Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1839/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: ikiqat vergi tutma, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş şəxslərə rezidentlər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən ödəmə mənbəyində verginin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: ********** ) cavabdeh A zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və həmin qərara əsasən tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(103)150/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə İNDRA CERAMİC CO. LTD-yə (Tailand) 19325,38 manat, xx.xx.2019-cu il tarixdə ARGO İNTERNATİONAL İNDUSTRY LİMİTED-ə (Honkonq (ÇXR)) 12.076,53 manat, xx.xx.2019-cu il tarixdə FİDES AND SPES İNC-yə (Honkonq (ÇXR)) 15.461,06 manat və xx.xx.2019-cu il tarixdə PERFECT SKİLL LİMİTED TA PERFECT-ə (Honkonq (ÇXR)) 15.843,95 manat məbləğində pul ödənilmişdir (cəmi 62.706,92 manat).
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********133700 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Vergi Məcəlləsinin 13.2.16.14, 125 və 128-ci maddələrinə əsasən, iddiaçıya 2019-cu ilin 4-cü rübü üzrə 6.270,69 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********133700 saylı xx.xx. 2020-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xaricdən aldığı malların pərakəndə satışı ilə məşğul olur. Mallar güzəştli vergi tutulan ölkə və ərazilərdə bank hesabları olan subyektlərdən alındığından VM-nin 125.1.9-cu maddəsinə əsasən, xarici istehsalçıya ödənilən məbləğin 10% miqdarında vergi hesablanmışdır. Lakin, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində nəzərdə tutulan verginin ödəyicisi 13.2.16.14-1-ci maddəsində müəyyən edilmişdir. Bu, 128-ci maddədə nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərdir. Cavabdeh vergi orqanı 128-ci maddəni tam yox, maddənin ancaq güzəştli vergi tutulan ölkələr barədə olan müddəalarını (128.2 və 128.3 bəndlərini) əsas götürmüşdür. Halbuki, 128-ci maddə üç bənddən (128.1, 128.2 və 128.3) ibarətdir və bəndlərin hər birinin müddəaları nəzərə alınmalı idi. Belə ki, 128-ci maddədə güzəştli vergi tutulan ölkələrlə yanaşı, həmçinin şəxslər müəyyən edilmişdir (128.1 mad.) ki, bunlar rezidentlə əlaqədə olan qeyrirezidentlərdir. Beləliklə, 13.2.16.14-1 və 128-ci maddələrin tələblərinə görə, 125.1.9-cu maddədə göstərilmiş 10% miqdarında verginin tətbiqi üçün iki amilin mövcudluğu vacibdir: birincisi - əməliyyatların və müvafiq ödənişlərin 128-ci maddədə nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkələrlə aparılması, ikincisi isə - ödənişlərin 128-ci maddədə nəzərdə tutulmuş qeyri-rezidentlərə edilməsidir. Beləliklə, qanunvericiliyin müddəaları düzgün tətbiq olunduqda, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində müəyyən edilən vergi iddi açıdan tutula bilməz. Çünki aparılan əməliyyat nəticəsində Honkonqda gəlir əldə edilməmişdir, qeyri-rezidentlə şəriklik halı yoxdur və vergi qanunvericiliyinə uyğun digər vergilər tam ödənilmişdir. Həmçinin, cavabdehin qanunları bu cür tətbiq etməsi 2005-ci il martın 17-də Pekin şəhərində imzalanmış və 14 iyun 2005-ci il tarixli 932-İİQ N°-li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Sazişin müddəalarına da ziddir. İlk növbədə Sazişin müddəaları Honkonq da daxil olmaqla, Çinin bütün ərazisini əhatə edir. Bundan əlavə, Sazişin 7-ci maddəsinin 1-ci bəndinə görə, Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərmirsə, yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb olunur. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər Dövlətdə vergiyə cəlb edilə bilər və ancaq müəssisələrin qarşılıqlı əlaqəsi olduğu halda qeyrirezident bilavasitə digər ölkədə vergiyə cəlb oluna bilər (Sazişin 9-cu maddəsi). Odur ki, Sazişin tələblərinə görə də əgər Honkonqun rezidenti olan şirkət Azərbaycan nümayəndəliyi vasitəsi ilə fəaliyyət göstərmirsə və ya Azərbaycan rezidenti ilə (başqa sözlə, iddiaçı ilə) qarşılı əlaqəsi olmadığı hallarda o, heç cür Honkonqdakı fəaliyyətinə və əldə etdiyi mənfəətə görə Azərbaycanda vergiyə cəlb oluna bilməz.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 2019-cu ilin 4-cü rübü ərzində iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə 5.882 manat ödəniş edildiyi halda, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumatlar əks etdirilməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi y oxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq aradan qaldırılmadığından və qeyd olunan təsdiqedici sənədlər tam təqdim olunmadığından, ödəmə mənbəyində tutulan vergi üzrə 2019-cu ilin 4-cü rübünə 6.270,69 manat əlavə vergi məbləğləri hesablanmışdır. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında kı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab olunduğundan və həmin Məcəllənin 125.1.9-cu maddəsinə əsasən, həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən 10 faiz dərəcəsində vergi tutulduğundan, iddia tələbi əsassızdır.
6. Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)-930/2021 nömrəli qərarı (hakim P.A.Hüseynov) ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən 2019-cu ilin 4cü rübü ərzində güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə (Tailand, Honq-Konq (ÇXR) qeydiyyatdan keçmiş subyektlərə 62.706,92 manat məbləğində pul ödənildiyindən və həmin subyektlərin qeydiyyatdan keçdiyi ölkələr (ərazilər) - Tailand və Honq-Konq (ÇXR) Azərb aycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı»nda nəzərdə tutulduğundan, o cümlədən iddiaçı tərəfindən həmin dövr üzrə (2019-cu ilin 4-cü rübü) ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumat əks etdirilmədiyindən iddia tələbi əsassızdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasi ya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 21(103)-150/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və P.A.Oruczadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-930/2021 saylı 17 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində g östərilənlər təşkil edir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, əgər qeyri-rezident Azərbaycanda nümayəndəlik vasitəsi ilə fəaliyyət göstərmirsə, malların istehsalından, təqdim edilməsindən Azərbaycanın hüdudlarından kənarda gəlir əldə edibsə, həmin gəlirin mənbəyi Azərbaycan hesab olunmur. Bu ümumi qaydadan Vergi Məcəlləsinin 125.1.9, 13.2.16.14-1, 128-ci maddələrdə (rezident və qeyri-rezident qarşılıqlı əlaqədə olduğu üçün) nəzərdə tutulan hallar istisna təşkil edir.
13. Bu nəticə həmçinin, Azərbaycan Respublikasının bağladığı ikiqat vergitutmanın aradan qaldırılmasına yönəlmiş bir sıra beynəlxalq Sazişlərin müddəaları ilə, o cümlədən 2005-ci il martın 17-də Pekin şəhərində imzalanmış və 14 iyun 2005-ci il tarixli 932-İQ N°-li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərba ycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Sazişin müddəaları ilə üst-üstə düşür.
14. Apellyasiya instansiyası məhkəməsi öz qərarında mübahisələndirilən vergini gəlir vergisi kimi, qeyri-rezidenti vergi ödəyicisi kimi tanımış, lakin bununla belə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 128.1-ci maddəsinin hazırkı mübahisəyə aidiyyəti yoxdur, yəni yuxarıda qeyd olunan Fərmanla təsdiq edilmiş Siyahıya daxil olan güzəştli vergi tutulan ölkələrin rezidenti (qeyri-rezident) öz ölkəsində fəaliyyəti ilə əldə etdiyi gəlirdən heç bir şərt olmadan, yəni Azərbaycanın rezidenti ilə qarşılıqlı əlaqəsi olub-olmamasından asılı olmayaraq Azərbaycanın xey rinə vergi ödəməlidir. Halbuki, bu mövqe düzgün deyildir. Belə ki, əgər qanunverici VM-nin 13.2.16.14-1 maddəsində "bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan" söz ifadəsini ancaq güzəştli vergi tutulan ölkələrə aid edirdisə, onda həmin maddədə "bu Məcəllənin 128.3-cü maddəsində nəzərdə tutulan" göstərilməli idi. Buna görə VM-nin 13.2.16.14-1-vi maddəsində "bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan" söz ifadəsi tək güzəştli vergi tutulan ölkələrə yox, həm də "şəxslərə" sözünə aiddir. "Şəxslər" isə VM 125.1-ci maddəsinə əsasən sözügedən gəlir vergisinin ödəyicisi və Azərbaycanda fəaliyyət göstərməyən qeyri-rezidentdir. Məcəllənin 128.1-ci maddəsində isə həmin verginin hansı hallarda qeyri-rezidentdən ödəmə mənbəyində tutulması göstərilmişdir.
15. Odur ki, istər beynəlxalq Sazişə görə, istərsə Azərbaycan Respublikasının vergi qanunvericiliyinin qeyd olunan tələblərinə görə güzəştli vergi tutulan ölkələrə edilən ödənişlərdən gəlir vergisi qeyri-rezidentin rezidentlə əlaqəsi olduğu halda birincidən tutula bilər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi (mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olan redaksiyası): Maddə 13.2.16.14-1. Bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-reziden tlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər. Maddə
92. Bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Maddə 104.3. Qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Maddə 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: (...) 125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. Maddə
128. Güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlir 128.1. Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. 128.2. Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. 128.3. Hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 18. “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Saziş (Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 932-İİQ №-li Qanunu ilə təsdiq edilmişdir): Maddə
1. Əhatə olunan şəxslər X1 gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə şamil edilir. Maddə
2. Əhatə olu nan vergilər
1. Bu Saziş, vergitutma üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlət və ya onun yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq olunur.
