərinə xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatının verilməsi, həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə 1 aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi göstərildiyi halda, cavabdeh orqan tərəfindən təyin edilmiş əmək pensiyasının necə və hansı məbləğlərə müvafiq olaraq hesablanması əsaslı şəkildə göstərilməmişdir. 19 oktyabr 2007-ci il tarixli, 462-İİİQD nömrəli Azərbaycan Respubikası Qanunu qəbul olunduqdan sonra hakimlərin pensiya təminatı ilə əlaqədar məsələlər, o cümlədən hakimlərin pensiyaya çıxdıqdan sonra onların hüquqi vəziyyətini yaxşılaşdıran və geriyə şamil edilməli olan normativ hüquqi aktların qəbul edilməsi (Azərbaycan Respubikası Konstitus iyasının 149-cu maddəsinin “Vİİ” hissəsi) də bilavasitə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilməli idi. İddiaçı 2015-ci ilin sentyabrında həm 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2015-ci ilin sentyabr ayında qüvvədə olan 20.7-ci maddəsinin normaları baxımından 15 illik hakimlik stajına malik olduğu üçün orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası almaq hüququnu əldə etmişdir. Bundan sonra o, pensiyaya çıxmaq vaxtını və həmin vaxtadək qanunvericilikdə mənim hüquqi vəziyyətini daha da yaxşılaşdıran normativ hüquqi aktların qəbul edilə biləcəyini gözləməli idi. 10 ma rt 2017-ci il tarixli Qanun ilə 20.7.1-ci, 20.7.2 və 20.7.3-cü maddələrdə edilmiş dəyişikliklər iddiaçıya münasibətdə hüquqi vəziyyəti yaxşılaşdıran normalar olmasa da, həmin Qanunun 20.7-ci maddəsindəki dəyişiklik onun hüquqi vəziyyətini yaxşılaşdıran və geriyə şamil edilməli olan normativ hüquqi aktdır. Cavabdeh orqan tərəfindən iddiaçıya 72,75 faiz deyil, 80 faiz miqdarında əmək pensiyası hesablanmalı idi. Cavabdeh orqanın yuxarıda qeyd olunan qaydada ona pensiya hesablaması iddiaçının pensiya təminatına neqativ təsir etdiyi üçün Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələbi nəzərə alınmalı idi. Digər tərəfdən iddia tələbi əsaslı olduğundan ona hesablanmış əmək pensiyası yenidən hesablandıqda artım müəyyən ediləcəkdir. Həmin artım müəyyən edildiyi halda o həmin fərqi almaqdan da məhrum olmuş olacaqdır. Odur ki, iddiaçıya əmək peniyası yenidən hesablandıqdan sonra məhrum olduğu həmin məbləğin hesablanaraq ödənilməsi də zəruridir.
6. Cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən son 24 ay ərzində İddiaçı ödənilmiş əmək haqqına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 aprel 2023-cü il tarixli 3-16-8/2-393/2023 nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsini nəzərə alaraq xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-10436/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla onun 22 il 7 ay 10 gün hakim kimi iş stajına uyğun olaraq, vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (7803,41 manat) 72,75 faizi - 5676,99 manat m əbləğində 14 aprel 2023-cü il tarixdən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı son 24 ay üzrə deyil, istənilən beş il üzrə (60 ay üzrə) hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında" Q anunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildir, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Belə ki, 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasında göstərilirdi ki, səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliklə isə pensiya təminatı ilə bağlı müddəalar aşağıdakı kimi verilmişdir: “Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakiml ərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir”. Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki “Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya” sözləri “Pensiya” sözü ilə əvəz edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pe nsiya verilirdi və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilirdi. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarfnın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir.
7. İddiaçı xx.xx.2023-cü il tarixdə iddi a tələbini dəqiqləşdirərək ona məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla orta aylıq məbləğinin 80 faizi miqdarında əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə keçmiş dövr üzrə ödənilmiş pensiya məbləği arasındakı fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: X1) 6 oktyabr 2023-cü il tarixli, 2-1(112)13061/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə (sədrlik edən), E.C.Kazımov və K.H.Əkbərov) 16 fevral 2024-cü il tarixli, 2-1(103)-1304/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti cavabdehin yazılı etirazına uyğun əsaslandırılmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
14. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəs inə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan m übahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
15. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
16. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1728/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1( 102)-1927/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)1087/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1279/2024 nömrəli; xx.xx.2024-cü il tarixli, 2-1(102)-820/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hakimlərin pensiya təminatına münasibətdə onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalı, hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Belə ki, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və q ərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiyahüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir.
