Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1839/2020 13.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: texniki pasport və çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayı ş sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-280/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur.
2. İddiaçı həmin qeyri-yaşayış binasının ikinci mərtəbəsinin inşası üçün Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ilk növbədə qeyri-yaşayış binasının eksiz layihəsi hazırlanmış və həmin məsələyə baxılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Memarlı q və Şəhərsalma Baş İdarəsinə göndərilmiş, həmin İdarə tərəfindən təqdim olunmuş memarlıq-planlaşdırmanın eskiz həlli razılaşdırılmışdır.
3. Bundan sonra Səbail RİH Başçısının 37 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamı ilə adıçəkilən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin razılaşdırılmış eskiz layihəsi əsasında FHN-in və Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq rəylərinin alınması şərti ilə inşasına icazə verilmiş və iddiaçı layihəyə uyğun olaraq qeyri-yaşayış binasının ikinci mərtəbəsini inşa etmişdir.
4. İddiaçı qeyri-yaşayış sahəsinin mövcud layihəyə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə əlaqədar olaraq ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli **********65 nömrəli məktubla iddiaçının ərizəsini tə min etməkdən imtina etmişdir.
5. Cavabdeh orqan imtinasını belə əsaslandırmışdır ki, təqdim edilmiş hüquq müəyyənedici sənədlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş istismara icazə sənədləri təqdim edilməmişdir. Həmçinin, aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssisələrə şərait yaradılmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun şəkildə iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barə də qərar qəbul edilməsini xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)597/2019 nömrəli qərarına əsasən (hakim – A.A.Abdullayeva) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qeyri-yaşayış sahəsinə dair texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, Bakı ŞİH-in 37 saylı xx.xx.2016-cı il tarixli sərəncamına əsasən sözügedən binanın 2-ci mərtəbəsinin tikintisinə icazə verildiyindən cavabdehin imtinası qanunsuzdur.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhk əməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-597/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1226/2019 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-597/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentini xx.xx.2012-ci il tarixli 648 nö mrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin müddəalarına görə İ və İİ normal məsuliyyət səviyyəli binaların tikintisinə icazə sənədi vermək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduğu halda işə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə dair şəhər icra hakimiyyətinin sərəncamı əlavə edilməmişdir. Əksinə işdən görünür ki, 2016-cı il tarixli tikintiyə icazə sərəncamı qanunvericiliyə zidd olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Bundan başqa, işə qanunla tələb olunan iddiaçı tərəfindən inşa edilmiş 2 mərtəbəli qeyriyaşayış binasının istismarına icazə sənədi əlavə edilməmişdir.
12. Məhkəmə qərarından iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu i l tarixli, 2-1(103)-1226/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2888/2019 nömrəli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1226/2019 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı halda məhkəmələr müvafiq qeyri-yaşayış sahəsinin tikintisinin eskiz layihəsinə uyğun aparılıb-aparılmadığı, qeyriyaşayış sahəsi inşa edilərkən Bakı ŞİH tərəfindən razılaşdırılmış layihədən kənara çıxma hallarının olub-olmaması, aparılmış tikinti işlərinin mövcud texniki inşaat və təhlükəsizlik normalarına uyğun olub-olmaması araşdırmalı olsa da, apelyasiya instansiyası məhkəməsi qeyd edilən məsələlər üzrə araşdırma aparmamışdır. Beləliklə, hazırkı tikilinin dövlət reyestrində rəsmi qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş dörd şərtdən üçü (tikintiyə icazə, torpaq sahəsinin qanuni istifadədə olması və tikilinin memarlıqplanlaşdırma həlli) hazırkı işdə mövcud olduğu halda, iddiaçının iradəsindən asılı olmayan dördüncü hal üzrə məhkəmə araşdırması aparılmadan iddia tələbinin rədd edilməsi məhkəmə kollegiyasının qənaətinə görə qanuni hesab edilə bilməz.
15. Məhkəmə qərarında qeyd edilən göstərişlərə əsasən işə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, qeyri-yaşayış sahəsinin tikintisinin razılaşdırılmış eskiz layihəsinə uyğun aparılıb-aparılmadığı, qeyri-yaşayış sahəsi inşa edilərkən Bakı şəhər İcra hakimiyyəti tərəfindən razılaşdırılmış layihədən kənara çıxma hallarının olub-olmadığı, tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, ümumiyyətlə, tikinti işlərinin mövcud texniki inşaat və təhlükəsizlik normalarına uyğun olub-olmadığı dəqiq müəyyən edilməli, bu məsələlərin araşdırılması məqsədi ilə müvafiq məhkəmə tikinti ekspertizası təyin edilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. ç. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-280/2020 nömrəli qərarına gö rə (sədrlik edən və məruzəçi – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.M.Məmmədov) apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-597/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.
17. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında göstərilmiş halları araşdıraraq qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8, 10.1 və 10.2ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tikintinin razılaşdırılmış eskiz layihəsinə uyğun aparılmasını, həmin qeyri-yaşayış sahəsi inşa edilərkən layihədən kənaraçıxma hallarının olmamasını və aparılmış tikinti işlərinin mövcud texniki inşaat və təhlükəsizlik normalarına uyğun olmasını təsdiq edən sənəd, yəni istismara qəbul ak tı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim olunduğu halda həmin orqanın üzərinə qeyri-yaşayış sahəsinə çıxarış verilməsinə dair öhdəlik qoyula bilər. İşə baxan birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən belə bir sənədin nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməməsinə baxmayaraq əsassız olaraq cavabdeh inzibati orqanın üzərinə istismara qəbul edilməmiş əmlaka dair çıxarış verilməsi barədə öhdəlik qoymuşdur.
18. Eyni zamanda, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında əksini tapmış iş üzrə “ekspertiza təyin edilməsi”nə dair göstərişi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə məhkəmə ekspertizası təyin olunaraq aparılan tikinti işlərinin layihəyə uyğun aparıldığı müəyyən olunsa da belə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikinti o byektlərinin istismarına icazə verilməsi barədə müvafiq akt və ya qərar olmadan cavabdehin üzərinə əmlakın dövlət reyestrində qeydə alınmasına dair öhdəliyin qoyulması qanunsuzdur.
19. Məhkəmə qərarını tərəflər xx.xx.2020-ci il tarixində almışdır.
20. Həmin qərardan iddiaçı xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-280/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ d) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə apelyasiya instansiyası məhkəməsi işə tam, hərtərəfli və bərabərli k prinsipi əsasında baxılmasını, yuxarı instansiya məhkəməsinin göstərişlərinin məcuri icrasını, müvafiq icra hakimiyyəti orqanlarının işə cəlb olunmalarını təmin etməmiş, cavabdeh idarənin imtinasının yalnız “istismara qəbul aktı” üzrə deyil, həm də dövlət reyestrində qeydə alınması tələb olunan əmlakda “yoxlama ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı” ilə əsaslandırdığı nəzərə alınmamış, tədqiq olunan sübutları düzgün qiymətləndirməmiş qanunsuz qərar qəbul etmiş, bununla da İPM-in 11-ci, MPM-in 80, 88-ci maddələrinin tələblərini pozmuşdur. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. f) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlu matlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu 8.0.10.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qə rar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
25. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. da şınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.
27. Həmin Məcəllənin 101.2-ci madd əsinə əsasən, tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtləri n mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
29. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zama n prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İddiaçı kassasiya şikayətinin dəlillərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən Ali Məhkəmənin göstərişlərinə riayət etmədiyini bildirsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, hazırkı qərarın 17-18-ci bəndlərindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin bütün göstərişləri üzrə müvafiq araşdırma aparılmış, “ekspertiza təyin olunması” barədə göstərişin iş üçün zəruri əhəmiyyətinin olmaması əsaslandırılmışdır.
34. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar ba xan apelyasiya instansiyası məhkəməsi hazırkı qərarın 24-27-ci bəndlərində göstərilən normaları işin hallarına düzgün tətbiq edərək cavabdehin imtinasının əsaslı olduğu qənaətinə gəlmişdir.
35. Belə ki, işin apelyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, işə qanunla tələb olunan iddiaçı tərəfindən inşa edilmiş 2 mərtəbəli qeyriyaşayış binasının istismarına icazə sənədi əlavə edilməmiş, həmçinin 2016-cı il tarixli tikintiyə icazə sərəncamı qanunvericiliyə zidd olaraq Səbail RİH tərəfindən verilmişdir.
36. Belə olan halda, cavabdehin imtinası əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə dair qanunla tələb olunan sənədləri təqdim edilməməsinə baxmayaraq h əmin daşınmaz əmlaka eskiz layihəyə uyğun dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi vəzifəsini cavabdehin üzərinə qoymaqla qanunvericiliyin tələblərini pozmuşdur.
37. Bundan başqa, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın 28-ci bəndinə uyğun olaraq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdeh tələb edilən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu süb ut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
38. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə və İPM-in 96.8-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-280/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.