2. Gəlirlərə görə vergilərə - gəlirin ümumi məbləğindən, yaxud onun ayrı-ayrı elementlərindən, o cümlədən daşınan və ya daşınmaz əmlakın özgəninkiləşdirilməsindən gəlirlərdən, müəssisələrin öhdəlikləri, əməkhaqqının yaxud maaşın ümumi məbləğindən, həmçinin əmlakın dəyərinin artımından tutulan bütün vergilər aiddir.
3. Sazişin tətbiq edildiyi mövcud vergilər xüsusən aşağıdakılardır: a) Çində: (i) fiziki şəxslərin gəlir vergisi; (ii) xarici investisiyalı müəssisələrin və xarici müəssisələrin gəlir vergisi; (bundan sonra “Çin vergiləri” adlanır); b) Azərbaycanda: (i) hüquqi şəxslərin mənfəət vergisi; (ii) fizik i şəxslərin gəlir vergisi; (bundan sonra “Azərbaycan vergiləri” adlanır).
4. Bu Saziş həmçinin, imzalandığı tarixdən sonra mövcud vergilərə əlavə olaraq, yaxud onların əvəzinə tutulan eyni və ya mahiyyətcə oxşar vergilərə də tətbiq edilir. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları öz müvafiq vergi qanunvericiliklərində baş verən hər bir əhəmiyyətli dəyişiklik barədə bir-birinə məlumat verməlidirlər. Maddə
3. Ümumi anlayışlar
1. Kontekstdən başqa məna alınmırsa, bu Sazişin məqsədləri üçün: a) “Çin” termini - Çin Xalq Respublikasını ifadə edir; coğrafi mənada istifadə edildikdə, Çinin vergitutma qanunlarının tətbiq olunduğu ərazi dənizi və ərazi dənizindən kənarda beynəlxalq hüquqa müvafiq olaraq Çin Xalq Respublikasının dəniz dibi və yerin təkinin təbii resurslarının və yeraltı su r esurslarının kəşfiyyatı və işlənməsinə münasibətdə suveren hüquqlara malik olduğu ərazi də daxil olmaqla, Çin Xalq Respublikasının bütün ərazisini bildirir;
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişd irmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxla nılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsaslar yoxdur.
23. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı 2019cu ildə Honkonq və Tailand ərazisində olan qeyri-rezidentlərə ümumilikdə 62.706,92 manat məbləğində pul köçürmüşdür (qeyri-rezidentdən aldığı malların dəyəri müqabilində) və sözügedən ölkə və ərazi Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Eyni zamanda, iddiaçı köçürülən puldan 10% məbləğində ödəmə mənbəyində vergi tutmamış və dövlət büdcəsinə ödəməmişdir.
24. İddiaçı hazırkı iş üzrə iddia tələbinin əsaslılığına dəlalət edən və vergi orqanının ona vergi hesablamasının qanunauyğun olmamasının əsası kimi 2 hala istinad edir: 1) Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin tətbiqi zamanı 128-ci maddənin bütün müddəaları birgə nəzərə alınmalı və tətbiq edilməlidir. Başqa sözlə, güzəştli vergi tutulan ölkələrə edilən ödənişlərdən gəlir vergisi qeyri-rezidentin rezidentlə əlaqəsi olduğu halda (rezident güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə) birincidən (yəni, iddiaçıdan) tutula bilər; 2) İdd iaçıdan vergi tutulması “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin müddəalarına ziddir.
25. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin 13.2.16.14-1ci maddəsinin tətbiqi.
26. Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi Azərbaycan mənbəyindən gəlirləri müəyyən edir və onlardan biri də Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə... habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər... tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdir (h əmin maddədə təsbit edilmiş istisnalar nəzərə alınmaqla).
27. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən isə qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.
28. Hər iki maddənin birgə təhlili onu deməyə əsas verir ki, qeyri-rezident Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun Azərbaycan mənbəyindən gəlir əldə etdikdə 125-ci maddənin təsir dairəsinə düşür.
29. Odur ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1-ci maddələrinin tələbi nəzərə alındıqda, iddiaçının güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödədiyi ödəniş həmin qeyri-rezidenti n Azərbaycan mənbəyindən əldə olunan gəliridir və vergiyə cəlb edilməlidir.
30. İddiaçı hesab edir ki, güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə bütün şəxslər (rezidentlər) tərəfindən edilən ödənişlər deyil, yalnız güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahib olan, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibi olan rezidentlər müvafiq ödəniş etdikdə, məhz həmin ödəniş ödəmə mənbəyində vergiyə cəlb edilməlidir və öz mövqeyinin əsası kimi Vergi Məcəlləsinin 128.1-ci maddəsinə istinad edir.
31. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmayaraq bildirir ki, Vergi Məcəlləsinin 128-ci maddəsi “Güzəştli vergi tutulan ölkələ rdə və ya ərazilərdə əldə edilən gəlir“adlanır və rezidentin (Azərbaycan Respublikasında qeydə alınmış vergi ödəyicisinin) güzəştli vergi tutulan ölkədə və ya ərazidə əldə etdiyi gəlirlərdən vergi tutulması ilə bağlı məsələni tənzimləyir. Başqa sözlə, həmin müddəa rezidentin (məhz o rezident ki, güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdir, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibdir) güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə etdiyi zaman tətbiq olunur.
32. Hazırkı halda isə, iddiaçı (rezident) güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə etməmişdir. Əksinə olaraq, Honkonq rezidentinə müvafiq ödənişlər köçürməklə, qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlir əldə etməsinə səbəb olmuşdur ki, həmin ödənişlər yuxarıda qeyd olunan maddələrin (125.1 və 125.1.9) tələblərinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunur.
33. Beləliklə, iddiaçının Vergi Məcəlləsinin 13.2.16.14-1ci maddəsinin tətbiqi zamanı 128-ci maddənin bütün müddəalarının birgə nəzərə alınmalı və tətbiq edilməli olması ilə bağlı dəlilləri əsassızdır və hazırkı işin halları ilə uyğunsuzluq təşkil edir. “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin hazırkı işə tətbiqi. 34.“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə m ünasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin 1-ci maddəsinə əsasən, Saziş Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə şamil edilir. Həmin Sazişin 3-cü maddəsinin (c) bəndinə əsasən isə “Razılığa gələn Dövlət” və “Razılığa gələn digər Dövlət” terminləri - kontekstdən asılı olaraq, Çini, yaxud Azərbaycanı bildirir.
35. Həmin Sazişin 3-cü maddəsinin (a) bəndinə əsasən isə “Çin” termini - Çin Xalq Respublikasını ifadə edir; coğrafi mənada istifadə edildikdə, Çinin vergitutma qanunlarının tətbiq olunduğu ərazi dənizi və ərazi dənizindən kənarda beynəlxalq hüquqa müvafiq olaraq Çin Xalq Respublikasının dəniz dibi və yerin təkinin təbii resurslarının və yeraltı su resurslarının kəşfiyyatı və işl ənməsinə münasibətdə suveren hüquqlara malik olduğu ərazi də daxil olmaqla, Çin Xalq Respublikasının bütün ərazisini bildirir.
36. Qeyd olunmalıdır ki, 1 iyul 1997-ci ildən sonra Honkonq, Çin Xalq Respublikasının tərkibində xüsusi inzibati bölgədir və əldə edilən razılığa əsasən (Böyük Britaniya və Çin Xalq Respublikası arasındakı 1985-ci il tarixli Razılaşmaya əsasən), 2047-ci ilə qədər Honkonq xüsusi idarəetmə sistemi olan ərazi kimi qalacaq və Çin bu adanın daxili işlərinə müdaxilə etməyəcək. “Bir dövlət, iki sistem” konsepsiyası çərçivəsində Çin yalnız Honkonqun müdafiə və xarici siyasət məsələlərini həll edir. Bununla yanaşı, Honkonq qanunvericilik, polis qüvvələri, milli pul, vergilər, miqrasiya siyasəti sahəsində müstəqilliyini qoruyur və beynəlxalq təşkilatlarda öz nümayəndəliklə rini saxlayır, o cümlədən Çin Xalq Respublikası Honkonqun ərazisində hər hansı vergilər tətbiq etmir və Honkonqun digər dövlətlər və təşkilatlarla müstəqil müqavilələr bağlamaq hüququ var. (mənbə: ttps://treaties.un.org/doc/Publication/UNTS/Volume%201399/v1399.pdf).
37. Eyni zamanda, Honkonq digər dövlətlərlə (o cümlədən Çin Xalq Respublikasının özü ilə) ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında müxtəlif Sazişlər imzalamışdır. (mənbə: https://www.ird.gov.hk/eng/tax/dta_inc.htm). 38.Hazırkı halda, Honkonq Xüsusi İnzibati Ərazisi ilə Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılması barədə hər hansı Saziş mövcud deyildir və Çin Xalq Respublikasının vergitutma qanunları Honkonq Xüsusi İnzibati Ərazisində tətbiq edilmir. Başqa sözlə, “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin müddəaları iddiaçı tərəfindən Honkonq Xüsusi İnzibati Ərazisində olan qeyri-rezidentə edilmiş ödənişlərə münasibətdə nəzərə alına bilməz.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 40.Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1( 103)-150/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.