17. Hazırkı işin faktiki hallarına görə, iddiaçı xx.xx.2000-ci ildən xx.xx.2023-cü ilədək hakim vəzifəsində işləmiş, ümumi hakimlik stajı 22 il 7 ay 10 gün olmaqla xx.xx.2023-cü il tarixdən məhkəmə sədri vəzifəsindən son yaş həddinə çatması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir. Cavabdeh tərəfindən xx.xx.202 3-cü il tarixli 051078 nömrəli qərarı ilə hakimlik səlahiyyətinə xitamla bağlı hakim kimi yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiya faizi 72.75 faiz olmaqla pensiya məbləği 5676 manat 99 qəpik təşkil etmişdir. İddiaçı cavabdehin qərarı ilə razılaşmayaraq ona hakim kimi işlədiyi son 24 ayın, yəni xx.xx.2021-xx.xx.2023-cü il tarixədək məhkəmə sədri vəzifəsində aldığı orta aylıq əmək haqqının 80% olmaqla pensiyasının yenidən hesablanmalı olduğu qənaətində olmuşdur.
18. İddiaçı xx.xx.2000-xx.xx.2023-cü il tarixlərdə birinci instansiya məhkəməsinin hakim və sədri işləmişdir. Onun işlədiyi həmin dövrlərdə zaman içərisində həm “Məhkəmələr və hakimlər haqqında” Qanuna, həm də “Əmək pensiyaları haqqında” Qanuna hakimlərə münasibətdə pensiyanın təyin olunması və hesablanması qaydası il ə bağlı bir sıra əhəmiyyətli əlavə və dəyişikliklər edilmişdir. Sözügedən əlavə və dəyişikliklər həm də hakimlərin pensiyalarının əmək haqqının hansı faizi həddində, eləcə də hansı aylar əsas götürülməklə hesablanmalı olduğu məsələsini də əhatə etmişdir. Beləliklə, qiymət verilməli olan məsələ hakimlərin pensiya təminatına münasibətdə onların hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş müxtəlif sosial müdafiə təminatlarını əks etdirən qanunvericilik müddəalarından hansılarının tətbiqi ilə bağlıdır.
19. Kollegiya qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara görə: “1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsini n Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır”.
20. İddiaçı tələbində pensiyanın əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində hesablanmasını xahiş etmiş, cavabdeh isə faktiki qulluq illəri nə görə orta aylıq əmək haqqının 72,25%-i əsas götürülməklə pensiya məbləğini müəyyən etmişdir. Bundan başqa, iddiaçı qanunvericiliyin ona verdiyi seçim hüququndan istifadə edərək istənilən ardıcıl gələn 60 ay ərzindəki əməkhaqqının orta aylıq məbləğindən deyil, son 24 ay ərzindəki əməkhaqqının orta aylıq məbləğindən pensiya hesablanmasını xahiş etmişdir.
21. İddiaçının hakim işlədiyi dövrdə qulluq illərindən asılı olmayaraq həm axırıncı iş yerində aldığı əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində pensiya ödənilməsini nəzərdə tutulan norma, həm də əmək pensiyasına əlavələrin hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanmasını müəyyən edilən norma mövcud olmuşdur.
22. İddiaçının pensiya məbləğ inin əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində və son 24 ay ərzindəki orta aylıq məbləğindən hesablanması ilə bağlı müraciəti Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında verilmiş qanunvericiliyin normalarının tətbiqinə dair rəsmi şərhin qüvvədə olduğu dövrə təsadüf etmişdir. Odur ki, iddiaçıya münasibətdə hakim vəzifəsində işlədiyi dövrdə daha üstün sosial müdafiə təminatlarını müəyyənləşdirən qanunvericilik normalarını tətbiq etməkdə məhkəmə haqlı olmuşdur.
23. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsiplərindən biridir, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatıdır. Hakimlərin maddi və sosial təminatları Azərbaycan Respublikası nın Konstitusiyasında və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi sənədlərdə (BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş “Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri”, “Hakimlərin Statusuna dair Avropa Xartiyası”) təsbit olunmuş məhkəmə hakimiyyətinin və hakimləri müstəqilliyinin ayrılmaz mühüm bir elementi kimi çıxış edir. Dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir.
24. Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəb ul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır.
25. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, həmin təcrübə məhz hakimlərin pensiya təminatı ilə bağlı qanunvericiliyin zaman içərisində dəyişən normalarının tətbiqinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında verilmiş məcburi qüvvəyə malik qanunvericiliyin rəsmi şərhinə əsaslanmaqla formalaşdırılmışdır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirak etdiyi çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
26. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda, tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
27. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 21(103)-1304/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin