Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1839/2021 26.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə “əmrin ona aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi və onun öz arzusu ilə ehtiyata buraxılması üçün müvafiq əmrin verilməsi” tələbinə dair iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 2-1(103)-336/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 26 ildən artıq həqiqi hərbi xidmət keçmiş, bunun 23 ilini zabit kimi xidmət etmiş, sonuncu vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Xüsusi Alışlar Şöbəsinin rəisi vəzifəsi olmuşdur. Həmin vəzifədə xidmət edərkən öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu 09.11.2019-cu il tarixdə müvafiq idarənin rəhbərliyinə təqdim etmişdir. Sözügedən raport 11.11.2019-cu il tarixdə İdarə rəisi tərəfindən X6 Bölməsinin rəisinə icra edilmək üçün g öndərilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0895 saylı 22.11.2019-cu il tarixli şəxsi heyət üzrə əmrinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin (Q4) (136 nömrəli hərbi hissə) Xüsusi alışlar şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır.
3. İddiaçı 0895 saylı 22.11.2019-cu il tarixli əmrinin ona aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi və onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməsi ilə bağlı cavabdeh inzibati orqan a müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 136 saylı Hərbi Hissəsi tərəfindən iddiaçıya ünvanlanmış 2/514 saylı 10.02.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı 09.11.2019-cu il tarixdə Müdafiə nazirinin madditexniki təminat üzrə müavini MaddiTexniki Təminat Baş İdarəsinin rəisinə raportla müraciət edərək "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) və 164-cü maddəyə müvafiq olaraq Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, o, 09.11.2019-cu il tarixdə Müdafiə nazirinin müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisinə r aportla müraciət edərək "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) və 164-cü maddəyə müvafiq olaraq Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etməmişdən öncə 3-5 noyabr 2019-cu il tarixlərdə Müdafiə Nazirliyi tərəfindən hərbi hissələrdə aparılan kompleks yoxlama komissiyasının tərkibində olarkən Müdafiə nazirinin birinci müaviniSilahlı Qüvvələrin Baş Qərargah rəisinin 16.02.2014-cü il tarixli 019 nömrəli və 14.10.2014-cü il tarixli 0166 nömrəli əmrlərinin tələblərini kobud şəkildə pozduğu üçün barəsində xidməti araşdırma aparılmışdır. Aparılan araşdırmaların nəticəsindən görünür ki, o, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin yuxarıda qeyd olunan əmrlərinin tələblərini kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Müdafiə nazirinin 22.11.2019-cu il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə uyğun olaraq xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən buraxılmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin 0895 saylı 22.11.2019-cu il tarixli əmrinin ona aid hissədə qanunsuz hesab edilərək ləğv edilməsi və onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı üçün müvafiq əmrin verilməs i vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ehtiyata buraxılmağı haqqında əmr iddiaçı növbəti əmək məzuniyyətində olarkən verilmişdir. Ehtiyata buraxılmağı haqqında əmrin verilməsi iddiaçıya 27.12.2019-cu il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsində ehtiyata buraxıldıqdan sonra hərbi qeydiyyata durmaq üçün xidmət yerində təyinat vərəqəsi ona verilərkən məlum olmuşdur. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirinin 22.11.2019cu il tarixli, 0895 saylı əmri ilə iddiaçı indiyədək tanış edilməmişdir. Hesab edir ki, iddiaçının Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş müraciət etmə və hərbi xidmətdən ehtiyata buraxılma hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı ilə heç bir söhbətləşmə aparılmamış, onun tərxis olunmaq barədə müvafiq vəzifəli şəxs tərəfindən barəsində yuxarı instansiyaya müvafiq təqdimat göndərilməmişdir. İddiaçının “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmağının heç bir əsası olmamışdır və buna əsas ola biləcək heç bir intizam pozuntusuna da yol verilməmişdir. İddiaçı xidmət müddəti ərzində heç bir intizam cəzası almadığı, birdən-birə heç bir intizam pozuntusuna, nalayiq hərəkətə yol vermədiyi halda komandanlığın yanlış qərarı nəticəsində layiq olmadığı “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmışdır.
7. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən aşağıdakı əsaslara görə rədd e dilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 22.11.2019-cu il tarixli 0895 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Müdafiə nazirinin 18.11.2019-cü il tarixli 0139 saylı əmri olmuşdur. Lakin iddiaçı tərəfindən Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 16.02.2014-cü il tarixli 019 saylı əmrinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı cəzalanma haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 18.11.2019-cü il tarixli 0139 saylı əmri mübahisələndirilməmişdir. Ona görə də, komandanlıq öz səlahiyyətlərindən istifadə edərək, iddiaçını “Hərbi xidmətkeçmə haqq ında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxmışdır. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, 09.11.2019-cu il tarixdə öz arzusu ilə ordu sıralarından təxris olunmaq xahişi ilə raport yazmış və bu raportun surətini məhkəməyə təqdim etmişdir. Bununla bağlı bildirir ki, iddiaçı qabaqcadan onun barəsində Müdafiə Nazirliyində araşdırma aparılmasından xəbərdar olmuş və bilərəkdən cəzadan boyun qaçırmaq məqsədilə belə bir raport yazmışdır. Hərbi qulluqçuların vəzifəyə təyin edilməsi (azad edilməsi), xidmət yerinin dəyişdirilməsi, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılması, hərbi rütbələrin verilməsi (aşağı salınması, məhrum edilməsi) və sair Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsi ilə tənzimlənir. Hərbi qulluqçuların yuxarıda sadalanan hallardan asılı olmayaraq məzuniyyətdə olan hərbi qulluqçular barəsində müvafiq komandirin (rəisin) əmrinin imzalanması üçün qadağaedici müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu məcəllə hərbi qulluqçulara şamil edilmir. İddiaçı barəsində qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3903/2020 saylı 14.09.2020-ci il tarixli qərarı ilə (hakim Mehriban Qarayeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Xüsusi alışlar şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (x idməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 0895 saylı 22 noyabr 2019-cu il tarixli şəxsi heyət üzrə əmrin qanunsuz hesab edilərək, həmin əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin Xüsusi alışlar şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əməl olunmamış, kobud inzibati icraat pozuntularına yol verilmişdir. Eyni za manda, iddiaçının ehtiyata buraxılması barədə əmr faktiki olaraq xidmətdə olmadığı, məzuniyyətdə olduğu vaxt verilmişdir. Beləliklə, mübahisələndirilən əmr qanunaziddir və iddiaçının hüquqlarını pozur.
10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 21(103)-336/2021 saylı qərarına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Mirzə Tağızadə və Azər Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3903/2020 saylı 14.09.2020-ci il tarixli qərarı qismən, iddiaçının ikinci tələbinin təmin olunduğu-09.11.2019-cu il tarixli raportuna əsasən həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması ilə bağlı əmr verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, İddiaçı öz arzusu ilə ehtiyata buraxılması barədə 09.11.2019-cu il tarixli müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuş, qərar iddiaçının birinci tələbinin təmin olunduğu- cavabdeh inzibati orqanın 22.11.2019-cu il tarixli əmrinin ona aid hissədə ləğv olunduğu hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə iddianın birinci hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İddia tələbinin digər hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, iddiaçının tərxis olunması cavabdeh tərəfindən həll edilməli məsələ olduğundan, sonuncu bu məsələyə dair hər hansı konkret münasibət bildirmədiyindən və bu əsasla iş üzrə konkret qərarın qəbul edilməsi mümkün olmadığından, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
13. Məhkəmə qərarı 16.07.2021-ci il tarixində cavabdehə təqdim edilmişdir.
14. Cavabdeh 03.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 2-1(103)-336/2021 saylı qərarın ləğv edilməsini xahiş etmişdi r. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 16.02.2014-cü il tarixli 019 nömrəli əmrinin tələblərini 411, 480, N və N nömrəli hərbi hissələrdə 04.11.2019-cu il tarixində keçirilmiş yoxlamada iştirak edərkən pozmuşdur. Onun barəsində komandanlığa məruzə edilmiş, həmin vaxtdan məruzə əsasında qəbul edilmiş qərarla xidməti araşdırma təyin edilmişdir. İddiaçı qabaqcadan bilirdi ki, onun barəsində Müdafiə Nazirliyində araşdırma aparılır və bilərəkdən cəzadan boyun qaçırmaq məqsədilə belə bir raport yazmışdır.
16. Məhkəmə nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 6-c maddəsinə ə sasən bu Məcəllə hərbi qulluqçulara şamil edilmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə isə məzuniyyətdə olan hərbi qulluqçular barəsində müvafiq komandirin (rəisin) əmrinin imzalanması üçün qadağanedici müddəa nəzərdə tutulmamışdır. Məhkəmə qərarında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinin tələblərinin pozulduğunu qeyd etsə də, həmin normanın hansı tələblərinin pozulduğu qeyd edilməmişdir.
17. Məhkəmə mübahisələndirilən əmrin iddiaçıya təqdim edilmədiyini qeyd etsə də, həmin əmr komandanlıq tərəfindən iddiaçıya elan edilmiş və bu əmrin icrasından irəli gələn məsələlərin həlli üçün müəyyən tədbirlər həyata keçirilmişdir. Belə ki, iddiaçı vəzifəsini və üzərində olan əmlakı təhvil vermişdir. Ona əşya və ərzaq attestatı verilmişdir və hər birinin üzərində müvafiq əmrin i crası ilə bağlı bu hərəkətlərin edilməsi qeyd edilmişdir.
18. Bundan əlavə, ehtiyata buraxıldıqdan sonra iddiaçıya ehtiyata buraxılması barədə əmrin icrası ilə bağlı təyinat vərəqi verilmişdir və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılması ilə əlaqədar müəyyən edilmiş çıxış müavinatı almışdır. İddiaçıya məxsus zabit vəsiqəsində əmrin nömrəsi və hansı maddəyə əsasən ehtiyata buraxılması barədə qeyd var. Bu da öz növbəsində iddiaçının barəsində verilmiş əmrdən xəbərdar olmasının sübutudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 və cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili X4 izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
23. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 24. “Hərbi xidmətkeçmə haqqında” Qanunun 161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
25. Həmin Əsasnamənin 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri iza h olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. (...) İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. Həmin Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. (...) Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komiss arlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. 27. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
28. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
29. İnzibati-Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
30. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
32. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, hazırkı qərarın 22-26-cı bəndlərində göstərilən normaların məzmunundan məlum aydın olur ki, iddiaçı ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, o, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komis siyasının müayinəsinə göndərilməli, hərbihəkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilməli, onun ehtiyata buraxılmasına dair təqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilməli, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmalı idi.
37. Cavabdeh inzibati orqan iddiaçının ehtiyata buraxılması barədə yuxarıda göstərilən tələblərə əməl etdiyini, inzibati icraatın aparılması ilə bağlı pozuntuya yol vermədiyini iddia etsə də, işə məhkəmələr tərəfindən baxılarkən yuxarıda göstərilən tələblərə əməl etməsini təsdiq edən hər hansı sübut təqdim etməmiş, kassasiya şikayətinə də dəlillərini təsdiq edə biləcək heç bir sübut əlavə etməmişdir.
38. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçı ehtiyata buraxı lmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında söhbətlər aparmamış, iddiaçı ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməmiş, hərbihəkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilməmiş, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmamışdır.
39. Cavabdeh kassasiya şikayətində iddiaçının əmlakını təhvil verməsi, iddiaçıya əşya və ərzaq attestatı verilməsi, hər birinin üzərində müvafiq əmrin icrası ilə bağlı bu hərəkətlərin edilməsinin qeyd edilməsinə istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, bu halların heç biri iddiaçıya əmrin elan edilməsini təsdiq edən mötəbər sübut dey il.
40. Kassatorun digər dəlili ondan ibarətdir ki, iddiaçının məzuniyyətdə olduğu dövrdə müvafiq əmrin verilməsi qanunazidd deyil. Mövcud qanunvericilik hərbi qulluqçu məzuniyyətdə olduğu dövrdə işdən azad edilməsini qadağan etmir.
41. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 19.11.2019cu il tarixindən 14.12.2019-cu il tarixinədək növbəti əmək məzuniyyətində olması, mübahisələndirilən əmrin isə 22.11.2019-cu il tarixində, başqa sözlə iddiaçının növbəti əmək məzuniyyətində olduğu dövrdə verilməsi işin mübahisəsiz halıdır. Belə olan halda isə, iddiaçının ehtiyata buraxılması barədə əmrin onun faktiki olaraq xidmətdə olmadığı vaxtda verilməsi həmin əmrin iddiaçıya elan edilməməsi ilə nəticələnir. Bu isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndinin tələ blərinin pozulmasına səbəb olur.
42. Beləliklə, cavabdeh orqan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə riayət etməmiş, zəruri inzibati icraat aparmamış, inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulmasına yol vermişdir. Hazırkı qərarın 27-28-ci bəndlərində göstərilən normaların məzmunundan isə aydın olur ki, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, qanunsuz inzibati akt isə məhkəmə qaydasında ləğv oluna bilər.
43. Beləliklə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olsa da, hazırkı iş üzrə cavabdeh 0895 say lı 22.11.2019-cu il tarixli əmrinin iddiaçıya aid hissədə qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
44. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 2-1(103)-336/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 21(103)-336/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.